Sur üfürülənə qədər Sarı Saltuk Baba. Çinar Ata
Чтение книги онлайн.

Читать онлайн книгу Sur üfürülənə qədər Sarı Saltuk Baba - Çinar Ata страница 6

Название: Sur üfürülənə qədər Sarı Saltuk Baba

Автор: Çinar Ata

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ nə?!” – deyə bilməzdi. O, Səlcuqlu axınçısı idi. Atın cilovundan yapışıb yuxarı dırmandı. Gözəl rum qızı ona baxırdı. Əvvəl özü tullanıb yola çıxdı, sonra qızın da köməyilə atını cığıra çıxardı. Ömründə ilk dəfə gördüyü qız əlindən tutub onu harasa aparmağa çalışır, ağlayaraq nə isə izah edirdi.

      Xıdır bir çox duyğunu eyni anda yaşamağa başladı. Əvvəlcə bunun tələ olduğunu düşündü, onu pusquya çəkmiş ola bilərdilər. İkincisi, bu qədər böyük müşkülatın içinə xilaskar kimi girə biləcək vəziyyətdə deyildi. Aydındı ki, kənd hücuma məruz qalmışdı, yanındakı qız da xilaskar axtarırdı. Daha əvvəl gözəl, ya da çirkin heç bir qızı belə saçları, üstü-başı açıq görməmişdi. İçində olduğu vəziyyətdən çıxmaq üçün doğru-dürüst düşünə bilmirdi. Yalnız əllərindən tutub məchula sürüyən gözəl qızın arxasınca yellənə-yellənə gedirdi. Bir qismi yanmış kilsənin önünə çatanda lap narahat oldu.

      İçəridən inanılmaz fəryad səsləri gəlirdi. Bilmədiyi, anlamadığı dildə insanlar ağlayır, yalvarır, çırpınırdılar. Böyük ehtimalla bir monqol dəstəsi buradan keçərkən evləri, bağ-bağçaları yandırmış, tuta bildiyi gənc oğlan və qızları götürüb getmişdi. Yaralıları kilsəyə yığmışdılar, nə edəcəklərini bilmədən ağlaşırdılar. Uzun müddət ona nə isə izah etməyə çalışdılar. Xıdırdan nə isə istədilər, amma o heç birini anlamırdı. Gözləməklə nəyinsə həll edilməyəcəyini anlayıb yanındakı qızıl və çörəklərdən bir qismini onlara verib qaçaraq uzaqlaşdı. Adını belə bilmədiyi gözəl gözlü, gözəl saçlı rum qızı nə qədər yalvarsa da, orada dayanmasının mənası qalmamışdı. Heç bir zaman rumların dilini öyrənmək üçün çalışmamışdı. Dikdirdəki meşənin içində yıxılmadan irəliləməyə çalışarkən “Kaş, kaş bir neçə söz də olsa, dediklərini anlaya bilsəydim. Bəlkə, qızdan adını soruşar, öz adımı söyləyərdim. Onunla danışıb nə istədiklərini anlar, yardımçı olardım. Bu qara günlərində onlara kömək edərək kəndləriylə aramızda dostluq qurardıq”, – içindən keçirdi.

      Bütün bu duyğulara dalmışkən atının yüyənini möhkəm tutub yıxılmamağa çalışır, sıx meşələrin içindən aşağıya doğru qaçaraq addımlarla enirdi. Uzun əlləş-vuruşdan sonra düzənliyə ayaq basdı. Uzaqdan görünən köçərilərin çadırları haradasa üç-beş qatına çıxmışdı, amma hərəkət yoxdu. Uğursuz səssizlik hər yeri bürümüşdü. Bütün düzənliyi sərt, murdar cəsəd qoxusu örtmüşdü. Bu qorxunc mənzərəni görəndə dəhşətlə atını dördnala çapır, uçurmuş kimi düzənlikdə irəliləyirdi. Yuxarıda bir neçə saat əvvəl yaşadıqlarını indi təkrar yaşamağa başlamışdı. Çadırların az qala hamısı sökülmüş, yanmış, tərs çevrilmişdi. Heç yanda insan görünmürdü. Obanın sərhədinə çatanda atdan yerə atladı. Qaçaraq çadırlar arasında gəzməyə başladı.

      Vəhşi monqol dəstəsi burada bir neçə gün əvvəl olmuşdu. Bütün obaya səpələnmiş cəsədlər çürüməyə başlamışdı. Hücum əsnasında qaçıb dağlara sığınan at, qoyun, keçi günlər sonra hər şeydən xəbərsiz obalarına geri dönmüşdü. Çadırların ətrafında gəzir, obadan ayrılmırdılar. Şərif Xıdırın varlığından xəbərdar olan başqaları da vardı, amma onlar açıqda gəzmirdi. Yıxılmamış, yandırılmamış çadırların altından gizləndikləri yerlərdən Şərifi müşahidə edənlər vardı. Necə olmuşdusa, monqol quldurlarının tapa bilmədiyi uşaqlar günlərdir bu viranə içində gizlənib yaşamağa cəhd göstərirdilər.

      İlk fərq etdiyi uşağın qorxuyla çadırın altına qaçması Şərifi çox narahat etdi. O anda qəhrindən ürəyinin partlayacağını düşündü. Onları daha çox incitməmək üçün yanlarına getmədi. Özü kimi yetim olan uşaqları sakitləşdirmək üçün heç olmasa, özün Türk olduğunu, yad olmadığını bilmələri lazım idi. Uşaqkən anası Rəbinin söylədiyi laylalardan qışqıra-qışqıra söyləyərək yıxılmış obanın çadırları arasında gəzməyə başladı. Bir uşaq yaddan çıxmasın, unudulmasın deyə, bütün çadırların ətrafında dəfələrlə təvaf edir, layla deyirdi. Gizləndikləri yerdən çıxan körpələr yerdə yumalanır, ağlaşaraq ona yetişməyə çalışırdılar. Analarının, nənələrinin söylədiyi bu ilahi sözlər və mahnılar onları tək-tək gizləndikləri yerlərdən çəkib çıxarmışdı. Ona yaxşıca alışsınlar, qorxuları sakitləşsin deyə uzun müddət körpələrlə düzənlikdə gəzişdilər.

      Biri digərini görüb ondan cəsarət alır, hamısı bu karvana daxil olurdu. Obanın ortasındakı meydana çatanda onları gözləyən birinin də olduğunu gördü. Deyəsən, saçları çiyinlərindən aşağıya tökülən ağsaqqal da gizlənib canını qurtaranlardandı.

      – Salam-əleyküm, baba, başımız sağ olsun, Allah səbir versin.

      – Amin, Məhəmməd Bahadır. Cümlə müsəlmanlara səbri-cəlil lütfkarlıq etsin Həzrəti Allah…

      – Bismillah, Sübhənallah.

      – Qorxma övladım. Bəli, mən Yəsəvi Həzrətlərinin bəhs etdiyi dənizin kənarındakı qocayam.

      – Lap yaxşı.

      – Bu günahsızlar günlərdir acdırlar, donublar; hamısı xəstə və könülləri qırıqdır. İşimizi tez tamam edək ki, sən də bu balalara xidmət edəsən.

      – Əmr edin, əfəndim, nə etməyim lazımdırsa, yalnız əmr edin!

      – Yaxınlaş görüm, gəl önümdə diz çök! Ağızını aç!

      – …

      – Bu sənə hədiyyə etdiyimiz ağız yardımı ilə inşaallah irşadın tamam olacaq. Bu andan etibarən insanların, cinlərin və məlaikənin danışdığı bütün dilləri danışıb yaza biləcəksən. Allah icazə versə, çətinə düşdüyün vaxtlarda yanında olacağıq. Növbəti görüşümüzə qədər Rəhman köməkçin olsun. Piri Türküstanın sənə əmanət etdiyi ilk toxum bu xaraba olmuş obada canlanacaq. Haydı görək, işin asan olsun.

      Arxasına toplaşan uşaqlara baxmaq üçün dönmüşdü ki, Xıdır bir anda yox oldu. Şərif Xıdır Əleyhissalamın bağışladığı ağız yardımından sonra təkrar piriyə səcdə edib ürəyinə yağan himmətləri təkrar etdi:

      Eşqim daşdı, ruhum qaçdı haradan tapım

      Arxasından eşq atını minib qaçım

      Kimi görsəm Xıdır bilib əlin tutum

      Xıdır və İlyas kömək edib tutsam mən.21

      Yaralı uşaqların yaralarını bir-bir təmizləyib ətrafdan tapa bildiyi təmiz geyimlərlə üstlərini geyindirib yaralarını sarıdı. Tutduğu qoyunlardan iri bir qazanda hamıya çatacaq qədər şorba bişirdi. Ətrafda ağlaşan onlarla uşaq susmaq bilmir, amma yanından uzaqlaşmaq da istəmirdilər. Heç cür bişmək bilməyən yeməyin qoxusu yayıldıqca “qonaqlar” СКАЧАТЬ