Название: Ovod
Автор: Этель Лилиан Войнич
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241297
isbn:
Cemma Martini ilə birlikdə ziyafətdən qayıdanda gecədən xeyli keçmişdi.
Martini Cemma üçün ən pis günlərində belə onun yanında olmuş sədaqətli bir dost idi. Cemmanın sadə, səmimi dostluğu onun fərəhsiz həyatını işıqlandırırdı. Hər dəfə həddən artıq qəmgin olduqda, Martini Cemmanın yanına gələr, dinməz-söyləməz oturar, onun tikiş tikməsinə, çay süzməsinə baxmaqla kifayətlənərdi. Cemma heç nə soruşmazdı, ürək-dirək də verməzdi. Buna baxmayaraq, Martini onun yanından sakitləşmiş, qəlbən möhkəmlənmiş halda gedərdi.
Yolda Martini Cemmadan Ovod haqqında nə düşündüyünü soruşdu:
– Siz, deyəsən, onunla danışırdınız? O, sizə necə təsir bağışladı?
– Mən hələ indiyə kimi öz söhbəti ilə adamı belə təngə gətirən adam görməmişəm.
– Bilirdim ki, o, sizin xoşunuza gəlməyəcək. Düzü, mənim də ondan gözüm su içmir.
İkinci fəsil
Ovod şəhərin kənarında ev tutmuşdu. Onun özü ilə gətirdiyi qaraçı balet rəqqasəsi Zitta da o ətrafda yaşamağa başlamışdı. Ovod naz-nemət sevən bir adam idi. Onun mənzili çox dəbdəbəli olmasa da, buradakı hər xırda şeydə zəriflik, incə bir zövq nəzərə çarpırdı. O, partiya üzvlərini mehribanlıqla və dostcasına qəbul edirdi. Cemmadan isə sanki ilk görüşdən xoşu gəlməmişdi, həmişə müxtəlif bəhanələrlə o olan yerdən uzaqlaşmağa çalışırdı. Hətta iki-üç dəfə onunla sərt rəftar etmişdi. Onun bu cür davranması Martinini bərk qəzəbləndirirdi. Ovodla onun xasiyyətləri heç cür tutmurdu. Tezliklə, Martininin yeni satirikə qarşı olan münasibəti açıq bir ədavətə çevrildi.
– Onun mənə qarşı olan münasibəti məni maraqlandırmır. Amma sizə qarşı olan rəftarına dözə bilmirəm, – bir gün Martini Cemmaya dedi.
– Onunla işiniz olmasın. Onun mənimlə necə rəftar etməsinin işə heç bir dəxli yoxdur. Bir də ki, bu məsələdə mənim də təqsirim az deyil.
– Sizin təqsiriniz nə ola bilər ki?
– İlk dəfə ona rast gələndə mən şikəst adamların ələ salınması haqda bir söz dedim, o da elə bildi ki, onun şikəstliyinə işarə edirəm. Əslində isə heç ağlıma da gəlmirdi ki, onu şikəst hesab edim: axı o, elə də şikəst deyil.
– Doğrudur. Təkcə bir çiyni o birisindən alçaqdır, sol əli də əməlli-başlı şikəstdir; bircə qozbel deyil, ayaqları da əyri deyil… Axsamağına gəlincə – bu barədə heç danışmağa dəyməz…
– Sözüm ona toxundu, sifəti də dəyişdi. Görəsən, o, belə istehzalardan tez-tez əzab çəkməli olub?
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
padre – xristian dinində kilsə xadimi, müqəddəs ata