Beş həftə hava şarında. Жюль Верн
Чтение книги онлайн.

Читать онлайн книгу Beş həftə hava şarında - Жюль Верн страница 3

Название: Beş həftə hava şarında

Автор: Жюль Верн

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952245226

isbn:

СКАЧАТЬ ilə Darfur arasındakı naməlum ölkəni tədqiq etmək üçün yollanmışdı. Həmin vaxtdan isə yazıq səyyahdan xəbər-ətər yoxdur. Deyilənə görə, kimlərinsə əmri ilə qətlə yetirilib. Doktor Heyqlin artıq iyunda yola düşüb. Fogeli axtarmaqla yanaşı, həm də Nillə Çad gölünün arasındakı ərazini tədqiq etməlidir. Görürsən, Afrika şərqdən qərbə hamı tərəfindən keçilməyə başlanır. Biz niyə geri qalmalıyıq?

      – Lap gözəl! – şotlandiyalı səsləndi. – Əgər onların işləri yolunda gedirsə, bizim orada nə işimiz var?

      Doktor Fergüson heç nə deməyib yalnız çiyinlərini çəkdi.

      4

      Fergüsonun Co adlı nökəri vardı. Co sahibinin dediyi hər şeyə qeydsiz-şərtsiz inanırdı və doktora çox sadiq idi. Bu adam Samuelin bütün tapşırıqlarını bacarıqla yerinə yetirmək bir yana, hətta onun nə tapşırıq verəcəyini belə əvvəlcədən bilirdi. Həmişə yüksək əhvali-ruhiyyəli, daim mehriban biri idi, bir sözlə, ondan yaxşı nökər təsəvvür etmək olmazdı.

      Fergüsonun Afrikanın üstündən uçmaq ideyası fikrinə düşəndə Co artıq səfər hazırlığına başlamışdı. Əgər doktor getməyi qərarlaşdırıbsa, deməli, öz məqsədinə sadiq Co ilə çatacaqdı. Buna şübhə yox idi! Ağası Coya səfərə getmək barədə heç nə deməsə də, təbii ki, səfər onsuz baş tuta bilməzdi.

      Co öz ağasını bir çox səyahətlərdə müşayiət eləmişdi, bunun sayəsində müəyyən elmi biliklərə də yiyələnmişdi. Onun öz fəlsəfəsi var idi, bu fəlsəfənin təməlində isə iki prinsip dayanırdı – sakitlik və nikbinlik! Co heç vaxt heç nədən şikayətlənmir, heç nədən çəkinmirdi. Bu adamın məziyyətlərindən biri də yaxşı görmə qabiliyyətinin olması idi. Böyüdücü şüşədən istifadə etməyərək belə, Yupiterin peyklərini görə bilirdi. Co bununla öyünmürdü, ancaq yeri gələndə həmin nadir bacarığından gözəl istifadə eləyirdi. O öz ağasına çox inandığı üçün ekspedisiyaya hazırlıq zamanı bu səfərə şübhə ilə yanaşan Kennedi ilə aralarında mübahisə yaranırdı.

      – Hə, mister Kennedi, artıq hər şey hazırdır, tezliklə yola düşürük, – Co bir dəfə böyük həvəslə dedi.

      – Əzizim Co, səni məyus etmək istəmirəm, ancaq doktorun təşəbbüsü ağılsızlıqdır. O heç yerə uçmayacaq.

      – Uçmayacaq? Siz onun hava şarını görmüsünüz? Əla şardır! Səbətin içində necə rahat oturacağımızı təsəvvür edirəm!

      – Belə çıxır ki, öz doktorunla, doğrudan da, səfərə getmək niyyətindəsən.

      – Doktorla dünyanın o biri başına da gedərəm, – Co qətiyyətlə dedi. – Onu heç tək buraxaram?! Yorulanda ona kim yardım edəcək? Uçurumdan keçmək lazım olanda kim ona öz qüvvətli əlini uzadacaq? Xəstələnsə, kim ona qulluq eləyəcək? Yox, mister Dik, Co həmişə doktor Fergüsonun yanında olacaq.

      – Sən yaxşı insansan, Co.

      – Axı siz də bizimlə gedirsiniz…

      – Əlbəttə. Daha doğrusu, Samueli bu ağılsız təşəbbüsündən daşındırmaq üçün sizi Zənzibara qədər müşayiət edəcəyəm.

      – Mister Kennedi, siz onu fikrindən daşındıra bilməzsiniz! Doktor bir işə başlamazdan əvvəl onu yüz dəfə ölçüb-biçir. Qərar qəbul olunandan sonra isə hətta şeytan da onu yolundan döndərə bilməz.

      – Buna hələ baxarıq, – şotlandiyalı mızıldadı.

      – Boş yerə özünüzə ümid verməyin. Lakin ən vacibi sizin getməyinizdir. Sizin kimi ovçu üçün Afrika möcüzələr diyarıdır. Ora getməyinizə peşman olmayacaqsınız. Yeri gəlmişkən, bilirsiniz, bu gün tərəzidə çəkiləcəyik.

      – Nə tərəzi?

      – Xəbəriniz yoxdur? Sizinlə birlikdə tərəzidə çəkilməliyik. Ancaq narahat olmayın, nə qədər ağır olsanız da, sizi arıqlamağa məcbur eləməyəcəklər. Necə varsınızsa, elə də aparacaqlar.

      – Mən çəkilməyəcəyəm… – Kennedi inamla dedi.

      – Bax bu olmadı! Axı dəqiq hesablama aparılmasa, şar havaya qalxmaya bilər.

      – Lənət şeytana! Mənə də elə bu lazımdır.

      – Nə danışırsınız, mister Kennedi?! Doktor indicə sizi aparmağa gələcək.

      – Dedim getməyəcəyəm.

      – İnanmıram ki, onu pis vəziyyətdə qoyasınız.

      – İndi görəcəksiniz!

      – Olsun! – Co güldü. – Özü burada olmadığına görə belə deyirsiniz. Ancaq sahibim sizə “Dik, sənin dəqiq çəkini bilməliyəm” deyən kimi, yekəxanalığıma görə məni bağışlayın, o dəqiqə yanına düşüb gedəcəksiniz.

      Elə bu vaxt Fergüson kabinetə girdi.

      – Dik, – doktor dedi, – sən də, Co, mənimlə gəlin. Hər ikinizin dəqiq çəkisini bilməliyəm.

      – Ancaq… – Kennedi dilini sürüdü.

      – Tərəzidə çəkiləndə şlyapanı çıxarmasan da olar, – doktor onun sözünü kəsdi.

      5

      Doktor Fergüson səfərə çıxmazdan əvvəl hər şeyi təfərrüatı ilə düşünmüşdü. Aydındır ki, fikrini ən çox hava şarı məşğul edirdi. Həcmi həddindən artıq böyük olmasın deyə onu havadan on dörd dəfə yüngül olan hidrogenlə doldurmağı qərara almışdı.

      Əgər doktor iki şardan istifadə eləyə bilsəydi, əlbəttə, bu daha yaxşı olardı. Çünki şarın biri partlayanda ballastı[9] atıb o biri şarda dayanmaq mümkün idi. Ancaq məsələ orasındadır ki, zərurət yarananda eyni qaldırıcı qüvvəni saxlamaqla iki şarı idarə etmək çox çətindir. Bu narahatlığı aradan qaldırmaq üçün doktor Fergüson müxtəlif ölçülü iki örtük sifariş edib birini o birinin içinə yerləşdirdi. Bir şardan o birinə klapan açılırdı, bu da lazım gələndə onları birləşdirməyə imkan verirdi. Hər iki örtük möhkəm parçadan hazırlanmışdı. Səyahət üçün nəzərdə tutulan alətlər isə bunlar idi: iki barometr, iki termometr, iki kompas, sekstant[10], iki xronometr[11] və teleskop.

      Fevralın 10-da bütün hazırlıqlar, demək olar, başa çatdı. Fevralın 16-da isə “Mətin” pərli paroxodu Qrinviç yaxınlığında lövbər saldı. Paroxodun kapitanı Pennet mehriban adam idi və elmi fəaliyyətini yüksək qiymətləndirdiyi СКАЧАТЬ



<p>9</p>

Ballast – tarazılığı saxlamaq üçün əlavə yük və ya ağırlıq

<p>10</p>

Sekstant – iki obyekt arasındakı bucağı ölçmək üçün istifadə olunan optik alət (red.)

<p>11</p>

Xronometr – astronomların, geodeziyaçıların, dənizçilərin işlətdiyi xüsusi dəqiq saat növü (red.)