–Bəli, – deyirəm Mustafaya.– Bəli, itkin qızın evinə.
–Amma şef.., – deyib qarşı çıxır köməkçim, – Sizi evə aparmaq tapşırılıb.
23
Tapşıran da əmim, şefimiz İsmət Bəy.
–Sən boşla tapşırığı. Məni Qurtuluşa apar, sən də komissar Nacinin yanına get. Fəxri ilə eyni ittihamdan həbs olunan yoldaşlarının şəxsi işini götür, mənim evimə apar.
–Rəsmi təlimat olmasa şöbədə çətinlik yaradırlar.
Nəyi var bu oğlanın bu gün, yoxsa qulağınımı dartıb kimsə?
–Mənim adımı ver, Naci birlikdə işlədiyimizi bilir. Nəm-nüm et-sə, arayışın sonra gələcəyini deyərsən.
İstəklərim Mustafanı narahat edir. Şəxsi işinə pis bir şey yazılar deyə qorxur yəqin. Mənə qarsı gələcək qədər cəsarəti də
yoxdur.Nə etsin indi bu uşaq? Birdən gedib olanları İsmətə izah etsə?Yox canım, şefini şikayət edəcək ürəyi yoxdur. Üstəlik, İsmətin əmim olduğunu da bilir.Mustafanı süzürəm, fikirli gözlərlə maşın sürür.Bəlkə də haqqında yanlış düşünürəm. Bəlkə
də həqiqətən yaxşı insandır. Amma yaxşı da olsa, pis də olsa, nəticə dəyişməyəcək. Qaydaların arasında boğulub qalmış bir kəşfiyyatçı, gördüyü işdə nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğuna necə qərar verə bilər? Avtomobil Aksarayda, işıq-forda dayananda soruşuram:
–Minənin Romada bir rəfiqəsi vardı, adı Selin idi deyəsən, qayı-dıbmı?
Ağlı başqa yerdədir, dediklərimi anlamaqda çətinlik çəkir, Allahdan o anda yanan yaşıl işıq köməyinə yetişir, avtomobili hərəkət etdirərkən cavablayır sualımı.
–Selin Orhun hələ qayıtmayıb. Bilirsiniz, qızın atası İtaliya səfir-liyində işləyir. Bir neçə dəfə zəng etdik, Selinlə danışdıq. Qız iş-in ciddiliyini qavraya bilmədi.
– Nə dedi?
–Rəfiqəsini İtaliyaya uçmazdan əvvəl görüb.“Tətilə-filana gedib, yaxında gələr”– dedi. Qaçırılmış ola biləcəyini bildirdik. “Müm-24
kün deyil, Minəni niyə qaçırsınlar ki” – dedi. Anlaşılan budur ki, qız heç nə bilmir.
– Fəxrini soruşdunuz?
–Soruşduq. “Yaxşı oğlandır” – dedi. Fəxridən Minəyə zərər gəl-məyəcəyinə əmindir.
– Oğlanın öldüyünü bilmir, biz də demədik.
– Nə vaxt qayıdır Türkiyəyə?
– Yaxında qayıtmalıdır. Semestr tətili sona çatır.
– Üz-üzə görüşməliyik, – deyirəm.
– Gələn kimi əlaqəyə keçərik, şef, – deyir.
Mustafa bir anlıq susur, sonra mənə sarı dönərək soruşur:
– Bu itən qız sizin əlaltınız idi, şef?
Yəqin ki, bu uzun zamandır onun beynini məşğul edir. Bəlkə də
hirslənməliyəm, amma cəsarəti xoşuma gəlir.
– Elə bilirlər.
– Elə deyildi?
– Eyni binada yaşayırdıq. Anası, bizim xanımın rəfiqəsi idi. Bir gün məktəbdə xüsusi əməliyyat olmuşdu, bütün şagirdləri top-lamışdılar. Anası kömək etməyimi istədi, mən də gedib onu polisin əlindən aldım.
– Yəni qızın hadisə ilə əlaqəsi yox idi?
–Vardı, solçulara simpatiya duyurdu. Gözəl xasiyyəti var idi əslində.Haqsızlıqları, axsayan şeyləri görəndə reaksiya verirdi.
Bilirsən, belə gənclər terrorçu qruplar üçün yaxşı vasitəyə çevrilə bilər. Ona gerçəkləri izah etdim. Dost olduq. Bu vaxt məktəbdə nə baş verirdi, onlardan da danışırdıq təbii ki…
– Fəxri deyilən hərif də onu əlaltınız zənn etdi.
– Qızı onların qaçırdığını düşünürsən?
– Başqa kim ola bilər ki?
…Bəli, başqa kim ola bilər ki?
25
– Sizi cəzalandırmaq istədilər hərhalda, – Mustafa deyir.-İlk dəfə
saxlanılanda Fəxrini niyə buraxdılar ki?
– Edəcək heç nə yox idi, – deyirəm, – Sorğuda mən də vardım.
Fəxri Minə itməzdən üç gün əvvəl Antaliyaya gedib. Bütün həftə ailəsinin yanında qalıb. Şahidlər var, atası da polkovnikmiş, keçən il ölüb.
– Polkovnik idisə, şef, polkovnik əvvəl oğlunu tərbiyə etməli idi. O şərəfsizin sizə atəş açdığı silah belə ordu malıdır.
– Ciddisən? – deyə dönüb soruşuram.
–Bəli,-deyir Mustafa-Atasının zabit vaxtından qalma “Kırıkkale” tapançası.
Ağlım qarışdı. Təşkilat suiqəsddə öz silahlarından yox, təqaüdçü bir polkovnikin “Kırıkkale” tapançasından istifadə
edir! Qəribədir!
– Bəs o birinin istifadə etdiyi silah?
– Sizə atəş açdıqları silahı hələ tapa bilməmişik. Amma güllələri araşdıran ekspertlər əsgərlərin istifadə etdiyi “Kolt” markalı tapança olduğunu deyirlər.
Simitçi gözlərimin önünə gəlir. Əlində ağır bir silah, bəlkə də elə “Kolt” idi, tapançanı iki əli ilə tuturdu. Silah titrə-yəndə, müvazinəti pozulmasın deyə ayaqlarını açaraq taraz-lığını saxlayıb elə atəş açırdı.
– Yəni o da polkovnikin silahıdır? – deyə soruşuram.
– Ola bilər, İsmət bəy araşdırır.
Demək, İsmət bəy araşdırır. Əmim Minə ilə olan münasibətimi sezib deyəsən. Hadisəyə əl qoyub. Bəlkə bu oğlanı da alıb yanına. Yox, canım, o, həmişə tək çalışır. Nə də olsa bir ailədənik.
Ətlə СКАЧАТЬ