− Vəhşi gözəllik nəyimə gərək? Mənə Ötükəndə gözəl saray, gözəl qumaş, gözəl qadın göstərə
bilərsənmi?
Çin zabiti pis-pis güldü:
− Bəyimizi aldatmaq həddim deyil, ona görə də qəti bir söz deyə bilmərəm, amma bəlkə gözəl qadınlar, hətta gənc qızları görmək mümkün oldu…
− Gözəl qızları mən də sənin qədər hər gün görürəm, amma görməkdən bir şey çıxmır ki…
29
Şen-kinqin hiddətini görüb qarşısındakı susdu. Şen- kinq bir anlığa nəsə düşündü. Sonra birdən-birə soruşdu:
− Yoxsa sənin bildiyin bir şeymi var?
− Mən çox şey bilirəm. Yalnız buradan bir xeyli irəlidə, Orhun çayına çatınca orada gözəl bir qoruq var. Türklər orada at bəsləyirlər. Hər gün oraya cavan türk qızları gedib kımız düzəldirlər.
− Bu qızların yanında kişi olmurmu?
− Xeyir!
− Əcayib şey! Çində olsa gənc qız evinin qapısından kənara addım ata bilməz. Bu türk qızları qorxmurlarmı?
Şen-kinq durmadan şərab içirdi. Bu türk şərabı da heç Çindəkinə bənzəmirdi. İndi dünyanın gözəl və sevimli olduğunu duymağa başlamışdı. Yoldaşının təklifi isə keçiləsi deyildi. Bir qədəh də şərab içdikdən sonra yoldaşlarına:
− Haydı, söylə bir at gəzintisinə çıxaq! − dedi.
Bir az sonra dörd çinli yola düzəlmişdi. Orhun çayı sahillərində qızların kımız düzəltdikləri yerə doğru gedirdilər. Şen-kinqin sərxoşluğu həddini aşmışdı. Çin zabitləri ilə
gəvəzəlik etməyə başlamışdı:
− Çində yenə Suilər başa keçsə, mən bilirəm nə edəcəyəm… İçinq Katun qəbiləsini hakimiyyətə gətirmək üçün Qara Kağanı təhrik edir. Üzümüzə gələn yayda Çinə hücum ediləcək.
Tanqlar taxtdan düşürüləcək. O zaman bəlkə mən Çin kağanı oldum. Hər birinizi bir komandan edəcəyəm. Sonra gəlib buranı da alarıq…
Bu son sözlərdən diksinən üç Çin zabiti sıçrayaraq arxalarına, yanlarına baxdı.
Açıq düzənliklə gedirdilər. Bu işdən kimsə xəbər tutacaq deyə qorxudan ödləri partlamışdı.
Bununla bərabər bu işin baş tutacağına inanmasalar belə, bu ümidli sözlərdən çox xoşları gəldi.
Beləcə xeyli getdilər. Soyuqdan Şen-kinqin sərxoşluğu büs-bütün yox olmuşdu.
Artıq istədikləri yerə çatmışdılar. Burada gözəl bir qoruq, yaxında kiçik mağaralar vardı. Bu mağaralar qara, qışa, yağışa qarşı sığınacaq idi. Buralarda bir çox türk qızı çalışırdı. Ara-sıra at kişnəmələrindən başqa bir səs duyulmurdu. Buraya yaxınlaşarkən Şen-kinq yoldaşlarına dönüb:
− Hələ, hələ baxın! − dedi. − Bu qızların hamısında yay-ox var. Qılıncları da olsa, hamısı hazırca əsgərdi. Nə deyirsən, Van-zin-şan? Sən bu qızların belə döyüşçü olduqlarını da bilirdinmi?
Van-zin-şan çinli bəyə buranı xəbər verən zabit idi. Suala cavabı gecikmədi:
− Bilirdim, bəyimiz. Həm də buyurduğunuz kimi qılıncları yoxsa da yarımqılınca bərabər olan bıçaqları var.
Şen-kinqin gözləri çaşqınlıqla açıldı:
− Doğrudanmı?! Belə əsgərlərə komandan olmaq istərdim!
Çinlilər danışa-danışa qızlara yaxınlaşdılar. Van-zin-şan çinli bəyə əyilərək dedi:
− Bəyimiz bu irəlidə, o üç qırmızı atın yanındakı qızı görürsünüzmü? Burdakı qızların ən gözəlidir! İndiyədək bir dəfə belə güldüyünü görmədim.
− Zatən, bu Türk qızları gülmək nədir bilmirlər ki…
− Hətta kişiləri də…
Amma Van-zin-şan sözünü bitirə bilmədi. Çünki Ötükənə gəldiklərinin ertəsi günü ox atılarkən türklərin Şen-kinqə necə güldükləri qəflətən ağlına gəldi.
Şen-kinq atını yavaş-yavaş o gözəl qızın yanına sürdü. Özünü toplayaraq sordu:
− Mənə bir az kımız verərsənmi?
Qız heç bir söz demədən Şen-kinqə baxırdı. O biri qızlar isə başını belə qaldırmadan, öz işləri ilə məşğuldular. Van-zin-şan çinli bəyə yaxınlaşaraq:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.