Название: Nilsin vəhşi qazlarla səyahəti
Автор: Selma Lagerlof
Издательство: Alatoran yayınları
isbn:
isbn:
Oğlan istəyirdi onlara qarşı belə nəzakətsiz və qaba rəftarına görə necə peşman olmasını söyləsin. O istəyirdi desin ki, bu gündən sonra heç zaman, bir də heç zaman pis əməl tutmayacaq. Bircə ona cırtdanın yerini söyləsinlər. Amma inəklər ona qulaq asmırdılar. Onlar elə dartınır, elə möhkəm böyürürdülər ki, oğlan onların bu dəqiqə buxovlarını sındaracaqlarından çəkinirdi. Beləcə o düşündü ki, yaxşısı budur elə sakitcə tövlədən çıxıb getsin.
O tövlədən çıxanda ürəyi əməlli sınmışdı. Anladı ki, yer üzündə heç kəs ona cırtdanı tapmağa kömək etməyi istəmir. Həm də çox güman ki, cırtdan tapılsaydı da heç nə dəyişməyəcəkdi. O fermanın hasarına dırmaşdı. Bura çoxdan mamır, şibyələrlə örtülmüşdü. Orada oturub başına gələnləri, bundan sonra olacaqları götür-qoy etməyə başladı. O bir də heç zaman qayıdıb insan olmayacaqdımı? Ata və ana kilsədən qayıdıb gələndə onları böyük bir surpriz gözləyirdi. Bəli, məhz surpriz! Özü də təkcə ata ilə ana üçün deyil, bütün eşidənlər üçün. Şərqi Vemmenhöqdan, Torpdan, Skerupdan insanlar axışıb gələcəkdilər. Bütün Vemmenhöq camaatı gəlib onun tamaşasına dayancaqdı.
Bəlkə də ata-anası onu Kivikdəki şəhər meydanına aparıb oradıkı mərkəzi bazarda nümayiş etdirəcəkdilər.
Yox! Bu barədə düşünmək belə dəhşətli idi! Ondansa onu bir daha heç bir insan övladı görməsə daha yaxşı olar.
Onun bədbəxtliyi sadəcə olaraq qorxunc idi. Dünyada heç kəs onun qədər bədbəxt deyildi. O daha bir insan deyildi, o əcayib bir varlıq idi.
Yavaş-yavaş o insan olmamanın nə anlam verdiyini dərk etməyə başlayırdı. O indi hər şeydən ayrılmışdı: o daha başqa oğlanlarla oynaya bilmirdi, valideyinləri harasa gedərkən fermaya göz qoya bilməyəcəkdi və əlbəttə ki, daha heç bir qız onunla evlənməyin xəyallarını qurmayacaqdı.
O oturub evə baxırdı. Bu balaca, taxtadan düzəlmə bir ev idi. Ev o qədər mayili idi ki, adam qorxurdu bu dəqiqə tavanı sökülüb yerə töküləcək. Evin həyəti də balaca idi. Yerə metlax döşənmişdi, elə dar idi ki bir at oradan güclə keçib dönürdü. Amma bu yer hər nə qədər kasıb və balaca olsa da indi onun üçün çox böyük görsənirdi. İndi isə o tövlənin döşəməsinin altında bir oyuqda yerləşən evdən daha yaxşısına ümid edə bilməzdi.
Hava möhtəşəm idi. Sözlə ifadə edilə bilinməyən gözəl hava vardı. Quşlar cəh-cəh vurur, cırcıramalar öz nəğməsini oxuyur, sular şırıltı ilə axırdı. Amma oğlan içində böyük bir kədər əyləşmişdi. Onu bir daha heç nə xöşbəxt edə bilməyəcək. O daha xöşbəxt ola bilməz.
O səmanı heç zaman bugünki kimi aydın görməmişdi. Bir dəstə quş səmada qanad çalıb onun başının üzərindən uçdu. Onlar başqa ölkələrdən uçub gəlmidilər. yolüstü Baltik dənizini, Smyahuku keçmişdilər və indi şimal istiqamətində gedirdilər. Bu dəstənin içində çox müxtəlif çeşidli quşlar vardı. Ona yalnız vəhşi qazlar tanış gəldi, onlar iki uzun xətt boyu uçurdular. Xətlər cərgənin ləp önündə qarşılaşırdı.
Artıq bir neçə vəhşi qaz dəstəsi onun başının üzərindən uçub getmişdi onlar çox hündürdən uçsalar da oğlan onların çığırtılarını aşağıdan eşidə bilirdi: təpələrə doğru, biz indi təpələrə doğru uçacayıq!
Vəhşi qazlar aşağıda, fermada gəzişən ev qazlarını görəndə bir az alçaqdan uçaraq onlara qışqırdılar: Gəlin siz də. Gəlin siz də! Biz təpələrə doğru uçuruq.
Ev qazları şirnikləndilər və başlarını qaldırıb vəhşi qazları dinlədilər. Sonra isə çox böyük həssaslıqa cavab verdilər: Bizə burada da kifayət qədər xoşdur. Bizə burada da kifayət qədər xoşdur!
Qeyd edildiyi kimi elə təmiz və sağlıqlı hava vardı ki, bu havada süzərək səmada uçmaq bir başqa zövqlü məşğuliyyət olmalı idi. Həqiqətən də qeyri-adi dərəcədə gözəl bir gün idi. Və başlarının üzərindən uçub gedən hər bir yeni qaz dəstəsi yerdəki ev qazlarını daha da həvəsləndirir, həyəcana gətirirdi. Hətta bir neçə dəfə fikrilərini dəyişib qanad çalmağa da cəhd elədilər. Amma bu uğursuz cəhdlərdən sonra hər zaman ana qaz yaxınlaşıb onlara deyərdi: Yaxşı, yaxşı axmaqlamayın. Nə var orada? O yazıqlar həm aclıqdan, həm də soyuqdan əziyyət çəkəcəklər.
Orada məcərapərəst cavan erkək bir qaz vardı. O bu dəfə israrla dedi: əgər bir dənə də vəhşi qaz dəstəsi gəlib keçsə mən onlara qoşulub uçub gedəcəm.
Və budur, başqa bir qaz dəstəsi daha öncəkilər kimi onları qışqır-bağırla səsləyərək uçub gedirdilər. bu zaman cavan erkək qaz qışqırdı: Bir dəqiqə gözləyin. Bir dəqiqə gözləyin, mən də gəlirəm.
O qanadlarını pərvazlandırıb havaya atılmağa hazır bir vəziyyət aldı. Amma uçmağa heç öyrəncəli olmadığından elə həmin anda yerə yıxıldı.
Hər bir halda, vəhşi qazlar onun sözünü artıq eşitmişdilər. Çünki hazırda onlar bütün dəstə ilə geri qayıdıb ona tərəf uçurdular. Qazlar yerdəki qazın həqiqətən onlara qoşulub-qoşulmayacağını dəqiqləşdirmək istəyirdilər.
–Uçmayın, gözləyin. Uçmayın, gözləyin. O belə deyib növbəti cəhdini elədi.
Oğlan hasarda oturmuşdu və bütün bunları eşidirdi. Əgər bu iri, cavan, erkək qaz qoşulub onlara getsə bu çox pis olacaq. o öz-özünə düşündü. Atamla anam kilsədən qayıdıb onu yerində görməsələr bu onlar üçün böyük bir itki olacaq.
O burada düşünərkən yenidən tamamilə köməksiz və bambalaca olduğunu unutdu. O tullanıb yerə düşdü və erkək qaza yaxınlaşıb əllərini onun uzun boynuna doladı və dedi : Yox, cənab bu dəfə uçub getməyin! Oğlan bunu deyib ağladı.
Amma elə həmin anda erkək qaz uça bilməyin planlarını cızırdı. O bir daha cəhd edib qanad çalıb yaxınlaşmaqda olan vəhşi qazlara qoşulmağı arzulayırdı. O dayanıb oğlanı silkələyib boynundan ata bilməzdi. Elə bu səbəbdən də onlar birlikdə havaya qalxdılar.
Onlar birlikdə elə sürətlə səmaya doğru uçurdular ki, oğlan macal tapıb nəfəs də ala bilmirdi. İmkan tapıb qazın boynunu buraxana kimi bir də gözlərini açdı ki, artıq yerdən kifayət qədər hündürlükdədir. O qədər hündürdə idi ki, oradan yıxılsaydı elə həmin an da ölə bilərdi.
Özünü daha da rahat hiss etməyin bircə yolu vardı: qazın uzun boynundan bərk-bərk yapışmaq. Və o bütün gücün toplayıb əllərini bərk-bərk qazın boynuna doladı və bir az önə doğru süründü. Əlləri sürüşdüyündən onun üçün bərk tutunmaq çox böyük əziyyət bahasına başa gəlirdi. Hələ qazın hər qanad vurduğunda yerə düşmək qorxusu onun ürəyini qorxudan ağzına СКАЧАТЬ