Название: Hekayələr
Автор: Джек Лондон
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952241754
isbn:
Meyblin də məktublarında baş qəhrəman Korri idi. Onun diqqətindən və münasibətindən razılıq edirdi. Söhbət toy məsələsinə gələndə isə qız tərəddüd edir, qətiyyətsizlik göstərirdi. Lorens düşünürdü ki, qızın qorxusu çətinliklər, təhlükələr qarşısında onu gözləyən məhrumiyyətlərdən doğur.
Üzücü, intizarlı qış qurtarmaq bilmirdi. İşlərə nəzarət etmək artıq onun başını qatmırdı. Yanvarın axırlarında Pentfild fikrini dağıtmaq üçün qumar stolunun arxasına tez-tez keçməyə başladı. O, qumarda udurdu, hərçənd maddi vəziyyəti ona uduzmağa da imkan verirdi. Firon8 oynayanlar arasında “Pentfildin əli yaman gətirir” ifadəsi dildən-dilə dolaşırdı. Fevralın ortalarınadək bəxti əməlli-başlı gətirmişdi.
Bir dəfə qumar oyunu keçirilən “Opera” klubunda bir saat ərzində Lorensin bütün kartları uddu. Növbəti oyun zamanı kartlar qarışdırılanda stolun yiyəsi Nik İnvud bərkdən dedi:
– Öz aramızdır, deyəsən, şərikiniz vaxtını boş keçirmir?
– Hə, Korri əylənməyi yaxşı bacarır, – o cavab verdi. – Bir də ki o buna layiqdir.
Nik İnvud güldü:
– Əlbəttə, özü bilən yaxşıdır, amma əylənmək evlənmək deyil.
Təəccübünü gizlədə bilməyən Lorens inamsızlıqla soruşdu:
– Korri evlənib, yox a?
– Bəli, bu səhər “Frisko” qəzetindən oxumuşam.
Pentfild halını pozmayaraq səbirlə soruşdu:
– Qız kimdir, görəsən? – Arxayın idi ki, onu masqaraya qoyurlar, hər an qəhqəhə səsi eşidə bilər.
İnvud cibindən çıxardığı qəzetə göz gəzdirə-gəzdirə dedi:
– Qızın adı yadımda qalmır, ancaq deyəsən, Meybldir… Aha, tapdım: Meybl Holms, məhkəmə hakimi Holmsun qızı…
Ürəyi yerindən oynayan Lorens dərhal özünü ələ alıb düşündü ki, görəsən, Şimalda bu ad birinə məlumdur, ya yox. Hisslərini büruzə vermədən onlara qulaq asanların üzlərini sakitcə müşahidə elədi. Yox, qulaq müsafirlərinin üzündəki adicə maraq idi. O, üzünü Nikə çevirib laqeyd səslə dedi:
– Bax, bu beş yüz dollardan mərc gəlirəm ki, qəzetdə belə bir şey yoxdur.
İnvud anlaşılmaz şəkildə gülümsünüb dedi:
– Yox, əzizim, sizin pulunuz mənə gərək deyil.
Pentfild istehza ilə:
– Mən elə də bilirdim, zarafatı boşla! – deyib stola sarı çevrilərək daha iki karta pul qoydu.
İnvud qızardı, sanki özünə inanmayaraq qısa məqaləni diqqətlə bir də oxudu. Sonra Pentfildə sarı sərt dönüb həyəcanla dedi:
– Qulaq asın. Mən bu işi belə qoya bilmərəm.
Pentfild kobudcasına soruşdu:
– Nəyi?
– Sizin sözünüzdən belə çıxır ki, mən yalan danışıram?
– Yox, sadəcə, mənə elə gəlir ki, sizin zarafatınız tutub.
– Axı mən sizə deyirəm ki, bu doğrudur.
– Mənsə beş yüz dollardan mərc gəlirəm ki, qəzetdə belə bir şey yoxdur, – deyib içində qızıl səpintisi olan ağır kisəni stolun üstünə atdı.
– Sizin pulunuz mənə gərək deyil, madam ki israr edirsiniz, alın, özünüz baxın, – deyə İnvud qəzeti Lorensə uzatdı.
Lorens oxuduqlarına inana bilmirdi. O, başlığa göz gəzdirdi: “Şimaldan cavan Loxinvar9 çapa-çapa gəlirdi”. Məqalədə Meybllə Korrinin adları yanaşı idi. Qəzetin birinci səhi- fəsinə baxdı, San-Fransiskoda nəşr olunmuşdu.
O, yüngülcə gülümsəyib dedi:
– Pullar sizindir. Bir halda ki mənim şərikim kefə başladı, qabağında çətin duruş gətirmək olar.
Sonra qəzeti əlinə alıb yenidən kəlmə-kəlmə oxudu. Şəkk-şübhə ola bilməzdi. Korri Hatçinson, həqiqətən də, Meyblə Holmsla evlənmişdi. Məqalədə Korri haqqında “Bonanzanın krallarından biri, Lorens Pentfildin şəriki (San-Fransisko cəmiyyətində hələ unudulmamışdı), onunla birlik- də Klondaykın bir çox sərvətlərinin yiyəsi” deyilirdi. Məlumat verilirdi ki, mister və missis Hatçinsonlar toydan sonra bir müddət Detroytda qalacaq, sonra isə bal aylarını Klondayka səyahətdə keçirəcəklər.
Pentfild ayağa qalxdı və tərəzidə çəkildıkdən sonra beş yüz dollar məbləğində qızıl səpintisi boşaldılmış kisəsini götürdü:
– İndicə qayıdıram, yerimi saxlayın.
Küçəyə çıxıb başqa bir qəzet aldı, bu qəzet də məlumatı təsdiqləyirdi. Artıq şübhəsi qalmadı: dostu və nişanlısı evlənmişdilər. O, kluba qayıdıb oyuna davam etdi. Təklif etdi ki, kim nə qədər istəyir pul qoysun. Nik kart paylayana başı ilə işarə edib güldü:
– Şirkətin anbarlarına baş çəkmək istəyirdim, amma gedəsi olmadım. Hə, bacarığınızı göstərin görək!
Lorens ikisaatlıq qızğın oyundan sonra qırx min pul uddu. Kart paylayan siqaretini yandırıb elan etdi ki, bankda pul qurtarıb. Pentfild Nik İnvudun əlini sıxıb bildirdi ki, bu onun sonuncu oyunu idi.
Heç kəsin ağlına belə gəlmədi ki, ona necə ağır bir zərbə vurulub. O, zahirən bunu göstərmirdi. Həmişəki kimi bütün həftə işi-gücü ilə məşğul oldu. Ancaq şənbə günü toy mərasimini təsvir edən “Portlend” qəzeti gözünə dəydi. Mədəndəki işlərə nəzarəti dostlarından birinə tapşırıb itləri qoşdu, Yukon çayı boyunca yuxarı yollandı. O, Şor Sulara tərəf yol aldı, sonra Ağ çaya döndü. Beş gündən sonra yerli hinduların düşərgəsinə çatdı. Axşam onun şərəfinə verilən qonaqlıqda başçının böyründə oturmuşdu. Ertəsi günü o, itləri geri, Yukona tərəf qovanda artıq tək deyildi. Gənc hindu qızı axşam onun itlərini yedirdi, gecələmək üçün yer hazırlamaqda ona kömək etdi. Uşaqlıqda qızın ayağını ayı əzmişdi, buna görə də o, axsayırdı. Adı Laşka idi. Əvvəlcə naməlum СКАЧАТЬ
8
9