Название: Nilsin vəhşi qazlarla səyahəti
Автор: Selma Lagerlof
Издательство: Alatoran yayınları
isbn:
isbn:
Oğlan arktik vəhşi təbiətdə gecələməli olduğunu düşündü. Bu fikir onun canını elə ürpəşdirdi ki, o çığırmaq istədi. Özünü çox ümidsiz və köməksiz hiss edirdi. Həm də çox ac idi. Bütün gün ərzində ağzına bir tikə də almamışdı. Amma indi yeməyə bir şey tapa bilərdimi buralardan? Mart ayında bu ərazilərdə nə ağacda nə də torpaqda yeməyə bir şey bitirdi.
Hə, o haradan yeməyə bir şey tapacaqdı, harada daldalanacaqdı, kim onun yatağını səhmana salıb səsləyəcəkdi? Bəs onu vəhşi heyvanlardan kim qoruyacaqdı?
Çünki indi günəş tam batmışdı, göl tərəfdən isə şaxta gəlirdi, hər tərəf qaranlığa büründüyündən ətraf daha da vahiməli bir görünüş alırdı. Soyuq, səssizlik və zil qaranlıq… Meşədən isə bu dəmdə vəhşi heyvanların qəribə səsləri gəlməyə başladı.
Bayaqdan göylərdə uçurdu, əhvalı da yerində idi oğlanın. İndi isə o bayaqkı yaxşı əhvaldan əsər-əlamət qalmamışdı. O ümidsizcəsinə ətrafa boylanır, yol yoldaşlarını axtarırdı.
Sonra isə oğlan baxıb gördü ki, erkən ev qazının durumu onunkundan daha betərdir. İndicə endiyi yerdə əllərini açıb uzanmışdı. Sanki ölməyə hazırlaşırdı. Boynunu da yerə söykəmişdi, gözlərini yummuşdu. Nəfəsi fısıltılı və ağır-ağır gəlirdi.
– Mənim əziz Morten qazım. Oğlan dedi. Gəl çalış bir-iki qurtum su iç. Buradan gölə cəmi iki addımdır.
Amma erkək ev qazı yerindən heç qımıldamadı da.
Oğlan zaman-zaman bütün ev heyvanlarına qarşı çox hörmətsiz və qəddar davranmışdı, bu qəddarlıqdan ara-sıra bu qaz da öz payını almışdı. Amma indi oğlan hiss elədi ki, bu yarımcan qaz yer üzərində onun yeganə həmdəmi və təsəllisidir. Bu baxımdan onu itirməkdən çox qorxurdu.
Oğlan qəflətən qaza tərəf gedib onu çəkməyə, sürüməyə, gölə doğru hərəkət etdirməyə çalışdı. Amma Morten çox ağır idi və bu iş həqiqətən də oğlan üçün çox məşəqqətli bir iş idi. Amma oğlan nəhayət bunu bacardı.
Erkək qaz birinci boynunu uzatdı. Bir anlıq o hərəkətsiz halda, orada sahildə uzandı. Bir an sonra başını suyun içərisində tərpətdi və ağzını su ilə doldurdu. Sonra isə o fəxarətlə qamışların arasında üzməyə başladı.
Vəhşi qazlar onun qarşısında göldə çimirdilər. Onlar ətrafa baxmırdılar və nə ev qazına nə də oğlana nəzər yetirdilər. Onlar çimir, dimdikləri ilə bədənlərini həşəratlardan, bitlərdən təmizləyirdilər.
Ev qazının bəxti gətirdi və levrək balığını dimdikləri ilə tutdu. Sonra o balığı gətirib oğlanın qarşısında minnətdarlıq hissi ilə qoydu.
– Sağol. Bu da sənə kömək etdiyin üçün hədiyyəm olsun.
Bu sözlər oğlanın bu gün ərzində eşitdiyi ilk xoş sözlər oldu. O özünü elə xöşbəxt, sevincli hiss elədi ki, istədi qollarını açıb qazın boynuna dolasın. Amma belə etmədi. O aldığı hədiyyəyə görə özünü xöşbəxt sanırdı. Birinci ona elə gəldi ki, çiy balığı yemək onun üçün mümkün olmayacaq, amma sonra qərara gəldi ki, sınasın.
Birdən yadına düşdü ki, şalvarının cibində bıçağı olmalıdır. Həmişə bıçağı arxa cibində saxlayırdı. Əlini cibinə atdı. Bıçaq orada idi, amma bıçaq o qədər balacalaşmışdı ki, lap kibrit dənəsi boyda idi. Bıçaq bu qədər balacalaşsa da, balığın pullarını təmizləməyə və onun içini yarmağa yetərli oldu. O balığı təmizləyib çiy-çiy yedi.
Oğlan yeyib doyandan sonra çiy-çiy balıq yediyindən utanc duydu. Offf…daha mən insan deyiləm. İnsan belə olmur. Mən artıq bir heyvana çevrilmişəm.
Oğlan yediyi müddətdə ev qazı sakit dayanıb ona tamaşa edirdi. Oğlan axırıncı tikəsini çeynəyib udandan sonra qaz ona sakitcə dedi: Bilirsən nə olub? Biz bütün ev quşlarına nifrət edən bir vəhşi qaz dəstəsinin tələsinə düşmüşük.
– Hə, mən bunu müşahidə elədim. Oğlan cavab verdi.
– Bircə mən axıra kimi tab gətirib onlarla bərabər Laplandiyaya kimi uça bilsəydim. Bilirsən bu mənim üçün necə böyük bir zəfər olardı?! O zaman mən onlara ev qazanın nəyə qədər olduğunu göstərərdim.
– Həəə. Başa düşdüm. Oğlan bu kəlmələri ağzından güclə, həvəssiz çıxartdı. Çünki oğlan gerçəkdən də ev qazının bu çətin işin öhdəsindən gələ biləcəyinə inanmırdı. Amma ona qarşı gəlmək də istəmirdi.
– Amma bilirsən, bu qədər uzun səyahətin öhdəsindən təkbaşına gələ biləcəyimə də əmin deyiləm. Səndən kömək istəmək niyyətindəyəm. Mənimlə bu səyahətə gedərsənmi? Oğlan əlbəttə ki, bacardığı qədər tez bir müddətdə evə qayıtmaqdan başqa heç nə barədə düşünmürdü. Bu sual qarşısında oğlan nə cavab verəcəyini bilmədi. O karıxıb qaldı.
– Mən də elə bilirdim ki, biz ikimiz düşmənik. Sənlə mən. O dedi. Amma belə görünür ev qazı bu düşmənçiliyi tamamilə unutmuşdur. O sadəcə olaraq bu dəqiqə oğlanın onun həyatını xilas etməsini xatırladırdı.
– Mən axı atam-anam üçün darıxıram. İstəyirəm tez evə dönəm, gedəm onları görəm.
– Yaxşı, mən səni qaytaracam geriyə. Bunu payızda bir gün edəcəm. Erkək qaz onu əmin etdi. Mən səni ayaqların evinizin kəndarına dəyməmiş tərk etməyəcəm. Söz verirəm!
Oğlan düşündü ki, bir müddət valideyinlərinin onu gör-məməsi elə də faciəvi bir durum deyil. O bu təklifi rədd etməyə meyilli deyildi və erkək qazın bu təklifinə “hə” dedi. Birdən onlar arxa tərəfdən gumbultu eşitdilər. Vəhşi qazlar elə bu dəqiqə göldən sahilə çıxdılar. Hamısı bir anda. Sahilə yan aldılar və qanadlarını çırpmağa başladılar. Sonra isə onlar rəhbər qaz mərkəzdə olmaq şərtiylə bir cərgə duzəldib ev qazı ilə oğlana tərəf gəlməyə başladılar.
Ağ ev qazı gələn vəhşi qazların ölçülərinə baxdıqca narahatlıq keçirirdi. O vəhşi qazların da ev qazlarına oxşar olmasını gözləyirdi. O elə bilirdi ki, ev və vəhşi qazlar bir-birinə mehriban dostluq münasibəti ilə bağlanacaqlar. Onlar ev qazından bir xeyli balaca idilər və heç biri ağ rəngdə deyildi. Onların hamısı boz rəngdə idi, bədənlərində bəzi qəhvəyi lələklər də gözə çarpırdı. Onlar gözləri sapsarı idi və sanki onların içərisində ocaq qalamışdılar. Gözləri şölələnirdi. Ev qazına hər zaman asta-asta, becid olmayan addımlarla yeriməyi öyrətmişdilər. amma bu qazlar yerimirdi, onlar demək olar ki, qaçırdılar. Fəqət onu ən çox həyəcanlandıran qazların ayaqları idi. Onlar böyük, kobud və kələ-kötür dabanlara sahib idilər. açıq-aşkar görünürdü ki, vəhşi qazlar hara getdiklərinin, nəyin СКАЧАТЬ