Onlar inəyimi aparır, mən isə dallarınca gedirdim. On kilometrə yaxın yolu arxalarından getdim. Yalvardım ki, qaytarın. Üç uşağım daxmada məni gözləyir.
Müharibədə yaxşı insan tap, görüm, necə tapacaqsan.
Özümüzünkülər də bir-birinin üstünə hücum edirdi-lər. Qolçomaqların uşaqları sürgündən geri qayıtmışdılar. Onların valideynləri həlak olmuşdu, özləri isə alman ha-kimiyyətinə xidmət edir, bu yolla qisas alırdılar. Biri ko-mada qoca bir müəllimi güllələmişdi. Bizim qonşumuzu. O nə zamansa bunun atasını satmışdı, qolçomaq çıxarmış-dı. Qatı kommunist idi.
Almanlar əvvəlcə kolxozları ləğv etdilər, camaata tor-paq payladılar. İnsanlar elə bil Stalindən sonra dərin bir nəfəs aldı. Biz vergi ödəyirdik. Özü də müntəzəm şəkil-də… Sonra isə bizi yandırmağa başladılar. Bizi də, evləri-mizi də. Mal-qaramızı aparır, özümüzü isə yandırırdılar.
Oh, qızım, mən sözlərdən qorxuram. Sözlər çox qor-xuludurlar. Mən yaxşılıq etdiyimçün xilas ola bildim. Heç kimə pislik arzulamırdım… Hamıya yazığım gəlirdi…”
* * *
“Mən ordu ilə birlikdə Berlinə qədər getmişəm… Öz kəndimə iki şöhrət ordeni və medallarla qayıtdım. Üç gün qaldım, dördüncü gün isə anam məni yatağımdan qaldı-raraq dedi:
– Qızım, səninçün bir bağlama hazırlamışam. Çıx, get… Çıx, get… Səndən sonra iki balaca bacın böyüyür… Onları kim alacaq? Hamı bilir ki, sən dörd il kişilərlə birlikdə cəbhədə olmusan.
Mənim yarama dəyməyin, yaxşısı budur ki, başqaları kimi siz də mənim mükafatlarım haqqında yazın…”
* * *
“Müharibə elə müharibədir. Müharibə sizin üçün te-atr deyil. Çöldə dəstəni sıraya düzdülər, biz dairə şək-lində dayandıq. Ortada isə Mişa K. və Kolya M. – bizim uşaqlar… Mişa cəsur kəşfiyyatçı idi, qarmonda çala bilir-di. Oxumaq məsələsində isə heç kim Kolyadan daha yaxşı ola bilməzdi…
Hökmü uzun-uzadı oxudular: filan kənddə iki şüşə gecə arağı tələb ediblər… gecə isə iki qızı… Filan kənddə isə… Kəndlinin əlindən paltosunu və tikiş maşınını alıb-lar. Sonra da satıb arağa xərcləyiblər. Qonşuları evindəcə. Güllələnməyə məhkum edilirlər…
Kim güllələyəcəkdi? Dəstə susurdu… Kim?! Susur-duq… Hökmü komandirin özü yerinə yetirdi…”
* * *
“Mən pulemyotçu idim. O qədər adam öldürmüş-düm ki…
Müharibədən sonra uzun müddət ana olmaqdan qorxdum. Yalnız bir qədər sakitləşdikdən sonra doğdum. Yeddi il keçdikdən sonra… Amma indiyə kimi də heç bir şeyə görə onları bağışlamamışam. Heç bağışlamayacağam da… Mən əsir düşmüş almanları görəndə sevinirdim. Sevinirdim ki, onlara baxanda insanın yazığı gəlir: ayaq-larında çəkmə əvəzinə ayaq sarığı, başlarında sarğı… Kən-din içi ilə keçirib aparırlar, onlar isə yalvarır: “Ana, çörək ver… Çörək ver…”
Məni heyrətə gətirən o idi ki, kəndli qadınlar öz dax-malarından çıxır, kimisi onlara bir parça çörək, kimisi kar-tof atırdı. Oğlan uşaqları isə əsir dəstəsinin dalınca qaça-raq onları daşa tuturdular. Qadınlar ağlaşırdılar…
Mənə elə gəlir ki, mən iki həyat yaşamışam – biri kişi, digəri isə qadın həyatı…”
* * *
“Müharibədən sonra…
Müharibədən sonra insan həyatının heç bir dəyəri qalmadı. Bir misal çəkim. İşdən sonra avtobusda gedir-dim, birdən haray-qışqırıq qopdu: “Oğrunu tutun! Oğru-nu tutun! Mənim çantam…” Avtobus dayandı. O dəqiqə basabas düşdü. Gənc bir zabit oğlan uşağını küçəyə çıxardı, əllərini öz dizlərinin üstünə qoydu və “bax!” Əllə-rini iki yerə qırdı. Sonra geri qayıtdı. Və biz yolumuza da-vam etdik. Heç kim oğlanı müdafiə etməyə çalışmadı da… Heç milis də çağrılmadı. Həkim çağıran da olmadı. Zabi-tin isə bütün sinəsi medallarla dolu idi. Mən öz dayanaca-ğımda düşmək istədikdə o, tez yerindən qalxdı və mənə əlini uzatdı: “Buyurun, düşün, xanım qız…” Bu dərəcədə nəzakətli.
Eh… Bu o deməkdir ki, hələ müharibədir. Bütün insanlar da müharibə insanlarıdır…”
* * *
“Qızıl Ordu gəldi…
Bizə adamlarımızın basdırıldığı qəbirləri açmağa ica-zə verdilər. Adətə görə, hamımız ağ paltarda olmalı idik – ağ köynəklərdə, ağ yaylıqlarda… Adamlar kənddən baş-dan-ayağa ağ paltarlar içində, ağ döşəkağlarına bürünə-rək çıxdılar. Ağ naxışlı dəsmallarla…
Qazdıq. Kim nə tapırdısa, deyirdi, özü də götürürdü. Kimisi arabada bir əl apardı, kimisi at arabasında kəllə. İnsan uzun müddət torpağın altında bütöv qalmır axı, onların hamısı bir-birinə qarışmışdı… Bir də torpağa…
Bacımı tapa bilmədim, mənə elə gəldi ki, donunun bir parçasını gördüm – bu onun idi, deyəsən, nəsə tanış gəlirdi. Elə həmin parça qalığını da tabuta qoyub dəfn et-dik.
Atamla bağlı “itkin düşmüşdür” yazan kağız aldıq. Başqaları həlak olanlarla bağlı nəsə xəbər alırdılar, anam-la məni isə kənd sovetində qorxutdular: “Sizə heç bir yar-dım düşmür. Bəlkə də, o alman frausu ilə kef içində yaşa-yır. Xalq düşmənidir…”
Mən Xruşşovun vaxtında atamı axtarmağa başladım. Qırx ildən sonra… Qorbaçovun zamanında isə cavab al-dım: “Siyahılarda adı yoxdur…” Amma onun polk yol-daşlarından biri səsimizə hay verdi. Öyrəndim ki, sən de-mə, atam qəhrəmancasına həlak olubmuş. Mogilov yaxın-lıqlarında əlində qranatla tankın altına atılıb…
Heyf ki, bu xəbəri aldığım zamanlara qədər anam yaşaya bilmədi. O, xalq düşməninin arvadı ləkəsi ilə dün-yadan köçdü. Satqın arvadı… Onun kimi olanların sayı çox idi. O vaxta qədər yaşaya bilmədi. Mən məktubla bir-likdə onun məzarının üstünə getdim… Oxudum…”
* * *
“Əksəriyyətimiz inanırdı…
Düşünürdük ki, müharibədən sonra hər şey dəyişə-cək. Stalin öz xalqına inanacaq. Hələ müharibə qurtarma-mışdı, amma eşelonlar СКАЧАТЬ