Bozqurdlar. Piter Kouter
Чтение книги онлайн.

Читать онлайн книгу Bozqurdlar - Piter Kouter страница 4

Название: Bozqurdlar

Автор: Piter Kouter

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Çuluq Kağanın önündə iki gün öncə keçirilən qılınc oynatma yarışlarında yüzbaşı İşbara Alp yenildi. Onun üçün belə sıxıntılıdır.

      − Yüzbaşı kimə yenildi?

      − Tunqa Təginə.

      − Yüzbaşı bunun üçün nədən üzülsün? Qılınc yarışında Təgini kimsə yenə bilməz ki, yüzbaşı da yensin. Bir də ki, yüzbaşı məğlub olsa da, yenə bahadırlıqda elə Tunqa Təginə bərabər sayılır. Qılınc oynatmaqda məğlub olsa da, at çapmaq-da, ox atmaqda yenə də birincilik İşbara Alpa aiddir.

      2 Onbaşı, yüzbaşı, tümənbaşı, təgin, Tarkan və s. Göy Türklər zamanında hərbi rütbələr 3 Mehtər

      4 Ağacdan düzəldilən qab

      5 At südündən düzəldilən içki

      9

      − Yaxşı, bütün bunlar sən deyən kimidirsə, bu sıxıntının səbəbi nədir?

      Onbaşı Pars bir neçə qurtum kımız içdikdən sonra cavab verdi:

      − Minbaşı olacaqdı, ola bilmədi.

      Yamtar bir az düşündü. Görünür deyilən bu səbəb onu razı salmadı.

      − İşbara Alp, minbaşı olmadığına görə sarsılan kişilərdən deyil, − dedi.

      − Mən də heç minbaşı olmadığına görə sıxılır demirəm ki?!

      − Bəs nə deyirsən?

      − İşbara Alp minbaşı ola bilmədi. Buna da İçinq Katun səbəb oldu. Elə bilirəm yüzbaşı buna hirslənir.

      − Yüzbaşı buna niyə hirslənir ki? İçinq Katun Çuluq Kağanın zövcəsi deyilmi?

      − Zövcəsidir, amma çinlidir.

      İki onbaşı uzun zaman susdular. Xəyala dalmış kimiydilər. İlk öncə Onbaşı Pars sükütu pozdu:

      − Öz gözümlə gördüm ki, Kağanın otağının yanında yüzbaşı Katunu salamlamadı, özünü görməzliyə vurdu.

      − Əslinə baxanda, yüzbaşı haqlıdır. Katun bir yana qalsın, bizim əlimizdə dustaq olan çinlilər də

      artıq işimizə qarışmağa başlayıblar.

      − İşbara Alp da buna görə çinlilərdən iyrənir. Katunu salamlamadığı üçün minbaşı ola bilmədi.

      Görünür qəzəbdən yuxusu qaçıb.

      − Bizim Çuluq Kağan çox igid və bahadır kağandır. Amma bu çinli qadın olmasaydı daha yaxşı olardı…

      − Bu çinli qadın bizim başımıza pis işlər açacaq deyə qorxuram.

      − Çində qədimdən Sui Kağan ailəsi vardı. İndi də Tanq Kağan ailəsi meydana çıxdı. Bu qadın qədim ailədəndir. Ona görə də Çində yenə öz ailəsinin hakimiyyət başına gəlməsi üçün Çuluq Kağanı təhrik edir deyirlər.

      − Təhrik eləməkdən nə çıxar? Bizcə hamısı bir deyilmi?

      − Orasını yüzbaşı bilir. Mənə qalırsa, susub yatmaq daha yaxşıdır. Boşboğazlıq edib cansıxıcı şeylər danışmaqdan tərləyib əldən düşmüşəm.

      ***

      İşbara Alp, qarşı yatan qara dağlara baxa-baxa sabah toplanıb o dağların ardından Çinə hücum edəcək ordunu düşünürdü. Hücum olacaqdısa, bəs onun içini belə sıxan hansı hissdi?! Nə qədər edirdisə səbəbini anlaya bilmirdi. Geniş çəmənlikdən bir səs-səmir gəlmirdi. Rüzgar belə əsmirdi…

      İşbara Alpın büsbütün canı sıxıldı. Börkünü başından, sadağını6 belindən çıxardı. Nəfəsini dərmək, fikrini dağıtmaq istədi. Bir şey çıxmadı… Dönüb arxasına baxdı. Bütün atlar nədənsə başları yuxarı, qulaqları dik halda dayanmışdılar. Yüzbaşı “görünür, sıxılan təkcə mən deyilmişəm” deyə mızıldandı.

      Yatan əsgərlərin arasında gəzmək üçün börkünü geyib, sadağını taxdı. Heyrətlənməli bir iş idi –

      yatmış, uyumuş kimi görünən əsgərlərin hamısı oyaq idi. Uzanıb yatdıqları yerdə ulduzları, ayı seyr edir, yaylıqları ilə tərlərini silirdilər. Gecələr belə isti indiyəcən görünməmişdi. Yüzbaşı yenidən əvvəlki yerinə qayıtdı. Başını yuxarı qaldırdı. Gözləri göyə dikili qaldı. Qərb tərəfdən qara bir bulud gəlməkdəydi.

      Bu bulud bir çin atlısına bənzəyirdi. Özlüyündə yer üzündə bir otun belə tərpənmədiyi halda göy üzündə buludun bu qədər sürətlə hərəkət etməsini yüzbaşı yaxşı hal hesab etmədi. Bir uğursuzluq olacaq deyə düşündü. Həmin anda yanından ildırım kimi bir şeyin şığıdığını gördü. Bu, bir heyvan, bəlkə də tülkü idi. Hardan çıxıb, hara getdiyi məlum deyildi. Canı sıxılan yüzbaşı tülküyə bənzəyən bu heyvanı görüncə birdən-birə sadağına əl atdı. İldırım sürətilə yayına bir ox yerləşdirdi. Düz çayırlıqda qaçan heyvanı nişanlayıb, oxu atdı, yüzbaşının oxu boşa çıxmışdı. İşbara Alp otuz beş illik ömründə

      ilk dəfə nişan aldığını vura bilməmişdi. Birdən-birə üzündə qəribə bir soyuqluq duydu. Sonra cəld geriyə dönərək bağırdı:

      − Çalıq!

      6 Ox qabı

      10

      Sərt bir səs cavab verdi:

      − Buyur!

      − Toplanış borusu çal!

      Amma, Çalıq şeypuru dodağına aparmağa macal tapmamışdı ki, işıqlı gecə birdən-birə qaraldı. Ay görünməz oldu. Qəfil bir tufan qopdu. İldırımlar ətrafı lərzəyə saldı, yağış bardaqdan tökülürcəsinə

      yağmağa başladı. Çalığın şeypuru kəskin şəkildə ötərkən əsgərlər sıralanıb atlarına mindilər. Yüzbaşı da bir sıçrayışla atın üstünə qalxdı. “Tez olun, ardımca gəlin” – deyə hayqırdı. Sağda, solda ildırımlar şaqqıldayıb yağan dolu sifətlərini cızıq-cızıq etsə də, bu yüz atlı qarşıdakı dağa sarı at sürdülər.

      Yüzbaşı qarşı yatan qara dağın ətəyindəki sığınacaqlara tez yetişmək üçün atını bir az da sürətlə çapır, arxadan gələn atlılar da beləcə bir-biri ilə yarışırdı. Bu yarışma uzun çəkmədi. Şiddətli bir uğultu ilə

      onlara tərəf əsən külək atların və əsgərlərin nəfəsini tıxayırdı. Yüzbaşı elə getdiyi yerdə atını СКАЧАТЬ