Hekayələr. Джек Лондон
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Джек Лондон страница 9

Название: Hekayələr

Автор: Джек Лондон

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952241754

isbn:

СКАЧАТЬ üstünə də saman döşəyib adyalla örtdü. La Perl bu “yataq”da yatmalı idi. Urinin öz taxtı başdan-ayağa dəri ilə örtülmüşdü və kənardan baxanda heç kəsin ağlına gəlməzdi ki, bu taxtın altında adam gizlənib.

      Bir neçə həftə ərzində hökumət orqanları gərgin axtarışlar apardı. Şəhərdə ev qalmadı, hamısını ələk-vələk elədilər. Amma qatili tapa bilmədilər. Doğrusu, Uri Bramın komasına heç kəs bir elə əhəmiyyət vermədi. Kimin ağlına gələrdi ki, Con Randolfun qatili məhz bu komada gizlənib.

      Axtarışlara çoxdan son qoyulmuşdu. La Perl bütün günü komada var-gəl edir, elə hey kartları düzür, həddindən artıq siqaret çəkirdi. O, sabit adam deyildi. Şən, zarafatcıl söhbətləri xoşlasa da, tez bir zamanda Urinin qaradinməzliyinə alışdı. Uri ilə söhbət, adətən, çox qısa olurdu. Ya təqibçilərdən, ya da yolların vəziyyətindən, yaxud da itlərin qiymətindən qısaca danışardılar.

      La Perl kartda udmağın yollarını tapmağa möhkəm girişmişdi. Bütün günü kartları qarışdırıb paylayırdı. Müxtəlif əməliyyatları, öyrəndiyi fırıldaqları qeyd edirdi. Hər dəfə təzə bir fənd axtarıb tapırdı. Nəhayət, bu məşğuliyyət də onu təngə gətirdi. Başını stolun üstünə qoyub şəhərin səs-küylü qumarxanalarını yada saldı. Xəyalında qumar otaqlarında kart paylayan oyunçuların coşqunluğu, gözətçilərin növbə ilə oyunlara acgözlüklə tamaşa etməsi, diyirlənən ruletka şarı canlandı. Belə anlarda o öz yalqızlığını daha çox hiss edir, uğursuzluğu haqqında düşünürdü. Çox vaxt hərəkətsiz halda oturub gözlərini bir nöqtəyə zilləyirdi. Bəzən içində coşan amansızlıq onun hiddətli ehtiraslarını daha da qızışdırırdı. Həyat çox vaxt onunla sərt rəftar etmişdi, buna görə də həyatı sevmirdi. “Həyat çirkin bir oyundur” deyərək öz taleyindən gileylənirdi.

      – Bəxtim yoxdur, əlim heç vaxt gətirməyib. Mən doğulandan məni aldadıblar, hətta ana südündə də aldanmışam. Guya mənim ayağım anama düşməyib, ona uğursuzluq gətirmişəm. Onun məğlubiyyətlərinə mən səbəb olmuşam. Məgər mənim günahım var? Axı niyə anam mənə həmişə uduzulmuş kartlar kimi baxıb?! Axı mən niyə bu şəhərə gəldim, hardan aglıma gəldi bu şəhər? Lap donuz kimi yaşayıram. Elə bil hər şey mənə qarşı yönəlib. O gün az qala bankı udacaqdım. Ömrümdə bu qədər pul görməmişdim. Elə buna görə də Con Randolf kart atdı və eyni vaxtda fişkaları qabağa itələdi. Əcəb eləyib öldürdüm onu! Qoy cəhənnəm olsun! Heç olmasa mənə də bir dəfə bəxtimi sınamağa imkan verəydi. O bilirdi ki, mən bankı udacağam. Axı mən niyə son anda özümü ələ ala bilmədim, niyə?

      La Perl hirsindən döşəməni yumruqladı və hər şeyə lənət yağdırdı. Adətən, onun belə gərgin anlarında Uri sakitcə dayanıb ona baxır, bu mənzərəni izləyirdi. Yalnız boz gözləri qaralır, baxışları dumanlanırdı. Sanki bu hərəkətiylə La Perlin deyinməsinin mənasız, boş bir şey olduğunu bildirirdi.

      La Perl yaxşı görürdü ki, Uri ilə onun arasında heç bir ümumi cəhət yoxdur. Bəs necə oldu ki, bu adam onu xilas etdi?! Bu onu çox təəccübləndirirdi. Amma vaxt da yetişmişdi. Con Randolfun ölümü artıq şəhər tarixinin arxivinə düşmüşdü. Əlbəttə, qatil tapılsaydı, camaat iş-gücünü bir kənara qoyub məhkəmənin hökmünü gözləyərdi. Amma qatil tapılmadığından insanların qızıla olan marağı üstün gəlirdi. Çayın dibində qızıl yatırdı, sahildəki qumlar da öz qiymətini itirməmişdi. Dənizin buzu əriyəndən sonra isə insanlar ora axışacaqdılar. Buradakı axtarışlar onların naz-nemətlə yaşamasını təmin edəcəkdi.

      Bir gecə Uri Bramla birlikdə La Perl itləri kirşəyə qoşdu və onlar ağ qarla örtülü cığırla cənuba yollandılar. Alçaq sıra dağları, təpəlikləri aşıb Anvik çayının yanından ötdülər və düz Yukona gedib Koyukuk, Tanana və Minuk şəhərlərini arxada qoyaraq iki dəfə qütb dairəsini keçib böyük bir düzənliyə çıxdılar. Bu, həddindən artıq üzücü bir səyahət idi. La Perl heç cür başa düşə bilmirdi ki, niyə Uri onu özüylə buraya gətirib. Nəhayər, Uri dedi ki, düzənliyin o tayında – İqldə onun öz sahəsi var və orada adamlar işləyirlər. İql şəhəri düz sərhəddə yerləşirdi. Ondan bir az aralı yerləşən Kudaxi istehkamlarının kazarmaları üstündə Britaniya bayraqları yellənirdi. Bundan sonra Douson, Pelli, Vindi-Arm, Linderman, Çilkut və Dayi şəhərləri gəlirdi.

      Onlar İql şəhərini də ötüb dayandılar. Bu onların son dayanacağıydı və burada ayrılmalıydılar. Ətrafdan bahar iyi gəlirdi. La Perl indi arxayın idi, sanki azadlıq lap qulağının dibindəydi. Hər təzə gün gəldikcə o da yeni həyata yaxınlaşırdı. Dünya geniş, gələcək isə ona işıqlı görünürdü.

      Səhər yeməyi zamanı La Perlin kefi kök idi. O, fit çalır, astadan mahnı oxuyurdu. Uri itləri qoşub yola düşməyə hazırlaşırdı. Hər şey hazır idi, amma yolqabağı Uri sönmüş odun parçalarını tonqala yaxın gətirib soruşdu:

      – Sən heç Ölü atlar yolu haqqında eşitmisənmi?

      Onun baxışları qayğılı idi. La Perl sualı başa düşməyib çiyinlərini çəkdi.

      – Bəzən həyatda elə adamlar olur ki, onları yaddan çıxarmaq çox çətin olur, – deyə Uri astadan, tələsmədən söhbətə başladı. – Mən belə bir adamla görüşmüşəm. Bax, dediyim həmin o yolda. 1897-ci ilin qarlı aşırımlarını keçmək çoxlarının həyatı bahasına başa gəlmişdi. O vaxtdan həmin yolun adı beləcə qalıb. Bir vaxtlar atlar bu yolda buz heykəllərə dönmüş və Skaqueydən Bennetə18 qədər dağlarda at cəmdəkləri sıralanmışdı. Qarlı aşırımı keçərkən yük dolu atlar sürüşüb dərələrə düşmüş, tikə-tikə olmuşdular. Bəziləri isə soyuqdan uçurumlarda can vermiş, dolu kisələrin ağırlığına tab gətirməyib bataqlıqda, lehməli sularda boğulub ölmüşdülər. Mən adamların bu dilsiz-ağızsız heyvanlara necə əziyyət verdiklərinin, onları ölənədək işlətdiklərinin şahidi olmuşam. Bəzən də can verən atları taleyin hökmünə buraxıb tərk edirdilər. Amma yəhərlərini və nallarını çıxarmağı unutmurdular. Elə bil bu qarlı aşırım insanların ürəyini də dondurmuşdu.

      Belə bir günlərdə mən böyük bir ürək sahibinə rast gəldim. Yaxşı və vicdanlı adam idi. Elə bil lap peyğəmbər övladıydı. Dincəlmək vaxtı gələndə o, atların yükünü boşaldır, bu zaman heyvanlar rahat nəfəs alırdılar. At yeminə xeyli pul xərcləyən bu adam heyvanların yük daşımaqdan sürtülüb yara olmuş bellərini yorğanla örtərdi. Amma o biri sahibkarların atlarının bellərinə baxanda adamı dəhşət bürüyürdü. Yəhərlərin altındakı dərin yaralar irin bağlamışdı. Bu sahibkarlar atları dırnaqlarından qan gələnə qədər qovurdular. Mənim dostum isə son dollarını belə nalların mismarlarına verərdi. Biz onunla bir qabdan xörək yeyir, çörəyimizi yarı bölürdük. Bu qanlı yolda həmin adamla elə qan qardaşı olmuşduq. Azğın, Tanrını unutmuş sahibkarlardan fərqli olaraq mənim dostum sonsuz əzab dənizinə baxır, gözlərindən acı yaşlar axıdırdı. Dağ aşırımlarında yazıq atlar şahə qalxaraq imdad istəyirdilər. Uçuruma yuvarlanan atlar yaralı halda pişik kimi divara dırmaşmağa çalışır, müvəffəq ola bilmirdilər. СКАЧАТЬ



<p>18</p>

Skaquey, Bennet – sıldırım qayalarda yerləşən şəhər və göl