Azərbaycan səfəvilər dövləti. Октай Абдулкерим оглы Эфендиев
Чтение книги онлайн.

Читать онлайн книгу Azərbaycan səfəvilər dövləti - Октай Абдулкерим оглы Эфендиев страница 9

Название: Azərbaycan səfəvilər dövləti

Автор: Октай Абдулкерим оглы Эфендиев

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8052-1-4

isbn:

СКАЧАТЬ idi95.

Sonra müəllif İran tarixinin şərhinə keçir. Ölkənin ən qədim tarixinə qısa ekskursdan sonra Sasani şahlarının tarixi, XVI əsrin əvvəlinə qədərki dövrdə İranın müsəlman hökmdarlarının hakimiyyəti dövrləri haqqında söhbət açılır.

İkinci kitab Səfəvilər dövlətinin yarandığı vaxtdan Oruc bəyin öz vətənini həmişəlik tərk etdiyi XVI əsrin sonunadək (1599-cu il) siyasi tarixinə həsr olunmuşdur. Bu hissəni bütövlükdə, Minadoinin əsərinin müəllifin öz atasından öyrəndiyi və hadisələrə şəxsi təəssüratından doğan məlumatlarla bir qədər zənginləşdirmiş olduğu müxtəsər variantı hesab etmək olar.

I Şah İsmayılın müharibələrinin işıqlandırılmasına bir qədər yer ayıran Oruc bəy demək olar ki, I Təhmasibin yarıməsrlik hakimiyyəti dövrünü sərf-nəzər edərək onun oğlanları arasında, taxt üstündə gedən daxili mübarizənin təsvirinə keçir. Sonuncu bölmələr Gürcüstanın və Azərbaycanın sultan orduları tərəfindən işğalını başa çatdıran, 70 və 80-ci illərin sonundakı hərbi-siyasi hadisələrin müfəssəl təsvirinə həsr olunmuşdur.

1585-ci ildən sonrakı hadisələrin təsviri onların şahidi və fəal iştirakçısı olan Oruc bəyin özünün şəxsi xatirələrinə əsaslandığı üçün orijinal səciyyə daşıyır. Üçüncü kitabın məzmunu onun üzv olduğu Səfəvi səfirliyinin təsvirindən ibarətdir96.

Avropa mənbələrindən bizim üçün ən faydalı olanları XVI əsrin ikinci yarısında Azərbaycana gəlmiş “Moskva kompaniyası” adlı ingilis şirkətinin agentləri olan tacir-səyahətçilərin – Antoni Cenkinsonun, Tomas Olkonun, Riçard Consonun, Artur Edvardsın, Ceffri Deketin və Xristofor Berrounun hesabatları, habelə italyanlardan Ancolellonun, naməlum tacirin, Vekyettinin97 qeydləridir. Bu hesabatlarda Azərbaycanın və bütün Səfəvilər dövlətinin iqtisadi vəziyyəti, o cümlədən şəhərləri, ticarəti və ticarət malları, ticarət yolları, ölkə təsərüffatının aparıcı sahələrindən biri olan ipəkçiliyin vəziyyəti və imkanları haqqında xeyli məlumata təsadüf edilir.

Erməni mənbələri arasında Ohanes Saretsinin tərtib etdiyi, Təbrizli Arakelin “Hirk patmutyans” (“Tarixlər kitabı”)98 adlı böyük əsərinə 55-ci fəsil kimi daxil edilmiş 1547-1600-cü illər dövründə Qafqaz Albaniyası (Aqvaniya) tarixinə dair qısa salnamə maraqlıdır. XVI əsr Azərbaycan tarixinə dair gürcü mənbələrinin məlumatları təsadüfi və yarımçıqdır99.

Sosial-iqtisadi münasibətlərin, feodal torpaq sahibliyinin və vergi verən əhalinin vəziyyətinin öyrənilməsində sənədli mənbələrin – Səfəvi hökmdarları fərmanlarının böyük köməyi olmuşdur.

Səfəvi fərmanlarının aşkara çıxarılması və sistemli nəşri sahəsində son dövrdə böyük işlər görülmüşdür100. A.D.Papazyanın hazırladığı “Matenadarın fars fərmanları”nın iki cilddə çapdan çıxdığını qeyd etmək kifayətdir. Səfəvi hökmdarlarının burada dərc olunmuş fərmanları (o cümlədən ilk Səfəvilərin 15 fərmanı), əsasən erməni kilsəsinin və erməni icmalarının hüquqlarına aid olsa da, həmin sənədlər dövlətin digər vilayətlərində, o cümlədən də Azərbaycanda feodal münasibətlərini öyrənmək üçün yardımçı mənbələrdir. Gürcü kolleksiyalarında toplanmış farsdilli sənədlərin iki nəşrini V.S.Puturidze həyata keçirmişdir. Son illərdə Azərbaycanda da yerli arxiv və fondlarda göstərilən dövrün nisbətən daha az miqdarda olan farsdilli tarixi sənədlərin toplanması və nəşri işi canlanmışdır. Üç məcmuə nəşr etdirmiş T.M.Musəvi bu mühüm işə faydalı töhfə vermişdir.

Xaricdə bu qəbildən olan nəşrlərdən101 danışarkən V.F.Minorskinin dərc etdirdiyi Ağqoyunlu Qasimin 1498-ci il soyurqal fərmanını birinci qeyd etməliyik. Həmin nəşrdə bu mənbənin mətni və tərcüməsi hərtərəfli tədqiq edilmiş və şərh olunmuşdur ki, bu da mürəkkəb və az öyrənilmiş sosial-iqtisadi terminləri açmağa imkan vermişdir. Bu iş Avropa iranşünaslarında buna bənzər sənədləri öyrənməyə və aydınlaşdırmağa böyük maraq oyatmışdır. Tezliklə ayrı-ayrı fərmanlar və onların məcmuələri işıq üzü gördü ki, bunlardan da Ağqoyunlu və Səfəvilərin bir neçə fərmanını əhatə etmiş H.Horstun və J.Obenin nəşrlərini qeyd edə bilərik. Sonuncuların arasında Naxçıvana aid olan gömrük rüsumlarının ləğv edilməsi haqqında I Şah Təhmasibin 1565-ci il fərmanı böyük əhəmiyyət kəsb edir. Vergi terminlərinin müxtəlifliyinə münasibətdə J.Obenin nəşr etdiyi həmin şahın iki soyurqal fərmanı diqqət cəlb edir. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarının 23 fərmanı Britaniya muzeyinin farsdilli sənədlər məcmuəsinə daxil olmuş və 1959-cu ildə kitabda müsəlman diplomatiyasının tədqiqinə dair müqəddimə yazılmış H.Busse tərəfindən nəşr edildi. 1965-ci ildə B.Martin XVI əsr Səfəvi hökmdarlarının bilavasitə Azərbaycanın cənub vilayətlərindəki (Təbriz, Ərdəbil və Xalxalda) bəxşiş torpaqlara aid yeddi fərmanını dərc etdirdi.

İndiyədək İranda bu sahədə ciddi bir iş görülməmişdir. Çap olunmuş nəşrlər, bir qədər olaraq, sosial-iqtisadi problemlərlə əlaqələndirilmiş və Səfəvilər dövrünün şəxsi və dövlət yazışmaları nümunələri kimi məhdud əhəmiyyətə malikdir. Bu mənada Əbdül Hüseyn Nəvainin dərc etdirdiyi I Şah İsmayıl və I Şah Təhmasib hakimiyyətinin sənəd və məktublarının iki məcmuəsi müəyyən əhəmiyyət kəsb edir102.

Keçmiş sovet tarixçiləri Səfəvilər dövlətinin sosial-iqtisadi tarixi məsələlərinin tədqiq edilməsində müəyyən uğurlar qazanmışlar. Bu dövlətin, onun tərkibinə daxil olmuş ölkələrin və xalqların sosial-iqtisadi tarixinin bir çox mühüm məsələlərini əsərlərində dərindən və hərtərəfli işıqlandıra bilmiş İ.P.Petruşevskinin həmin sahədə xidmətləri xüsusilə böyükdür. Onun Azərbaycanda son orta əsrlərdə feodal münasibətlərinə həsr olunmuş monoqrafiyasında Səfəvilər dövlətində feodal torpaq təsisatlarının (tiyul, soyurqal, mülk), hakim sinif və onun təşkilati quruluşunun dəqiq və mükəmməl xarakteristikası verilmişdir, kəndlilərin feodal istismarının mürəkkəb sistemi və sinfi mübarizə məsələləri tədqiq olunmuşdur103. Səfəvilər dövründə torpaq mülkiyyəti məsələləri B.N. Zaxoderin və N.Filrozenin əsərlərində tədqiq edilmişdir104. XII-XIV əsrlərdə Azərbaycanın həmhüdud ölkələrin tarixinə dair Ə.Ə.Əlizadənin İ.P.Petruşevskinin əsərləri də nəzərdən keçirilən dövrün ictimai münasibətlərinin və sosial-iqtisadi terminlərinin xarakterini başa düşmək üçün böyük əhəmiyyətə malikdir105. S.B.Aşurbəylinin A.P.Novoseltsevin, M.X.Heydərovun, K.K.Kutsiyanın və başqalarının əsərləri106 XVI-XVII əsrlərdə Səfəvilər dövləti şəhərlərinin sosial inkişafı prosesini öyrənmək üçün СКАЧАТЬ

95

Yenə orada, səh.45-46.

96

Oruc bəyin tərcümeyi-halı, onun səyahətləri və əsərinin təhlili barədə ətraflı məlumat üçün bax: О.А.Эфендиев. Дон Хуан Персидский или Орудж-бек Баят. Изв. АН Азерб. ССР (серия истории, философии и права), 1966, №2, стр.62-70. Oruc bəyin əsəri son illərdə rus dilində nəşr edilmişdir: Книга Орудж бека Байата – Дон Жуана Персидского. Пер. с англ., введение, комментарии и указатели Октая Эфендиева и Акифа Фарзалиева, Баку, 1988.

97

Early Voyages and Travels to Russia and Persia by Anthony Jenkinson and other Englishmen. Edit, by Delmar Morgan and C.H.Coote, vol. I-II. London, 1886; Английские путешественники в Московском государстве в XVI в. Перев. с англ. Ю.В.Готье, Л., 1937; Путешествия венецианцев; G.B.Vechietti. A. Report on the conditions of Persia in the year 1586 (in Italian) published by H.F.Brown. English Historical Review, 1892.

98

Аракел Даврижеци. Книга историй. Пер. с арм. предисл. и коммент. Л.А.Ханларян. М., 1973, стр.464-475.

99

Histoire de la Georgie, trad, par M.Brosset, II partie, I livrasion. SPb., 1856; Materiaux pour servir a l’histoire de la Georgie, par M.Brosset Mdmoires de l’Academie Imperiale des Sciences, VI serie. Sciences polit. etc., t. V, SPb., 1841.

100

Персидские документы Матенадарана. Указы, т. I, вып.I (XV-XVI вв.). Сост. А.Д.Папазян. Ереван, 1956; т. I, вып. II (1601-1650), Ереван, 1959; Персидские исторические документы в книгохранилищах Грузии, кн. 1, вып. 1, изд. В.С.Путуридзе. Тбилиси, 1961; кн. 1, вып. 2, Тбилиси, 1962; T.M.Musovi. Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər. Bakı, 1965; yenə onun: Bakı tarixinə dair orta əsr sənədləri. Bakı, 1967; yenə onun: Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər). Bakı, 1977.

101

V.Minorsky. A Soyurghal of Qasim b. Jahangir Aq-Qoyunlu (903/1498). BSOS, vol. IX, p.4, London, 1939; Zwei Erlasse Shah Tahmasps I. Von Heribert Horst. ZDMG. Bd. 110, Ht. 2, 1961; H.Horst. Ein Immunitatsdiplom Schah Muhammad Hudabandas vom Jahr 989/1581. ZDMG. Bd. 105, Ht. 2, 1955; J.Aubin. Archives persanes commentees-2. Note preliminaire sur les archives du Tchima-rud. Teheran, 1955; H.Busse. Untersuchungen zum islamischen Kanzleiwesen (An Hand turkmenischer und safawidischer Urkunden). Kairo, 1959; B.G.Martin. Seven Safavid Documents from Azerbaijan. Documents from islamic Chanceries. First series. London, 1965.

102

Şah İsmayıl Səfəvi. Əsnad və mükatibat-i tarixi həmrah ba yaddaştha-i təfsili, be-ehtemam-i doktor Əbdülhüseyn Nəvai. Tehran, 1347; Şah Təhmasib Səfəvi. Əsnad və mükatibat-i tarixi həmrah ba yaddaştha-i təfsili, be-ehtemam-i doktor Əbdülhüseyn Nəvai. Tehran, 1350.

103

И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв.

104

Б.Н.Заходер. История восточного средневековья. Халифат и Ближний Восток. М., 1944; Н.Фильрозе. К вопросу о формах земельной собственности в государстве Сефевидов. Очерки по новой истории стран Средного Востока. Изд. МГУ, 1951.

105

А.А.Ализаде. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв., Баку, 1956; И.П.Петрушевский. Земледелие и аграрные отношения в Иране в XIII-XIV веках. M.-JL, 1960.

106

К.З.Ашрафян. Падение державы Сефевидов (1502-1722). Очерки по новой истории стран Средного Востока. Изд. МГУ, 1951; С.Б.Ашурбейли. Очерк истории средневекового Баку. Бжу, 1964; А.П.Новосельцев. Города Азербайджана и восточной Армении в XVII-XVIII вв. “История СССР”, 1959, №1; М.Х.Гейдаров. Ремесленное производство в городах Азербайджана в XVII в., Баку, 1967; К.К.Куция. Из истории социальных движений в городах Сефевидского государства (движение нуктавиев). “Народы Азии и Африки”, 1966, №2.