“Stalinqrad döyüşlərində o qədər ölü var idi ki, artıq atlar onlardan qorxmurdular. Halbuki adətən qorxurlar. At heç vaxt ölmüş adamı tapdalayaraq üstündən adla-maz. Biz öz ölülərimizi toplamışdıq, amma alman meyid-ləri hər yerə səpələnmişdi. Donmuşdular. Buz bağlamış-dılar. Mən o zaman sürücü idim, artilleriya mərmiləri ilə dolu yeşikləri daşıyırdım; almanların kəllə sümüklərinin təkərlərin altında qalıb necə xırçıldadığını eşidirdim. Sümük səsləri… Və mən xoşbəxt idim…”
SENZORLA SÖHBƏTİMDƏN
– Bəli, biz Qələbəni çətinliklə əldə etdik, siz mütləq qəhrəmanlıq nümunələri axtarıb tapmalısınız. Onlar yüz-lərlədir. Amma siz müharibənin çirkablarını göstərirsiniz. Alt paltarları… Sizin yazıda Qələbəmiz qorxulu alınıb. Nəyə nail olmağa çalışırsınız?
– Həqiqətə…
– Siz elə bilirsiniz ki, həqiqət həyatda olan şeylərdir? Küçədə olanlardır? Xeyr, həqiqət bizim arzuladıqlarımız-dır. Biz necə olmaq istəyiriksə, odur!
* * *
“Hücuma keçmişdik… İlk alman qəsəbələri… Biz gən-cik, güclüyük, dörd ildir ki, qadın görmürük. Zirzəmilər-də şərab var. Yemək var. Alman qızlarını tuturuq və… On nəfər birini zorlayır. Qadın çatışmırdı, yerli əhali sovet ordusundan qaçırdı, biz də lap yeniyetmələri götürürdük. Qız uşaqlarını… On iki-on üç yaşda olanları. Əgər ağlayır-dılarsa, döyürdük, ağızlarına bir şey soxurduq. Onları ağ-rıdırdı, bizəsə gülməli idi. Mən indi başa düşə bilmirəm ki, necə belə edə bilmişdik. Ziyalı bir ailənin oğlu… Am-ma bu mən idim.
Qorxduğumuz yeganə şey o idi ki, qızlarımız bundan xəbər tutmasınlar. Bizim tibb bacıları. Onların qarşısında utanardıq…”
“Mühasirəyə düşmüşdük. Meşədə, bataqlıqlarda dər-bədər gəzirdik. Yarpaq yeyirdik, ağacların qabıqlarını gə-mirirdik. Hansısa kökləri. Beş nəfər idik, biri lap uşaq idi. Oğlan… Əsgərliyə yenicə çağırmışdılar.
Gecə yatdığım yerdəcə qulağıma bir pıçıltı səsi gəldi: “Bu uşaq yarımcandır, onsuz da öləcək. Başa düşürsən…” “Sən nə deyirsən?” “İnsan əti yeməlidir. Mənə bir zek4 da-nışmışdı. Onlar Sibir meşəsiylə düşərgədən qaçırmışlar. Özləri ilə bilərəkdən gənc bir oğlan da götürüblərmiş… Bu yolla da xilas olmuşdular…”
Onu vurmağa gücüm çatmadı. Səhərisi gün biz parti-zanlara rast gəldik”.
“Partizanlar səhər-səhər atla kəndə gəlmişdilər. Kən-din ağsaqqalını və onun oğlunu evdən çıxartdılar, dəmir-lə başlarına vurdular, ta ki yerə yıxılana qədər. Yıxıldıq-dan sonra isə bir az döydülər. Mən pəncərənin qabağında oturmuşdum. Hər şeyi görürdüm. Böyük qardaşım da partizanların arasında idi. O evə gəlib məni qucaqlamaq istəyəndə qışqırdım: “Yaxın gəlmə! Yaxın gəlmə! Sən qa-tilsən!” Sonra isə yerimdəcə donub qaldım. Düz bir ay da-nışa bilmədim.
Qardaşım həlak oldu. O sağ qalsaydı, nə olardı? Həm də evə qayıtmış olsaydı?”
“Səhər tezdən düşmənlər kəndimizi yandırdılar… Yalnız meşəyə qaça bilən adamlar sağ qaldı. Heç bir şey götürmədən qaçmışdıq, hətta çörək belə… Əlimiz bom-boş idi… Gecə Nastya xala, bizim qonşumuz dayanmadan ağladığı üçün qızını döydü. Uşaqlarının beşi də Nastya xalanın yanında idi. Yuleçka, mənim rəfiqəm, aralarında ən zəifi idi. Həmişə xəstə olurdu. Dörd qardaşı vardı, ha-mısı da balaca, hamısı da yemək istəyirdilər. Nastya xala az qala ağlını itirəcəkdi: “U-u-u-u-u”. Gecə isə eşitdim ki… Yuleçka yalvarır: “Ana, məni suda boğma. Daha ağla-mayacağam… Daha səndən yemək istəməyəcəyəm. Etmə-yəcəyəm…”
Səhər artıq Yuleçkanı görə bilmədim. Heç kim onu tapmadı.
Nastya xala… Biz kəndin yanıb kül olmuş xarabalıq-larına qayıdanda… Bütün kənd yanmışdı. Nastya xala öz bağındaca – alma ağacından özünü asdı. Uşaqları isə onun yanında dayanaraq yemək istəyirdilər…”
SENZORLA SÖHBƏTDƏN
– “Bunlar” yalandır. Bu, Avropanın yarısını azad edən əsgərimizin üstünə atılan böhtandır. Bizim partizan-ların… Qəhrəman xalqımızın… Bizə sizin kiçik əhvalatınız deyil, böyük tariximiz lazımdır. Qələbənin tarixi… Siz heç kimi sevmirsiniz. Bizim böyük ideyalarımızı sevmirsiniz. Marksın və Leninin ideyalarını…
– Bəli, mən böyük ideyaları sevmirəm. Mən balaca adamı sevirəm…
ÖZ SEÇDİKLƏRİMDƏN
“Bizi mühasirəyə alıblar… Siyasi rəhbərimiz də bi-zimlə birlikdədir. Həmin sovet əsgərlərinin düşmənə təs-lim olmayacağı ilə bağlı əmri oxudu. Yoldaş Stalinin dedi-yi kimi, bizdə əsir düşənlər yoxdur, satqınlar var. Uşaqlar silahlarını çıxardılar. Siyasi rəhbər əmr etdi: “Lazım deyil. Yaşayın, uşaqlar, siz hələ cavansınız”. Sonra da özünü vurdu.
Biz geri qayıtdıq. Bizimkilər artıq hücuma keçmişdi…
Balaca bir oğlanı da yaxşı xatırlayıram. O, hardansa torpaq qalağı altından, ya da zirzəmidən çıxaraq yanımı-za qaçıb gəldi və qışqırdı: “Mənim anamı öldürün… Mə-nim anamı öldürün. O almana aşiq olub…”
Onun gözləri qorxudan bərəlmişdi. Oğlanın arxasın-ca qapqara bir qarı qaçırdı. Başdan-ayağa qara paltarda idi. Qaçır, qaça-qaça da xaç vururdu: “Qulaq asmayın, övladım. Uşağı şeytan azdırıb”…
* * *
“Məni məktəbə çağırmışdılar… Mənimlə bir müəllim söhbət edirdi; biz evakuasiyadan yeni qayıtmışdıq:
– Mən sizin oğlunuzu başqa sinfə keçirmək istəyirəm. Mənim sinfimdə ən yaxşı şagirdlər oxuyur.
– Axı, mənim oğlum da ancaq “beş” alır”.
– Bu, vacib deyil. Uşaq almanların burnunun dibində yaşayıb.
– Hə, biz çox əziyyət çəkdik.
– Demək istədiyim məsələ bu deyil. Kim ki işğal altında yaşayıb. Bu adamlar şübhə altında olan insanlardı. Bax, məsələn, siz…
– Nə? СКАЧАТЬ