Sis və gecə. Əhməd Ümid
Чтение книги онлайн.

Читать онлайн книгу Sis və gecə - Əhməd Ümid страница 3

Название: Sis və gecə

Автор: Əhməd Ümid

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ ki, Məlikə də başımın üstündən heç ayrılmır, əmimi bir az daha yaxı-na çağırmalıyam. Ayağa durmaq istəyirəm.

      Bacarmıram. Sağ çiynim sarıqlıdır, sol əlimin üstündə

      isə damarıma bərkidilmiş nazik bir boru var. Başımı qaldıranda borunun o biri ucundakı plastik qan torbasını görürəm. Torbanın içindəki tünd qırmızı maye yavaş-yavaş damarlarma axır yəqin…Amma qan sanki heç azalmırmış kimi durğundur, hətta rəngi tündləşərək elə torbanın içində qalıb. Birdən qulaqlarım cingildəməyə başlayır. Qan tutmasıdırmı? Yox, canım! Mən qan görməyə alışmışam. Bəs onda niyə başım gicəllənir?

      Əmimin üzü qaralır. "-Həkim! Təcili həkim çağırın!" -de-yə yalvaran həyat yoldaşımın səsi gedərək uzaqlaşır. Gözlərimi yumuram. İldırım bəy qarşımda dayanıb bığaltı qımışıb mənə

      siqaret uzadır.

      – Kimi gözləyirsən?– siqareti alanda soruşuram.

      – Səncə,kimi gözləyə bilərəm burada? -deyə ətrafa boylanaraq istehza ilə cavab verir.

      Mən də yan-yörəmə baxıram, yaşadığım binanın önündə durduğumuzu anlayıram.

      – Bura mənim evimdir, – deyə çaşqınlıqla dillənirəm.

      – Mən də səni gözləyirdim elə.

      –Yaxşı, bəs sən ölməmişdin?– deyə soruşuram.

      13

      Yanıma yaxınlaşır, bir sirr verirmiş kimi pıçıltıyla danışır:

      – Bir tapşırıqla gəlmişəm.

      –Tapşırıqla? – Ağlıma gələn şeyə sevinirəm, -Yoxsa qatillərini…?

      –Qatillərimi tapmaq sizin işinizdir, – sözümü yarıda kəsir – Mən sənin üçün gəlmişəm.

      – Mənim üçün?

      – Bəli, bir imtahandan keçəcəksən. Mən də imtahanın rəhbəri təyin edilmişəm.

      Anlaya bilmirəm, səfeh – səfeh suallar verirəm:

      – İldırım bəy, sən ölmədinmi?"

      – Düzdür, mən ölmüşəm, – deyir, sonra acı bir təbəssümlə əlavə

      edir: -Amma ölümün məni vəzifəmdən alacağını düşünürsənsə, yanılırsan.

      Anlamaq istəyirmişcəsinə bir qədər onu süzürəm:

      –Yaxşı, necə imtahandır bu?

      – Necə bir imtahan olduğunu deyə bilmərəm. Sənə öyrədilən-ləri tətbiq eləsən, bacarmamaq üçün heç bir səbəb yoxdur. İllər öncə mən də Panamada buna bənzər bir imtahandan keçmişdim. Əminəm, sən də bacaracaqsan.

      Gülümsəyir. Mən də ona gülümsünürəm. Heç də ölmüş

      birinə bənzəmir.

      –Birlikdə bir səfərə çıxacağıq.Bu səfər ərzində səhv etmək olmaz..

      Lap köhnə günlərdə olduğu kimi, bir anda özümü hadisənin içində təsəvvür edirəm. Sanki İldırım bəy heç ölməyib.

      Elə bil ki, birlikdə böyük bir əməliyyata hazırlaşırıq. İllərin verdiyi alışqanlıqla özümdən əmin danışıram.

      – Oldu, mən hazıram

      –Onda başlayaq,-deyir, başı ilə bir neçə metr irəlidəki avto-mobilimi göstərir, – Maşına gedək.

      14

      Maşına yaxınlaşırıq. Açarı çıxarıb qapını açıram. İçəri girəndə İldırım bəyin artıq yanımda oturduğunu görürəm. Hey-rətləndiyimi görəndə,

      – Burax bu səfehliyi, – deyə gülümsünür, -Haydı, maşını işə sal.

      Açarı burub heç çətinlik çəkmədən mühərriki işə salıram. Üzünə baxıram, amma bir şey soruşmuram. Yeni vəziyyətə alışmaq lazımdır.Ayağımı muftadan çəkib qaza basıram, avtomobil hərəkət edir. Binanın həyətindən çıxırıq.Beynimdə içinə düşdü-yüm bu qəribə imtahanın ipuclarını axtararkən:

      – Qızı tapdın?– İldırım bəy qəfildən soruşur.

      Dönürəm, göz-gözə gəlirik. Günahlandırır, yoxsa haqlı sayır, anlamaq çətindir. Başımı çevirib yola baxıram.

      – Mən öldükdən sonra başladı bu əlaqə? – deyə təzədən soruşur.

      Səsində qınaq yoxdur, alçaltma da…Dərdləşmək istəyən bir dostun səmimiyyətini hiss edirəm.Yenə də təmkinli davranı-ram.İldırım bəyin evlilik, uşaq, eşq kimi mövzuları çox önəm-səmədiyini bilirəm.Əksinə, peşəmizdən daha vacib ola biləcək romantik münasibətlərin işimizə maneə törətməsindən qorxardı. Buna görə də, qadınlarla bağlılıqdan yox, güvənməkdən doğan müvəqqəti münasibətlər qurmağın tərəfdarı idi.

      – Haradan bilirsən?

      – Unutmusan, biz hər şeyi bilirik, bilməliyik. Bildikdən sonra isə

      həll etmək çox asandır.

      Dərs verən bir müəllimi təqlid edirmiş kimi istehzalı bir tonla danışır.Gərilirəm. Amma özümə hakim olmalıyam. Mühiti yumşaltmaq istəyirəm. Onunkuna yaxın istehza ilə:

      – Mövzu, “kəşfiyyat və əks-kəşfiyyat”dır, – deyirəm, sonra bir az ciddiləşib soruşuram. – Allah eşqinə, kimdən eşitmisən Minə

      haqqında?

      –Heç kimdən, özüm araşdırdım."

      15

      -Yaxşı, oldu, daha “Sən ölməmisənmi?” – deyə soruşmayacağa-m. Amma heç olmasa, niyə araşdırdığını de!

      – Sən qatillərimi axtarmaqdan əl çəkincə, düşündüm ki, bunun üçün yaxşı bir səbəbin olmalıdır. Söhbətin bura çatacağını təxmin etməliydim. Bir müddət susuram. O sözlərini davam etdirir:

      –Səni günahlandırdığımı düşünmə, qatillərimi tapmağa məcbur deyilsən. Araşdırmağımın səbəbi yalnız maraqdır.

      Özümü toparlayıram.

      – Qatilin tapıldığını bilmirsənmi? O terrorçu …

      –Etmə Sedat! Heç olmasa, bunu etmə. Az əvvəl СКАЧАТЬ