Ovod. Этель Лилиан Войнич
Чтение книги онлайн.

Читать онлайн книгу Ovod - Этель Лилиан Войнич страница 3

Название: Ovod

Автор: Этель Лилиан Войнич

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241297 

isbn:

СКАЧАТЬ nə mənası var? Əgər adam hiss edirsə ki, bir fikir onun qəlbinə hakim olmuşdur – bu, kifayətdir.

      – Onda de görüm sənə elə gəlirmi ki, hissini heç nə dəyişdirə bilməz?

      Artur diqqətlə Montanellinin gözlərinə baxdı.

      – Padre, soruşdunuz ki, sizə inanırammı? İndi siz mənə cavab verin: siz mənə inanırsınızmı? Deyiləsi söz olsaydı, sizə deyərdim, ancaq inanın ki, heç bir şey yoxdur. Seminariyanın bağındakı danışığımız yadımdan çıxmayıb, heç çıxmayacaq da; amma mən öz yolumla getməliyəm.

      – Haqlısan, əzizim. Bu barədə daha danışmayacağıq. Onsuz da danışmaqdan bir şey çıxmayacaq… Nə etməli? Qoy belə olsun… Gəl gedək…

      Üçüncü fəsil

      Artur çox işləsə də, həftədə bir neçə dəfə vaxt tapıb Montanellinin yanına gəlirdi. Onun növbəti gəlişi zamanı Montanelli dedi:

      – Mən də səni görmək istəyirdim. Çərşənbə axşamı Romaya getməliyəm.

      – Orada çox qalacaqsınız?

      – Bilirsən… Mənə yepiskop olmağı təklif edirlər.

      – Bəs yeni rektor təyin olunub?

      – Bəli, o, sabah gələcək. Artur, əgər işin yoxdursa, bir az burada qal. Romaya gedənə kimi səninlə mümkün qədər çox vaxt keçirmək istəyirəm. Səni qoyub gedəcəyim üçün çox narahatam.

      – Narahat olmayın, padre! Bu saat heç bir hadisə gözlənilmir. İndi mən getməliyəm. Saat altıda iclas olacaq. Sabah yenə gələrəm.

      – Yaxşı, sağlıqla qal!

      Artur inqilabi iclas keçirilən otağa girəndə, ilk olaraq uşaqlıq yoldaşı Cemmanı gördü. Qız qara paltar geyinmiş, başına qara şərf örtmüşdü. Sinəsində “Gənc İtaliya” təşkilatının nişanı var idi.

      – Cim, siz də buradasınız? – Artur ona yaxınlaşdı.

      Uşaqlıq ləqəbini eşidən Cemma cəld başını qaldırdı:

      – Artur! Sizin bu partiyada olduğunuzu bilmirdim!

      – Mən də sizə burada rast gələcəyimi gözləmirdim. Siz nə vaxtdan…

      – Yox, mən hələ üzv deyiləm. Sadəcə, bir neçə kiçik tapşırığı yerinə yetirə bilmişəm.

      Artur sanki qanadlanmışdı. Cemma ilə eyni bir məqsəd uğrunda çalışdığı üçün özünü xoşbəxt hiss edirdi.

      Axşam seminariyaya gedəndə Montanelli onu yeni rektorla tanış etdi. Rektor öz otağına getdikdən sonra isə o, Artura tərəf dönüb fikirli-fikirli dilləndi:

      – Artur, əgər Romaya getməyimə etirazın varsa… Mən getməkdən imtina edə bilərəm.

      – Padre! Bəs yepiskopluq?!

      – Ah, Artur! Səndən məhrum olandan sonra yepiskopluğun mənə nə xeyri olacaq?!

      – Mən heç nə başa düşmürəm. Padre, aydın deyin görüm, sizi nə narahat edir?

      – Mən sənə görə narahatam. Düzünü de: sənin qarşında bir təhlükə var?

      – Padre, biz hamımız Allahın hökmündəyik. Hər şey ola bilər. Lakin siz qayıdıb gələnə kimi məni heç bir təhlükə gözləmir.

      – Qulaq as, əzizim! Sən “getmə” desən, mən getmərəm. Mənə elə gəlir ki, sənə yaxın olsam, təhlükədən uzaq olarsan.

      – Padre, məncə, siz yorğunsunuz. Romaya gedib yaxşı dincəlməlisiniz.

      – Yaxşı. Bəlkə də, sən haqlısan. Mən sabah yola düşəcəyəm, – desə də, Montanellinin üzündəki narahatlıq ifadəsi silinməmişdi.

      Dördüncü fəsil

      Montanelli gedəndən bir neçə gün sonra Artur seminariya kitabxanasına kitab almağa getmişdi. Pilləkəndə ona rast gələn yeni rektor kitabxanadakı kitablarla bağlı kömək istədi. Artur lazım olan izahatları verdikdən sonra getmək istəsə də, rektor onu saxladı:

      – Yox, yox! Xahiş edirəm, getməyin. Qalın, axşam yeməyini bir yerdə yeyək.

      Söhbət zamanı yeni rektor Artura günahlarını etiraf etmək üçün onun yanına gəlməyi təklif etdikdə oğlan onun təklifini məmnuniyyətlə qəbul etdi. Rektor ona səmimi insan təsiri bağışlamışdı.

      Pasxa bayramından əvvəl Artur Cemmadan məktub aldı. Cemma onu evlərinə dəvət edirdi: “Mütləq bizə gəlin, sizi dostum Bolla ilə tanış etmək istəyirəm. O da buradadır, biz hər gün bir yerdə kitab oxuyuruq”.

      Bu sözləri oxuyanda Arturun üzü qıpqırmızı qızardı: “Bollanın orada nə işi var? Cemma niyə onunla kitab oxuyur? Keçən iclasda onun Cemmaya vurulduğu aydın görünürdü. İndi də onunla bir yerdədir”.

      Elə o dəqiqə Artur bu qısqanclığına görə xəcalət çəkməyə başladı. Cümə axşamı kilsədə yeni rektora günahlarını etiraf edərkən də bu peşmanlığını dilə gətirdi:

      – Mən öz yoldaşıma qarşı qısqanclıq hislərinə qapılmaqda, kin bəsləməkdə günahkaram.

      – Yoldaşınızın müvəffəqiyyəti və ya təcrübəsi sizə nisbətən çox olduğuna görə ona paxıllıq edirsiniz?

      – Bəli, qismən buna görə. Amma bundan başqa… Mən… sevdiyim qızı ona qısqandım.

      – Oğlum, elə bil hər şeyi açıb danışmırsınız. Sanki qəlbinizdə daha mühüm bir söz var.

      Arturun dili dolaşdı:

      – Mən ona görə həmin yoldaşıma paxıllıq elədim ki, mənsub olduğum “Gənc İtaliya” təşkilatı mənə tapşırılmalı olan bir işi ona tapşırdı.

      – Bu iş nədən ibarət idi?

      – Gəmi ilə gətirilən siyasi kitabları qəbul etmək, onları gizlətmək üçün bir yer tapmaq lazım idi.

      – Təşkilat da bu işi sənin rəqibinə tapşırdı?

      – Bəli, Bollaya tapşırdı. Odur ki, mən onu qısqanmağa başladım.

      Yeni rektor nə isə fikirləşib dedi:

      – Oğlum, unutmayın ki, siz çox müqəddəs və böyük bir işlə məşğul olursunuz. Çalışın ki, ruhunuz paxıllıqdan və ehtirasdan azad olsun.

СКАЧАТЬ