Beynəlxalq Münasibətlər üzrə bələdçi. Коллектив авторов
Чтение книги онлайн.

Читать онлайн книгу Beynəlxalq Münasibətlər üzrə bələdçi - Коллектив авторов страница 17

Название: Beynəlxalq Münasibətlər üzrə bələdçi

Автор: Коллектив авторов

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-2905-4-7

isbn:

СКАЧАТЬ 110: 29-46.

Waltz, Kenneth N. (1959) Man, the State and War: A Theoretical Analysis. Columbia: Columbia University Press.

Waltz, Kenneth N. (1979) Theory of International Politics. Reading, MA: Addison-Wesley.

Wendt, Alexander (1999) Social Theory of International Politics. Cambridge: Cambridge University Press.

Wight, Martin (1966) ‘Why is There No International Theory’, in Herbert Butterfield and Martin Wight (eds), Diplomatic Investigations: Essays in the Theory of International Politics. London: George Alien and Unwin. pp. 17-34.

Wight, Martin (1992) International Theory: The Three Traditions (eds Gabriel Wight and Brian Porter). New York: Holmes & Meir.

Wilde, Jaap H. de (1991) Saved from Oblivion: Interdependence Theory in the First Half of the 20th Century. Aldershot: Dartmouth Publishing Co.

Williams, Howard (1992) International Relations in Political Theory. Buckingham: Open University Press.

Willoughby, Westel Woodbury (1918) ‘The Juristic Conception of the State’, American Political Science Review, 12: 192-208.

Wilson, Peter (1998) ‘The Myth of the “First Great Debate”’, Review of International Studies, 24 (Special Issue): 1-16.

Wright, Quiney (1955) The Study of International Relations. New York: Appleton—Century-Crofts.

Zacher, M. and Matthew, R. (1995) ‘Liberal International Theory: Common Threads, Divergent Strands’, in Charles Kegley (ed.). Controversies in International Relations Theory: Realism and the Neoliberal Challenge. New York: St Martin's, pp. 107-50.

2

Sosiologiyanın fəlsəfəsi və Beynəlxalq münasibətlər

COLIN WIGHT

Fənn özünün üsulları üzərində düşünməyə başladıqda, onu təsvir etmək üçün müxtəlif ehtiyatlar və ona yetirilən nəzərlərin yönələ biləcəyi müxtəlif mənbələr diapazonu artıq mövcud olur. Bu cildin 1-ci Fəslində Brian Schmidt fənnin tarixi və tarixşünaslığına müraciət etmişdir. Fənnin inkişafının istənilən tarixi hesabatı üçün zəruri olan məsələlərin çoxunun, istər-istəməz, sosial elmin fəlsəfəsinə (əsas prinsiplərinə) uyğunluq probleminə toxunacağı labüddür (Gordon, 1991; Manicas, 1987). Sosial elmin fəlsəfəsi onun tarixindən ayrılmazdır, və Beynəlxalq münasibətləri formalaşdıran debatların çoxu, sosiologiyanın fəlsəfəsi ilə vəhdətdə olan məsələlərlə məşğul olmuşdur. Schmidt bu məsələlərin tarixi olaraq fənni formalaşdırması (və ya düzgün formalaşdırmaması) tərzi ilə məşğul olurdusa, bu fəsildə diqqət onların mahiyyətinə veriləcək, və onların inkişafının fənni (dissiplinar) inkişaf, fənni siyasət və daha geniş sosial-siyasi məsələlər terminlərində tənqidi təhlilinin aparılmasına cəhd göstəriləcəkdir.

İstənilən sosiologiya fənni üçün əsas məsələ ona hansı dərəcəyə qədər elm kimi baxıla bilməsidir6 və Schmidt bu məsələyə «sahənin müəyyən edici məqsədi» kimi tərif verir (Bax, Fəsil 1). Lakin Schmidt BM-in inkişafını onun bilik olmaq iddialarına elmi mandat təmin etməyin hələ də davam edən cəhdləri baxımından nəzərdən keçirirsə, mən elm ideyasının məğzi ətrafında dərin mübahisə dəsti kimi strukturlaşmış fənnə və BM-in hansı dərəcəyə qədər elm ola biləcəyi və olmalı olmasına baxıram. BM-in inkişafı elm istiqamətində dönməz yürüş kimi başa düşülə bilməz, çünki fənnə vurulmuş yarlığın (verilmiş adın) gətirə biləcəyi xeyrin dərəcəsindən asılı olmayaraq, onun daxilində çox şey BM elminin əksinədir. Elm nədir, BM elm ola bilərmi və ya olmalıdırmı sualları fənnin daxilindəki qızğın müzakirələrin mövzusudur (Bull, 1969; Ferguson və Mansbach, 1988; Hollis, 1996; Hollis və Smith, 1990; Kaplan 1969; Nicholson 1996a, 1996b; Ogley 1981; Reynolds, 1973; Wendt, 1999). Sosiologiyanın fəlsəfəsi sahəsində işlə(yənlə)rin çoxu üçün bu məsələ faktik olaraq onun predmetinin məzmununu müəyyən edir. (Bhaskar, 1979: 1; Brown, 1979: vii; Fay, 1996: 1). Sosiologiya fəlsəfəsində qəbul edilmiş terminologiyaya uyğun olaraq, mən bu problemi «naturalizm» adlandıracağam (Bhaskar 1979; Hollis, 1996).7 Adətən bu ümumi sualın kontekstində köməkçi məsələlərin müəyyən diapazonu – izahın xarakteri, səbəb-nəticə əlaqələrinin təbiəti, qanunların təbiəti və s. kateqoriyalaşdırılır (Bunge, 1996; Nicholson, 1996a; Reynolds, 1973; Suganami. 1996).

Təbii ki, bu sualın cavabları sosiologiyanın fəlsəfəsinə müraciət edilməsi ilə legitimləşdirilmişdir. Lakin sosiologiyanın fəlsəfəsi özü elmin fəlsəfəsindən qidalanır və BM-də elm məsələsi haqqında ədəbiyyatın çoxu geniş mənada sosiologiyanın fəlsəfəsindən tamamilə yan keçir (Vasquez, 1995, 1998; Waltz, 1979).8 Bu təəssüf doğuran, lakin başa düşülən meyldir, hərçənd ki, elmi BM-i legitimləşdirmək (Kuhn, Lakatos, Popper), və ya BM-i elmdən müdafiə etmək (Kuhn, Feyerabend) üçün elm filosoflarının strukturlarının fikirləşmədən idxal edilməsi, güman ki, fənnə ciddi zərər vermişdir (Ferguson və Mansbach, 1988). Lakin bu zərər elmin nə olduğunun guya açıq-aydın olması barədə fərziyyənin vurduğu ilə müqayisəyə belə gəlmir.

Əlbəttə, bunlardan heç biri sosiologiyanın fəlsəfəsini və sosiologiya fəlsəfəsinin BM-ə genişləndirilməsini yalnız elm məsələsinin narahat etdiyini iddia etməməlidir. Əl-ayağa dolaşan digər fundamental məsələ BM-də agent (vasitəçi, vasitə) – struktur problemi adlandırılan məsələdir (Carlsnaes, 1992; Dessler, 1989; Wendt, 1987; Wight, 1999a). Bu məsələyə sadə tərif vermək çətindir və BM daxilində agent-struktur problemində dəqiq olaraq nəyin təhdid altında olması ilə əlaqədar qarışıqlıq bir para şərhçiləri belə bir gümana gətirmişdir ki, BM daxilindəki debatların iştirakçıları da eyni problemə müraciət edirlərsə, deməli burada heç də hər şey dəqiq deyil (Friedman və Starr, 1997). Bu problemin faktik olaraq nəyi əhatə etməsindən asılı olmayaraq, bütün tərəflər razılaşır ki, onun mühüm elementi Marx tərəfindən çox əla işlənmiş tapmaca ilə əlaqədardır: «Tarixini insanlar özü yaradır, lakin onlar bunu istədikləri kimi, özlərinin seçdikləri şəraitdə edə bilmirlər» (Marx, 1962). Bu halda, agent-struktur problemi fəal və özünü inikas edən agentlərlə onların fəaliyyətinin baş verdiyi struktur konteksti arasındakı münasibətlərlə əlaqədar olur.9 Bu problemin çoxlu cəhətləri var və onlar, sosiologiya fəlsəfəsindəki müxtəlif örtüklər altında gizli qalır.10 (Singer, 1961). Naturalizm məsələsi ilə birləşdirildikdə, bu problemləri Şəkil 2.1-dəki matris formasında təsvir etmək şirnikləndirici olur və çoxları elə belə də edir (Hollis və Smith, 1990; Wendt, 1999).11

Belə təsvir-təqdimatların problemi onların, təsvir edə biləcəyi detalların sayının məhdud olması kimi öz-özünə aydın olan məsələdən də kənara çıxır (Bourdieu, 1977; Hollis və Smith, 1992: 216). Belə diaqram qurğuların gerçək çətinliyi onların məsələlərin tərkibliliyini (mürəkkəbliyini) nəzərə ala bilməməsinin faktik səhv xətlərindən daha böyük təqribiliyə gətirməsindədir. СКАЧАТЬ

6

Bu yarlığın mübahisəli xarakterini onu dırnağa almaqla göstərmək normal olardı. Lakin bu fəsldə diqqətin əsasən terminin mənası üzərində cəmləndiyini nəzərə alsaq belə dırnağa alma lazımsız görünür.

7

«Naturalizm» problemi təbiətin öyrənildiyi üsulla cəmiyyətin hansı dərəcəyə qədər öyrənilə bilməsi ilə əlaqədardır (Bhaskar, 1979: 1).

8

Müasir elmin uğuru elmin fəlsəfəsinin meydana gəlməsinə gətirdi. Elmin fəlsəfəsi elmin praktikası üzərində fikirləşir və nəyin elmi izah və nəzəri konstruksiyalardan fərqli olduğunu; elmi gümanlardan, spekulyasiyadan və psevdo-elmdən nəyin fərqləndirdiyini; nəyin elmi proqnozları etibarlı etdiyini və elmin obyektiv gerçəklik haqqında gizli həqiqətləri göstərib-göstərmədiyi haqqında sualı tədqiq etməyə çalışır. Qısası elmin fəlsəfəsi elmin təbiətini tutmağa cəhd edir. Sosiologiyanın fəlsəfəsi sosiologiyanın təbiətini tutmağa çalışır. Hər ikisi, bu yarlığın altındakı praktikanı təşkil edə biləcək şeyin ümumiləşdirilmiş hesabatını verməyə çalışır. Elmin uğurunu nəzərə alsaq qeyd edilməlidir ki, elmin fəlsəfələri sadəcə izah sxemləri deyil, onlar normativ tələbləri ifadə edir. Elmi praktikanın təbiətini tutmağa çalışan elmin fəlsəfəsi bildirir ki, əgər siz elmi praktika ilə məşğul olmaq istəyirsinizsə fəlsəfədə izah edilmiş prinsiplərə riayət etməlisiniz. Eləcə də aydın olmalıdır ki, hər bir elmin fəlsəfəsinə ontoloji tələblər (mövcudluq haqqında tələblər); epistemoloji mülahizələr (etibarlı bilik iddiasına qoyulan tələblərin və belə tələblər üçün əsasın nədən ibarət ola biləcəyi); və metodoloji nəticələr (əgər siz X-ə (ontologiya) inanırsınızsa və X-ə aid tələbləri Y-də (epistemologiya) əsaslan-dırmaq istyirsinizsə onda siz Y metoduna əməl etməlisiniz) daxil olacaqdir. Elmin fəlsəfəsinin epistemologiya və ya metodologiyadan daha böyük bir şey olması məhz buna əsaslanır. Elmin ontoloji cəhətdən neytral fəlsəfəsi mövcud deyil.

9

Bu sual altında qruplaşdırılanlar yenə də varlıqların təbiətinə aid problemlər dəstidir, məsələn «şəxsiyyət» nədir; kollektiv fəaliyyət problemi; sosial strukturların təbiəti və.s.

10

Bu debata agent-struktur debatı yarlığı vurulsa da, bildirilirdi ki, bu, adətən fərd/cəmiyyət və ya makro/mikro problemi adlandırılan şey üçün işlədilən fərqli terminologiyadır. Lakin, bu problemlər əlaqəli olsa da, onları müxtəlif problemlər kimi nəzərdən keçirmək üçün yaxşı əsas vardır (bax, Layder, 1994).

11

Belə demək olar ki, Şəkil 2.1 naturalizm problemini agent-struktur problemi ilə birləşdirdikdə tutula biləcək dörd mümkün mövqeyi təsvir edir. İzahın strukturla görüşdüyü yuxarı sol qutu diqqətini struktur qüvvələrdə cəmləyən sosial tədqiqata elmi yanaşma kimi başa düşülə bilər. Aşağı sol qutu (izah və agentlər) diqqəti agentlərə yetirən elmi yanaşmadır. Diaqramın sağ tərəfindəki qutular sosial tədqiqatda diqqəti struktur amillərində (yuxarı sağ), ya da agent amillərində (aşağı sağ) cəmləşdirən qeyri-elmi yanaşmanı (məsələn, hermenevtika) təmsil edir.