Sis və gecə. Əhməd Ümid
Чтение книги онлайн.

Читать онлайн книгу Sis və gecə - Əhməd Ümid страница 5

Название: Sis və gecə

Автор: Əhməd Ümid

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ kimi açıram, amma nəfəs ala bilmirəm. Başım dönməyə, qulaqlarım cingildəməyə başlayır, üşüdüyümü hiss edirəm. Dişlərim bir-birinə dəyəcək qədər çox üşüyürəm. Büzülmək istəyirəm. Hərəkət edincə çiynimdə və qarnımda sancılar başlayır.İldırımın əmr edən səsini eşidirəm:

      – Sakit ol, sakit ol, keçdi.

      Gözlərimi açıram… Amma bu İldırım yox; ağxalatlı, solğun sifətli bir adam nəbzimi tutub, saatına baxıb sayır, sonra əlini alnıma qoyaraq soyuq bir rəftarla soruşur:

      – Ağrı varmı?

      – Üşüyürəm.

      – Normal, – deyir. – Çox qan itirmisən.

      Əmimlə Məlikə qayğı dolu gözlərlə bizi izləyirlər. Həkim ayağa qalxır.

      – Narahat olmağa ehtiyac yoxdur, – deyir.– Vəziyyəti yaxşıya gedir.

      –Titrəyir, – Məlikə sanki özü üşüyürmüş kimi. Həkim yanındakı qısaboylu tibb bacısına dönür: -Bir ədyal örtün xəstənin üstünə.

      Tibb bacısı divarın qarşısındakı şkafdan bir ədyal çıxarır. Məlikə ədyalı götürüb incitməkdən qorxurmuş kimi yavaşca üstümə örtür. Amma hələ də üşüyürəm, heç cür qızına bilmirəm.

      20

      Üçüncü fəsil Üşüyürəm. Meyitxananın parlaq, mərmər divarlarında dağılan kölgəmin kədərli bir görünüşü var.Çiyinləri çökmüş, donqar bir dilənçiyə bənzədirəm özümü.

      – Şef, yaxşısan?– deyə Mustafa hörmətli bir rəftarla soruşur:

      – Bir balaca nasazlığım var, idarə edərəm, – deyirəm.

      Xəstəxanadan iki gün əvvəl ayrıldım. Əslinə qalsa, küçəyə çıxacaq kimi sağalmadım hələ. Amma vaxt qızıldır, məni vuran adamı tanımalıyam.

      Cəsədlərin olduğu hissəyə keçirik, içim titrəyir. Meyitxana işçisi istehza ilə üzümə baxır. Ölülərdən qorxduğumu düşünürlər yəqin. Mülki geyimliyəm axı, məni şahid zənn edir.

      Vecimə almıram, çox da haqsız sayılmaz. Amma nədənsə Mustafa narahat olur:

      – Nə gülürsən ? – deyə çımxırır.

      –Heç…– deyərək işçi özünü yığışdırır adam. Eninə on-on düzülmüş parlaq metal qapaqlı kabinetlərdən soldan ikincisinə sa-rı gedir. Kabinetin qapağını açır. İçəridən çölə sərin bir hava dalğası yayılır. Üşüyürəm. İşçi üstü ağ bir mələfəylə örtülü xə-rəyi çölə çıxarır. Xərək relslərin üzərində sürüşərək, Mustafa ilə

      aramıza girir. Meyitxana işçisi cəsədin ayağına bağlanmış və-rəqəyə baxır.

      – Özer Yılkı, axtardığınız cəsəd bu deyil ki?

      –Odur- deyərək mənə baxır Mustafa. Sonra yavasça mələfəni qaldırır. Əvvəl qapqara saçlarını görürəm ölünün. İnanılmaz-dır, sanki canlı kimidir, saçları nə qədər parlaqdır. Sonra üzünü görürəm. Otuz yaslarında, dar alınlı, incə əzələli; gözlərini qa-payıblar, almacıq sümüyünün üstündə qara bir dəlik var,9 millimetrlik bir güllənin dəliyidir. Amma mən bu adamı tanı-21

      mıram. Bu mənə atəş açan simitçi deyil ki! Diqqətlə baxıram, xeyr, qətiyyən, bu o deyil. Simitçi qumral idi, saçları tökülmüş-dü, bəli, əməlli başlı idi. Bir an ağlıma cəsədin saçlarının parik ola biləcəyi gəlir.

      – Saçlarını yoxlaya bilərsən?, – deyirəm.

      Mustafa təəccüblə üzümə baxır.

      – Saçları deyirəm, parikmi, deyilmi, bir baxa bilərsən?

      Mustafa yenə anlamır. Meyitxana işçisi ondan çevik davranır, danışıq tonumdan şef olduğumu anlayıb, az əvvəl etdiyi səhvi düzəltmək, bəlkə də Mustafadan qisas almaq istəyir.

      Önə keçib cəsədin saçını kobud bir şəkildə ovuclayıb dartır.

      – Yox, – deyir sonra, – Onun öz saçıdır.

      Cəsədin ağarmış üzünə diqqətlə baxıram. Xeyr, bu mənə

      atəş açan adam deyil. Qətiyyən o deyil. Demək ölməyib deyə, sevinclə öz-özümə düşünürəm.

      – O, deyil?

      Başımı qaldıranda Mustafanın maraq dolu gözləri ilə

      qarşılaşıram. Cəsədi tanımağım onun üçün nə qədər məna daşıyır, anlamıram.

      – Əməliyyatda sən də var idin?

      – Bəli, şef, – gözləri işıldayaraq deyir.

      – Onu sən vurmusan? – deyə soruşmuram; bu, o qədər aydındır ki…

      – Mənə atəş açan adam bu deyil, – deyərək yalnız bir terrorçunu yox, şefini vuran adamı vurmaq qürurunun zövqündən məh-rum edirəm onu.

      İki ildir birlikdəyik Mustafa ilə. Çalışdım ki, aramızda İldırımla olana bənzər bir münasibət qurulsun, amma olmadı.

      Əvvəl qabiliyyətləri məhduddur deyib Mustafanı günahlan-dırdım, sonra anladım ki, mən də İldırım deyiləm. İndi hörmətli, amma soyuq bir işgüzar münasibət var aramızda. Haq-22

      qımda mənfi düşüncələri olduğunu zənn etmirəm, amma mənim İldırıma bəslədiyim heyranlığı o, heç bir zaman mənə qarşı duymayıb və duymayacaq da. Onsuz da, buna layiq biri deyiləm.

      – Evə gedəcəksiniz, şef?,– deyə, meyitxanadan çıxıb avtomobilə

      minəndə soruşur.

      – Əvvəl bu qızdırıcıları işə sal, dondum, – deyirəm.

      – Təəssüf, şef , – deyir, mənə doğru dönərək üzgün görkəm alır -

      Qızdırıcı yenə xarab olub.

      Mustafa açarı burur mən də paltoma bürünürəm. Bir başa evə gedib isti nəsə içərək istirahət etmək istəyirəm. Amma Minəni tapmalıyam. Keçən hər dəqiqə onu məndən bir az daha uzaqlaşdırır. Qəribə bir şəkildə bunu hiss edirəm. Aradan iyirmi gün keçdi, hələ də sağ ola bilərmi? Cəsədi tapılana qədər ümid var. Məni vuran simitçi..! Onu tapmalıyam. Bütün düyün ondadır. Kimdir bu adam? Fəxrinin təşkilat yoldaşlarından biridir yəqin; başqa kim ola bilər axı? Halbuki Fəxri СКАЧАТЬ