Tom dayının daxması. Harriyet Biçer-Stou
Чтение книги онлайн.

Читать онлайн книгу Tom dayının daxması - Harriyet Biçer-Stou страница 6

Название: Tom dayının daxması

Автор: Harriyet Biçer-Stou

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ inadından dönmədi, – özüm öz işimi bilirəm, ser.

      – Allah eləməsin, ser, mən sizin işlərə qarışmaq istəmirəm. Sadəcə, onu fikirləşirəm ki, Corcun təklif etdiyimiz şərtlərlə bizə qaytarılması ancaq və ancaq sizin xeyrinizə olardı. Mən sizi gözəl başa düşürəm! Yoxsa, elə bilirsiniz, onunla gözləşməyinizi və pıçıldaşmağınızı heç kəs görmədi? Mənə kələk gəlmək olmaz, ser! Biz azad bir məmləkətdə yaşayırıq, ser! Corc mənimdir və onunla istədiyim kimi rəftar edə bilərəm. Buna mənim haqqım var. Bax, belə ha.

      Corcun son ümüdi də puça çıxdı. İrəlidə isə onu kinli bir despotun ağlına gələ bilən hər cür alçaq bəhanələrlə və təhqirlərlə daha da ağırlaşmış usandırıcı, zəhmət dolu həyat gözləyirdi.

      Çox humanist bir qanunşünas nə vaxtsa belə bir kəlam işlədib: “İnsanla ən pis rəftar onu dar ağacından asmaqdır”. Yox! Bu ən pisi deyil – insanla bundan da pis rəftar edirlər!

      III FƏSİL

      ƏR VƏ ATA

      Missis Şelbi qonaqlığa getdi. Eliza eyvanda dayanıb kədərli baxışlarla uzaqlaşan faytonun arxasınca baxırdı, birdən çiyinlərində kiminsə əlini hiss eləyib, cəld başını döndərdi və onun qəşəng gözləri sevincdən alışıb yandı:

      – Məni lap qorxuzdun, Corc! Nə yaxşı gəldin! Missis axşamacan olmayacaq. Gedək mənim otağıma, orada rahatca söhbət eləyək.

      Bunu deyib, Eliza Corcu qonşuluqdakı kiçicik, səliqəylə yığışdırılmış şüşəbəndli otağa gətirdi, burda o, adətən, tikişlə məşğul olur, xanımın çağırışlarını eşidə bilirdi.

      – Mən nə qədər şadam? Sən niyə gülümsəmirsən? Bir Harriyə bax böyüyüb, eləmi? – Oğlan anasının ətəyindən yapışıb dayanmışdı, pırtlaşıq qıvrım saçlarının altından utana-utana atasına baxırdı, – gör necə qəşəng oğlan olub! – Eliza oğlunun saçlarını alnından qaldırıb üzündən öpdü.

      – Allah onu heç yaratmayaydı! – Corc acı bir qüssəylə səsləndi, – Onu da, elə məni də!

      Bu sözlərdən təəccüblənən və təşvişə düşən Eliza stula çöküb başını ərinə söykədi, yanaqlarından acı göz yaşları süzüldü.

      – Ağlama, Eliza! Bağışla, mənim zavallım, bağışla ki, səni məyus edirəm, – o, nəvazişlə dilləndi, – bağışla… Biz niyə tapışdıq? Sən bir başqasıyla xoşbəxt ola bilərdin…

      – Corc! Corc! Necə dilin gəlir bu sözləri deyirsən? Söylə, nə olub? İndiyəcən biz xoşbəxt idik axı…

      – Bəli, xoşbəxt idik, əzizim, xoşbəxt idik, – deyə Corc, Harrini dizləri üstünə alıb diqqətlə onun qəşəng, qara gözlərinə baxdı, uzun saçlarını sığalladı. – Lap anasıdır durub! Sən isə, Eliza, dünyadakı bütün qadınların ən gözəli, ən mehribanısan. Ancaq niyə tanıdıq biz bir-birimizi?!

      – Elə demə, Corc!

      – Nə gözləyir bizi, Eliza? Bədbəxtlik, yalnız bədbəxtlik! Mənim həyatım yovşandan da acıdır. Məhv oluram mən. Mən səni də öz arxasınca uçuruma sürükləyən yazıq, zavallı quldan başqa bir şey deyiləm. Bilik qazanmağın, nəyəsə can atmağın bir lüzumu varmı? Yaşamağın nə mənası? Bircə tezliklə ölüb getsəydik, biryolluq canımız qurtarardı!

      – Bu günahdır, Corc! Bilirəm, fabrikdən ayrılmaq sənə çox ağırdır, ağan da qəddardır, ancaq döz, bəlkə…

      – “Döz” – Corc onun sözünü ağzında qoydu. – Məgər mən azmı dözmüşəm? O məni heç nəyin üstündə fabrikdən götürəndə, məgər mən bir söz dedimmi? Orda xətrimi necə istəyirdilər. Qazancımın hamısı ona gedirdi, axırıncı sentinə kimi, heç kəs də mənə irad tutub deyə bilməzdi ki, pis işləyirəm.

      – Bəli, bu dəhşətdir… Ancaq hər necə olsa da, o sənin ağandır axı.

      – Mənim ağam! Kim qoyub onu mənim üstümə ağa? Bax, məni hövsələdən çıxarıb dəli edən elə budur. Nə ixtiyarla o mənə hökm eləməlidir? Mən də onun kimi insan deyiləmmi? Xeyr, onun kimi yox, hələ ondan da artıq! İşlərdən ondan da yaxşı baş çıxarıram. Mən daha sürətlə oxuyur, daha səliqəli yazıram. Bütün bunlara görə mən heç də sahibkara yox, ancaq özümə minnətdaram. Mən onun iradəsinə zidd olaraq savad almışam. Onun haqqı varmı, məni bir yük atına çevirsin, məni işlə məşğul olmaq imkanlarımdan məhrum eləsin – özü də o işlə ki, onun nə ağlı çatır bu işə, nə də dərrakəsi. Axı, indiki işimdə heç heyvan da işləməz! O istəyir mən boyun əyim, istəyir alçalım və qəsdən məni ən ağır, ən çətin işlərə göndərir.

      – Corc, Corc! Qorxuzma məni! Sənə nə olub? Sən heç vaxt belə danışmazdın! Mən qorxuram… Sən nəsə dəhşətli bir şey fikirləşmisən… Mən hər şeyi anlayıram, ançaq sən səbirli ol, mənim xətrimə, Harrinin xətrinə!

      – Mən çox səbir eləmişəm, çox dözmüşəm, ancaq getdikcə günlər bir-birindən daha ağır gəlir. İnsan gücü belə həyata tab gətirə bilməz! O məni lağa qoymağa, təhqir etməyə fürsət gəzir. Mən də fikirləşirdim ki, yaxşı işləyəcəyəm, susacağam, boş vaxtımı isə biliyə, kitab oxumağa sərf edəcəyəm. Lakin görür ki, işin öhdəsindən gəlirəm, elə hey bir yandan artırır. “Sən sussan da, içində bir iblis gizlənib, deyir, bu iblisi təmiz suya çəkmək lazımdır”. Nə olar, cinimin başıma vuracağı gün uzaqda deyil, onda bunun əziyyətini birinci yalnız o özü çəkəcək!

      – Aman Allah! Biz neyləyək indi? – Eliza kədərlə səsləndi.

      – Bax, elə dünən, – Corc davam elədi, – mən arabaya daş yükləyirdim, sahibkarın oğlu gənc mister Tom isə yanımda dayanıb qırmancı şaqqıldadır, at diksinib bir yerdə qərar tuta bilmirdi. Mən ondan nəzakətlə xahiş etdim ki, dayansın – kimə deyirsən?.. Bir də xahiş elədim. Neyləsə yaxşıdır? Başladı məni şallaqlamağa! Əllərindən yapışdım, o isə qışqıra-qışqıra təpik atmağa başladı mənə. Sonra da atasının yanına şikayətə götürüldü ki, guya mən vurmuşam onu. Atası hirslənib özündən çıxdı: “İndi bilərsən kimdir sənin ağan?!” – o bağırdı. Məni ağaca bağlayıb çubuq sındırdı və mister Toma: “Yoruluncaya qədər döyəclə bunu”, – dedi. O isə canla-başla hazır idi… Bir vaxt yada salarlar bu günü onlar! – Cavan mulat üz-gözünü turşudub gözlərini elə ağartdı ki, arvadı qorxusundan səksəndi. – Kimdir bu adamı mənim üstümə qəyyum qoyan – bax, bircə bunu bilmək istəyirəm!

      – Mən isə… – Eliza hüznlü-hüznlü dilləndi, – mən isə həmişə fikirləşirdim ki, hər işdə öz ağalarıma itaət göstərməyə borcluyam.

      – Səninki başqadır. Onlar səni öz övladları kimi boya-başa çatdırıblar, СКАЧАТЬ