Nilsin vəhşi qazlarla səyahəti. Selma Lagerlof
Чтение книги онлайн.

Читать онлайн книгу Nilsin vəhşi qazlarla səyahəti - Selma Lagerlof страница 8

Название: Nilsin vəhşi qazlarla səyahəti

Автор: Selma Lagerlof

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ fəslində məni qərbi Vemmenhoqdakı Holqer Nilssona satdılar. Və mən o vaxtdan bəri orada yaşayıram.

      – Hə nə olsun ki? Sadaladıqların sənə heç bir üstünlük vermir lovğalanmağa. Nəyə görə özün haqqında belə yüksək fikirdəsən ki, bizimlə oturub-dura, uça bilərsən?

      – Bəlkə də sizlərə, vəhşi qazlara sübut etmək istəyirəm ki, bizlər, ev qazları da nəsə bacarırıq. Biz də qabiliyyətliyik. Ev qazı dedi.

      – Hə, bunu bizə sübut etsən yaxşı olar. Rəhbər qaz çağırış etdi. Biz artıq sənin uçma qabiliyyətini müşahidə elədik, amma ola bilər ki, sən başqa idman növlərində daha qabiliyyətlisən.

      – Bəlkə sən sürətli üzmədə bacarıqlısan?

      – Yox. Mən bu qabiliyyətimlə lovğalana bilmərəm. Ev qazı Morten cavab verdi.

      Artıq ona elə gəlirdi ki, cavablarının heç bir əhəmiyyəti olmayacaq və nə desə də onsuz da rəhbər qaz onu özlərindən ayırıb evə yollayacaq. Ona görə də suallara necə gəldi cavab verirdi.

      – Mən heç zaman həyətimizdəki arxdan o tərəfə üzə bilmirəm. O etiraz elədi.

      – O zaman belə güman edirəm ki, sən sprintersən. Həm sürətli qaçırsan həm də dözümlüsən. Rəhbər qaz dedi.

      – Mən indiyədək heç bir vəhşi qazın qaçmasını görməmişəm. Heç özüm də həyatım boyu qaçmamışam. Bu cavabla da o vəziyyəti olduğundan daha da qəlizləşdirdi.

      Böyük, ağ ev qazı- Morten əmin idi ki, bu cavablardan sonra heç bir halda rəhbər qaz ona onlara qoşulmağa icazə verməyəcək. Bu səbəbdən o rəhbər qazın cavabını eşidəndə çox təəcübləndi.

      – Sən suallara cəsarətlə cavab verdin. Və cəsarəti olan hər kəs gözəl bir yol yoldaşı ola bilər. Nə olsun ki, başlanğıcda bir qədər xəbərsiz, cahil təsir bağışlamısan.

      Bizimlə bir neçə gün qalmağa nə deyirsən? Biz sənin yaxşı qabiliyyətlərini üzə çıxarana kimi.

      – Hə, olar. Ev qazı- Morten cavab verdi. O həddən artıq xoşbəxt idi.

      Bundan sonra rəhbər qaz əli ilə onun yanındakı oğlanı göstərib soruşdu:

      – Yanındakı kimdir elə? Mən onun kimi varlıq görməmişəm heç zaman. -O mənim yol yoldaşımdır. Erkək qaz cavab verdi.

      – O bütün həyatı boyu qazların dostu olmuşdur. Onu özümüzlə səyahətə apara bilərik. Buna əmin ol. O fayda verə bilər bizə.

      – Hə ola bilər ki, ev qazı üçün o faydalı olsun. Rəhbər qaz dedi.

      Onun adı nədir?

      – Onun adı…onun bir neçə adı var. Ev qazı tələsik cavab vermək istəmədi. Çünki o əslində onun necə adlandığını və insan olmasını açıqlamaq istəmirdi. Hə, onun adı Tumbietotdur. O nəhayət sonda dedi.

      – O cırtdanlar ailəsinə aiddirmi? Rəhbər qaz soruşdu.

      – Bəs, sizlə vəhşi qazlar adətən hansı zamanda yatırsınız? Ev qazı soruşdu. İndi gözlərim yumulur. Çox yorğunam.

      Ev qazı ilə söhbət edən qazın çox yaşlı olduğunu sezmək çətin deyildi. Onun bütün lələkləri buz kimi boz rəng almışdı, indi onun bədənində bir dənə də qara tükə rast gəlmək mümkün deyildi. Başı digər vəhşi qazların başından daha böyük idi. Ayaqları daha da kobud, pəncələri isə gəzməkdən çox yeyilmişdi. Lələkləri bərk, çiyinləri isə düyünlü idi, boynu nazilmişdi. Bütün bunlar onun yaşından irəli gələn əlamətlər idi. Bircə keçən zaman onun gözlərinə heç nə edə bilməmişdi. Onlar parıldayırdı, sanki onun gözləri başqa bədən üzvlərindən daha cavan qalmışdı.

      O cəld bir hərəkətlə erkək ev qazına sarı döndü.

      – Hə, başa düşdüm. Mən də Kebnekaysdan olan Akkayam. Və məndən sağda uçan qazın adı Vassiyaurdan olan İksidir. Məndə solda uçan isə Nuolyadan olan Kaksidir. Sağdan ikinci uçan qazın adı Saryekatakodan olan Kolmidir. Soldan ikinci uçan isə Svappavaradan olan Nelyadır. Və onların arxasında Oviksfyallendən olan Viisi ilə Şanqelidən olan Kuusi uçur. Və bir şeyi də bil ki, bunlar, bir də altı balaca qaz-onlardan üçü sağ cinahda, üçü isə sol cinahda uçurlar- hər biri dağlarda doğulub böyüyən əsl vəhşi qazlardır. Sən çaşma ha! Biz elə belə hər yoldan ötəni öz dəstəmizə qoşan avara qazlardan deyilik. Hə, bir də elə düşünmə ki, bic əcdadları haqqında bizə məlumat verməyən hər hansı bir qazla dostlaşa bilərik.

      Rəhbər qaz bu məsələlər barədə məlumat verdiyi əsnada oğlan cəld iki addım atıb önə çıxdı. Ev qazının özü haqqında belə ətraflı danışması, onu təqdim etməyə növbə gələndə isə bir-iki ötəri məlumatla kifayətlənməsi ona heç xoş gəlməmişdi.

      Mənim vecimdə də deyil heç nə. Mən sizdən özüm haqqımda heç nəyi sirr kimi saxlamaq istəmirəm. Mənim adım Nils Holqerssondur. Mən bir fermer oğluyam. Bu günə kimi mən bir insan idim, bu səhərə kimi daha doğrusu…indi isə… o bundan sonra sakit dayandı. O insan olduğunu bildirən kimi rəhbər qaz səksəndi və üç addım geri çəkildi. Bütün qaz dəstəsi isə daha da geriyə çəkildi. Qazların hamısı boyunlarını irəli uzadıb qəzəblə fısıldamağa başladı.

      – Mən lap əvvəldən səni bu sahillərdə görəndən bundan şübhələnmişdim. Rəhbər qaz dedi. İndi isə buradan rədd olub gedə bilərsən. Biz öz aramızda insan ovladına dözə bilmərik.

      – Belə bir şey mümkün deyil. Ev qazı Morten düşüncəli tərzdə dedi. Sizlər, cəsarətli vəhşi qazlar belə balaca varlıqdan qorxa bilməz axı. Yaxşı, sabah onu geriyə, evinə döndərərik. Bircə gün bizimlə gecələməyinə yəqin ki, etiraz etməzsiniz hə? Bizlərdən heç biri bu balaca, köməksiz varlığı gecənin bir aləmində vəhşi heyvanlarla dolu olan meşədən keçib evinə qayıtmasına razı ola bilmərik.

      Vəhşi qaz yaxın gəldi. amma kənardan aşkar görünürdü ki, öz qorxusunu cilovlamaq ona çətin başa gəlir. Çünki ona öyrətmişdilər ki, insan gördünsə qorxmalısan. Fərqi yoxdur, həmin insan istər böyük olsun, istər lap xırda. Amma əgər sən onun əvəzinə and içə bilərsənsə ki, onun bizə heç bir xətəri dəyməyəck, bax o zaman o bizimlə qala bilər. amma bu gecəlik. Amma inanmıram ki, biz gecələdiyimiz yerlər sizin üçün eyni dərəcədə münasib ola bilər. Çünki biz bu gecəni orada, gölün ortasındakı buzlaqların üzərində yatacayıq.

      O şübhəsiz ki, Mortenin onun bu sözləri qarşısında tərəddüd edəcəyini gözləyirdi. Morten isə özünü o yerə qoymadı.

      – Siz əgər belə bir təhlükəsiz yataq seçmisinizsə, demək ki, çox ağıllısınız.

      – Amma sən bu oğlanən artıq СКАЧАТЬ