Gecə yarısından sonra Ay batdı. Ortalığa çökdü. Könüllərə də qaranlıq enmişdi. Əsgərlərin az bir hissəsi yatır, çoxu isə düşüncələr içərisində idi. Bir türkün nələr düşündüyü üzündən bilinməz ki.
Birdən-birə qəfil bir səs yuxulayan, düşünən əsgərləri bu küskün hallarından çəkib çıxardı. Bu, bir 14
qopuzun səsiydi. Otluğa uzananlar durdular, oturmaqda olanlar ayağa qalxdılar. Səs güclənirdi.
Əsgərlər bir-bir, iki-iki səsə doğru getdilər. Onbaşı Pars, Onbaşı Yamtara baxaraq:
− Qara Ozan olacaq, yenə coşub, − dedi.
Yamtar cavab verdi:
− Coşub. Bizi də coşduracaq!
İki onbaşı ağır addımlarla gedirdilər. Qaranlıqda bir-birini tanımayan bir çox əsgər də səsə tərəf üz tutmuşdu. Onların arasında onbaşılar, yüzbaşılar vardı. Hətta minbaşılar, tümənbaşılar, tarkanlar, buyruqlar, təkinlər7 də vardı. Hətta Bağatur Şad da onların arasındaydı. Bir sözlə, bu səsi eşidən qalxır, yüyürürdü.
Qara Ozan yerdə bardaş qurub, qopuzu ilə baş-başa vermişdi. Çaldığı havaya elə dalmışdı ki, ətrafına bu qədər adamın toplandığını hiss edəcək halda deyildi. Qarşısında cox gənc bir əsgər oturmuşdu. Qara Ozana baxırdı. Qara Ozan əvvəlcə çaldı, çaldı, sonra isə coşub söyləməyə, oxumağa başladı. Oxuyur və çalırdı. Çevrəsindən səs-səmir çıxmırdı. Bu yüzlərcə əsgər və bəylərin ürəyi sanki Qara Ozanın qopuzundakı tellərdə titrəyirdi. Qara Ozanın şaqraq səsi bir gurultu kimi eyni zamanda düzənliyə və könüllərə enirdi. Qara Ozan şeir söyləyirdi.
Çuluq Kağan öldümü?
Türklər başsız qaldımı?
Qorxaq çinli güldümü?
Parçalanır ürəklər.
Kim bizə qurdu tuzaq?8
Tanrı türklərdən uzaq.
Kağandır yurda bəzək
Parçalanır ürəklər.
Çuluq Kağan igiddi,
İndi cənnətə getdi.
Bunu bizə kim etdi?
Parçalanır ürəklər.
Ulduzumuz sönmüşdür,
Yağılar sevinmişdir.
Kağan zəhərlənmişdir,
Parçalanır ürəklər.
Ordu, Qara Ozanın oxuduğu havanın ruhunu tutmuşdu. Dördlüklərin sonunu hamısı birdən gur səslə təkrarlayıb ağlayırdılar. Bu, hər biri qanlı savaşlardan, ölümün pəncəsindən neçə dəfə salamat çıxmış, on beş yaşlı uşaqlardan tutmuş, altmış yaşındakı qocalaradək minlərcə savaş ərləri titrək səslərlə:
− “Parçalanır ürəklər!..” – deyə inlədikcə minlərcə bozqurd ulayırmış kimi bütün düzənlik inildəyir, qarşıdakı meşədən isə həqiqi bozqurdlar səslərini öz soydaşlarının səsinə qatıb səs-səsə
verirdilər. Qara Ozan isə oxumağındaydı:
İndi bunludur9 budun10
7 Onbaşı, yüzbaşı, minbaşı, tümənbaşı, tarkan, buyruq, təkin – o dövrdə türk ordusunda hərbi rütbələr.
8 Tuzaq − tor
9 Bunlu − sıxıntılı
10 Budun – el, soy
15
Kağan, bizi tək qoydun.
Bunu sən etdin, Katun!
Parçalanır ürəklər!
Katun, səni asmalı,
Yer-yurdunu basmalı,
Yüz min çinli kəsməli,
Parçalanır ürəklər!
İndi könül sayrıdır11,
Kağanından ayrıdır.
Çinli Katun əyridir12,
Parçalanır ürəklər.
Sayrıya əm13 var demə,
Yaramız gəlməz əmə,
Qara Ozan, inləmə,
Parçalanır ürəklər.
Qara Ozan qopuzunu çalıb, türküsünü oxuyarkən birdən-birə qaranlıqdan bir səs hayqırdı:
− Ozan, daha kəs! Könülləri dağlayırsan!..
Hamı sağa-sola dönərək, hayqıranın kim olduğunu anlamaq istədi. Qaranlıqda bir şey görünmürdü ki… Elə bu zaman Qara Ozan başını qaldırıb dörd yanına toplaşan adamların fərqinə vardı. Ağır-ağır qalxdı. Adamların arasına qarışaraq qeyb oldu.
Dan sökülürdü. Düzənlik ağarmağa başlayarkən könüllərdəki qaranlığı da aparan kimi oldu.
Bağatur Şad bütün gecəni yatmamışdı və buna görə də onun çinli mehtərləri də oyaq qalmaq məcburiyyətində idilər. Bu mehtərlərdən ikisi kənara çəkilib çincə nə barədəsə danışırdılar. Birisi
“Çuluq Kağanın zəhərlənməsi yaxşı oldu, yoxsa Çini alt-üst edəcəkdi” – deyir, digəri:
− Bu İçinq Katunun heykəlini düzəldib məbədlərə qoymaq lazımdır, − deyə cavab verirdi.
Sonra yenə kağanın kim olacağı barədə mübahisə etməyə başladılar.
− Çuluq Kağanın iki oğlu var. Yaşar Şad, Şu Təgin. Şu Təgin hələ on səkkiz yaşındadır, uşaq sayılır. Yaşar Şad isə iyirmi iki yaşındadır, bənizi СКАЧАТЬ