“İndicə yuxudan ayılacağam. Sanki kimsə… elə bil, yaxınlıqda ağlayır. Mən müharibədəyəm. Biz geri çəkili-rik. Smolensk yaxınlıqlarında bir qadın mənə öz paltarını gətirir, əynimi dəyişməyə imkan tapıram. Tək-tənha gedi-rəm. Kişilərin arasında təkcəyəm. O vaxt şalvar geyinir-dim, indisə yay donundayam. Birdən məndə o məsələ başladı. Qadın məsələsi… Anlayarsınız. Vaxtından əvvəl başlamışdı, yəqin ki həyəcandan idi. Ağır təəssüratlardan və haqsızlıq qarşısında sarsıntıdan… Burada – indi nə ta-pa bilərdim ki? Kolların altında, xəndəklərdə, meşədə – kötüklərin üstündə yatırdıq. O qədər idik ki, meşədə belə bizə yer çatmırdı.
Özümüzü itirmiş, aldadılmış, heç kimə inanmayan insan kimi hiss edir – gedirdik. Hanı bizim aviasiyamız, hanı bizim tanklarımız? Uçan, sürünən, guruldayan hər nə vardısa, almanların idi.
Elə belə halda da mən əsir düşdüm. Əsir düşməmiş-dən qabaqkı gecə hər iki ayağımdan yaralanmışdım. Uza-nıqlı qalmış, altımı batırmışdım. Bilmirəm, gecə sürün-mək üçün hardan güc aldım. Amma sürünə-sürünə də partizanların yanına getdim.
Mənim bu kitabı oxuyacaq adamlara yazığım gəlir, oxumayacaq insanlara da eləcə…”
“Gecə növbədə idim. Ağır yaralıların palatasına gir-dim. Bir kapitan vardı. Uzanmışdı. Həkimlər növbəni qə-bul edəndə mənə xəbərdarlıq etmişdilər ki, o, gecə öləcək. Səhərə sağ çıxa bilməyəcək. Yaxınlaşıb soruşdum ki, necə-sən, sənə necə kömək edə bilərəm? Heç vaxt yadımdan çıxmaz… O, birdən gülümsədi. Əzab dolu sifətində elə bir işıqlı təbəssüm peyda oldu ki. “Xalatının qabağını aç… Sinəni mənə göstər. Çoxdandır arvadımı görmürəm…” – dedi. Mən utandım, orda ona nəsə cavab verib getdim… Bir də bir saat sonra geri qayıtdım. O artıq ölmüşdü. Həmin təbəssüm isə sifətində hələ də qalırdı.”
“Kerç yaxınlığında idik. Gecə atəş altında barjada3 gedirdik. Birdən burun hissəsi od tutub yanmağa başladı və… Atəş göyərtəyə qalxdı. Hərbi sursatlar partladı. Güc-lü partlayış idi. Elə güclü idi ki, barja sağ tərəfə əyildi və batmağa başladı. Sahil o qədər də uzaqda deyildi, başa düşürdük ki, haradasa yaxınlıqdadır; əsgərlər özlərini su-ya atdılar. Sahildən minamyotların səsi eşidilirdi. Qışqı-rıq, inilti, söyüş… Mən yaxşı üzürdüm və heç olmasa bir nəfəri xilas etmək istəyirdim… Heç olmasa bir nəfər yara-lını… Axı bu torpaq deyildi, su idi, insan o dəqiqə həlak olurdu. Su… Birdən gördüm ki, yaxınlıqda kimsə gah üzür, suyun üzünə qalxır, gah da altına enir. Yuxarı çıxır, sonra görünmür… Mən məqamı tutub ondan yapışdım. Nə isə soyuq və sürüşkən bir şey idi. Elə bildim ki, yara-lılardan biridir və əynindəki paltarı partlayışda cırılıb. Çünki özüm də demək olar ki, çılpaq idim.
Hər yan zülmət kimi qaranlıqdı. Gözlərim yanırdı. Ətrafda “eh, ay, ay” səsləri eşidilirdi. Bir də söyüş.
Birtəhər onunla birlikdə sahilə qədər gəldim. Elə bu vaxt göydə raket partladı və mən gördüm ki, özümlə bir-likdə böyük və yaralanmış bir balığı sürüyüb sahilə çıxar-mışam. Böyük balıq idi, adam boyunda. Ağ balıq. O ölür-dü. Mən onun yanında yerə çökdüm və elə bir üçmərtə-bəli söyüş söydüm ki… Haqsızlığın ağrısından məni ağla-maq tutdu. Bir də ona görə ki, hər kəs əzab çəkirdi.”
“Mühasirədən çıxmağa çalışırdıq. Hara atılırdıqsa, hər yanı almanlar tutmuşdu. Qərar alınır: səhər döyüşə-döyüşə mühasirəni yaracağıq. Onsuz da həlak olacaqdıq, heç olmasa ləyaqətlə ölərdik. Döyüşdə. Biz üç qız idik. Gecələr onlar kim bacarırdısa – o işi – onun yanına gəlir-dilər. Əlbəttə ki, hamı buna qadir deyildi. Əsəblər gərgin-di, özünüz blirsiniz… Belə-belə işlər… Hamı ölməyə hazır-laşırdı.
Səhəri tək-tük adam mühasirədən xilas ola bildi. Çox az… Təxminən, yeddi nəfər. Halbuki, əlli nəfər vardıq. Al-manlar pulemyotla biçmişdilər. Qızların heç birini sağla-rın arasında tapmadım. Bir də heç vaxt görə bilmədim…”
SENZORLA SÖHBƏTDƏN
– Bu cür kitablardan sonra döyüşməyə kim gedər? Siz qadını primitiv naturalizm vasitəsilə alçaldırsınız. Qəhrəman qadını. Gözdən salırsınız. Onu adi qadına çe-virirsiniz. Adi dişiyə. Halbuki onlar bizim üçün müqəd-dəsdirlər.
– Bizim qəhrəmanlığımız sterildir, o nə fiziologiya, nə də biologiya ilə hesablaşmaq istəmir. Ona inana bilmir-sən. Halbuki, təkcə ruh deyil, bədənlər də sınaqdan keçi-rilirdi. Maddi örtüyümüz…
– Bu fikirlər sizdə hardandır axı? Yad fikirlər. Sovet fikirləri deyil bunlar. Siz qardaşlıq məzarlarında olan adamları ələ salıb gülürsünüz. Remarkla başınızı xarab eləmisiniz, deyəsən. Bizdə remarkizm işləmir. Sovet qa-dını heyvan deyil.
* * *
“Bizi kimsə satmışdı… Almanlar partizan dəstəsinin dayanacaq yerini öyrənmişdilər. Meşəni də, məntəqəyə aparan yolları da mühasirəyə almışdılar. Vəhşi cəngəllik-də gizlənmişdik. Bizi düşmənlərimizin girə bilmədiyi ba-taqlıqlar xilas edirdi. Bataqlıqlar… Onlar insanları da, tex-nikanı da bir anın içindəcə özünə çəkirdi. Günlərlə, hətta həftələrlə boğazımıza qədər suyun içərisində qalırdıq.
Bizimlə birlikdə bir radist qadın var idi, yenicə doğ-muşdu. Uşağı ac idi. Əmmək istəyirdi. Ananın özü də ac olduğu üçün südü qurumuşdu; uşaq isə dayanmadan ağ-layırdı. Faşistlər yaxınlıqda dolaşırdılar. İtlərlə… İtlər səsi eşitsələr, hamımız məhv olduq. Bütün qrup – otuza yaxın adam. Sizə aydındır? Bir qərar alınır. Heç kim komandi-rin əmrini qadına çatdırmağa ürək eləmir, amma ananın özü hər şeyi başa düşür. Uşağın qundağını suya salır və uzun müddət orada saxlayır.
Uşaq artıq qışqırmır. Bir cıqqırtı belə yoxdur. Biz isə başımızı yerdən qaldırıb kimsənin üzünə baxa bilmirik. Nə ananın, nə də bir-birimizin”.
“Biz əsir götürdükdə onları dəstəyə gətirirdik. Güllə-ləmirdik, bu, onlar üçün həddindən artıq ucuz ölüm olar-dı; donuz kimi şişlə öldürür, hissə-hissə parçalayırdıq. Mən bütün bu mənzərəyə tamaşa etmək üçün gedirdim. Gözləyirdim… Uzun müddət gözləyirdim ki, görüm ağrı-dan nə zaman gözləri partlayacaq. Bəbəkləri. Siz bu haq-da nə bilirsiniz ki? Onlar mənim anamla kiçik bacılarımı kəndin ortasındaca ocaqda yandırmışdılar…”
“Müharibədən yadımda nə itlər, nə də pişiklər qalıb, amma siçovullar xatirimdədir. Böyük-böyük siçovullar. Sarı-göy gözləri vardı… Onlar saysız-hesabsız idilər. Mən yaralandıqdan sonra sağalmağa başladığım vaxt hospital-dan СКАЧАТЬ