Название: Beynəlxalq Münasibətlər üzrə bələdçi
Автор: Коллектив авторов
Издательство: JekaPrint
isbn: 978-9952-2905-4-7
isbn:
Sahə tarixinin son tədqiqatlarının gözlənilməz tapıntılarından biri ondan ibarət olmuşdur ki, geniş yayılmış inamın əksinə olaraq, idealist paradiqm kimi təsvir edilənə bənzər hər hansı bir şeyin tərəfdarı olan Utopik tədqiqatçıların sahədə heç vaxt hökmranlığı olmamışdır (Baldwin, 1995; Kahler, 1997; Little, 1996; Long, 1991; Long və Wilson, 1995; Osiander, 1998; Schmidt, 1998a, 1998b; Wilson, 1998). Çox hallarda BM sahəsinin şüurlu və təsisati üzvü olan, eyni zamanda da, adətən «idealizm» və ya «utopiyaçılıq» ('utopianism') adlandırılan konstruksiyalarla əlaqəli prinsipləri rəhbər tutan tədqiqatçı tapmaq çətindir. İki müharibə arasındakı dövrün alimlərinin beynəlxalq siyasətin praktikasını yenidən qurmaq vəzifəsini daşıdıqları bir faktdırsa da, ikinci tərtib meta-praktikaların təbiətinə xas olan bu məqsəd sahənin tarixini canlandırmaqda davam edirdi. Mən bildirirəm ki, bu məqsəd öz-özlüyündə utopik deyil, və görülən işləri Utopik kimi qiymətləndirmir. Yaxından nəzər saldıqda, «idealist» yarlığı yapışdırılanların çoxu onların köməkçi ədəbiyyatda təsvirindən kifayət qədər fərqlənən mövqeyə aid olurlar. Müharibələr arası dövrün BM tədqiqatlarına yapışdırılmış sıravi idealizm yarlığı, beynəlxalq siyasətin başa düşülməsinə yönəlmiş müzakirələrin faktik xarakterini ciddi surətdə təhrif edir (Osiander, 1998; Schmidt, 1998a; Wilson, 1998). İdealist yarlığı, sahənin tarixinin formalaşdığı illəri ciddi surətdə təhrif etməkdən başqa, indi və keçmiş arasında mövcud olan dərin məntiqi varisliyi başa düşməyi çətinləşdirir.
Ola bilsin ki, ən mühüm miras BM sahəsinə fərqləndirilə bilən məntiqi (diskursiv) mənsubluq vermiş anarxiya anlayışıdır. BM-in təsisati tarixi ilə yaxından tanış olmayanlara anarxiya yeni kəşf edilmiş, və özünü ictimai elmi tədqiqatların son alətlərinə icarəyə verən hansısa bir tədqiqat tapmacası kimi görünə bilərsə də, anarxiya və onunla sıx əlaqədə olan suverenlik anlayışı sahənin təkamülü boyu əsas təsisati prinsip kimi xidmət göstərmişdir. (Schmidt, 1998b). Müharibələrarası tədqiqatçılar müharibə və sülhün səbəblərinin təhlilini əhatə edən müzakirə predmetinin anarxiya şəraitində suveren dövlətlərin mövcud olmasından doğan problemlərlə birbaşa əlaqəsi olduğunu dəqiq bilirdilər (Dickinson, 1916,1926). Müharibələrarası dövrdə yazanların çoxu başa düşürdülər ki, suverenlik və anarxiya mürəkkəb qaydada əlaqəli, və bir-birini qarşılıqlı təsis edəndir, və bu, müharibələrarası dövrdəki müzakirələrin çoxunun niyə dövlət suverenliyi anlayışı üzərində cəmləndiyini izah edir. Dövlət haqqında tədqiqatlarında siyasət alimləri dövlət süverenliyinin daxili və xarici aspektləri, eləcə də daxili və beynəlxalq siyasət arasında nəzəri əlaqə yaratmışdılar. 1900-cü illərin əvvəllərində siyasi elmi öyrənmək üçün ən təsirli paradiqm (anlayışlar sistemi) olan dövlətin hüquqi nəzəriyyəsi, beynəlxalq şəraiti dövlətlərin müstəqil və izolə edilmiş həyat sürdüyü mühit kimi təsvir edirdi (Willoughby, 1918). Hüquqi nəzəriyyənin tərəfdarları, dövlətlərin xarici vəziyyətini təsvir etmək üçün təbiət şəraitində yaşayan fərdlərin müqaviləyə (demokratiyaya) qədərki obrazına müraciət edir, realistlərin mərkəzi hakimiyyətin olmadığı şəraitdə aparılan siyasət haqqında çıxardıqlarına bənzər bədbin nəticələrə gəlirdilər.
1920-ci illərin əvvəllərində hüquqi nəzəriyyə həm politologiya, həm də BM barədə mülahizələri fundamental surətdə dəyişdirən plüralizm nəzəriyyəsini kollektiv surətdə irəli sürmüş mütəfəkkirlərin yeni qrupu tərəfindən şübhə altına alındı. (Gunnell, 1993; Little, 1996; Schmidt, 1998b). Harold Laski (1921, 1927) və Mary Parker Follett ([1918] 1934) kimi plüralistlər bildirirdilər ki, hüquqi nəzəriyyə müasir qarşılıqlı-asılılıq şəraitinə heç cür uyğun deyil və bu da aydınca göstərir ki, dövlət artıq hər şeyə qadir və hakimiyyətin bütün digər mənbələrindən asılı olmayan deyildir. Beynəlxalq siyasətin, plüralistlərin aksioma kimi qəbul etdikləri qarşılıqlı asılılıq xüsusiyyəti və çoxlu sayda beynəlxalq dövlət ittifaqlarının mövcudluğu (Reinsch, 1911), digər aktyorlarla münasibətdə hər bir milli dövlətin tam suveren olması haqqında fərziyyələrin doğruluğuna ciddi şübhə yaradırdı. Hüquqi nəzəriyyənin plüralist tənqidi ilə qarşılıqlı asılılıq barədə 1970-ci illərdə aparılmış debatlar arasında çoxlu oxşarlıqlar olsa da, sonrakılarda əvvəlki mülahizələrin mövcud olması barədə heç bir etiraf yoxdur (de Wilde, 1991). Richard Little belə mühakimə yürüdür ki, plüralizmin intellektual mirasının kölgədə qoyulmasının əsas səbəblərindən biri «fənnin bu orijinal ədəbiyyata idealist yarlığı vurulmasını qəbul etməyə hazır olmasından» irəli gəlirdi (1996: 69). «İdealist yarlıq» müharibələrarası tədqiqatçıların beynəlxalq təhlükəsizlik (Baldwin, 1995) və beynəlxalq təşkilatların öyrənilməsinə yanaşması tərzinə də kölgə salmışdı. Müharibələrarası tədqiqatlar çox vaxt Millətlər Liqasının uğursuzluğu ilə əlaqələndirilsə də, bu dövrdə yazanların heç də hamısı belə hesab etmirdi ki, bu yeni beynəlxalq təşkilatın yaradılması öz-özlüyündə beynəlxalq siyasətin məntiqini əhəmiyyətli dərəcədə dəyişdirəcəkdir (Duggan, 1919; Hicks, 1920). Beynəlxalq təşkilatların öyrənilməsi ilə məşğul olanlar üçün ən təxirə salınmaz nəzəri problem, dövlət suverenlyi haqqında müxtəlif konsepsiyaların Millətlər Liqasının fəaliyyəti ilə hansı tərzdə uyğunlaşdırılacağı ilə bağlı idi. Əlbəttə bu, Birləşmiş Ştatlarda beynəlxalq təşkilatların öyrənilməsinə müəyyən forma vermək üçün məsul şəxs olan Pitman Benjamin Potter üçün də belə idi (Potter, 1923, 1925).
Lakin müharibələr arası dövrü digərlərindən idealizmin fərqləndirdiyi barədə fikrin təkzib edilməsi, heç də İkinci Dünya Müharibəsindən sonra sahənin vurğuların dəyişməsinə məruz qalması fikrinin rədd edilməsinə əsaslanmır. 1940-cı illərin əvvəllərinə artıq aydın idi ki, sahədə keçid baş verir və bunun ən bariz ifadəsi sahədə aparılan tədqiqatların mərkəzi obyektinin beynəlxalq siyasətin yox, beynəlxalq təşkilatların öyrənilməsi olmalı olduğu haqqında mübahisələr idi (Dunn, 1948; Fox, 1949; Kirk, 1947; Schuman, 1933; Schwarzenberger, 1941). Sahənin vurğularının dəyişməsinə ixtisasa saxta «realist» mənsubiyyəti altında daxil olanlar cavabdehlik daşısalar da, BM haqqında müharibədən əvvəlki və sonrakı mülahizələr arasındakı fərqləri həddindən artıq şişirtmək lazım deyildir. İkinci Dünya Müharibəsindən əvvəl yazanlar kimi, «realistlərin» də çoxunun məqsədi güc (hakimiyyət) haqqında həqiqəti demək idi. Həm politologiya, həm də BM mülahizələrinin dərin təsirinə məruz qalmış emiqrant alimlər üçün bu xüsusilə belə idi. E.H. Carr ([1939] 1964), Hans J. Morgenthau (1948) və Frederick L. Schuman-ın (1933) yazdıqlarının diqqətlə oxunması, onların işlərinin, idealizm və realizm arasındakı şübhəli dixotomiya (haçalanma) terminlərində nəzərdən keçirilməsi səbəbindən tamamilə kənarda qalmış əvvəlki mülahizələrlə çoxlu sayda əlaqələri aşkarlayır. Morgenthau və digər «realistlərin» «beynəlxalq siyasəti» sahənin nüvəsinə çevirməyə kömək etdikləri həqiqət olsa da, İkinci Dünya Müharibəsindən əvvəlki dövrün müəlliflərinin «yeni» güc siyasəti modelinin təməl fərziyyələrinin əksəriyyəti ilə tanış olmaması həqiqət deyildir (Bryce, 1922; Reinsch, 1900). Sahənin tarixinin ardıcıl СКАЧАТЬ