Название: Pənahəli xan
Автор: Фарман Керимзаде
Издательство: Altun Kitab
Серия: Azərbaycan ədəbiyyatı
isbn: 9789952245011
isbn:
Axırda kəndçiləri Molla Nəsrəddini razı salırlar ki, birlikdə Teymurləngin yanına gedib bu işə bir əncam çəksinlər. Lakin yolboyu kəndçilər canlarının qorxusundan bir-bir aradan çıxırlar. Molla qalır tək.
Teymurləng soruşur:
– Molla, nəyə gəlmisən?
Molla deyir:
– Filə görə.
Teymur qışqırır:
– Cəllad bunun da başını vursun.
Molla cavab verir:
– Hökmdar sağ olsun, fil eşitdin, axıra qədər qulaq asmadın. Mən demirəm ki, fili aparsınlar. Mən gəldim ki, hökmdarın fili təkdi, darıxır. Ondan birini də ver aparaq, biri-birilərinə həyan olsunlar.
Teymurləngin kefi açılır.
İndi raca deyəndə ki, Nadir şah getməsin, ondan ötəri Hindistanda darıxırlar, hələ öz başına nə gələcəyindən xəbəri yox idi…
Nadir şah tez-tez racaya, onun ağ ipəkdən tikilmiş çalmasının mirvarilərdən düzəldilmiş bəzəyinə, ora sancılmış qəribə rəngli lələyə baxırdı. Pənahəli bəy bu baxışın mənasını indi anlamışdı.
Nadir şah dedi:
– Racanın təklifini nəzərə alıb qala bilərdim. Ancaq bizim öz ölkəmizin də işi çoxdur. Həm də bu yerlərin havası bizim adamlara düşmür, çox istidir. Yağış yağanda kəsmək, yağış kəsəndə yağmaq bilmir. Bizim yerlər daha gözəldir.
Raca fikrindən dönmək niyyətində deyildi.
– Bir az da qalsanız buralara öyrəşəcəksiniz. Babur şahın törəmələri necə öyrəşdilər? Görün neçə yüz ildir hökmranlıq eləyirlər.
– Yox, mən istəyirəm ki, səninlə qardaş olam. Bu qardaşlığımıza and içəm. Gedəndə də ölkəni sənə tapşıram.
– Mənə?
– Bəli, sənə.
– Mənim qoşunum yoxdu.
– Qoşun yoxdur, toplayarsan. Sənin var-dövlətin başqa racaların var-dövlətindən daha çoxdur. Var-dövlət olandan sonra isə hər şey düzələr. Hörmətli raca, mən istəyirəm ki, bu gün hətta öz tacımı da sənə bağışlayım. Qoy görsünlər ki, hökmranlıq sənə verildi.
Raca özünü itirmişdi. Düzdür, onun ürəyindən hökmranlıq keçirdi, amma yatsa, yuxusuna da girməzdi ki, Nadir şah ona belə bir qiymətli bəxşiş verəcək.
Bu vaxt görünməmiş iş oldu. Nadir şah ayağa qalxıb racaya yaxınlaşdı, öz başındakı tacı götürdü, sonra isə racanın da çalmanı öz başından çıxarmasını gözlədi. Tacı onun başına qoyandan sonra geri çəkilib baxdı.
– Gör şahlıq tacı racaya necə də yaraşır!
Taxtın qarşısında dəstə ilə düzülmüş əyanlar arasında narazılıq nidaları ucaldı. Ancaq şah bir dəfə dönüb baxmaqla səs kəsildi. Bundan sonra Nadir dönüb racanın dizinin üstünə qoyduğu çalmasını götürdü.
– Qardaşım, yəqin ki, bu çalmanı mənə qızırğalanmazsan.
Bunu deyəndən sonra Nadir çalmanı başına qoyub taxtda oturdu.
Əyanlar, xüsusən vəzir lap pərt olmuşdu. İran səltənətinin rəmzini Nadir şah bir hind racasına bağışlamışdı. Bu, ölkəni, taxtı, müstəqilliyi vermək idi. Taxt-tacla oyun oynamaqmı olardı?
Raca oturduğu yerdə donub qalmışdı. Onun qarayanız sifəti avazımış, iri həbəşi dodaqları göyərmişdi.
– Qardaşım raca, İran şahının tacını daşımaq əziyyət deyil?
– Su, – raca zəif səslə dilləndi. Bu onun nə günə düşdüyünü aydın büruzə verdi.
– Bəli, o tacı gəzdirmək ağır işdi. Racaya su verin.
Racaya su verdilər. Əlləri əsdiyindən raca şüşə qabı dodağına yaxınlaşdırana qədər xeyli hissəsini çalxalayıb üstünə tökdü. Şüşə qab dodağına çatmamış əlindən düşüb mərmər döşəmədə çilik-çilik oldu.
Hamı gördü ki, racanın vəziyyəti xeyli xarablaşıb. Nadir onun adamlarına əmr verdi ki, racanı sarayına aparsınlar. Çünki ziyafət başqa günə keçirilir.
Raca kəcavəyə aparıldı. Nadir şahın tapşırığı ilə Pənahəli bəy tacı da racanın yanında kəcavəyə qoydu. Racanın dəstəsi sevinə-sevinə geri qayıtdı.
Pənahəli bəy geri dönəndə qapının ağzında Göygöz onu saxladı:
– Şahın tacını racaya sən verdin, hə?! Bu əməlinin cəzasını çəkəcəksən.
– Mən Nadir şahın əmrini yerinə yetirmişəm.
Göygöz deyindi:
– Sözə bir bax! Şahın əmrini yerinə yetirib. Görərsən!
Pənahəli bəy dilləndi:
– Axı, bu sirri sən bilmirsən. Mən isə bilirəm.
Göygöz pərt oldu. «Yəni Pənahəli bəy şaha məndən o qədər yaxın olub ki, hətta onun sirlərinə də bələddir?»
Bu zaman Nadir şahın xidmətçilərindən biri gəlib bildirdi ki, hökmdar hamını hüzuruna çağırır.
Əyan-əşrəf yenidən toplaşdı. Şah hirslə dedi:
– Mən tacı bağışlayanda kim idi özündən çıxan?
Yaşlı vəzir qabağa yeridi.
– Şah sağ olsun, tacı hökmdara ölkə verir, şahın da tacı bağışlamağa haqqı yoxdur. Tac ölkə deməkdir, ölkənin qeyrəti, namusu, müstəqilliyi deməkdir.
Nadirin birdən-birə hirsi soyudu və onu gülmək tutdu. Qəşş elədi Vəzir elə bildi ki, şahın başına hava gəlib. Onsuz da hökmdarın bugünkü hərəkətləri dəlilik təsiri bağışlayırdı.
Vəzir ətrafına göz gəzdirdi, gördü ki, Pənahəli bəydən başqa hamı onun fikri ilə şərikdir. Hətta az qalırdı əmr eləsin ki, ağlını itirmiş hökmdarı həbs edib yerinə oğlunu taxta çıxarsınlar. Əslində, buna haqqı var idi: dəli olmuş hökmdar hər cür ağılsız addım ata bilərdi. O səhvləri isə düzəltməyə yüz ağıllının da gücü çatmazdı.
Birdən-birə СКАЧАТЬ