Название: Sur üfürülənə qədər Sarı Saltuk Baba
Автор: Çinar Ata
Издательство: Hadaf Neshrleri
isbn:
isbn:
Mədinəyə Rəsul çatıb oldu qərib, qəriblikdə çətinlik çəkib oldu həbib, cəfa çəkib Yaradana oldu yaxın, qərib olub mənzillərdən keçəcəksən sən də. Ağıllısansa, qəriblərin könlünü al, Mustafa kimi eli gəzib yetim axtar, dünyaya tapınan soysuzlardan üzünü çevir, üz çevirərək dərya olub daşacaqsan.”15
Ulu pir əyilib kürəyinə əl çəkdi. Nəfəs verdi:
– Bundan belə bizim aramızda sənin adın Məhəmməd Buxari16 olsun, səni çağıracağımız zaman bu şəkildə səslənək, ey oğul.
Qalx görüm ayağa, indi belinə bağlayacağım bu qurşağın içində qırx ayrı toxumu dörd ayrı boxçaya bükdük. Hər boxçada sənə lazım olan on ayrı toxum tapacaqsan. Getdiyin yerlərdə bunları yaşıllaşdırıb böyüdəcəksən, həyat verəcəksən. Biz də həmişə yanında olacağıq, yoldaşlar göndərəcəyik.
Bu belindəki qılıncı da olduğun yerə qoy. Bundan sonra başqa silahlara ehtiyacın olmayacaq. Sənin də, mənim də babamız Həzrəti Məhəmməd Əfəndimizdən qalan bu qılıncı bağlayacağam belinə. Gördüyün kimi, bu qılınc illərdir qurumayan xurma budağıdır, adı da Urcundur17, bunun hikmətlərini döyüş meydanlarında görəcəksən. Küffar elində müsəlmanlara yurd yeri açarkən önünə Stevi Nikola adında qara cadugər, əjdaha çıxacaq onları da bu qılıncınla yox edəcəksən.
Sənə gətirdiyimiz hədiyyələr bu qədər deyil, bir azdan, biz gedəndən sonra dəniz kənarına en. Orada yaşayacaqların sənin üçün çətin olacaq. Allah indidən səbir versin. Səni orada qədim bir dostumuz gözləyir. Səfərə çıxmazdan o da sənə bəzi hədiyyələr verəcək. Bəlkə də, ilk toxum orada cücərər, bilmək olmaz”.
Yaşadığı, eşitdiyi, gördüyü hallar Şərifi qan-tərə batırmışdı. “Bu gördüklərim və yaşadıqlarım xəyaldır.” İçində “Mən kiməm ki, bu halları yaşaya bilim, mənə nə olur əstəğfürillah,” – dedi. Əhməd Yəsəvi, dönüb gedərkən Xıdır təkrar ocağın önünə qoyulduğunu fərq etdi. Arxasındakı öləzimiş ocaq az qala paltarlarını yandıracaqdı. Külləri belə soyuyan ocaq alovlanırdı. “Nə vaxt, kim bu qədər odunu gətirib ocağı yandırdı” düşünərkən özünü təkrar ocağın qarşısında uzanmış şəkildə gördü. Ədəblə dərhal yığışıb pir tərəfə, mehraba doğru atılıb ayağa qalxdı. Qalxdı, amma heç kəs qalmamışdı. Yüzlərlə adam, xacə, xəlifələri Allahın bir əziz qulu yox idi.
Ağlını itirməmək üçün salavat gətirməyə başladı. Gördükləri, yaşadıqları, ona izah edilənlər, bu gözəl nemətlər yuxu idimi, deyə qəhr olarkən ocaqda hərarətlə yanan atəşə baxdı. Ocaq yanırdı. Yatmadan əvvəl sönən ocaq, Pir Həzrətlərinin az əvvəlki halda alovlandırdığı alov düz yanında idi. Yuxu deyildi bunlar, birdən əlini belinə atdı. Toxumların sarılı olduğu qurşaq üzərində idi. Xurma budağından Urcun da belində asılı idi. Həyəcanla, yüksək imanla qibləyə dönüb səcdəyə düşdü.
Saatlar keçmiş, günəş xeyli yüksəlmişdi, amma Şərif qapandığı səcdədə ağlayaraq dua edirdi. İllərdir içinə yığılan bütün ağrısını orada tökdü, Rəbbinə sonsuz şükürlərini bildirdi. Qapandığı səcdədə dua edərkən birdən ağılına Xacənin əmri gəldi: Dəniz kənarındakı qoca. Ayağa qalxıb üz-gözünü sildi. Üst-başını düzəldərkən saatlar əvvəl qeybdən alovlandırılan atəşin şiddətlə yanmağa davam etdiyini fərq etdi. Kimsə gəlməmiş, odun da atan olmamışdı. Türkistandan, Yəsidən, bəxş edilən bu ocağın atəşi nəsib və hümmət olduğu üçün “uluların nəzərləri üzərimizdə olduğu müddətcə sönməz, inşallah” deyə dua etdi. Məscid qapısından çıxarkən heybətli cavanın belində asılı xurma budağının nə olduğu ilə maraqlanan kəndlilər maraqlarını gizləməyə çalışırdılar.
“Şerif dahi ağzın açdı.
Ağzına Hazreti Hızır ağzı yarın virdi,
Eytdi:
Korkma şimden girü, yüri, didi.
Şerif bir ol kadar dahi kuvvet dutup
Velayet ve keramete kadem basdı.”18
Əhli Beytin əmanəti
Günəş zenitə yaxınlaşsa da, növbaharda yaylalar çox sərt küləkləri qonaq etməkdəydi. Dənizdən yuxarı, dağın yamacına doğru əsən qüvvətli fırtına az qala ayaqlarını yerdən kəsəcək nöqtəyə gəlincə böyük bir çinarın altında dincini aldı. Əraziyə görə atı da əldən düşmüşdü. Haynupun19 bu dağ döşləri o qədər dikdi ki, heç keçi də rahatca gəzə bilməzdi. Monqolların qorxusundan qalalarda gizlənən yerli əhali, rumlar və ermənilər həmişə müdafiə halında yaşayırdı. Bu torpaqlar üzərində qanun və nizam qalmamışdı. Hər kəs kölgəsindən qorxurdu. Tekfurlar20 də özlərinə açıq müdaxilə sahəsi tapsa, əhalinin dinini, millətini ayırd etmədən soyub yağmalayırdı. Türklərin bu yalçın dağın başını özlərinə yurd etmələrinin səbəbi də bu idi.
Dəniz kənarındakı torpaqlar, nə qədər gözəl olsa da, həm çox tənha, həm də bütün hücumlara açıq idi. Aylar əvvəl, döyüşə getməzdən qabaq sahilə uğramışdı. Burada sahildə yurd salan türkmən və Çepni əhalisinin təzə vətənlərini nə qədər böyük həyəcanla, imanla qucaqladığını görmüşdü. Onlara dağlar göstərilsə də, bu qorxusuz köçərilər inci kimi sahilləri buraxıb yaylaqlara çıxmamışdı. Dənizlə Zindan dağlarının arasındakı bu düzənlikdə üç yüz-beş yüz çadırlıq köçərilərin halıyla maraqlanmağa başlamışdı. “Başlarına bir şey gəldimi, görəsən?” – deyə, içi-içini yeyirdi.
Düzənliyə enməsinə az qalmışdı ki, önünə ağac evlərdən qurulmuş kiçik meşə kəndi çıxdı. Uşaqlığından bəri bu kəndi tanıyırdı, yaxınından keçərkən kilsənin zəng səslərini eşidərdi. Yuxarıdan aşağıya enərkən ilk fərq edilən öz kəndlərindəki kimi burada da qayın, palıd ağacından evlər və məscidlərinin yerinə böyük kilsənin varlığı idi. Bu dik yamac üzərində qurulmuş kəndin kiçik-kiçik səkilər üzərindəki bağçaları o qədər gözəl təmizlənmişdi ki, elə bil meyvə ağaclarının altındakı otlar bir-bir yolunmuşdu.
Hələ kəndə girmədən nələrinsə yolunda getmədiyini hiss etdi. Bu qədər insanın yaşadığı yerdə bu cür səssizlik çox da xeyrə əlamət deyildi. Nə səs, nə hərəkət vardı. Evlərin arasında irəliləməyə başlayanda əvvəlcə burnuna kəsif qoxu gəldi. Bir az da irəliləyəndə həm meyit, həm də yanıq qoxusu hər yeri bürüdü. Küçələrdə uzanan cəsədləri görəndə qorxuyla atını saxladı. Günlərdir elə ağrılar yaşamış, ruhu o qədər СКАЧАТЬ