Hekayələr. Рэй Брэдбери
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Рэй Брэдбери страница 11

Название: Hekayələr

Автор: Рэй Брэдбери

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242027

isbn:

СКАЧАТЬ girən qocanın üzərinə atıldı. Hyuz əlinin bir hərəkəti ilə qəzeti hirslə kənara çəkib qocanın sümüklü çiyinlərindən yapışdı. Qəfil hücuma hazır olmayan sərnişin başını qaldırdı, onun gözləri yaşarmışdı. Hər ikisi donub-qaldı, vaqon guruldamaqdaydı. Hyuz ruhunun necə boğazına yaxınlaşdığını və bədənini tərk eləməyə hazırlaşdığını duydu.

      – Siz kimsiniz?!

      Sanki qışqıran o deyil, bir başqasıydı.

      Qatar ləngər vura-vura gedirdi, sanki indicə vaqonlar relsdən çıxacaqdı.

      Yol yoldaşı düz ürəyinin başına xəncər saplanmış kimi diksindi, əlindəki vizit kartını Hyuzun ovcuna dürtdü və səndələyə-səndələyə tambura2 tərəf getdi, ordan da qonşu vaqona keçdi. Conatan Hyuz yumruq təki sıxdığı əlini açdı, vizit kartının o biri üzünə çevirdi və oxuduqları onu oturacağa çökməyə məcbur elədi:

      CONATAN HYUZ,

      diplomlu auditor

      679-4990, Plendom

      – Yo-o-xx! Ola bilməz! – yenə də sanki o deyil, başqası bağırdı.

      Hyuz düşünürdü: “O mənəm?! İlahi, belə çıxır ki, bu qoca mənəm?..”

      Yox, bu, danışılmış bir oyundur, daha doğrusu, oyun zənciri. Kimsə qətllə bağlı cəfəng bir zarafat uydurub, digərisə onu Hyuza çatdırmağın yolunu fikirləşib. Qatar nərildəyə-nərildəyə irəli cummaqdaydı, beş yüz sərnişinsə qəzet, ya kitab arxasında daldalanan bir dəstə sərxoş kontor qulluqçusu kimi yırğalanmaqda davam edirdi. Qoca isə arxasınca iblislər düşübmüş kimi vaqondan vaqona tullanmaqdaydı. Conatan Hyuz ağlını tamamilə itirəndə və qəzəbdən gözləri qan çanağına dönəndə qoca artıq qatarın lap sonuncu vaqonuna gedib çatmışdı.

      Onlar yenidən sonuncu, demək olar ki, bomboş vaqonda görüşdülər. Conatan Hyuz qocanın lap yanına gəldi, o isə inadkarcasına gözlərini qaldırmırdı. Bu da azmış kimi, hönkür-hönkür ağlayırdı; məsələni bu şəraitdə həll eləməkdən söhbət belə gedə bilməzdi. “Kimdən ötrü, – Hyuz fikirləşdi, – kimdən ötrü ağlayır? Allah eşqinə, hönkürməyinə ara ver…”

      Qoca səssiz əmrə tabe olurmuş kimi qamətini düzəltdi, gözünün yaşını, burnunun suyunu sildi və elə sakit danışmağa başladı ki, Hyuz bilaixtiyar irəliyə doğru daha bir addım atıb eşitdiklərini həzm etməyə çalışdı:

      – Biz doğulmuşuq…

      – Biz?!

      – Biz, – pəncərənin o tayında qatı tüstüyə bənzər qüruba diqqət yetirən qoca təkrarladı, – hə, hə, hər ikimiz min doqquz yüz əllinci ildə Missisipidə, Kuinsi şəhərində anadan olmuşuq…

      “Doğrudur”, – Hyuz fikirləşdi.

      – Vaşinqton-stritdə, qırx doqquz saylı evdə yaşamışıq, ikinci sinfədək mərkəzi şəhər məktəbində təhsil almışıq, özü də ora İzabel Perriylə gəldik…

      “Yenə düz deyir, – Hyuz düşündü, – onun adı İzabel idi”.

      – Biz… – qoca mızıldandı.

      – Bizim… – qoca pıçıldadı. – Bizi… Bizə…

      Qoca elə beləcə də davam elədi.

      – Xarrat emalatxanasında təlimatçı mister Bisbi idi. Tarix müəlliməsi – miss Monks. On yaşımızda buz meydançasında sağ ayağımızı sındırmışıq. On bir yaşımızda az qala suda batmışdıq – atamız bizi güc-bəlayla xilas edib. On iki yaşımızda İmpi Consona vurulmuşuq…

      “Yeddinci sinif, – Hyuz düşündü, – qəşəng qız idi, heyif ki, vəfat etdi. Ey mərhəmətli Allah!..” – özlüyündə səsləndi.

      Daha başqa şeylər də baş verdi. Bir, iki, üç dəqiqə – qoca elə hey danışdı və tədricən cavanlaşdı, yanaqları qızardı, gözləri parıldadı, cavan Hyuz isə, əksinə, xatirələrin yükü altında büzüşdü və soluxdu. Biri danışdı, digəri qulaq asdı – və haradasa monoloqun ortasında onlar, demək olar ki, yaşca bərabərləşdilər, əkiz qardaşa çevrildilər. Hansısa məqamda cavan Hyuza elə gəldi ki, əgər gecənin güzgüyə çevirdiyi pəncərəyə baxmağa cəsarət etsə, orda əkizlər görəcək.

      Cəsarət eləmədi. Əkizi isə hekayətinin sonuna doğru qamətini tamamilə düzəltdi, hətta çənəsini azacıq yuxarı qaldırdı, – yəqin, ötənləri yada salmağın, ürəyini boşaltmağın başqa yolu yox idi.

      – Keçmiş bax belə olub, – qoca dilləndi.

      “Nə onu vurardım… – Hyuz düşündü. – Üstəlik, günahlandırardım. Üstünə çığırardım. Niyə bunlardan birini də olsa eləmirəm?!”

      – Çünki… – əkizi dilə gəlməmiş sualı duyubmuş kimi elan elədi, – sən artıq mənim kim olduğumu bilirsən. Çünki mən ikimizə aid olan hər şeyi bilirəm. İndisə gələcəyə nəzər salaq…

      – Mənim?

      – Bizim, – o cavab verdi.

      Conatan Hyuz qarşısındakının yumruğunda sıxdığı qəzetdən gözünü ayırmadan razılıq əlaməti olaraq başını tərpətdi. Oxşarı qəzeti büküb yaxasında gizlətdi.

      – Biznesin tədricən iflasa uğrayacaq. Səbəbi isə heç kəsə aydın olmayacaq. Övladın dünyaya gələcək, amma tezliklə öləcək. Məşuqən olacaq, amma onu da əlində saxlaya bilməyəcəksən. Arvadınsa ildən-ilə, günü-gündən səni daha çox qıcıqlandıracaq. Nəhayət, sonda – inan mənə, səni niyə aldadım ki? – elə bir vəziyyətə çatacaqsan ki… heç bilmirəm necə səlis ifadə edim… yəni arvadının mövcudluğu sənin üçün dözülməz olacaq. Deyəsən, pərişan oldun. Yaxşısı budur, susum…

      Onlar sakitcə yollarına davam etdilər və yol yoldaşı yenidən qocaldı, Conatan Hyuz isə cavanlaşmadı. Yaşların nisbəti Conatana uyğun görünəndə o, yenə də başının hərəkətiylə qarşısındakına davam eləməsini təklif elədi. Qoca söylədi:

      – Bilirəm, eşitdiklərini həzm eləmək o qədər də asan deyil, axı sən bir ildir ki evlisən. Siz həyatınızın ən gözəl ilini yaşamısınız. Bir damcı mürəkkəbin bir bardaq təmiz suyu bulandıra biləcəyinə inanmaq çətindir. Amma bəlkə, elə bu, baş verdi. Nəhayət, təkcə arvadımızı, xəyallarımızın dilbəri olan füsunkar qadınımızı deyil, bütünlükdə ətraf dünyanı dəyişdi…

      – Siz… – Conatan Hyuzun dili topuq vurdu, – sən onu öldürdün?

      – Biz öldürdük. Hər ikimiz. СКАЧАТЬ



<p>2</p>

Tambur – sərnişin qatarlarında üstüörtülü meydança