Müharibə qadın simalı deyil. Светлана Алексиевич
Чтение книги онлайн.

Читать онлайн книгу Müharibə qadın simalı deyil - Светлана Алексиевич страница 3

Название: Müharibə qadın simalı deyil

Автор: Светлана Алексиевич

Издательство: Автор

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ adət etmə-yimiz. Birgə… Ümumi insanlar. Bizdə hər şey ümumidir – həm xoşbəxtlik, həm göz yaşı. Əzab çəkməyi və bu əzab haqqında danışmağı bacarırıq. Əzab bizim ağır və bəxti gətirməyən həyatımıza haqq qazandırır. Bizim üçün ağrı – sənətdir. Etiraf etməliyəm ki, qadınlar bu yola daha cəsarətlə üz tuta bilirlər.

      * * *

      Onlar məni necə qarşılayırlar?

      “Qız”, ”qızım”, “qızcığazım”, – adlandırırlar… Yəqin ki, nəsildaşları olsaydım, mənimlə tamam başqa cür dav-ranardılar. Sakit və bərabərhüquqlu insantək. Gənclik və qocalığın görüşündən yaranan sevinc və heyrət hissi ol-madan.... Bu, çox vacib məqamdır: o zaman onlar gənc olublar, indi, yəni xatırladıqları an yaşlıdırlar… O günləri bütöv bir ömürdən sonra xatırlayırlar – qırx il keçdikdən sonra… Öz dünyalarını ehtiyatla mənə açır, şəfqətlərini əsirgəmirlər: “Təəssüf edirəm ki, orada olmuşam. Təəssüf edirəm ki, bütün bunları görmüşəm. Müharibədən sonra ərə getdim. Ərimin arxasında gizləndim. Özüm gizlən-dim. Anam da yalvarırdı: “Sus! Sus! Etiraf etmə!” Mən Vətən qarşısında öz borcumu yerinə yetirmişəm, amma orda olduğum üçün çox kədərliyəm. Kədərlənirəm ki, bunu bilirəm. Sən isə hələ lap cavansan. Sənə yazığım gəlir…”

      Tez-tez müşahidə etdiyim bir şey var: onlar özlərini dinləyirlər. Ruhlarının səsinə qulaq verirlər. Onu sözlə tutuşdurmağa çalışırlar. Uzun illərdən sonra insan başa düşür ki, bir zamanlar yaşayıb, həyatı olub, indi isə barış-maq və getməyə hazırlaşmaq vaxtıdır. İstəmirsən, elə-be-lə, danışmadan, içindəkiləri tökmədən yoxa çıxmaq ağır gəlir… Hiss edilmədən… Ayaqüstü yola salınırmış kimi… Və o zaman – geri boylandığın o an insanın içində nəinki özünün olan şeylər haqqında danışmaq istəyi baş qaldırır, eyni zamanda da həyatın sirrinə yetişmək arzusu oyanır. İnsan özlüyündə bir suala cavab vermək istəyir: nə üçün bu onun başına gəldi?

      O hər şeyə bir qədər vidalaşırmış kimi – kədərli nə-zərlərlə baxır. Demək olar ki, Oradan…

      Artıq yalan deməyin və özünü aldatmağın mənası yoxdur. O bilir ki, ölüm haqqında düşünmədən İnsan ru-hunda heç bir şey görmək mümkün deyil. Onun mövcud-luğunun sirri hər şeydən daha yüksəkdə dayanır.

      Müharibə həddindən artıq intim yaşantıdır. Və insan həyatı kimi də sonsuzdur.

      Bir dəfə bir təyyarəçi qadın mənimlə görüşməkdən imtina etdi. Səbəbini telefonda izah etdi:

      – Bacarmıram… Xatırlamaq istəmirəm. Mən üç il mü-haribədə olmuşam. Və üç il özümü qadın kimi hiss etmə-mişəm. Mənim orqanizmim ölmüşdü. Aybaşı belə olmur-dum və demək olar ki, heç bir qadınlıq hissi keçirmirdim. Halbuki gözəl idim. Gələcək ərim mənə evlənmək təklif edəndə… Bu artıq Berlində, reyxstaqda olmuşdu. O dedi: “Müharibə bitdi. Biz sağ qaldıq. Bəxtimiz gətirdi. Mənim-lə evlənərsən?” O zaman ağlamaq istədim. Qışqırmaq! Onu vurmaq! Necə yəni “evlənək?” Bütün bu dəhşətin içində “ərə gəl”? Qap-qara hisin-pasın və qara kərpiclərin arasında?

      “… Sən bir mənə bax. Gör, nə gündəyəm? Sən əvvəlcə məndən bir qadın yarat: çiçək bağışla, qayğıma qal, gözəl sözlər söylə… Mən bunu elə arzulayıram ki! Elə gözlə-yirəm ki!”

      Az qala onu vurmuşdum… Vurmaq istəyirdim.

      Onun yanaqlarının biri yanmış, qızarmışdı və mən gördüm ki, o hər şeyi başa düşüb. Çünki yanan yanaqları ilə göz yaşı süzülürdü. Həmin o yara yerindən… Bu vaxt özüm də nə danışdığıma inanmadan dedim: “Hə, sənə ərə gələrəm”.

      Amma indi danışa bilmirəm. Gücüm yoxdur. Çünki bütün bunları təzədən – ikinci dəfə yaşamalı olacağam”…

      Mən onu başa düşdüm. Amma bütün bunlar onsuz da yazdığım kitabın bir səhifəsi, ya da yarım səhifəsi ola-caqdı…

      Mətnlər, mətnlər… Hər yerdə – mətnlər. Mənzillərdə və kənd evlərində, küçələrdə və qatarlarda… Mən qulaq asıram… Getdikcə başqa insanlara tərəf çevrilmiş böyük bir qulağa çevrilirəm. Mən “səsləri” oxuyuram.

      * * *

      İnsan müharibədən daha böyükdür.

      Məhz o şeylər yadda qalır ki, orada İnsan daha çox-dur. Ona Tarixdən daha güclü hiss rəhbərlik edib… Mən məsələni daha geniş götürməliyəm – yalnızca müharibə haqqında həqiqəti deyil, ümumiyyətlə, ölüm və həyat haqqında yazmalıyam. Dostoyevskinin sualını verməli-yəm: insanda neçə insan yaşayır? Və insanın içində olan insanı necə müdafiə etmək olar?

      Şübhəsiz ki, şər cəlbedicidir. O, xeyirxahlıqdan daha çoxçeşidlidir. Daha cazibədardır.

      Getdikcə daha çox Müharibənin sonsuz dünyasına dalıram, yerdə qalan hər şey yüngülcə tutqunlaşır, hər za-man olduğundan daha adi görünməyə başlayır.

      Möhtəşəm və yırtıcı dünya… İndi artıq ordan qayıt-mış İnsanın tənhalığını daha yaxşı başa düşürəm. Başqa bir planetdən, ya da o dünyadan gəlmiş kimi…

      Onda başqalarının sahib olmadığı biliklər var və bu bilikləri yalnız orada – ölümün yaxınlığında əldə etmək olar. O, sözlərlə nə isə ifadə etməyə çalışdığı zaman özü-nü fəlakət içindəymiş kimi hiss edir. İnsan lal olur. O, da-nışmaq, başqaları isə dinləmək istərdilər, amma hər kəs gücsüzdür.

      Onlar həmişə məndən – öz xatirələrini paylaşdıqları insandan fərqli olaraq tamam başqa bir məkanda idilər. Onları gözəgörünməz bir dünya əhatə edirdi.

      Söhbətin hər zaman ən azı üç iştirakçısı var: hazırda danışan insan, bu insanın o zamankı, müharibə dövründə olan varlığı, bir də mən…

      Məqsədim hər şeydən öncə o illərin həqiqətlərini əldə etməkdir. O günlərin… Hislərin saxtakarlığına yol vermə-dən… Yəqin ki, müharibədən dərhal sonra insan bir mü-haribə haqqında danışar, on il sonra başqa biri haqqında; çünki o, artıq özünün bütün həyatını da xatirələrə əlavə etmiş olur. Bütün varlığını… Bu illər ərzində necə yaşayıb-sa – onu; nə oxuyubsa, nə görübsə, kiminlə qarşılaşıbsa – onu. Nəhayət, xoşbəxtdirmi, bədbəxtdirmi – onu.

      Həmsöhbətimlə təklikdəmi danışırıq, yoxsa yanında kimsə varmı – bu da vacibdir. Ailəsimi? Dostlarımı? Han-sı dostları? Cəbhə dostlarıdırsa, bu bir məsələdir, yerdə qalan dostlarıdırsa – başqa.

      Sənədlər canlı varlıqlardır, onlar bizimlə birlikdə dəyişir, bizimlə birlikdə СКАЧАТЬ