Название: Azərbaycan səfəvilər dövləti
Автор: Октай Абдулкерим оглы Эфендиев
Издательство: JekaPrint
isbn: 978-9952-8052-1-4
isbn:
N.D.Mikluxo-Maklayın Səfəvilər dövlətinin Şeybanilər dövləti ilə qarşılıqlı siyasi münasibətlərinin xarakterini və XVI əsrin əvvəlində şiəliyin sosial rolunu aşkarlayan əsərlərinin mühüm əhəmiyyəti vardır111. XVI əsr Səfəvilər dövlətinin sosial-iqtisadi tarixinin bir çox məsələləri kimi, onun siyasi tarixinin mənzərəsi də “Azərbaycan tarixi”nin birinci cildinin Ə.N.Quliyev tərəfindən yazılmış müvafiq bölməsində təsvir edilmişdir112. Səfəvilərin XVI əsrə qədərki tarixinin bəzi məsələləri, Səfəvi şeyxlərinin Ərdəbil hakimiyyəti dövrü C.İbrahimovun əsərlərində öz şərhini tapmışdır113. Göstərilən dövrdə Azərbaycanın və Səfəvilər dövlətinin xarici siyasətinin və daxili inkişaf tarixinin bir sıra məsələləri Ə.M.Şahmalıyevin, P.İ.Petrovun, Ə.Ə.Rəhmaninin, A.P.Novoseltsevin, Ə.H.Hüseynovun və B.Əhmədovun114 əsərlərində işıqlandırılmışdır. Y.A.Paxomovun, Ə.Ə.Ələsgərzadənin, M.X.Nemətovanın, İ.Dilbacın, Ə.V.Rəhimovun və Ə.Ş.Rəcəblinin əsərlərində115 mövzuya dair epiqrafik və numuzmatik materiallar vardır.
Xarici ölkələrdə də Səfəvilər dövlətinin siyasi tarixinə həsr edilmiş xeyli əsər nəşr olunmuşdur. Hind alimi Qulam Sərvərin I Şah İsmayıl haqqında çox da böyük olmayan kitabı mənbələrdən götürülmüş, lakin müəllif ümumiləşdirmələri olmayan faktik material toplusu kimi öz əhəmiyyətini saxlamaqdadır116. V.Hinsin və H.Römerin əsərləri XVI əsrin 70-ci illərinin sonu-80-ci illərinin əvvəllərində Səfəvilər dövlətinin vəziyyətinə həsr olunmuşdur117. V.F.Mimorskinin tədqiqatlarında bu məsələlərə dair qiymətli material və ümumiləşdirmələr vardır118. Son illər çapdan çıxmış bəzi əsərlər diqqəti cəlb edir. Onların arasında daha çox maraq doğuranları – I İsmayılın daxili siyasətinin bəzi, az öyrənilmiş cəhətləri haqqında Jan Obenin tədqiqatı, R.Ş.Seyvorinin mühüm vəzifələr və dövlətinin banisinin istilaları haqqında məqalələri, həmçinin də XVI-XVIII əsrlərdə Səfəvilərin inzibati sistemi haqqında K.M.Röhrbornun əsəridir119. Faruk Sümerin və Bəkir Kütükoğlunun Səfəvilər dövlətinin yaranmasında Anadolu türklərinin roluna və XVI əsrin son rübündə Osmanlı və Səfəvilər dövlətlərinin qarşılıqlı münasibətlərinə həsr olunmuş əsərlərində xeyli dərəcədə yeni material vardır120.
İran tarixşünaslığı (Ə.Kəsrəvinin və N.Fəlsəfinin bəzi əsərləri121 istisna edilməklə) bu sahədə tədqiqatlarla təmsil olunmamışdır. Ə.Tacbəxşin, S.Rəhimzadənin, N.Şeybaninin son dövrdə nəşr edilmiş kitabları millətçilik mövqelərindən yazılmışdır və hekayə xarakteri daşıyır122. Bu əsərlərin mənbəşünaslıq və tarixşünaslıq zəmini məhduddur və buna görə də mövzunun öyrənilməsinə yenilik gətirmir.
Tehran universitetinin professoru Bəstini Pərizinin “Səfəvilər dövründə siyasət və iqtisadiyyat” kitabı əslində bu sahədə İran tarixşünaslığında XVI-XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin sosial-iqtisadi həyatının öyrənilməsinə ciddi maraq göstərilmiş123 ilk tədqiqatdır.
Keçmiş sovet tarixçilərinin diqqətini cəlb etmiş məsələlərdən biri XVI əsrdə Səfəvilər dövlətinin etnik xarakteri məsələsidir.
Vətən tarixşünaslığında Səfəvilər sülaləsinin və onları müdafiə edən tayfaların türk (Azərbaycan) mənşəli olduğunu ilk dəfə olaraq göstərənlər rus şərqşünasları V.V.Bartold və A.Y.Krımski124 olmuşlar.
Azərbaycan feodal əyanlarının Səfəvilər dövlətinin yaranmasında həlledici rol oynadığı faktı 1941-ci ildə Bakı tarixçilərinin hazırladığı Azərbaycan tarixinə dair ilk kollektiv əsərdə qeyd olunmuşdur125. 1946-cı ildə buna bənzər nəşrdə həmin baxış daha da inkişaf etdirilmişdir126. Qırxıncı illərin əvvəllərində Azərbaycan tarixçisi, akademik İ.A.Hüseynov Şah İsmayılın dövlətini Azərbaycan dövləti kimi səciyyələndirmişdir127. Həmin səciyyələndirmə bu sətirlər müəllifinin əsərlərində elmi dəlillər və mənbəşünaslıq məlumatları ilə əsaslandırılmışdır.
İ.P.Petruşevski özünün ilkin mənbələrinə əsaslanan tədqiqatlarında Səfəvilər dövlətinin yaranmasında və onun tarixinin birinci yüzilliyində Azərbaycanın və Azərbaycan etnik feodal ünsürünün aparıcı, müəyyənedici sosial-iqtisadi və siyasi rol oynadığını təkzibolunmaz şəkildə sübut etmişdir. O, göstərmişdir ki, Azərbaycan əyanları bu dövlətdə müstəsna hüquq və imtiyazlardan istifadə etmişlər. Sarayda yüksək vəzifələr, vilayət canişinlikləri, hərbi iş və s. Azərbaycan feodallarının əlində olduğu halda, dövlət işlərində fars feodallarının rolu maliyyə, dəftərxana və qismən də məhkəmə məsələləri ilə məhdudlaşırdı.
İran tarixşünaslığının millətçi, paniranist baxışlarını, habelə Qərbin mürtəce tarixçilərinin oxşar konsepsiyalarını tənqid edən N.D.Mikluxo-Maklay qeyd edirdi ki, Şeybanilər Səfəviləri bütün İranın hökmdarları kimi tanımırdılar. Onlar Səfəviləri Ağqoyunlular sülaləsinin xələfləri və varisləri hesab edərək onların yalnız Azərbaycan və Qərbi İran üzərində hakimiyyətini tanıyırdılar. O, yazırdı: “Bütün deyilənlər belə bir nəticəyə gəlməyə imkan verir ki, XVI əsrdə yaranmış Səfəvilər dövləti XV əsr Qaraqoyunlu və Ağqoyunlu hakimiyyətlərinin xələfi kimi təşəkkül tapmışdır. Həm də real əsaslara istinad edirdi, yəni Səfəvilər dövləti İran dövləti deyildi və ona heç elə də baxılmırdı”128.
B.N.Zaxoder Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın roluna dair yazırdı: “Sosial-iqtisadi inkişafın nisbətən yüksək pilləsində duran Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqazda və İranda yaranan həmin böyük dövlətin özəyini təşkil edirdi. Bu dövlət çoxlu tayfa və xalqları öz tərkibinə daxil etmişdir. Lakin uzun müddət bu dövlətdə onun hərbi qüvvələrində ilk Səfəvilərin arxalandığı Azərbaycan СКАЧАТЬ
110
И.П.Петрушевский. Государства Азербайджана в XV в., ССИА, вып. 1, Баку, 1949; yenə onun: Азербайджан в XVI-XVII вв., ССИА, вып. 1; yenə onun: Восстание ремесленников и городской бедноты в Тебризе в 1571-1573 гг., ССИА, вып. I; yenə onun: Ислам в Иране в VII-XV вв., ЛГУ, 1966.
111
Н.Д.Миклухо-Маклай. К истории политических взаимоотношений Ирана со Средней Азией в XVI в. Крат, сообщ. ИВАН СССР, т. IV, 1952; yenə onun: Шиизм и его социальное лицо в Иране на рубеже XV-XVI вв., Памяти акад. И.Ю.Крачковского. ЛГУ, 1958.
112
Ə.N.Quliyev. Azərbaycan XVI əsrdə. “Azərbaycan tarixi”, с. I, VIII fəsil. Bakı, 1958; Ə.N.Quliyev. Azərbaycan-Rusiya münasibətləri tarixindən. Bakı, 1958.
113
C.İbrahimov. Səfəvilərin Ərdəbil hakimiyyəti tarixinə dair. Bakı, 1958.
114
Э.М.Шахмалиев. К вопросу о дипломатических отношениях первых Сефевидов с западными странами. Тр. АГУ, сер. истор., вып. 1. Баку, 1950; yenə onun: Дипломатические отношения Испании с Сефевидским государством во второй половине XVI в. “Уч. зап. АГУ”, 1955, №7; И.П.Петров. Данные источников о составе воинских контингентов шаха Исмаила I. “Народы Азии и Африки”, 1964, №3; А.П.Новосельцев. Русско-иранские политические отношения во второй половине XVI в., Международные связи России до XVII в. М., 1962; А.Н.Гусейнов. Азербайджанско-русские отношения в XV-XVII вв. Баку, 1963; B.Əhmədov. 1579-1581 -ci illər ekspedisiyası və İngiltərə-Azərbaycan ticarət əlaqələrinin kəsilməsi səbəbləri. ADU-nun elmi əsərləri, tarix və fəlsəfə seriyası, 1967, №3.
115
Е.А.Пахомов. Монетные находки Азерб.ССР в 1924 г.: “Изв. Азерб. археолог, ком-та”, вып. 1. Баку, 1925; yenə onun: Чайкендский клад 1935 г. Баку, 1941; Ə.Ələsgərzadə. Ağbil türbələrinin kitabələri. “Azərb. SSR EA məruzələri”, №10; M.X.Nemətova. Şirvanın XIV-XVI əsrlər tarixinin öyrənilməsinə dair. Bakı, 1959; Rahnema-i asar-i tarix-i Azərbaycan-i şərqi, gərdavərənde İsmayıl Dibac, Təbriz, 1334; А.В.Рагимов. О Бакинском кладе XV-XVI вв., “ДАН Азерб.ССР”, т. V, 1949, №1; yenə onun: Бакинский клад (находка 1948 г.). Материальная культура Азербайджана, вып. III. Баку, 1953; А.М.Раджабли. Атеркский клад. “ДАН Азерб. ССР”, т. XVII, 1961, №6 və Ь.
116
G.Sarwar. History of Shah Ismail Safawi. Aligarh, 1939.
117
W.Hinz. Schah Esmail II. Berlin, 1933; H.R.Roemer. Der Niedergang Irans nach dem Tode Ismail’s des Grausamen, 1577-1581. Wurzburg- Aumuhle, 1939.
118
V.Minorsky. The Supporters of the Lords of the Ardabil “Tadhkirat al-muluk” kitabında; Shaykh Bali-efendi on Safavids. BSOAS, vol. XX, London, 1957.
119
J.Aubin. Etudes Safavides. I Shah Ismail et les notables de l’lraq persan. “Journal of Economic and Social History of the Orient”, Leiden, 1959, vol. 2, p.l; R.M.Savory. The Principal Offices of the Safawid State during the Reign of Ismail I. BSOAS, vol. XXIII, p.l, 1960; The principal Offices of the Safawid State during the Reign of Tahmasip I. BSOAS, vol. XXIV, p.l, 1961; Some Notes on the Provincial Administration of the Early Safawid Empire. BSOAS, vol. XXVII, p.l, 1964; The Consolidation of Safavid Power in Persia. Der Islam. Bd. 41, Berlin, 1965; Klaus-Michael Rohrbom. Provinzen und Zentralgewalt Persiens im 16 ind 17 Jahrhundert. Berlin, 1966.
120
F.Sümer. Safevi Devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü. Ankara, 1976; Azerbaycanın türkleşmesi tarihine ümumi bir bakiş. Türk Tarih Kurumu. Belleten, cilt XXI, sayi 83, Ankara, 1957; B.Kütükoğlu. Osmanlı-İran siyasi münasebetleri. I. 1578-1590, İstanbul, 1962.
121
Əhməd Kəsrəvi Təbrizi. Şeyx Səfi və təbareş. Tehran, 1324; Nəsrulla Fəlsəfi. Cəng-i Çaldıran. Məcəlle-i daneşkədə-i ədəbiyyat, şumare-i 2, sal-i əvvəl, Tehran, 1332; yenə onun: Zindəgani-i Şah Abbas-i əvvəl, cild-i əvvəl. Müqəddəmat-i səltənət-i u əz vəladət ta padşahi. Tehran, 1334 (bundan sonra – N.Fəlsəfi, с.1).
122
Əhməd Tacbəxş. İran dər zaman-i Səfəviyyə Təbriz, 1340; Rəhimzade-i Səfəvi. Şərh-i cəngha və tarix-i zindəgani-i Şah İsmail-i Səfəvi. Tehran, 1341; Nizaməddin Mücir Şeybani. Təşkil-i şahənşahi-i Səfəviyyə. Ehya-i vəhdət-i milli. Tehran, 1346.
123
Bastani Parizi. Siyasət və iqtisad-i əsr-i Səfəvi. Tehran, 1348.
124
В.В.Бартольд. Место прикаспийских областей в истории мусульманского мира. Соч., т. И, ч. I, М., 1963, стр.748; yenə onun: Халиф и Султан. Соч., т. VI, М., 1966, стр.54; А.Е.Крымский. История Персии, ее литературы и дервишской теософии, т. III. М., 1914-1917, стр.148.
125
История Азербайджана (краткий очерк). Изд-во Аз. ФАН. Баку, 1941.
126
История Азербайджана. Баку, 1946.
127
İ.A.Hüseynov. İsmayıl Səfəvi. Bakı, 1943.
128
Н.Д.Миклухо-Маклай. К истории политических взаимоотношений Ирана со Средней Азией в XVI в., стр.16.