Sur üfürülənə qədər Sarı Saltuk Baba. Çinar Ata
Чтение книги онлайн.

Читать онлайн книгу Sur üfürülənə qədər Sarı Saltuk Baba - Çinar Ata страница 3

Название: Sur üfürülənə qədər Sarı Saltuk Baba

Автор: Çinar Ata

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ vurur, mənasız səslər çıxarır, qışqırırdı. Ətrafı açılınca arxasına dönüb anasının üzünü silir, onu öpür, saçlarını tumarlayırdı. Bu əzizləmə çox qısa sürür, dərhal arxasını dönüb əlindəki çubuqla onu və anasını yerdən qaldırmaq istəyənlərə təkrar hücum edirdi.

      İlk andan bəri yaşananları kənardan seyr edən Sivaslı qazilərdən ulu Sərdar Əbdüləziz işin hara çatacağını, uşağın nələr edə biləcəyini görmək üçün həm özü müdaxilə etmir, həm də ailə yaxınlarının müdaxilə etməsinə icazə vermirdi. Kimsə bu qara gündə bu işin nə olduğunu anlaya bilmədi. Şərifin yaxınları başına toplanmış, Rəbini və özünü yerdən qaldırmaq üçün əsgərlərdən icazə istəyir, qışqırıb çağırırdı. Əbdüləziz “kimsə yaxına getməsin, mən icazə verənə qədər kimsə yaxınlaşmasın” deyə nərə çəkdi.

      Şərifin qonşularından fərqli paltarlar geyən bu adamların hamısı atası kimi geyinmişdi. Hər kəsin qorxduğu, çəkindiyi bu qışqıran adam da atası kimiydi. Onun da belində böyük qılınc, kürəyində kaman, sadaq, sinəsində zireh, üzündə dərin yara izləri vardı. Ondan qorxsa da, ürəyində ona qarşı izaholunmaz güvən meydana gəlmişdi. Çevrənin ortasında yerdə yatan qadının ətrafında, əlində çubuğuyla vurnuxan uşağın yanına çömən gənc qazi, onu sakitləşdirməyə çalışıb danışmağa başladı.

      – Dayan görüm, yalmansız sarı aslanım, nə oldu sizə, maşallah, bu nə hikkədir! Kim nə etdi sənə, əmilərə niyə vurursan?

      – …

      – Yanıma gəl görüm. Sənə qoz verim, acsan?

      – Ac? Ac olsam, nə olacaq ki?

      – Yaxşı, elə isə çubuğu ver, sənə qoz və çörək verim, istəmirsən?

      – İstəyirəm, amma çubuğu vermərəm! Anama nəsə edəcəksiniz!

      – Amma anan üşüyüb, bax, əli-üzü palçıq olub, onu oyandırmalıyıq! Yerdə palçığın içində yatısın? Üşüyüb.

      – Yatsın, atam da yatır. Özü də paltarlarını çıxarıb yatır. Atam oyananda anamı oyandırar. Gedin buradan, indi atam oyanıb ağzınızın payınızı verəcək!

      – Atan bir daha oyanmayacaq! O ölüb. Bir daha oyana bilməyəcək. İndi bizimlə gedəcək, bir də gələ bilməyəcək.

      – Getsin, sonra yenə gələr. O, heç burada qalmır ki, həmişə kafir qovmağa gedir! O bizi heç vaxt atıb getməz! Oyananda sizə nələr edəcək, görəcəksiniz!

      Döyüşlərdə aldığı yaralardan üzü qorxunc hal alan Əbdüləziz birdən ayağa qalxıb kütlənin arasından çıxarkən gözyaşlarını göstərmədən təlimat verdi:

      – Qazinin yaxınlarıyla biri maraqlansın, əsla onu incitməyin. Bundan sonra bu sarı aslan bizim övladımızdır! Səlcuqlu xəzinəsində ulu pusatdır13.

      Rumelinin hər qarışında at çapan və bu torpaqlarda səlibçilərlə vuruşmadığı yer olmayan Şərif Xıdırın atası şanlı Sərdar Seyid Həsən sui-qəsdlə Amasiyada öldürüldükdən sonra gənc qadını dözə bilmədi. Ərinin qırxı çıxmamış Şərifi tək qoyub ərininin ardınca Rəbbinin hüzuruna getdi. İki dünyada Şərifin sahibi də, səcdəsi də Mövlası idi. Son nəfəsini təslim edənə qədər, Əbdüləzizin dediyi kimi, Səlcuqlunun xas malı, fədaisi idi.

      Əbdüləziz Xıdırın kiçik yaşında çox fərqli üstünlükləri, nəsibi olduğunu anlayan ilk adam idi. Bu yetimə ilk dəstəyi verəcək kəs o idi. Kilimlərin naxışından, naxışların ilməyindən, sağılan hər qoyunun, keçinin südündən, doğan günəşdən, gecə çıraq olan aydan, düzənliklərdə yaşıllaşan hər tumurcuqdan bir nəsib dərərdi. Rəsul nəvəsinin könülündəki qırıqları təmizləyərkən yenidən aydın könül qurdu.

      Monqol hücumları və taxt döyüşləriylə darmadağın olan Səlcuqlu hansı atəşi söndürəcəyini belə bilməz vəziyyətə gəlmişdi. Dövlət yox idi, bircə qayda vardı, bircə qanun etibarlı idi: Necə olursa olsun həyatda qalmaq. Aclıq, soyuq, vəba epidemiyaları, daha nə qədər xəstəliklər, dövlətin yoxluğunda ortaya çıxan quldurlar, haramılar… Hamısı Rumelinə yurd salmağa gələn türklərin boyununa minmişdi. Bütün bu bəlaların üstündə monqol bəlasıyla da məşğul olmaları, mübarizə aparmaları lazım idi. Monqolların kuklası olan sultanlar, monqollara xidmət etmək üçün xalqı ölümünə vergilərlə qovururdu. Sultanın çarəsizliyi, acizliyindən monqolların hədsizliklərinə cavab verilmirdi. Müsəlman türklər bu qədər düşmən arasında çabalayırdı. Sultanların taxt mübarizəsi ətraf ellərdəki kafirləri də qızışdırmışdı.

      Bu atəş çəmbərindəki gənc Şərif Xıdır, müəllimi Əbdüləzizin əmrində döyüşlərə qatılmağa başlamışdı. Döyüşlərdən başqa məna aləmində özü üçün hazırlanan nəsibləri ala bilmək adına könülünü genişlətməyə, duru hala salmağa cəhd göstərirdi.

      Şərif Xıdır iki aydır Xristian torpaqlarından qənimət yığmaq üçün hazırlanan diviziyalarla, Rum elində gecə-gündüz at çapıb, döyüşlərə qatılmışdı. Kəndinə dönəndə gecə yarısı olmuşdu. Evə girmədən əvvəl qənimətlər ağılına gəldi. Gözləri yumulur, bədəni sıxılırdı. Ağrıdan nəfəs almaqda çətinlik çəkirdi. Amma bütün bu ağrıların haradan gəldiyini anlamır, harasının yaralı olduğunu xatırlamırdı. Heç cür özünə gələ bilmirdi. Bu halına baxmayaraq, günlər sonra kəndinə dönə bilmişdi.

      Ona bağışlanan qənimətlərdən kənddəki şəhid xanımlarına, yetimlərinə mütləq haqq ayırardı. Gecə yarısını keçdiyi üçün evlərin qapılarını döymədi. “Naməhrəmləri oyandırmayaq”, – dedi. Atların üzərindəki yüklərdən şəhid evinin qapısına bolca mal, yemək, axça asır, bir neçə addım atıb uzaqlaşınca qapı açılıb hədiyyələr səssizcə içəri aparılırdı.

      Ona düşən iki qənimət atdan birini illər əvvəl şəhid olan atasının dostu Başvermiş bəyin həyətinə qoyub, ikinci atı verəcəyi evə doğru yönəlmişdi. Çox yorğun, bitab düşmüşdü, günlərdir yolda idi. Gedənlərin ağrısı çox təzə və dözülməz idi. Yüyəni öz yəhərinə bağlı madyan narahat şəkildə arxasınca izləyirdi. Mübarək heyvan sanki indi yaşanacaqları hiss etmiş kimi kişnəyir, şahə qalxmağa çalışır, yeri göyü dağıdırdı.

      Aylar əvvəl buradan birlikdə ayrıldıqları uşaqlıq yoldaşı Ərsagun bir küffar qalası qarşısında, qollarında şəhidliyə çatmış, onu çox uzaq diyarlarda, öz əlləriylə torpağa vermişdi. Gecənin zülmət qaranlığında Ərsagunun evinə irəliləyərkən birdən özünə gəldi:

      – Ay Allah, mən nə edirəm, əstəğfürullah, – dedi.

      Birdən atının yüyənin çəkdi. Özünə gəlmiş, etdiyi səhvin fərqinə varmış amma СКАЧАТЬ