Sur üfürülənə qədər Sarı Saltuk Baba. Çinar Ata
Чтение книги онлайн.

Читать онлайн книгу Sur üfürülənə qədər Sarı Saltuk Baba - Çinar Ata страница 7

Название: Sur üfürülənə qədər Sarı Saltuk Baba

Автор: Çinar Ata

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ oğlu, igid dərvişim, haydı qalx, məni dinlə. Söyləyəcəklərimə qulaq as, haydı bismillah, bu gün çox yorulmusan.

      – Çox sağ ol!

      – Ciyərimin içi! Qalx, səfərə çıx. Qarşında heç kəs dayana bilməz. Yuxarıdakı dağ yolunda, cığırın sonunda mağara var. Atım Aşkarı orada tapacaqsan. Yaraq-əsləhən, paltarların da oradadı. “Tıği Dahhakı” belinə tax. Keyyusun süngüsünü və digər silahları da götür. Güştape qalxanı və Həzrəti Həmzənin bütün silahları oradadır. Haydı qalx, oyan.22

      “Səhərdən bəri Pir Həzrətlərinin verdiyi ilk toxum nədir düşünürsən, mən söyləyim, bərəkət olsun sənə, övladım. Hədisi-şərifdə Əfəndimiz buyurur ki: “Sevdirin, nifrət etdirməyin; asanlaşdırın, çətinləşdirməyin”. Bax, bu küffar torpaqlarını vətən edə bilmək üçün ilk əkəcəyimiz toxum yumşaqxasiyyətlilikdir. Mərhəmət və şəfqətimizlə bu haramı yurdunu cənnət vətən edəcəyik, haydı qalx, bu övladları onları götürməyə gələnlərə təslim et. Bu balalarımızı şəfqətlə qorusunlar. Sonra da mağaraya gedib əmanətlərini götür, savaşa başlaya bilərsən. Bundan sonra sən də fərqinə varmadan bütün toxumlar bir-bir ətrafında cücərəcək” – deyib yox oldu.

      Səhər açılırdı. Gün doğmağa başlamışdı. Oyanan uşaqlar yenə ara vermədən ağlayır, çarəsizcə gəzişirdilər. Kiçik olanlar ətrafı və özlərini batırmışdılar. Hər ağlayan, qışqıran körpə digər uşağı ağladırdı. “Yalnız mərhəmətlə bu dərdin, yaranın içindən çıxa bilərəm”, – dedi. Tələsik qalxıb namazını qıldı. Heç birinə kömək edə bilmədi. Qucağına aldığı uşağın yanındakı balaca ayaqlarına sarılır, qucağına çıxmağa çalışırdı. Gecə yatmazdan qabaq möhkəmcə bağladığı çadır qapısındakı kəndiri açdı, özünü çölə atdı.

      Cəsəd qoxusu daha da artmışdı. Uşaqlar, yemək, çadır başını o qədər qatmışdı ki, cəsədləri unutmuşdu. Hər yer, obanın hər qarışı meyitlə dolu idi. Böyüklərinin, qohumlarının, tanışlarının cəsədlərini görən uşaqlar çarəsizcə ağlayırdılar.

      Arxasına düşən uşaqlarla ətrafa nəzər salarkən “bu işin içindən çıxa bilməyəcəm”, – düşündü. Dünən fərq etmədiyi bir şey diqqətini çəkdi. Barbar monqol dəstəsi buradakı qırğından sonra demək olar ki, heç nəyə toxunmamışdı. Tuta bildikləri heyvanları yanlarında aparsalar da, qiymətli nəyəsə əl vurmamışdılar, yandıra bildiklərini yandırmış, qalanlarını atıb getmişdilər. Soyğunçuluqla irəliləyirdilər. Ağlaşma səsi ərşə qalxmağa başlayanda dünənki yemək qazanının yanına qaçdı. Sönən ocağı təkrar yandırdı. Qazanın içində qalan yeməklə bütün uşaqları doyurdu.

      Bu qədər uşağı yuxarı kəndə apara bilməzdi, aparsa da, kim sahib çıxacaqdı ki? Ətrafdan yığdığı sürü: at, inək, inanılmayacaq qədər çox qiymətli əşya və bu qədər uşaqla düzənliyin ortasında gözləməyə başladı. Nə uşaqlardan ayrıla bilir, nə də onlarla birlikdə bir şey edə bilirdi.

      Uşaqların ağlaması vaxt keçdikcə Şərifi özündən çıxarırdı. Heç bir şey edə bilməmək və aciz şəkildə oturub gözləmək, ağılını başından etmək üzrə idi. Olduğu yerdə çarəsizcə, hıçqıra-hıçqıra ağlamağa başladı. Özü də yetim idi. Əbdüləzizin dizinin dibində “Quran” xətm edərkən həmişə o ayə gəlib gözünün qarşısında dayanırdı. Bu an yaşadığı bütün halların tək izahı, ürəyində yanan böyük dağlara su səpəcək yeganə xilas o ayələr idi. Allaha sığınmaq və Onda sakitliyə çatmaq qədər gözəl nə ola bilərdi ki? Uşaqkən çətinliyə düşdüyü; anasını, babasını, qəribəliyini düşündüyü zamanlarda tək çarəsi olan ayələri oxumağa başladı:

      “… Rəbbin səni tərk etmədi, səndən küsmədi də. Şübhəsiz, sənin üçün son olan, ilkdən xeyirlidir. Və əlbəttə, Rəbbin sənə yaxında verəcək; sən də razı olacaqsan. Səni yetim tapıb böyütmədimi? Və səni çaşmış bir halda tapıb da, doğru yola çatdırmadımı? Səni kasıb tapıb da zəngin etmədimi? Elə isə əsla yetimi əzmə! Və əsla istəyəni danlama! Və Rəbbinin nemətinə gəlincə; ondan danış.23

      Təkrar-təkrar ayələri oxuyub mənalarını düşünərkən qarşısında dayandığı dənizlər, ardındakı dağlar qədər böyük sakitlik ürəyinə axdı. Heç bir qorxu əlaməti qalmadı, “bu uşaqların sahibi kimdirsə, gəlib o sahib çıxar”, – dedi. Səssizcə gözləyərkən nə edəcəyinə dair nəsə ağılına gəlmir, bu barədə düşünmürdü də.

      Günortaüstü üfüqdə nəhəng toz buludu göyə yüksəlməyə başladı. Ağılına ilk gələn yeni soyğunçu monqol birliyinin yaxınlaşdığı oldu. Alnından, kürəyindən buz kimi tər axdı. Uşaqları gizləyəcəyi, daldalanacaq yer yox idi. Bir an “heç olmasa, atın tərkinə ala bildiyim qədərini götürüb qaçım”, – düşündü, amma “hansını götürəcəyəm, hansını burada qoyacağam” dilemmasına təslim olub mərhəmətsiz, qəddar ölümün gəlib üzərlərini örtməsini gözləməyə başladı.

      Düzənlikdən ucu-bucağı olmayan uçqun kimi minlərlə atlı üzərlərinə gəlirdi. Nizami, təpədən-dırnağa silahlı bu ordunun qarşısından, sağından, solundan qaçıb xilas olmaq mümkün deyildi. Ən qabaqda at sürən bayraqdarı seçəndə Şərifin üzərinə sonsuz rahatlıq çökdü. Bayraqdarın əlindəki qara cüt başlı qartal bu igidlərin səlcuq aslanları olduqlarını göstərirdi. Heç bir bəyə, obaya, ya da Anadolu Səlcuqlar Dövlətinə bağlı olmayan bu nəhəng ordu könüllülərdən ibarət qazilər birliyi idi. Yeganə işləri, gecə-gündüz demədən rum elində gəzib ümmət üçün təhdid meydana gətirəcək haramıları yox etmək idi. Müsəlmanların karvanlarını bir yerdən digərinə gedərkən quldurlardan qoruyurdular.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

iVBORw0KGgoAAAANSUhEUgAABYoAAAgFCAIAAABXuwEbAAAACXBIWXMAAA9hAAAPYQGoP6dpAAAgAElEQVR4nOx9aXBc5ZX2vb3vq7oltdTad9uyLFnesI0dA8YmxkMIhDBD1kmGJMPUJDNJqqYm9SWZ1FRSUxWKzKQqMEkKUkmAOIABGzC2MV6RN8naLGuzJEu9qPe9+/Z2vx/P9FuXltSWjYwFvs8PV7t1+973buc973Oec СКАЧАТЬ