Название: Beynəlxalq Münasibətlər üzrə bələdçi
Автор: Коллектив авторов
Издательство: JekaPrint
isbn: 978-9952-2905-4-7
isbn:
John Vasquez-in nüfuzlu The Power of Power Politics (1983) kitabı ilə «ikinci debat» barədə alternativ təsəvvür – əslində mübahisənin daha çox metodoloji məsələlərlə məhdudlaşmış və beynəlxalq siyasətin müzakirə obyektinin mühüm cəhətlərini əhatə etməyən psevdo debat olduğunu iddia edən təsəvvür, meydana çıxmağa başladı. (Guzzini, 1998; Hollis və Smith, 1991; Holsti, 1985, 1998; Vasquez, 1998). Vasquez (1983) göstərməyə çalışırdı ki, davranışçılar əsasən realist anlayışlar sistemi çərçivəsində işləyir və sahənin metodoloji mandatlarını irəli aparmağa çalışırdılar. Bu mənada, debat «yeganə [realist] nəzəri istiqamət daxilində» aparılan «metodoloji debat» şəklində qurulmuşdu, və «bu yanaşma daxilində tədqiqatı necə aparmaq haqqında» idi (Hollis və Smith, 1991: 31). Holsti bu mövqeni təsdiq edir və bildirirdi ki, «davranışçı inqilab dünyaya baxışın yeni yolunu, yeni anlayışlar sistemini, və ya normativ problemlərin yeni dəstini yaratmamışdı» (1998: 33). Bu təftişçi yozumun ən əhəmiyyətli nəticələrindən biri, «sahənin özü mübarizə aparan yanaşmalar və nəzərdə tutduğu nəzəriyyələr haqqında mülahizələrin hamısından daha ardıcıl, sistemli və hətta ümumi olmuşdur» mövqeyidir (Vasquez, 1998: 42).
Mən bu hesabatların hər birinin müəyyən məziyyətə malik olduğunu qəbul etsəm də, fikrimcə onlardan heç biri 1950 və 1960-cı illərdə aparılmış mübahisələrin xarakterini kifayət qədər əhatə etmir. Bu dövrü əhatə etməyin bir yolu hadisələri mülahizələrin tərtibi haqqında Gunnell strukturu çərçivəsində nəzərdən keçirməkdir. Davranışçı debatı xarakterizə edən əsas məsələ BM-in, ikinci tərtib mülahizə kimi, idraki hakimiyyəti problemi idi. Xüsusən də Amerika kontekstində, getdikcə daha çox qəbul edilməyə başlanırdı ki, elm biliyin hakimiyyətini təmin etmək üçün model verir; və 1950 və 1960-cı illər dövründə, eləcə də bu dövrdən əvvəl və sonra, axtarışlar təbiət elmlərində tədqiqat qanunları hesab edilənlərin oxşarını tapmaq istiqamətində idi. Beynəlxalq siyasət barədə elmi cəhətdən etibarlı və praktikaya rəhbərlik edə biləcək biliklər toplusunu əldə etmək vəzifəsi həmişə sahənin müəyyən edilmiş məqsədi olmuşdu. Zaman keçdikcə dəyişən isə elmə aid ideyanın məzmunu idi.
Sahənin tarixinin diqqətlə öyrənilməsinə laqeyd yanaşmanın nəticələrindən biri Chicago politologiya Məktəbi üzvlərinin işlərinin layiq olduğu səviyyədə tanınmaması olmuşdur. 1920 və 1930-cu illərdə Harold Lasswell, Charles Merriam və Quincy Wright hesab edirdilər ki, onlar universal siyasət elmi yaratmaq fəaliyyətinin mərkəzindədirlər (Fox, 1975; Kahler, 1997). William T.R. Fox-un qeyd etdiyi kimi, 1948-ci ildə World Politics nəşr edilməyə başlanarkən, BM-in akademik öyrənilməsini formalaşdıran iki müxtəlif fikir məktəbi mövcud idi: realist məktəb və Merriam-ın başçılıq etdiyi, «kökləri vətəndə istehsal edilmiş Amerika politologiyası, plüralist anlayışlar sistemi və insan zəkasının tədricən daha yaxşı dünya yaratmaq gücünə möhkəm inamda olan» məktəb (1975: 597). Chicago məktəbinin beynəlxalq siyasət elmi ilə əlaqədar ideyası, Beynəlxalq münasibətlərə, diqqəti yerli səviyyədən qlobal səviyyəyə qədər assosiasiyaların geniş diapazonunda gücün (hakimiyyətin) rolu üzərində cəmləyən daha əhatəli yanaşmanın ayrıca alt-bölməsi kimi baxmaq idi .
Davranışçıların 1950 və 1960-cı illərdə sahəyə gətirdiyi elm ideyasının niyə başlıca olaraq beynəlxalq sistem üzərində cəmləşməsinin çoxlu sayda izahı mövcuddur (Kaplan, 1957; Rosenau, 1969). Davranışçı hərəkat üçün sistem ideyası mərkəzi olmuşdur, lakin onun BM-ə tətbiqi bir sıra fərqli və problematik xüsusiyyətlərə gətirmişdir. Politologiyada sistemli yanaşmanın (Easton, 1953) təyinatı, davranışçıların arxaik və fənnin geridə qalmasının səbəbi hesab etdikləri dövlətin öyrənilməsini əvəz etmək idi. Bununla belə, sistem anlayışının davranışçı fikrin təsirinin sonradan meydana çıxdığı, və realizmin hakim olduğu BM-in daxilində qəbul edilməsi, dövlətlər arasındakı qarşılıqlı təsirin mərkəzi rolunu əvəz etmirdi, çünki bu, sahənin müəyyənliyinin özünü zərbə altına qoymaq olardı (Little, 1978, 1985). «Beynəlxalq sistemə» aid edilən xassələr başlıca olaraq vahidlərin (dövlətlərin) müfəssəl və getdikcə artan kəmiyyət təhlillərindən alınırdı. (Buzan və Little, 2000). Sistemlər metodu ümumi sistemin əksi kimi vahidlərə aid edilməli olan nisbi çəki məsələsini əhatə edən, «təhlil səviyyəsi problemi» adlandırılmış şeyə gətirirdi (Buzan, 1995; Hollis və Smith, 1991; Singer, 1969). Sistemlər nəzəriyyəsini yaratmaq üçün Waltz-ın (1979) sonrakı cəhdi mikro-iqtisadiyyat modelinə əsaslanır, və sistemçi alimlərin əvvəlki nəslinin ayağına yazdığı reduksionizm (ixtisar etmə) problemini aradan qaldırmağa çalışırdı. Beynəlxalq sistem anlayışının son dərəcə mübahisəli olduğunu deməkdə Buzan və Little (2000) haqlı görünsələr də, hesab edirəm ki, ikinci debat terminlərində nəzərdən keçirilmiş bu dövrün diqqətli təftişi hazırki söhbətə aydınlıq hissi əlavə edə bilər.
«Böyük debatın» olması fikrini qəbul edib-etməməyimizdən asılı olmayaraq mühüm olan odur ki, biz, «elmiliyin artan tətbiqi sahənin inkişafı üçün edilmişdi» nəticəsinin rolunu kiçiltmirik. Bu, birinci növbədə, BM-in öz intellektual muxtariyyətini, yeni meydana çıxmış və hansı səbəblərdənsə daha elmi təsir bağışlayan çoxlu sayda qohum sahələrə uduzması ilə nəticələndi. Bu açıq-aşkardır və mən təəssüflə sahəni saran mikro-iqtisadi təhlil modellərindən, və onlardan kəsilməz olaraq alınan borclardan danışıram. İkincisi, elm qarşısında məsuliyyət biliyə pozitivist yanaşmanı təqlid etmək istəyən Amerika tədqiqatçıları icması ilə, qalan dünyanın beynəlxalq siyasətin bu tərzdə öyrənilməsinə dərin şübhə ilə yanaşan əsas hissəsi arasında uçurumun genişlənməsinə öz payını verdi. Məsələn, İngilis məktəbinin üzvləri Hedley Bull, Herbert Butterfield, John Vincent, Martin Wight və başqaları «Beynəlxalq münasibətlərin elmi öyrənilməsi imkanına bədbin yanaşırldılar» (Dunne, 1998: 7). Onlar diqqəti «beynəlxalq cəmiyyət» adlandırdıqları, tarix, mədəniyyət, din və fəlsəfənin öyrənilməsini əhatə edən şeyin üzərində cəmləmək istəyirdilər. (Dunne, 1998; Epp, 1998; Grader, 1988; Little, 2000). İstənilən halda, Britaniyadan olan bütün tədqiqatçılarınkı kimi, onların da işlərinə Amerika tədqiqatçıları tərəfindən bu yaxınlara qədər məhəl qoyulmurdu. Üçüncü nəticə politologiya və Beynəlxalq münasibətlər nəzəriyyələri arasında boşanma oldu (Boucher, 1998). Siyasi fikir tarixi politologiyadakı davranışçıların hücum-larının mərkəzi obyektinə çevrilən kimi, beynəlxalq siyasi nəzəriyyənin öyrənilməsinin sahənin elmi mandatını artıra biləcəyi ideyasından imtina edildi. Dördüncüsü, siyasi nəzəriyyə və beynəlxalq nəzəriyyənin haçalanması СКАЧАТЬ