Seçilmiş əsərləri . Федор Достоевский
Чтение книги онлайн.

Читать онлайн книгу Seçilmiş əsərləri - Федор Достоевский страница 11

Название: Seçilmiş əsərləri

Автор: Федор Достоевский

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8448-2-5

isbn:

СКАЧАТЬ – Mən öz məntiqi fikirlərimdən və inandırıcı sübutlarımdan get-gedə daha artıq vəcdə gəlirdim – Yəni necə hərəkət eləyib? O sizə söz verib, deyib ki, əgər evlənməli olsa, sizdən başqa heç kəsi almayacaq, sizə isə tam sərbəstlik verib, yəni istəsəniz lap indicə onu rədd eləyə bilərsiniz… Madam ki, belədir, siz yenə cəsarətlə ilk addımı ata bilərsiniz, sizin buna haqqınız var, sizin ixtiyarınız onunkundan artıqdır; məsələn, sizdə elə ixtiyar var ki, bu saat onu öz sözündən imtina etməyə məcbur eləyə bilərsiniz…

      – Bura baxın, siz mənim yerimə olsaydınız, necə yazardınız?

      – Nəyi?

      Dediyiniz məktubu.

      – Bax, mən belə yazardım: «Mərhəmətli cənab…»

      – Yəni mütləq belə yazılmalıdır: «Mərhəmətli cənab»?

      – Mütləq! Nə üçün də yazılmasın? Mən belə düşünürəm ki…

      – Hə, hə! Sonra?

      – «Mərhəmətli cənab! Bağışlayın ki, mən…» Yox, heç bir üzr-filan lazım deyil. Məsələnin özü hər şeyə bəraət qazandırır, sadəcə belə yazmaq olar: «Bu məktubu mən yazıram. Səbirsizlik etdiyimə görə məni bağışlayın, lakin mən bir il idi ki, xoşbəxt bir ümidlə yaşayırdım; məgər indi bir günlük şübhəyə dözə bilmədiyim üçün günahkarammı? Siz qayıtmısınız, bəlkə də öz fikrinizi dəyişmisiniz? O zaman bu məktubdan duyarsınız ki, mən şikayət eləmirəm və sizi də müqəssir bilmirəm. Bəli, qəlbinizə hakim olmadığım üçün sizi təqsirləndirə bilməyəcəyəm! Nə eləyim? Mənim taleyim belədir. Siz xeyirxah adamsınız. Əminəm ki, mənim bu tələsik yazılmış sətirlərimə gülməyəcək və peşmançılıq hiss etməyəcəksiniz. Yadınıza salın ki, bunları zavallı bir qız yazır, o təkdir, öyrənmək və məsləhət almaq üçün onun heç bir kəsi yoxdur, o, heç bir zaman öz qəlbinin hakimi olmayıb. Lakin bir anlıq da olsa, sizdən şübhələndiyim üçün məni bağışlayın. Siz, xəyalən belə, sizi sevən və sevməkdə davam edən qızı incitmək istəməzsiniz».

      – Hə, hə! Bax, mən də elə-belə fikirləşirdim! – deyə Nastenka qışqırdı və onun gözləri sevinclə parladı. – Ah, siz məni şübhələrdən qurtardınız, allah özü sizi mənim köməyimə göndərib! Təşəkkür eləyirəm, təşəkkür eləyirəm!

      – Axı, nəyə görə? Ona görə ki, məni allah göndərib? – Mən fərəhlə onun gülər üzünə baxdım.

      – Tutaq ki, lap buna görə…

      – Eh, Nastenka! Biz bəzən başqa adamlara ona görə təşəkkür eləyirik ki, onlar bizimlə yanaşı yaşayırlar. Mən ona görə təşəkkür eləyirəm ki, mənə rast gəlmisiniz; bütün həyatım boyu sizi unutmayacağam!

      Yaxşı, bəsdir, bəsdir! Hə, indi isə məsələ belədir, qulaq asın: şərtimiz belə idi ki, o, səfərdən qayıdan kimi gəldiyini bildirmək üçün mənim adıma bir məktub yazıb, tanışlarımdan birinin evində qoyacaq; mənim bu tanışlarım çox mehriban və sadə adamlardır, bu məsələ haqqında da bir şey bilmirlər; əgər mənə məktub yazmağa imkan tapmasa, – axı, məktubda hər vaxt, hər şeyi yazmaq çətindir, – o zaman səfərdən qayıtdığı günün axşamı saat onda bura, görüş üçün seçdiyimiz bu yerə gələcək. Onun gəldiyini mən artıq bilirəm, lakin budur, üç gündür ki, nə özü var, nə də məktubu. Səhər tezdən nənəmdən uzaqlaşmaq mümkün deyil. Bu məktubu sabah dediyim xeyirxah adamlara verərsiniz, onlar da ona göndərərlər: əgər cavab olsa, siz onu axşam saat onda mənə yetirərsiniz.

      – Yaxşı, bəs məktub? Axı, əvvəlcə ona məktub yazmaq lazımdır. Yoxsa heç iki günə də cavab gəlməz!

      – Məktub… – deyə Nastenka bir qədər tutularaq cavab verdi. – Məktub… ancaq…

      O, sözünü qurtarmadı, üzünü yana çevirdi, qızılgül kimi qızardı və mən birdən ovcumda kağız hiss elədim, məktub idi, çoxdan yazılmış, zərfə qoyulmuş, ağzı bağlanmışdı. Xəyalımdan nə isə yaxın, əziz və gözəl bir xatirə gəlib keçdi.

      – Rosina! – deyə hər ikimiz birdən oxuduq, mən sevincimdən az qala onu qucaqlayacaqdım, o yenə qızardı və qara kirpiklərində mirvari dənələri kimi parlayan göz yaşları arasından yavaşca güldü.

      – Hə, yaxşı, yetər! İndi isə əlvida! – deyə o, tez-tez danışmağa başladı. – Bax, bu məktub, bu da məktubu verəcəyiniz yerin ünvanı. Əlvida! Sağ olun! Sabaha qədər!

      O, əllərimi möhkəm sıxdı, başını yellədi və bir göz qırpımında döngənin arxasında yox oldu.

      Mən xəyalımda bir neçə dəfə təkrar elədim: «Sabaha qədər! Sabaha qədər!».

      ÜÇÜNCÜ GECƏ

      Bu gün hava çox kədərli, yağmurlu və mənim qocalıq günlərim kimi günəşsiz idi. Qəribə fikirlər, dumanlı duyğular, qarışıq suallar qəlbimi elə sıxırdı ki, onları həll eləməyə məndə nə qüvvə, nə də həvəs vardı. Yox, mən onları həll etməkdə aciz idim.

      Bu gün biz görüşməyəcəkdik. Dünən ayrılarkən göy üzünü bulud bürümüş və duman qalxmışdı. Mən demişdim ki, sabah pis hava olacaq, o cavab verməmişdi, özü öz ümidini puça çıxarmaq istəməmişdi, onun nəzərində, nə olursa-olsun, bu gün hava işıqlı və aydındı, heç bir bulud onun xoşbəxtliyini örtə bilməyəcəkdi.

      – Əgər yağış yağsa, biz görüşməyəcəyik! – deyib üzümə baxmışdı. – Mən gəlməyəcəyəm.

      Bununla belə, mən onun bugünkü yağışa etina etməyəcəyini düşünmüşdüm. Lakin o gəlmədi.

      Dünən bizim üçüncü görüşümüz idi, üçüncü bəyaz gecəmiz…

      Doğrudan da, sevinc və səadət insanı nə qədər gözəlləşdirir! Ürək necə də dərin bir məhəbbətlə çırpınır! Öz ürəyini mütləq başqa bir ürəklə birləşdirmək, hər şeyin şən və üzügülər olmağını istəyirsən. Bu sevinc nə qədər də yoluxucudur! Dünən onun sözlərində elə bir fərəh duyulurdu ki, mənimlə elə mehriban danışırdı ki… Məni əyləndirmək üçün elə hey gülür, nəvazişlə ruhumu oxşayır, mənə təskinlik verir, məni sevindirməyə çalışırdı. Ah, xoşbəxtliyin nə şirin naz-qəmzəsi olurmuş! Mən isə… Mən isə o dəqiqələrdə bunu düşünməmişdim, onun bu halına başqa məna vermişdim! Elə fikirləşmişdim ki…

      Lakin ya rəbbim, bu fikir mənim ağlıma haradan gəlmişdi? Hər şeyin başqasına aid olduğu bir zamanda mənim korluğuma səbəb nə idi? Hətta onun mənə bu mehribanlığı, qayğısı, məhəbbəti, bəli, mənə bu məhəbbəti, bunların hamısı başqası ilə tez görüşmək sevincindən və həmin sevinclə mənim də könlümü açmaq arzusundan СКАЧАТЬ