Название: Hekayələr
Автор: Рэй Брэдбери
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242027
isbn:
Hyuz səs gələn tərəfə çevrildi. Tələsmədi, amma hər halda, tarazlığını itirdi. Qapını çiyniylə itələdi və elə həmin an külək də sanki ona yardımçı olurmuş kimi qapını şappıltıyla çırpdı.
TABUTÇU
Mister Benedikt balaca evindən çıxıb günəş şəfəqlərinə bürünmüş artırmada dayandı. Balaca bir küçük düz yanından ürkək-ürkək ötüb-keçdi. İtin elə ağıllı gözləri var idi ki, mister Benedikt onlara baxmağa cürət eləmədi. Elə bu zaman qəbiristanlığın dəmir darvazaları ağzında, kilsənin yanında bir oğlan uşağı peyda oldu; mister Benedikt uşağın adamı dəlib keçən maraq dolu baxışları altında səksəndi.
– Siz qəbirqazansınız? – oğlan soruşdu.
Mister Benedikt irişə-irişə susmağa üstünlük verdi.
– Bu sizin kilsənizdir? – oğlan soruşdu.
– Bəli, – mister Benedikt cavab verdi.
– Bütöv qəbiristanlıq da?
Mister Benedikt sıxıla-sıxıla başını tərpətdi.
– Bütün başdaşılar, qəbirlər və çiçəklər də?
– Hə, – mister Benedikt gizli fəxarət hissiylə qeyd elədi.
Həqiqətən də, bunların hamısı ona, yalnız ona aid idi. Maraqlı hekayətdir! Uzun illər boyu ağır əmək və yuxusuz gecələr tələb edən biznes, nəhayət ki, ona uğur bəxş eləmişdi. Hər şey isə mister Benediktin kilsə həyətini almasından başladı. Burda balaca bir kilsədən və baptist4 cəmiyyəti şəhərciyi tərk edəndən sonra yosun basmış bir neçə qəbirdən savayı heç nə yox idi. Sonra o, yaraşıqlı və xudmani bir meyitxana tikdi, – əlbəttə ki, qotik üslubda, – və ətrafında sarmaşıq əkdi. Bununla da kifayətlənməyib arxa tərəfdə özünə ev tikdi. Beləcə, şəhər sakinləri öz mərhumlarını mister Benediktə etibar eləməyə başladılar. “Dəfn mərasimi sadələşdirildi! – səhər qəzetindəki elanda belə deyilirdi. – Kilsədən birbaşa torpağa… Yağ kimi asandır! Ən davamlı materialdan istifadə olunur!”
Oğlanın baxışlarından əzilməkdə davam edən mister Benedikt küləyə tuş gələn şam işığı kimi əsdi; elə müdafiəsiz, elə səmimi idi ki… Canlı olan hər şey onu təəssüf hissi keçirməyə və bədbinliyə qapılmağa məcbur edirdi. Mister Benedikt həmişə insanlarla razılaşır, heç vaxt etiraz etmir, “yox” demirdi. Kimliyinizdən asılı olmayaraq küçədə təsadüfən mister Benediktlə rastlaşsanız, o öz balaca, əcaib gözlərini burnunuza, qulağınıza, ya da saç ayrımınıza zilləyəcək, amma heç bir halda gözlərinizə baxmayacaq; sonra da buz kimi əlləriylə sanki qiymətli bir şeyə toxunurmuş kimi qolunuzu sığallaya-sığallaya elə hey təkrarlayacaq:
– Siz tamamilə, şəksiz, sözsüz ki, haqlısınız…
Hər dəfəsində də mister Benediktlə ünsiyyət qurarkən onun bir sözünüzü belə eşitmədiyinə əmin olacaqsınız…
İndinin özündə də oğlanın maraq dolu baxışları altında büzüşərək elə hey təkrarlayırdı: “Sən əla uşaqsan…” Oğlanın xoşuna gəlməyəcəyindən elə qorxurdu ki…
Mister Benedikt, nəhayət, pilləkənlərlə aşağı düşüb doqqazdan çıxdı. Bu dəfə sevimli meyitxanasına nəzər salmadı, bu həzzi sonraya saxladı. Hərəkətlərin düzgün ardıcıllığına riayət eləmək çox mühümdür. Onun mahir əllərinin toxunuşunu gözləyən ölüləri fikirləşmək hələ tezdir. Mister Benedikt yazılmamış qanunlara şərtsiz əməl edirdi.
O özünü azğınlaşmış həddə necə çatdırmağı yaxşı bilirdi. Günortayadək balaca şəhərciyin küçələrini dolaşar, canlı sakinlərin öz üstünlükləriylə onu əzməsinə imkan yaradardı; öz çarəsizliyinə qapılar, onun içində əriyər, sonra coşmuş hislərinə su çiləyər, amma ürəyiylə beyni heç səngiməzdi.
Bu dəfə əczaçı mister Rocerslə söhbət eləmək üçün ayaq saxladı; və bütün təhqiramiz tərzini, istehzasını, saymazyanalığını içində boğdu. Mister Rocers isə, həmişəki kimi, mürdəşiri sancmağa fürsət axtarırdı.
– Ha-ha-ha, – alçalmış vəziyyətdə qalan mister Benedikt hirsindən ağlamaq əvəzinə qəhqəhə çəkərdi.
– Elə siz özünüz də ölüləriniz kimi soyuqsunuz! – mister Rocers təkrarladı.
– Ha-ha-ha!..
Əczaxanadan çıxan mister Benedikt bu dəfə də podratçı mister Stayvezandla rastlaşdı. Bu dəfə həmsöhbəti tez-tez saatına nəzər salır və bununla da əlverişli müştərisinin yanına tələsdiyini, mister Benediktlə ünsiyyətini qısa edəcəyini göstərirdi.
– Benedikt, işlər necə gedir? Əlavə qazancdan xali olmadığınıza mərc gələ bilərəm – fərq eləməz, dişlər, ya dırnaqlar! Onlar sizə qalır, elə deyilmi? Düz tapdım, hə?
– Ha-ha-ha… Mister Stayvezand, sizdə işlər necə gedir?
– Benni, bir deyin görüm, niyə əlləriniz belə soyuqdur? Adamın əti ürpəşir! Nədir, hansısa frigid5 arvadı yumusunuz? Söylədiklərimi eşidirsinizmi? – mister Stayvezand onun çiynindən şappıldada-şappıldada çığırdı.
– Yaxşı görək! – mister Benedikt müəmmalı, istehzalı təbəssümlə mızıldandı. – Salamat qalın!
Görüş görüşü əvəzlədi… Hər dəfəsində bir-birindən ağır həqarətləri şillə kimi yeyən mister Benedikt istehzaların dərin sulara qərq olduğu gölə bənzəyirdi. Ona atılan çınqıllar nə bir ləpə əmələ gətirər, nə də şappıltı salardı, bu zaman işə daşlar, kərpiclər, hətta qaya parçaları düşərdi! Fərq eləməz, elə bil gölün heç dibi yox idi – nə bir damcı, nə bir çöküntü. Göl təmkinini pozmurdu.
İnadkarcasına ev-ev, küçə-küçə gəzən mister Benedikt hər görüşdən sonra daha çox qıcıqlanır, çarəsizliyinə qapılır və yetkin, mazoxist zövqünə görə özünə nifrət edirdi. Hərçənd qarşıda gözlənilən gecə həzzi onun ayaqda qalmasına rəvac verirdi. Yalnız buna görə o, kütbeyin, özündənrazı heyvanların lağlağısına dözür, üstəlik, qayğıyla əllərini sıxır, görkəmiylə onları iltifata çağırırdı.
– Ah, xoş gördük, qəssab! – çərəz dükanının sahibi mister Flincer çığırdı. – Səndə qaxac ət və duza qoyulmuş beyin neçəyədir?
Çarəsizliyi hədd tanımırdı. Mister Benedikt bu sonuncu təhqir zərbəsindən sonra saatına СКАЧАТЬ
4
5