Название: Hekayələr
Автор: Джек Лондон
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952241754
isbn:
– Atmayın, mən silahsızam… – deyə kölgə danışdı.
La Perlin dizləri əsməyə başladı. Hiss etdi ki, hətta topuqları da titrəyir. Əlbəttə, əgər “Eldorado” restoranının dəmir oturacaqlarından birində əyləşən və bu hadisəni öz gözləri ilə görən Uri Bramın tapançası üstündə olsaydı, bəlkə də, həmin gecə hər şey başqa cür olacaqdı; yoxsa ona nə düşmüşdü ki, özünə bab olmayan bir adamın dalınca bu qədər yolu qaçsın. Amma nə fərqi var, ya elə, ya belə?!
Bram bir də təkrar etdi:
– Atma, görürsən ki, mən əliyalınam.
– Bəs onda məni niyə təqib edirsən? – deyə qumarbaz tapançanı aşağı saldı. Uri Bram çiyinlərini çəkdi.
– Bunun nə dəxli var, istəyirəm ki, mənimlə gedəsən.
– Hara?
– Bax, düşərgənin o başındakı komaya. Mənimkidi.
La Perl yerindən tərpənmədi və ürəyində bütün gözəgörünməz qüvvələri şahidliyə çağırdı. Yalnız və yalnız ona görə ki, gəlib Uri Bramın sərsəmliyinə tamaşa etsinlər, doyunca gülsünlər. Nəhayət, soruşdu:
– Axı sən kimsən? Məni nə hesab edirsən, elə bilirsən tələyə düşəcəyəm? Ay-hay…
– Bura bax, mən Uri Bramam, komam isə ordadı, düşərgənin o başında. Səni tanımıram, amma sən canlı bir adamın bağırsaqlarını tökdün, əllərin hələ də qanlıdı. Sən qatil- sən və hamı səni axtarır. Gizlənməyə də yerin yoxdu. Mənim isə komam var, heç olmasa…
– Yaşamaq istəyirsənsə, səsini kəs! – deyə La Perl onun sözünü ağzında qoydu. – Yoxsa sənin də işini bitirərəm. Xəbərsiz-ətərsiz. Vallah, öldürərəm səni! Koma-zad qulağıma girmir. Görmürsən bütün şəhər məni təqib edir? Onlar məni yerin deşiyindən də olsa tapıb çıxararlar. Burdan əkilmək istəyirəm. Əclaflar! Ax… şeytan deyir, qayıt geri, get bir-ikisinin də bağırsaqlarını tök yerə! Görüm onları lənətə gəlsin. Vallah, qarşıma çıxanın qarnını yırtacağam, köpək uşağı! Həyat bəs nədir? Budur da – murdar bir oyundu. Onsuz da bezmişəm bu həyatdan…
Birdən onu vahimə basdı, qorxudan səsini kəsdi. Yalqızlığını hiss etdi. Uri Brama da elə bu lazım idi. Dərhal vəziyyətdən istifadə etməyə çalışdı. Bu adamın elə də qeyri-adi nitqi yox idi və o, ömründə indiki kimi uzun danışmamışdı. Yalnız bircə dəfə uzun danışacaqdı, vəssalam. Onu da burda yox, başqa yerdə.
– Elə isə gedək mənim komama. İnan, səni elə gizlədərəm ki, heç kəsin ağlına gəlməz. Yemək də çoxdu, nə qədər istəyirsən. Yoxsa aradan çıxa bilməzsən. Nə kirşən var, nə də sursatın. Dəniz də buz bağlayıb. Yəqin ki, bu xəbər yaxınlıqdakı Anvik şəhərinə səndən qabaq gedib çatacaq. Özün bil, başqa yolun yoxdur. Bir az gözləyərsən, ara sakitləşər. Bir aydan sonra, bəlkə də, daha tez çıxıb gedərsən. Baş qarışacaq, heç səni yada salan olmayacaq. Sən lap camaatın içində gizlənəcəksən, heç kəs burda olduğundan şübhələnməyəcək. Qorxma, mən ədalətli adamam və ədalət haqqında öz mülahizələrim var. Səni ələ vermək niyyətim yoxdur. Mən axı onlar kimi düşünmürəm. Öz ağlıma nə gəlib!
Uri qatilin cibindən kitab çıxardığını gördü və susdu. Göy qübbəsinin şimal-şərq tərəfindən düşən ayın sarımtıl işığında La Perl Uri Bramı papağını çıxarmağa və müqəddəs kitaba and içməyə məcbur etdi. Bram müqəddəs andı heç vaxt pozmamışdı. Pozmadı da…
Qumarbaz qapının kandarında bir an ayaq saxladı. Qəflətən onu xilas etmək istəyən adamdan şübhələnməyə başladı. Bu adamın qəribə hərəkətləri qatili şübhələndirmişdi.
Şamın tutqun işığında otağa göz gəzdirdi. Onlardan başqa kimsə yox idi. Ev sahibi qəhvə hazırlayana qədər o, cəld siqaret bükdü. Otağın istisi onun əzələlərini boşaltdı. O, laqeyd halda stula yayxanıb siqaretin əyri-üyrü tüstü burumları arasından ev sahibini diqqətlə süzdü. Bu, güclü bir adam sifətiydi və bu gücün arxasında sonsuz insan səbri gizlənmişdi. Yəqin ki, o bu gücü boş yerə sərf etməzdi. Sifətindəki dərin qırışlar çapıqları xatırladırdı. Görkəminə diqqətlə baxan adamlar bu sifətdə xeyirxahlıq, yaxud üzüyolalıq əlaməti görməzdilər. Qalın qaşlarının altından boz gözlərinin soyuq baxışları adamı üşüdürdü. Çuxura düşmüş yanaqlarının dik sümükləri sifətini daha da eybəcərləşdirmişdi. Çənəsinin quruluşu bu adamın kor-koranə sərtliyindən, ərköyünlüyündən xəbər verirdi. Alnı geniş deyildi və bu onun yeri gələndə amansız olduğunu göstərirdi. Səsində, sifətindəki bütün cizgilərdə – burnunda, dodaqlarında və alnındakı qırışlarda kobudluq vardı. Yalnız ömrü boyu tək yaşamış insanlar belə ola bilərdilər. Bu adam heç vaxt özgə sözü ilə oturub-durmamış, heç kəsdən kömək ummamışdı. Uzun, qaranlıq gecələrdə beynindəki fikirlərlə mübarizə aparanda da gündüzlər СКАЧАТЬ