Название: Beynəlxalq Münasibətlər üzrə bələdçi
Автор: Коллектив авторов
Издательство: JekaPrint
isbn: 978-9952-2905-4-7
isbn:
Əgər bu son hadisələr üçün adekvat tarixi baxışı təmin etmək çətindirsə, bütün mübahisələri bir nəhəng debatın ümumi kütləsinə qatmaq, sadəcə olaraq, qeyri-mümkündür. Debatlara bizim hansı ümumi xüsusiyyətlər aid edəcəyimizdən asılı olmayaraq, bu, sahənin ən son tarixini başa düşməkdə bizə kömək etməyəcəkdir. Waever bildirirdi ki, son dövrlərdəki quruculuğun ayrıca götürülmüş üçüncü debat terminlərində baxılmasının yaratdığı qarışıqlıqdan qaçmağın bir yolu, «dördüncü debata» qədəm qoyduğumuzu etiraf etməkdir (1996). Sahədəki bir sıra başqaları kimi (Lapid, 1989; Smith, 2000; Vasquez, 1995), Waever də güman edir ki, biz tənqidi nəzəriyyə, post-strukturalizm, post-modernizm, eləcə də konstruktivizm və feminizmin post-pozitivizm yarlığı altına düşən xüsusi variantları kimi yanaşmalarla, onun rasionalist ortodoksallığa sadiq olduğunu iddia etdiyi əsas cərəyan arasında dəqiq fərq qoyuruq. Belə görünür ki, sonuncu Waever-in (1996) “neo-neo-sintez” adlandırdığı şeyin (hansının ki, çərçivəsində 1980-ci illərdə neoliberalizm və neorealizm rasionalist tədqiqat proqramına ümumi uyğunlaşmaları nəticəsində faktik olaraq fərqləndirilə bilməyən hala gəlmişdi) nəticəsidir. Konstruktivizmə edilən yeni vurğuya baxmayaraq, bu “neo-neo-sintez” baxışları sahənin təməl bölmələrini hələ də neoliberalizm və neorealizmin təmsil etdiyi ABŞ-ın daxilindən onun xaricində daha populyardır.
Post-pozitivizm sahənin hazırki mənsubiyyəti və tərkibinə əhəmiyyətli miqdarda meta-nəzəri işıq salmışdır. Nəzəriyyənin təbiəti üzərində fikirləşmək fəaliyyəti, BM-dəki mülahizələrin əhəmiyyətli hissəsini əhatə edirdi. Pozitivizmin şübhə altına alındığı başqa sahələrdə olduğu kimi, BM-dəki post-pozitivistlər də sahənin başlanğıcını İntibah dövründən götürdüyü güman edilən ənənəvi epistemoloji təməllərini qiymətləndirərkən, artıq onlara siyasi tədqiqatda legitimlik barədə nüfuzlu qəraralar çıxarmaq üçün fəlsəfi mənada müdafiə edilməsi mümkün olan əsaslar kimi baxmırdılar. Bununla da, «post-pozitivizm dünya siyasətinin elmi öyrənilməsini ciddi böhrana salmışdı» (Vasquez, 1995:234). Belə «alternativ» və ya «dissident» yanaşmalardan çoxu sahənin ənənəvi pozitivist təməllərinin ziddiyyətlərini açmağa, və daha çox səslərin və ya nəzər nöqtələrinin eşidilməsinə imkan verəcək radikal anti-təməlçiliyi daxil etməyə çalışır. Bəziləri buna BM-in, hazırda sahənin predmetini əhatə edən məsələlər haqqında fikirləşmək üçün əlavə yer ayıracaq qaydada, yenidən qurulmasına gətirəcək tədbir kimi baxırlar (George, 1994; George və Campbell, 1990; Neufeld, 1995). Digərləri üçün, post-pozitivizm, xüsusən də postmodernizm relyativizmlə bağlı təhlükəni ortaya çıxarmışdır, çünki alimlərin həqiqət üçün trans-contekstual bazis təmin etmək səlahiyyətlərini sarsıdır (Rosenau, 1990; Vasquez, 1995).
Müxtəlif post-pozitivist yanaşmaların sahənin plüralist xarakterinə öz payını verməsinə, çoxlu sayda maraqlı ədəbiyyat kütləsi yaratmasına və sahəni yeni meta-nəzəri suallar ləşkərinə qarşı dayanmağa vadar etməsinə çox az şübhə olsa da, sahənin hakim nüvəsinə onların təsirinin nə dərəcədə böyük olması hələ də aydın deyildir. Əvvəlki «alternativ» yanaşmalarda olduğu kimi post-pozitivist tənqidin də başlıca hədəfi realizm idi, lakin realizm bu və ya digər formada yaşayır və BM sahəsinin ənənəvi qaydada müəyyən etdiyi beynəlxalq siyasəti izah etmək üçün çoxlarının zəruri ilkin fərziyyələr kimi müzakirə edəcəyi şeyləri təmin etməkdə davam edir (Grieco, 1997; Jervis, 1998; Mearsheimer, 1994/5). Bu, hazırki əsas cərəyanın 1980-ci illərin əvvəlindən sahəyə qədəm basmış alternativ yanaşmaların hamısından daha artıq konstruktivizmin realizm barədə fərziyyələrin çoxunu qəbul edən xüsusi Wendt konsepsiyasını niyə ciddi qəbul etməsini qismən də olsa izah edə bilər. Sahədəki tənqidçi alimlərin bəzilərinin narahatçılığına rəğmən Wendt (1999) bəyan edir ki, konstruktivizmin ona məxsus olan variantı ideyaların, normaların və mənsubiyyətin formalaşdırılması prosesinin rolunu nümayiş etdirməyə, eyni zamanda realist dünyagörüşünə və pozitivist epistemologiyaya abunə olmağa qabildir. Bunula da, sahənin vəziyyəti haqqında ən son ədəbiyyatın bəziləri konstruktivizmi sahənin ən yeni metodu, və ya beynəlxalq siyasəti öyrənmək üçün anlayışlar sistemi elan edir (Katzenstein və başqaları, 1999; Walt, 1998).
Bizdə sahənin tarixini artıq bilirik kimi bir hiss olsa da, mən sahənin inkişafı haqqında geniş yayılmış tarixçədə çoxlu problemlər olduğunu göstərməyə çalışmışam. BM-in tarixi haqqında ən son işlərdən bəzisi fərz edir ki, sahə barədə bizim hakim təsəvvürlərimizdən çoxu əfsanədən başqa bir şey deyil (Booth, 1996; Kahler, 1997; Wilson, 1998) və belə əfsanələrlə bağlı olan problemlərdən biri onların tez-tez keçmişi təhrif etməsi ilə yanaşı, indini də yanlış məlumatlandırmağı davam etdirməsidir. Sahənin tarixinin öyrənilməsi sadəcə olaraq antikvarlıq məşqi deyil, onun yarandığı intellektual köklərin başa düşülməsi vasitəsilə sahənin müasir xarakterini tənqidi yoxlamaq imkanlarımızı artırmaq cəhdidir. Fənnin müəyyənliyi ilə sahənin tarixini başa düşmək tərzimiz arasında sıx daxili əlaqə vardır. Daim müəyyənlik böhranlarına məruz qalmış kimi görünən sahənin əvvəldə müzakirə etdiyimiz müəyyənliklərinin bəzilərinin diqqətlə nəzərdən keçirilməsi məhsuldar tədqiqat gündəliyi təmin edir. Özünün məxsusi intellektual köklərini tədqiq etmək və belləliklə də keçmiş və gələcək arasında müəyyən varisliyi aşkar etmək üçün müxtəlif yanaşmalardan istifadə etməyə sahənin kifayət qədər imkanları var. Belə bir işin görülməsi, kifayət qədər köhnə bir şeyin təzə kimi qələmə verilməsi meylinin qarşısını almağa da kömək edərdi.
Sahənin tarixini digər tədqiqat sahələrinə edilən intellektual hörmət səviyyəsində tədqiq etmək üçün, cəlb edilən nəzəri və metodoloji fərziyyələrə xüsusi diqqət verilməlidir. Sahənin tarixi barədə mövcud olan ədəbiyyatın böyük hissəsində belə diqqətin çatışmaması, BM-in tarixinin öz-özünə məlum və ya bəsit olması fikrini gücləndirməyə xidmət edir. «Sahənin inkişafının əksər ənənəvi hesabatlarını xarakterizə edən aşkar və ya qapalı kontekstualizmdir» fikri misallardan biridir. Çox vaxt müəyyən tarixi keçiddə «real dünyanın» siyasi hadisələrinin yaratdığı xarici şəraitin sahənin xarakterini izah edən müstəqil dəyişən kimi götürülə biləcəyi fərz edilsə də, bu ikisi arasındakı gerçək əlaqə çox nadir hallarda göründüyü qədər birbaşa və öz-özünə aydın olandır. Xarici hadisələr və konseptual və ya nəzəri dəyişikliklərdə özünü göstərən daxili fənni reaksiya (cavab) arasındakı əlaqə artıq fərz edilməli yox, təcrübi qaydada göstərilməlidir. BM-in beynəlxalq siyasətin öyrənilməsinə həsr edilmiş akademik tədbir kimi fikirləşilməsi hələ, (fənnin) predmetini daxilində saxlayan sistemdənkənar hadisələrin zamanın istənilən anında sahənin daxilində nə baş verdiyini avtomatik olaraq, izah СКАЧАТЬ