Название: Beynəlxalq Münasibətlər üzrə bələdçi
Автор: Коллектив авторов
Издательство: JekaPrint
isbn: 978-9952-2905-4-7
isbn:
Çoxlarının realizmi sahənin rəhbər paradiqmi hesab etməsinə baxmayaraq, o, əlbəttə ki paradiqmatik statusa yeganə namizəd deyildi. Tədqiqatçılar demək olar ki, həmişə, realizmin mülahizələrinə müxalif olaraq müəyyən edilən, və adətən mənşəyi beynəlxalq siyasətdəki hadisələrə bağlanan alternativ paradiqmlər toplusuna istinad edirdilər. Bunun klassik nümunəsi, realist paradiqmdən əvvəl olduğu fərz edilsə belə, müharibələrarası dövrün idealist paradiqması adlandırılan şeydir. John Vasquez hesab edirdi ki, «sahənin qurulması və sülh və müharibəyə vurğu edilməsi mənasında mühüm olan» «Beynəlxalq münasibətlərin mühakimələrinin birinci mərhələsi idealist paradiqmin hakimiyyəti altında idi» (1998:33-4). İdealist adlandırılan paradiqmin, əhəmiyyətli dərəcədə İkinci Dünya Müharibəsindən sonrakı realist tənqidçilər tərəfindən hərtərəfli müəyyən edilmiş əsas xüsusiyyətləri realizmə məxsus prinsiplərin dəqiq antitezisləridir (Bull, 1972; Carr, [1939] 1964; Guzzini, 1998; Hollis və Smith, 1991; Kegley və Wittkopf, 1989; M.J. Smith, 1986; Vasquez, 1998). Realizmə rəqib olan digər paradiqmlərə “davranışçı (beheviorist) paradiqm” (Lijphart, 1974a), «dünya siyasəti paradiqmi» (Keohane və Nye, 1972), «qlobal cəmiyyət və neo-Marksist paradiqm» (Holsti, 1985), «qlobal dövlət quruluşları üçün yeni paradiqm» (Mansbach və Vasquez, 1981) və plüralizm (Little, 1996; Viotti və Kauppi, 1999) də daxildir.
Kuhn-un paradiqma anlayışı, eləcə də Lakatos-un (1970) elmin fəlsəfəsi və tarixindən götürmüş olduğu «elmi tədqiqat proqramı» kimi digər anlayışlar, yalnız fərqli «fikir məktəblərini» müəyyən etmək məqsədilə əsas təmin etmək deyil, həm də sahənin ümumi təkamülünü, habelə sahədəki konkret yanaşma üsullarını dəyərləndirmək üçün istifadə edilmişdir (Ferguson və Mansbach, 1993; Guzzini, 1998; Keohane, 1983; Kugler, 1993; Lijphart, 1974b; Smith, 1987; Tellis, 1996; Vasquez, 1998; Walt, 1997). Məsələn, Arend Lijphart belə hesab edirdi ki, Beynəlxalq münasibətlərin İkinci Dünya Müharibəsindən bu yana inkişafı elmi inqilabların Kuhn təsvirinə uyğun gəlir (1974a: 12). Fəlsəfə və elm tarixindən götürülmüş analitik strukturların istifadəsinin başlıca məqsədi əsasən elmi nailiyyətlərin əldə edildiyini və sahənin ümumilikdə inkişafda olduğunu nümayiş etdirmək idi. Beynəlxalq siyasətin mövzusu üzərində idrak hakimiyyəti axtarışında, empirik mülahizələr və qiymətləndirmə üçün əsas təmin edəcəkləri ümidi ilə BM elm filosoflarının öhdəsinə verilmişdi. Məsələn, Ferguson və Mansbach BM-in tarixini təsvir etmək üçün Kuhn-un strukturunun şirnikləndirici tərəfinin «Beynəlxalq münasibətlərin tədqiqatçılarına, nəzəri məntiqsizliklə əhatə olunsalar belə, öz sahələrində baş verən inkişafı görmək» imkanı verməsində olduğunu qeyd edirdilər (Ferguson və Mansbach, 1993: 22). Amma istənilən halda bu, Kuhn-un düzgün istifadə edilməməsidir, çünki sosial elmlər «paradiqmatikə qədərki» olduğundan, o, özünün elmin inkişafı hesabatının onların tarixinə tətbiq edilə bilməyən olduğunu qeyd edirdi. Bundan başqa, idealizm və realizm kimi konstruksiyalar paradiqmin Kuhn-un təsvir etdiyi qaydada meyarına cavab vermir. Kuhn-un strukturu inkişafı göstərmək üçün istifadə edilsə də, onun təməl arqumenti bundan ibarət idi ki, ikinci tərtib mövqedən inkişaf haqqında danışmaq mümkün deyildir.
BM-in ənənəvi tarixşünaslığı çərçivəsində «böyük debatlar» silsiləsi görüntüsünün təşkili vasitəsilə, guya sahənin inkişaf tarixinin əhatə edildiyi barədə təsəvvür yaradılmışdı. Bu müntəzəmliyi və ya əlaqəsizliyi, əksər hallarda isə elmi inkişafı nümayiş etdirməyə xidmət edirdi. Sahənin tarixinin üç böyük ardıcıl debat ilə xarakterizə olunması inamı o qədər geniş yayılmış və hökmrandır ki, Waever-in qeyd etdiyi kimi «fənnin tarixini nəql etmək üçün yaradılmış heç bir başqa vasitə yoxdur» (1998: 715). Sahənin üç böyük debatı hekayəsi, Steve Smith (1995) və Kjell Goldmann-ın (1996) əsaslandırdıqları kimi, sahənin ən hakim avtoportretlərindən biridir. Bütün akademik fənnlər özlərinin fənni ziddiyətlər payına malik olduqları halda, praktiklərin çoxunun, sahənin tarixinin məxsusi olaraq bu müəyyənedici müzakirələrlə təyin edildiyinə inanması baxımından BM nadir hadisədir. Bu mövqe, debatların İkinci Dünya Müharibəsinin alovlanması, OPEC-in meydana çıxması, Vyetnam məğlubiyyəti və Soyuq müharibənin sonu kimi xarici təsirlər terminlərində izahı ilə gücləndirilmişdi. Beynəlxalq siyasət praktikasındakı dəyişikliklərin fənnin öyrənilməsi və tədrisində zəruri və birbaşa dəyişikliklərə gətirməsi sahədə çalışanların çoxu üçün izaha ehtiyacı olmayan kimi görünür. Məsələn, bu, İkinci Dünya Müharibəsindən sonra paradiqmin «idealizmdən» «realizmə» güman edilən dəyişməsinin standart izahıdır. Ola bilsin ki, sahənin ümumi tarixi haqqında iddialardan tənqidi cəhətdən ən çox öyrənilməli olanı üç böyük debatı postulə edəndir (Kahler, 1997; Schmidt, 1998a, 1998b; Smith, 1995; Waever, 1998; Wilson, 1998). Bütün müzakirələrin faktik olaraq aparılıb aparılmadığı tam dəqiq deyil və sahənin pərakəndə süni obyektlərinin (artefaktlarının) tədqiqi, bu çərçivələr daxilində baxılmasının tarixin ciddi təhrifinə gətirib-gətirməməsini soruşmağa sövq edir. Mən sahənin çoxlu sayda mübahisələrə meydan olduğunu inkar etmirəm, mən bunların sahənin üç böyük СКАЧАТЬ