Beynəlxalq Münasibətlər üzrə bələdçi. Коллектив авторов
Чтение книги онлайн.

Читать онлайн книгу Beynəlxalq Münasibətlər üzrə bələdçi - Коллектив авторов страница 19

Название: Beynəlxalq Münasibətlər üzrə bələdçi

Автор: Коллектив авторов

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-2905-4-7

isbn:

СКАЧАТЬ bizə elmin praktikası (metodları) haqqında heç nə deyə bilmir; əlbəttə bu belə olsaydı, o, haqlı olardı.

      Lakin elmin fəlsəfəsi həqiqətən də elmin praktikası üzərində düşündüyünü və onun bəzi mühüm elementləri haqqında fikir söylədiyini iddia edir. Şübhə yoxdur ki, bunların çoxu səhv də ola bilər, lakin bu başdan onların hamısının səhv olduğunu bildirmək üçün əsas yoxdur. Elmin fəlsəfəsi, elmi anlamaq terminlərində müəyyən legitimlik iddiasında olduğundan, sosial tədqiqatların resurs üçün ona müraciət etməsi tamamilə qanunauyğundur. Əgər Gunnell-in mülahizəsi öz məntiqi nəticəsinə qədər davam etdirilsəydi, politologiya və BM, fənnin daxilində yaradılmış resurslardan başqa, bütün resursları cəlb etməkdən kənarlaşdırılmalı idi (Gunnell-in arqumentlərinin əksinə olanlar üçün bax Reynolds, 1973). Bundan başqa, akademik fənlər Gunnell-in təklif etmək istədiyi qədər hermetik möhürlənməyib və fəlsəfi konsepsiyaları strukturlarının mühüm elementləri kimi öz daxilində saxlayır.

      Elmin fəlsəfəsində inkişaf etdirilmiş konsepsiyaların çoxu fənnin toxumasına tamamilə birləşdirilmişdir (Gunnell, 1975: xiii), və ola bilsin ki, fənnin portretini hər hansı digər amillərdən daha çox formalaşdırmışdır və formalaşdırmaqdadır (Nicholson, 1996a, 1996b; Smith, 1995). Bu baxımdan, BM-in sosiologiyanın fəlsəfəsi ilə birgə işləməsinə alternativ yoxdur. Bütün dərsliklərdə bu problem barədə giriş bölmələri və ayrıca fəsillərə yer ayrılması faktdır. Digər səbəb konseptual tədqiqatın empirik tədqiqat üçün ilkin şərt olmasıdır. (Walker, 1993: 82). Empirik tədqiqatlara keçməzdən əvvəl, tədqiqatçılara izah etmək istədiklərinin nə olması, və onu hansı yolla daha yaxşı izah etməyin mümkünlüyü barədə müəyyən ideyalar lazım olur. Bütün tədqiqatlar müəyyən fərziyyələrdən başlayır və onların əsaslarının başa düşülməsi tədqiqatın mühüm hissəsidir.

      Belə mücərrəd konseptual tədqiqatların niyə vacib olması barədə yekun arqument ondan ibarətdir ki, təbiət elmlərinin alimləri konkret izahların faktik məzmunu ilə razılaşmayanda belə, ən azı verilmiş hadisənin izahının nəyə bənzəyə biləcəyi barədə razılığa gəlirlər (Nicholson, 1996a: 2; Reynolds, 1973). Sosial elmlərin tədqiqatçıları isə yox (Hollis və Smith, 1990; Reynolds, 1973). Güman ki, müharibənin səbəblərini aydınlaşdırmaq istəyi ilə yaradılmış fənnin belə tədqiqatın edilə biləcəyi şəraiti bilməməsi lənətlənmə hökmünə bərabərdir (Nieholson, 1996a: 3). Müharibənin səbəblərini bilmək bir şeydir; bizim onları bildiyimizi bilmək isə tamamilə başqa məsələdir.

      İstənilən halda, işlə məşğul olmaq öz-özlüyündə uğuru təmin etmir, və etiraf edilməlidir ki, BM-də sosiologiyanın fəlsəfəsindən istifadə edilməsinə etirazlar, və onun düzgün tətbiq edilməməsi haqqında şikayətlər müəyyən əsasa malikdir. (Halliday, 1994: 23; Kratochwil, 2000; Wallace, 1996). Ümumi halda bu problemlər konseptual aydınlığın olmaması, əsas terminlərin düzgün işlədilməməsi və qohum fənnlərdə inkişaf etdirilmiş həlledici konsepsiyaların istifadə xüsusiyyətlərini və ya inkişaf kontekstini nəzərə almadan bəsit tətbiqi nəticəsində yaranır. Bu narahatlıqların ən parlaq nümunəsi ontologiya, epistemologiya və metodologiya kimi terminlərin işlədilməsidir, hərçənd ki, Kuhn-un paradiqmlər anlayışının geniş və tənqidsiz qəbulu ikinci nümunə olmağa çox yaxındır yaxınlaşır. (Banks, 1985; Vasquez, 1998). (Banks, 1985; Vasquez, 1998). Bu terminlər sosiologiya və elmin fəlsəfəsində, analitik aydınlığı təmin etmək və sahənin özünəməxsus cəhətlərini təsvir etmək üçün çox konkret istifadəyə və funksiyaya malikdir. BM-də isə bu terminlər çox vaxt onların necə və nə üçün istifadə edilməsinə kifayət qədər diqqət yetirilmədən ətrafa fəlsəfi əl qumbaraları kimi atılır.

      Məsələn, özünün başqa cəhətlərinə görə nümunəvi olan işlər silsiləsində Michael Nicholson pozitivizmə müxtəlif formalarda «epistemologiya» (Nicholson, 1996a, 1996b), «metodologiya» (fəslin sərlövhəsinin «Beynəlxalq münasibətlərin epistemologiyası» olmasına baxmayaraq) (Nicholson, 1996a; Nicholson və Bennett, 1994), 'biheviorizm''' (Nicholson, 1996a;129) və «sosial davranışa elmi yanaşma» (Nicholson, 1996a: 190) kimi müraciət etmişdir, hərçənd ki, hamı sonuncunun böyük təəssüf hissi ilə edildiyini başa düşür. Eləcə də Steve Smith pozitivizmi epistemologiya (Smith, 1996: 24); «empirik epistemologiyaya» malik olan (Smith, 1996: 22), və realizmin təməlini bərkidən «metodologiya» (Smith, 1997: 166) kimi nəzərdən keçirmişdir. Mən bu iki tədqiqatçını meylin ən pis deyil, tipik nümunəsi kimi gətirmişəm. Lakin aydındır ki, burada müəyyən qarışıqlıq var.15

ERKƏN BM: FƏLSƏFƏSİZ ELM

      Fənnin erkən tarixində elmin problemli anlayış hesab edilmədiyi vaxtlar olub (Bluhm, 1967; Boucher, 1998; Dougherty və Pfaltzgraff, 1996; Tellis, 1996). İlk praktiklərə güman ki, elm anlayışının tam mənası məlum deyildi, lakin BM-in elm olmalı olması və elm olacağı haqqında ümumi bir razılıq var idi. Ashley J. Tellis bildirirdi ki, realizmin Thucydides-dən bu günə qədər inkişafı «elmi nəzəriyyəyə doğru uzun bir yürüş» (Tellis, 1996) kimi başa düşülməlidir. Thucydides-ə realist kimi baxmağın düzgünlük dərəcəsini şübhə altına qoyan çoxlu tənqidlərə baxmayaraq, onun Peloponnes Müharibəsi haqqında mülahizələrinin «bitərəf mövqedən, kifayət dərəcədə intellektual səviyyədə, banallıq və əxlaqi dəyərləndirmə ilə yüklənməmiş, soyuq və tənqidi yazılmış» olmasına çox az adam şübhə edirdi (Bury, 1975: 252).

      Düzdür Hobbes hansı predmetlərin elm kimi qəbul edilməsi haqqında təhrikçi fikirlərə malik idi, lakin onun öz işlərinə elm kimi baxdığına şübhə yox idi, və o, ola bilsin ki, özünü hətta politologiyanın ixtiraçısı hesab edirdi (Ryan, 1996; Sorell, 1996). Artıq Hobbes-un politologiya anlayışının özündə, onun «politologiya» və «siyasi praktiklik» adlandırdıqları arasında dəqiq konturlanmış fərq toxumları var idi (Ryan, 1996). Hobbes-a görə Thucydides-in təhlili siyasi praktikliyə əsaslanırdı; ümumi halda bu praktik müdrikliyə bərabər tutulur və bizim müəyyən tarixi nümunələr diapazonundan çıxara bildiyimiz ən yaxşı məsləhət vasitəsilə əldə edilirdi. Siyasi müdriklik biliyin həqiqi forması olmuşdur, lakin istənilən halda bu təfsilatların məlum olmasını tələb edən bilikdir. Sanki Charles Reynoldsun bütün tarixi izahların bu formada olduğunu hesab etdiyi görünür (Reynolds, 1973). Bu, biliyin keçmişin təcrübəsinə və artıq baş vermişlərə əsaslanan formasıdır. Lakin bu, şeylər necə işləməlidir və nə baş verməlidir biliyi deyildir. Hobbes-a görə elm hipotetik, ümumi və səhvsiz olmalıdır. Buna baxmayaraq siyasət elm ola bilər və həqiqətən də olmalıdır.

      Hətta müharibələr arası idealizmi də bəşəriyyətin inkişafında elmin roluna uyğun gələn kimi yozmaq olar (Carr, 1946; Long, 1995: 306). BM-in bu dövrü İntibahın biliyə əsaslanan inkişaf ideyalarını daşıdığından, belə mövqe çətin ki, şübhə altına alına bilsin (George, 1994: 74-7). Lakin Richard Little bildirirdi ki, erkən BM təbiət elmləri vasitəsilə özünü modelləşdirmə cəhdlərinin göstərilmədiyi, və «sonsuz mürəkkəb gerçəkliyi anlamaqda kömək edə bilən qanunların kəşfi ilə məşğul» olunmadığı dövrlərdə meydana çıxmış başqa sosial elmlərdən fərqlənirdi (Little, 1980: 7; bax, habelə Smith, 1987). Lakin Little-in mövqeyi (bax, habelə Smith, 1987) iki problemdən əziyyət çəkir.

      Birincisi СКАЧАТЬ



<p>15</p>

Ontologiya, epistemologiya və metodologiya arasındakı fərqi yadda saxlamaq vacibdir. Fəlsəfi terminlərdə ontologiya başlanğıcda metafizikanın bir bölməsi kimi başa düşülürdü; bu, ümumilikdə varlıq haqqında, mövcudluğun təbiəti və gerçəkliyin kateqorial strukturu kimi məsələləri əhatə edən elmdir. Elmin və sosiologiyanın fəlsəfələrində bu, konkret nəzəriyyə və ya təfəkkür sistemi vasitəsilə mövcudluğu bəyan edilmiş və ya qəbul edilmiş şeylər dəstinə istinad etmək üçün istifadə edilir: məhz bu mənada nəzəriyyənin «ontologiyası» haqqında, və ya bu və ya başqa ontologiyaya (məsələn, anarxik strukturların və ya maddi substansiyaların ontologiyası) malik nəzəriyyə haqqında danışılır. Epistemologiya termini mənşəyini, mənası bilik olan yunan sözü episteme-dən götürür. Sadə ifadələrdə, epistemologiya biliyin və ya necə öyrənməyimizin fəlsəfəsidir. Metodologiya da biliyi necə öyrənməyimizlə məşğuldur, lakin təbiətinə görə daha praktikdir. Metodologiya diqqətini xüsusi yollar – dünyamızı daha yaxşı anlamaq üçün istifadə edə biləcəyimiz metodlar üzərində cəmləşdirir. Epistemologiya və metodologiya sıx əlaqəlidir: əvvəlki biz dünyanı bilməyə necə gəliriyin fəlsəfəsini, sonrakı isə praktikasını əhatə edir. BM-də bu cəhətlərin birləşdirilməsi və qarışıq salınması adi hala çevrilmişdir. Məsələn, Adier (bu kitabın 5-ci Fəslində) bəyan edir ki, «Materializm maddi gerçəkliyin, onun qavranılması və yozulmasından asılı olmayaraq, mövcudluğunu və bizim bildiyimizin bizdən kənarda olan gerçəkliyin dəqiq təsviri olmasını qəbul edən dünyagörüşüdür». Aydın olmalıdır ki, burada biri o birisindən zəruri olaraq çıxmayan iki təklif irəli sürülmüşdür. Birincisi ontoloji – «maddi gerçəklik mövcuddur»; ikincisi isə epistemoloji – bizim «bildiyimiz gerçəkliyin dəqiq təsviridir» təklifdir. Bunu görmək vacibdir ki, materialist birinci ontoloji təklifi qəbul edə bilər, ikinci epistemoloji təklifi qəbul etmək onun üçün zəruri deyil. Materializm mövcudluğun (ontoloji təklif) nəzəriyyəsidir, epistemoloji təklif ya artıqdır, ya da əlavə əsaslandırma tələb edir. Lakin mən şübhə edirəm ki, BM daxilində kimsə «bizim bildiyimiz gerçəkliyin dəqiq təsviridir» təklifini əsaslandıra bilsin.