Bozqurdlar. Piter Kouter
Чтение книги онлайн.

Читать онлайн книгу Bozqurdlar - Piter Kouter страница 5

Название: Bozqurdlar

Автор: Piter Kouter

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ axan bir çay yaratmışdı.

      İldırımlar ağaclığı yaxıb yandırırdı. Qorxunc gurultularla çaxan ilk ildırım bütün atları hürkütdü.

      Kişnəyərək sel sularına atıdılar. Çalığı üstündən atan at dəli kimi boşluğa doğru çaparkən üzərinə

      düşən bir ildırımdan yanıb kül oldu. Çalığın bəxti vurub salamat qalmışdı. Bir neçə atlı selə qapılıb qalmışdılar, çığırıb-bağırırdılar. Kimsə kimsəyə yardım edəcək halda deyildi. Atından düşməyən təkcə

      İşbara Alpdı. Atsız qalan ərlər nə edəcəklərini bilmirdilər. Kimi atını tutmağa, kimi sığınacaq bir yer tapmağa can atırdı. Tez-tez ildırım çaxırdı. Yüzbaşı bir an duruxdu: “Türk Tanrısı bizdən üzmü çevirdi?” – deyə düşündü. Sonra sərt, gur səslə hayqırdı: “Hamınız tez yanıma toplanın!” Ərlər bu əmrə baş əyərək toplandılar. İşbara Alp bağırdı: “Tanrı ya bizdən üz çevirib, ya qılınclarımızı itiləmək istəyir. Tez olun qılınclarınızı çıxarıb buraya yığın!”

      Bir anlığa ətrafı qılınc cingiltisi bürüdü. Əsgərlər qılınclarını üst-üstə yerdəki təpəciyə fırlatdılar.

      Yüzbaşı da ən sonda öz qılıncını atdıqdan sonra “Ardımca gəlin” – deyə bağırdı. Əsgərləri bir az irəlidə, ağaclıqdan uzaqdakı qayaların yanına gətirdi. Artıq geriyə dönməyə də imkan qalmamışdı.

      Sular yuxarıdan dərəyə doğru axır, dərə də ağzına qədər dolub qabarırdı. İşbara Alp bağırdı:

      − Qayalardan möhkəm yapışın. Kim dözüb dursa qurtulacaq. Dözməyəni sular aparacaq!

      Əsgərlər dizlərindən yuxarı suyun içindəydilər, bərk-bərk qayaların çıxıntılı, sivri yerlərindən tutmuşdular. Su get-gedə qalxırdı, ildırımlar bir az irəlidəki qılınc yığınının üstünə düşürdü. Onbaşı Yamtar yapışdığı qayanın sivri ucunu görüncə tək əli ilə kəmərini çəkib çıxartdı. Yanındakı iki əsgərə

      göstəriş verdi:

      − Hələ bütün gücümüz tükənməyib, mənə bu qayışı qayanın sivri ucuna keçirməyə kömək etsəniz, üçümüz də xilas olarıq, daha bir neçə adam qurtular. İşdi bərk tutmasanız, üçümüz də birdən suya batıb gedəcəyik. Haydı, sən tez ol, suya döş verib yaslan, bizi qoru. Sən də məni tut, qoyma suya batım, bərk tut, bu qayışı o qayaya düyünləyim!

      Onbaşı Yamtar, kəmərini o qayaya ortadan yaxşıca düyünlədi. Qayışın sallanan iki ucunu aşağıya uzatdı. Bir ucundan özü yapışdı, o birisindən isə başqa bir əsgər yapışdı. Su bellərinə yaxınlaşırdı.

      Artıq çaxan ildırımlara fikir verən yoxdu. Gücləri tükənirdi, nəfəslərini dərir, əllərini qayalara möhkəm keçirərək sularda batmamağa çalışırdılar.

      İşbara Alp hələ atının üstündə idi. Yayının kirişini qayanın sivri ucuna taxmış, dəmirini də əli ilə

      tutmuşdu, beləcə sulardan özünü də, atını da qoruyurdu. Onbaşı Yamtar indi qayaya ilməklədiyi kəmərinə daha artıq sarılmağa məcburdu. Çünki artıq onbaşıdan asılan əsgər tək deyildi. Bir-birinə

      sığınıb, bir-birindən asılan əsgərlərin sayı iyirmini keçmişdi. Amma Yamtar etiraz etmir, sarsılmır, yalnız kəmərindən daha möhkəm tutmağa çalışırdı. Bu ara ildırımdan daha kəskin, göy gurultusundan daha güclü bir səs yüksəldi:

      − Qurd Qaya, əlini burax!

      11

      Və ondan sonra ətrafı ildırımların səsi bürüdü. İşbara Alp vaxtında qışqırmışdı. Hamıdan yuxarı bir yerdən yapışan yüzbaşı ara-sıra çaxan şimşəklərin işığında Yamtarın bütün etdiklərini görmüş, sonra da səssizcə bir-birindən tutub sallanan bu insan zəncirini gözləri ilə izləmişdi. Ürəyi bir suala cavab axtarışında çırpınırdı: Tanrı onlardan nə üçün üz çevirdi? Bax, Çinə hücum edirlər, qılıncların qında uyuduğu, yayların gərildiyi, oxların sadaqlardan çıxmadığı bir tək günləri belə olmayıb. Bəs onda Tanrı yenə nə üçün qəzəblənib? Yüzbaşı bir yandan bunu düşünür, bir yandan da Yamtarı gözləyirdi. Birdən parlayan şimşəyin ani işığında bir alay əsgərinin köhnə qayışını sivri qayanın hər an artan bir çevikliklə gəmirib yediyini gördü. Nə edəcəyini yenə bir ildırım sürətilə qərarlaşdırdı və o saat da hayqırdı: “Qurd Qaya, əlini burax!..” Qurd Qaya, Yamtarın arxasından sıralanan ərlərin sonuncusu idi. Yüzbaşının əmrini eşidincə bir an belə tərəddüd etmədi və qara, azğın sular on əri bir anda uddu. Yüzbaşının ikinci dəfə gurlayan səsi Yamtara da təhlükəni bildirdi:

      − Yamtar, bərk dur, qayış qopacaq!

      Gənc onbaşı tez hərərkət etdi. Arxasındakı bütün ağırlığa baxmayaraq, insan gücünün son qeyrəti ilə özünü, irəliyə doğru çəkməyi bacardı. Digər əli ilə də qayanın bir çıxıntısını yoxladı. İndi artıq arxayınçılıq idi. Yuxarıdan aşağı axan sular sürətini azaltmasa da yağış kəsmiş, külək heydən düşmüşdü. Hərəsi bir yerdən yapışıb özünü qoruyan əsgərlər bir-bir toplanmağa başladılar. İslanmış

      geyimləri bədənlərinə yapışdığından hər biri olduğundan daha uzun görünürdülər. Parlayan günün altında yüzbaşının göstərişlərini yerinə yetirmək üçün o yana, bu yana gedir, ehtiyacı olan yoldaşlarına kömək əli uzadırdılar. Qarğaşalıq bir müddət beləcə sürdü. Yerdən bir ox boyu yüksələn günəş, hər şeyin yerli-yerində, düzəlmiş olduğunu gördü.

      Yüzbaşı İşbara Alp işlərin yoluna düşdüyünü görüncə əsgərlərinə bağırdı: “Haydı, qılınclarınızı yığın! Hər kəs öz qılıncını götürsün!” Əsgərlər hərəkətə gəldilər. Çaxan ildırımlar qılıncların bəzilərini parçalayıb dağıtmışdı. İşbara Alpın ən üstdə olan qılıncının, əvvəlkindən daha parlaq, daha iti olduğu görünürdü. Atlarını itirənlər axtarır, adları ilə səsləyir, fışqırıqla çağırırdılar. Uzaqdan kişnərti səsi eşidilir, bu dəhşətli bəladan sağ qalan atlar bir-bir, iki-bir ortaya çıxırdılar. Bəzilərinin atları geri dönmürdü, geri dönənlərin sahiblərindən isə bir çoxu artıq yoxdu. İşbara Alp qılıncının ildırımların zərbindən əvvəlkindən daha iti olduğunu görüb buna uca Tanrının onu əfv etməsi kimi baxırdı. Amma bu fırtına, bu dolu, bu sular, bu məhv olan əsgərlər…təzadlı mənzərəydi. Demək, Tanrı həm qəzəblənmiş, həm də bağışlamışdı. Yüzbaşı neçə adam öldüyünü öyrənmək üçün onbaşılara bağırdı:

      − Onbaşılar ərlərini saysın!

      Onbaşılar öz ətraflarına toplaşan əsgərləri saymağa başladılar.

      İşbara Alp bir-bir soruşdu:

      − СКАЧАТЬ