Nilsin vəhşi qazlarla səyahəti. Selma Lagerlof
Чтение книги онлайн.

Читать онлайн книгу Nilsin vəhşi qazlarla səyahəti - Selma Lagerlof страница 6

Название: Nilsin vəhşi qazlarla səyahəti

Автор: Selma Lagerlof

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      Bu sözlərin müqabilində ev qazları dəliyə dönür və vəhşi qazlara heç bir cavab vermirdi.

      Vəhşi qazlar asta-asta yerə doğru yaxınlaşıb elə uçmağa başladılar, adama elə gəlirdi ki, bu dəqiqə onlar torpağa toxunacaqlar, amma birdən-birə də ildırım sürətiylə qanad çalıb yenidən yüksəklərdən uçmağa davam etdilər. sanki onlar nədənsə qorxdular. Oh, oh, oh, onla qışqırdılar. Bu varlıqlar qaz deyillər ki. onlar yalnız qoyunlardır. Onlar yalnız qoyunlardır.

      Aşağıdakı heyvanlar isə əsəbdən özlərinə yer tapa bilmirdilər. Onlar uçan vəhşi qazlara tərs-tərs baxıb dedilər:

      – Sizi görüm ovçu gülləsinə tuş gələsiniz! Dəstəniz qırılsın, dəstəniz qırılsın!

      Oğlan bütün bu sataşmaları, söz mübarizəsini eşidəndə güldü. Sonra başına gələn hadisə yadına düşdü və onu ağlamaq tutdu. Amma növbəti anda o artıq yenidən gülürdü.

      Əvvəl o ömründə heç bir dəfə belə sürətlə uçmamışdı. Amma digər tərəfdən də o hər zaman sürətli və ucadan uçma arzusunda olmuşdu. Və əlbəttə ki, onun heç ağlının ucundan da keçməzdi ki, yuxarıda belə təravətli və gözəl hava ola bilər. Yerdən göylərə belə gözəl qatran və torpaq iyinin ucalmasını da o təsəvvür etmirdi. Göylərdə uçmaq, bu qədər hündürdən yeri müşahidə etmək onun xəyal edə biləcəyi bir gerçəklik deyildi. Bu şəkildə uçmaq yüngüllük, dərdi-səri unutmaq, pis düşüncələrdən uzaq olmaq demək idi…

      İKINCI BÖLÜM

      KEBNEKAYSEDƏN OLAN AKKA

      Vəhşi qazlarla ölkənin cənub torpaqları üzərində dövrə vurmağa ona icazə verdikləri üçün böyük cavan ev qazı çox fəxr edirdi. O birlikdə uçduğu vəhşi qazlarla arabir zarafatlaşmağa da imkan tapırdı. Amma hər nə qədər də xöşbəxt olsa axşam düşdükcə o özündə yorğunluq hiss eləməyə başladı. O hər nə qədər də dərindən nəfəs almağa və tez-tez qanad çalmağa cəhd eləsə də vəhşi qazların uçuş sürəti ilə ayaqlaşa bilmir, onlardan geri qalırdı.

      Dəstənin axırında uçan qazlar bu ev qazının artıq yorulduğunu və geri qaldığını müşahidə edən kimi dəstənin ortasında uçan rəhbər qaza bu barədə məlumat verdilər: Kebnekaysdan olan Akka! Kebnekaysdan olan Akka!

      – Hə, nə istəyirsiz? Rəhbər qaz cavab verdi.

      – Ağ qaz dala qalacaq! Ağ qaz dala qalacaq!

      – Ona deyin ki, sürətli uçmaq yavaş uçmaqdan daha asandır. Rəhbər qaz bu sözləri deyib heç nə olmamış kimi uçuşuna davam etdi.

      Əlbəttə ki, erkək ev qazı deyilən məsləhətə əməl etdi və sürətini artırmağa çalışdı. Amma tezliklə o elə yoruldu ki, artıq qanad çala bilmədi və sürətlə aşağıya, çəmənliklərə və qol-budaqlı söyüd ağaclarına doğru enməyə başladı.

      Kebnekaysdan olan Akka! Kebnekaysdan olan Akka!

      Dəstənin sonunda uçan və ev qazının üzləşdiyi çətinlikləri yaxından görən qazlar çığırdı.

      – Hə, yenə nədir, nə istəyirsiz məndən? Rəhbər qaz dedi. Bu dəfə o həddən artıq acıqlı səsləndi.

      – Ağ qaz daha çatdırmır, o yerdə düşəcək. Vəziyyəti pisdir.

      – Ona deyin ki, hündürdən uçmaq alçaqdan uçmaqdan daha asandır. Rəhbər qaz bu sözləri heç geri çevrilmədən dedi və yoluna əvvəlki kimi davam etdi.

      – Erkək ev qazı bu məsləhətə də əməl etməyə çalışdı amma hündürə qalxanda külək onu elə vurdu ki, az qala sinəsindəki tüklər yanacaqdı.

      – Akka! Akka!dəstənin sonunda uçan qazlar yenidən rəhbər qaza xitab etdilər.

      – İmkan verməyəcəksiz mən rahat uçum? Rəhbər qaz bu dəfə əvvəlkindən də acıqlı çımxırdı.

      – Ağ qaz bu dəqiqə yerə düşəcək.

      – Ona deyin ki, əgər dəstə ilə uçmaq üçün kifayət qədər güclü deyilsə, o zaman evə qayıtsa yaxşıdır. Rəhbər qaz qışqırdı. Onun əlbəttə ki, sürətini azaltmaq fikri yox idi və o yoluna əvvəlki kimi davam etdi.

      – Hmm. Demək məsələ bu imiş. Ev qazı elə o anda başa düşdü ki, rəhbər qazın onu özü ilə Laplandiyaya aparmaq fikri yox imiş. O sadəcə olaraq onu şirnikləndirib evdən çıxartmaq istəyirmiş. Vəssalam!

      O hiddətləndi. Bu dəmdə gücünü itirmək ona çox ağır gəlirdi. Belədə o bu özündənrazılara ev qazlarının gücünü, nəyə qadir olmasını göstərə bilməyəcəkdi. Onda belə çıxırdı ki, ev qazları heç nəyə yaramırlar. Amma işin ən pis tərəfi o idi ki, o Akka adlı rəhbər qazla bəhsə girmişdi. Bu çox xüsusi məqam idi. O ev qazı olsa da Akka adlı rəhbər qaz barədə eşitmişdi. Onun yaşı yüzdən artıq idi. Onun elə gurultulu adı vardı ki, dünyanın ən yaxşı vəhşi qazları belə onun arxasınca gedirdi. Amma Akkanın və onun dəstəsinin bu ev qazına olan nifrətləri açıq-aşkar hiss olunurdu və erkək ev qazı çox böyük məmnuniyyətlə onlarla bərabər olduğunu bu özünü bəyənmişlərə göstərərdi.

      O geri qayıdıb-qayıtmamağı, sonra kimi dəstə ilə uçub-uçmamağı beynində götür-qoy edərək dəstənin lap axırında asta sürətlə uçurdu. Nəhayət sonda onun belində oturan balaca varlıq dedi:

      – Əziz erkək qaz Morten. Sən bilirsən axı, sən heç zaman bu qədər məsafə uçmamısan, bu qədər uzaq yol qət edib vəhşi qazlarla bərabər Laplandiyaya uça bilməyəcəksən. Özünə qəsd etməmiş geri qayıtmaq sənin üçün daha yaxşı seçim olmazmı?

      Amma fermerin oğlu ev qazının indiyə kimi tanıdığı ən pis varlıq idi və qaz başa düşəndə ki, onun belindəki bu fərasətsiz, balaca varlıq onun bu səyahəti gerçəkləşdirə biləcəyinə inanmır daha da hiddətləndi. Bu zaman o oğlana xəbərdarlıq etdi ki, əgər onun ağzından bir kəlmə daha çıxarsa yuxarıdan aşağı atacaq onu.

      – Əgər bu barədə ağzından başqa bir kəlmə də çıxsa, səni növbəti üstündən uçacağımız arxa tullayacam! O bu sözləri deyəndən sonra onun qəzəbi ona elə bir qüvvət verdi ki, demək olar başqa qazlar kimi sürətli və hündürdən uçmağa davam etdi.

      Onun bu tempi uzun müddət qoruyacağı az inandırıcı idi, buna heç ehtiyac da yox idi. Çünki bu anlarda sürətlə günəş qürub etməkdə idi, qaranlıq vaxtı isə vəhşi qazlar alçaqdan və asta sürətlə uçurlar. Oğlan və ev qazı nə baş verdiyini başa düşənə kimi vəhşi qazlar Vom gölünün sahilində yerə endilər.

      Oğlan qazın belindən yerə hoppanıb düşündü: Yəqin ki, vəhşi qazlar gecəni burada qalmağı planlaşdırırlar.

СКАЧАТЬ