Название: Hekayələr
Автор: Редьярд Джозеф Киплинг
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242607
isbn:
Qobind yekə, köhnə, rəngbərəng örtüyünün altından əlini uzatdı və böyründəcə balaca, rahat bir yuva düzəltdi. Uşaq sivişib örtüyün altına girdi. Qobind özünün mis işləməli dəri çubuğunu təzə tütünlə doldurdu. Mən çubaraya gələndə təpəsində bir çəngə tük olan qırxılmış başı və muncuğa oxşayan qara gözləri örtüyün qırışları arasından görünürdü – eynən yuvasından baxan dələ kimi. Uşaq onun saqqalını qarışdıranda Qobind gülümsünürdü.
Mən ona nəsə mehriban sözlər demək istəyirdim, amma vaxtında xatırladım ki, işdir-şayəd uşaq azarlasa, deyəcəklər ki, mənim gözüm dəydi. Gözü pis olmaq isə heç yaxşı şey deyildi.
– Sakit otur, ay şuluq, – uşaq ayağa durub qaçmaq istəyəndə dilləndim. – Sənin yazı taxtan hanı? Niyə müəllimin küçədə biz yoxsulları qorumaq üçün polis olmadığı halda sənin kimi qulduru bayıra buraxıb? Sən damdan çərpələng buraxanda harada boynunu sındırmağa cəhd göstərirsən?
– Yox, sahib, yox, – üzünü Qobindin saqqalında gizlətməyə çalışan və yerində narahat-narahat qurcalanan uşaq dedi. – Bu gün məktəbdə bayramdır və mən həmişə çərpələng uçurmuram ki… Mən də hamı kimi kerliket oynayıram.
Kriket Pəncab uşaqlarının açıq havada oynadığı milli oyundur: onu hamı oynayır – köhnə kerosin qutusundan qapı kimi istifadə edən çılpaq uşaqlardan ta çempion olmağa can atan universitet tələbələrinədək.
– Ah, sənsən kerliket oynayan! Özün isə qapıdan iki dəfə kiçiksən, – dedim.
Oğlan qətiyyətlə başını tərpətdi.
– Hə, oynayıram. Mən hər şeyi bilirəm, – deyə kriket oyununda istifadə olunan terminlərin qol-qabırğasını qıraraq sadalamağa girişdi.
– Amma buna baxmayaraq ilahilərə necə lazımdır dua etməyi də yaddan çıxarmamalısan, – kriketi və Qərbdən gələn digər yenilikləri o qədər də dəstəkləməyən Qobind dilləndi.
– Mən yaddan çıxarmıram, – uşaq astaca dedi.
– Bir də müəlliminə hörmətlə yanaşmağı, – Qobindin səsi yumşaldı, – müqəddəslərin saqqalından dartmamağı, ay od parçası… Həə?
Uşağın sifəti iri, çal saqqalın içində lap itdi; o ağlamsındı. Qobind isə onu sakitləşdirdi – bütün yer üzündə uşaqları necə sakitləşdirirlərsə, eləcə – söz verdi ki, ona nağıl danışacaq.
– Səni qorxutmaq istəmirdim, ay sarsaq bala. Bir bax, gör heç hirslənmişəm? Are, are, are! Bəlkə, mən də ağlayım? Onda göz yaşlarımızdan böyük göl əmələ gələr, ikimizi də batırar və onda sənin atan da heç vaxt sağalmaz, çünki yerin görünəcək, saqqalını qarışdırmağa heç kəsi olmayacaq. Sakit ol, sakitləş; sənə tanrılardan danışacağam. Sən çox hekayət eşitmisən?
– Lap çox, müqəddəs ata.
– Onda sənə bir təzəsini danışım, eşitmədiyini. Qədim zamanlarda, hələ tanrılar adamların arasında gəzib-dolaşanda, – əslində, indi də elədir, amma bizim imanımız kamil deyil ki, bunu görə bilək, – tanrıların ən böyüyü Şiva və onun arvadı Parbati bir məbədin bağçasında gəzirdilər.
– Hansı məbədin? Nandqaon məhəlləsindəki məbədin? – uşaq dedi.
– Yox, lap uzaqda. Bəlkə, Trimbakedə, ya da böyüyəndə ziyarətə gedəcəyin Xurdvarda. Bağdakı ağacların altında qırx ildən artıq Şivaya sitayiş etmiş bir dilənçi oturmuşdu. O, imanlı insanların nəzir-niyazıyla dolanır, bütün gününü saf düşüncələrdə keçirirdi.
– Müqəddəs ata, həmin dilənçi sən idin? – gözlərini geniş açaraq ona baxan uşaq dilləndi.
– Yox, mən dedim axı – bu əhvalat qədim zamanlarda olub, özü də həmin dilənçinin arvadı vardı…
– Onu çiçəklərlə bəzədilmiş atın belinə oturdaraq gecəni yatmağı qadağan etdilər? Mənim toyumda da belə eləmişdilər, – bir neçə ay qabaq evləndirilmiş uşaq dedi.
– Bəs sən neynirdin?
– Ağlayırdım, onlar da məni söyürdü; onda mən də bir dənə ilişdirdim qıza, başladıq bir yerdə ağlamağa.
– Dilənçi bunu etmirdi, – Qobind dedi, – çünki çox müqəddəs, yoxsul adam idi. Parbati onu zəvvarların keçib-getdiyi məbəd pillələrinin üstündə çılpaq oturmuş gördü və Şivaya dedi: “Tanrılar ki öz sitayişkarlarına belə yuxarıdan aşağı baxırlar, insanlar onlar barədə nə düşünərlər? Bu insan bizə qırx il dua edib, indi də qabağında bir neçə düyü dənəsi və qırıq kauridən3 başqa heç nə yoxdur. Bu, adamların qəlbini sərtləşdirər”. Şiva dedi: “Buna diqqət edərlər, – və o öz oğlu, fil başlı Qaneşin məbədində qışqırdı: – Oğlum, məbədin yanında yoxsul bir dilənçi oturub. Onun üçün nə edəcəksən?” Onda fil başlı böyük ilahi zülmətdə oyanıb cavab verdi: “İstəyirsənsə, üç gündən sonra onun bir lak rupisi olacaq”. Onda Şiva ilə Parbati getdilər. Lakin məbəd bağındakı gül-çiçəyin arasında bir sələmçi vardı, – uşaq əlindəki, əzilmiş çiçəklərə nəzər saldı, – hə, sarı güllərin arasında, – və o, tanrıların söhbətini eşitmişdi. Onda həmin sələmçi dilənçiyə yaxınlaşıb soruşdu: “Qardaşım, imanlı insanlar hər gün sənə nə qədər nəzir verirlər?” Dilənçi cavab verdi: “Deyə bilmərəm. Bəzən bir az düyü, tərəvəz, ya da bir neçə balıqqulağı; hərdən turşuya qoyulmuş manqo meyvəsi, pörtdənmiş balıq gətirdikləri də olur”.
– Dadlı şeydir, – dodaqlarını yalayan uşaq dedi.
– Onda sələmçi dedi: “Mən sənə çoxdan göz qoyuram. Baxdım və sənin səbrini, özünü sevdim. Odur ki növbəti üç gündə alacağın nəzirin yerinə sənə beş rupi pul verəcəyəm”. Lakin dilənçi dedi: “Sən divanəsən. Mən beş rupini heç iki ayda da qazanmaram”. Axşam bütün baş verənləri arvadına danışdı, o isə belə dedi: “Heç olub ki, sələmçi özünə sərf eləməyən işə girişsin? Canavar ova ona görə çıxır ki, ətli-canlı maral tutsun. Bizim taleyimiz tanrıların əlindədir. Onunla razılaşma”.
Dilənçi qayıdıb sələmçiyə dedi ki, razı deyil. Pis adam bütün günü onun yanından əl çəkmədi, üçgünlük qazancına getdikcə daha yüksək qiymət təklif etdi. Əvvəlcə on, əlli, yüz rupi; sonra isə, tanrıların səxavətinə bələd olduğundan, minlərcə rupi təklif etdi, axırda qiyməti yarım lakadək yüksəltdi. Onda arvadı qərarını dəyişdi; dilənçi müqaviləni imzaladı, pul gümüş əsginaslarla verildi; onları bir cüt ağ öküz qoşulmuş arabada gətirdilər. Lakin dilənçi bu pullardan başqa tanrılardan heç nə almadı və sələmçinin СКАЧАТЬ
3