Hekayələr. Рэй Брэдбери
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Рэй Брэдбери страница 13

Название: Hekayələr

Автор: Рэй Брэдбери

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242027

isbn:

СКАЧАТЬ xatırlayıram…

      – Nəyi xatırlayırsınız? – Alisa təəccüblə soruşdu.

      – Sağlıq demək istəyirəm! – arvadının diqqətini yayındırmağa çalışan Conatan Hyuz təntənəylə söylədi. – Füsunkar qadınımın, xoşbəxt gələcəyimizin şərəfinə!

      Alisa qəhqəhəylə öz qədəhini qaldırdı. Sonra ətrafına göz gəzdirib soruşdu:

      – Mister Ueldon, bəs siz niyə içmirsiniz?..

      Qoca qonaq otağının kandarında əcaib şəkildə donub-qalmışdı. Bir az düşüncələrə dalıb cavana müraciət elədi:

      – Ardımca gəl. – O, gözlərini yumub qətiyyətlə otaq boyu gəzişdi. – Burda tənbəki çubuqlarının kolleksiyası var, burdasa kitablar. Yuxarıdakı üçüncü rəfdə də – Herbert Uellsin “Zaman maşını”. Bu arada o kitabın məzmunu lap hazırkı vəziyyəti tamamlayır. Burdasa sevimli kürsüm, elə indicə orda oturacam…

      O, həqiqətən də, oturub gözlərini açdı. Conatan Hyuz qapının ağzında soruşdu:

      – Daha ağlamayacaqsan ki?

      – Yox. Onsuz da göz yaşları bir şeyə yaramır.

      Mətbəxdən yuyulan qab-qaşığın, bir də qadının zümzüməsinin səsi gəldi. Kişilər səs gələn tərəfə çevrildilər.

      – İnana bilmirəm, – Conatan Hyuz həyəcanla pıçıldadı, – günlərin birində ona nifrət edəcəyimə inana bilmirəm! Nə vaxtsa onu öldürmək istəyəcəm?!

      – Ağlına heç cür sığışdıra bilmirsən, hə? Düz bir saat onu müşahidə elədim və bir dənə də olsun qüsur tapa bilmədim. Bir dənə də! Heç olmasa, bir uğursuz kəlmə, ya da intonasiya. Bəlkə, yançaqlarını əsdirərdi, ya saçlarını qarışdırardı. Heç nə! Sonra səni müşahidə edə-edə içimi yedim: bəlkə, onun dəyişməsində günahkar elə bizik?!.

      – Bəs sonra?

      Cavan özünə və qonağa heres3 süzdü, qədəhlərdən birini qocaya uzatdı.

      – Çox içirsən, – qoca cavab verdi, – sonrası elə budur.

      Conatan Hyuz qədəhi dodaqlarına yaxınlaşdırmadan aşağı endirdi.

      – Daha nə?

      – Yəqin, gündəlik istifadə edə bilməyin üçün sənə yaddaş dəftərçəsi düzəltməli olacam. Qoca psixin cavan axmağa məsləhətləri…

      – Məsləhətlərinin hamısını yaddaşıma həkk edəcəm.

      – Yaddaşına həkk edəcəksən? Nə qədər müddətə? Bir ay, bir il? Sonda unudacaqsan, yer üzündə hər şeyin unudulduğu kimi. Həyat isə öz axarıyla gedəcək. Zaman keçdikcə… mənə çevrilməyə başlayacaqsan. Alisa da tədricən aqibətinə layiq varlığa… Heç olmasa, tez-tez onu sevdiyini de!

      – Mütləq. Hər gün!

      – Söz ver! Bunu hər gün etməyin çox mühümdür. Bəlkə, mənim səhvim elə buna əməl etməməyimdi. Bizim səhvimiz. İstisnasız hər gün! – Qoca qabağa əyildi, sifəti alışıb-yanırdı, o, dəli kimi elə hey təkrarladı: – Hər gün! Hər gün!..

      Qapının ağzında azacıq təlaşlanmış Alisa peyda oldu.

      – Burda nəsə baş verib?

      – Yox, yox, – Conatan Hyuz gülümsündü. – Sadəcə, mübahisə edirik. Sənin hansımızın daha çox xoşuna gəldiyinə heç cür qərar verə bilmirik.

      Qadın gülə-gülə mətbəxə qayıtdı.

      – Zənnimcə… – cavan Hyuz dilləndi. Dili dolaşdı, göz qapaqlarını bir-birinə sıxdı, amma yenə də özünü məcbur elədi. – Zənnimcə, getmək zamanın gəldi.

      – Hə, getmək vaxtıdır, – qoca cavab verdi, amma yerindən tərpənmədi. Səsində yorğunluq, zəiflik, kədər duyuldu. – Burda otura-otura uduzduğumu anladım. Münasibətlərinizdə nə bir yanlışlıq, nə də bir qüsur tapa bildim; anladım ki, heç bir şey məsləhət görə bilməyəcəm. Aman Allah, necə də axmaq vəziyyətdir… Səni axtarmaq, narahat eləmək, kefinə soğan doğramaq, həyatının məcrasını pozmaq nəyə lazım idi ki?! Axı sənə dolaşıq məsləhət və mənasız giley-güzardan savayı nə verə bilərəm ki?! Hələ bir dəqiqə əvvəl düşünürdüm: elə bu gün onu qətlə yetirəcəm, günahı öz üzərimə götürəcəm, sənsə öz cavan həyatına davam edəcəksən. Axmaq fikirdir, hə? Üstəlik, əlimdən nə gələrdi ki? Axı bu, çoxdan hamıya məlum olan ziddiyyətdir. Onu həyata keçirə bilsəydim belə, zamanın axarı, Yeri, bütünlükdə Kainatı hara gizlətmək olardı ki?.. Təlaşlanma, mənə də elə baxma. Qətl olmayacaq. Daha doğrusu, o artıq olub – gələcəkdə, iyirmi il sonra. Əlindən heç bir şey gəlməyən və sənə zərrə qədər də olsun fayda verə bilməyən qoca indi bu evi tərk edib küçəyə çıxacaq, öz taleyinin, öz divanəliyinin görüşünə gedəcək. – O, ayağa qalxdı və yenə gözlərini yumdu. – Görək qaranlıqda evimin çıxışını tapa biləcəyimmi?..

      Cavan onun ardınca gedib paltar şkafını açdı, palto çıxarıb ehmalca qocanın çiyinlərinə atdı və söylədi:

      – Lakin sən yenə də kömək elədin. Ona hər gün sevdiyimi söyləməyi beynimə yeritdin.

      – Heç olmasa, bunu edə bildim… – Onlar qapıya yaxınlaşdılar və qoca qəfildən soruşdu: – Səncə, ümid eləməyinə dəyər?..

      – Dəyər. Onun ölməməsinin qayğısına qalacam! – Conatan Hyuz cavab verdi.

      – Yaxşı! Sənə inanmaq istərdim… – Qoca əlini uzadıb qeyri-ixtiyari çıxış qapısının dəstəyindən yapışdı. – Onunla vidalaşmaq istəmirəm. Onun gül çöhrəsinə tamaşa eləməyə gücüm yoxdur. Qoca eşşəyin evinizi tərk elədiyini söylə. Hara? Sən ki bilirsən – həyat yoluyla irəli, orda səni gözləyəcəm. Gec-tez peyda olacaqsan.

      – Sənə çevrilmək üçün? Heç vaxt! – cavan Hyuz çığırdı.

      – Bax elə indicə dediklərini dayanmadan ürəyində təkrarla. İlahi, sən özün günahımdan keç! Bunu götür… – Qoca ciblərini eşələyib əzilmiş qəzetə bükülmüş balaca bir əşya çıxardı. – Yaxşısı budur, səndə qalsın. Hətta səninlə görüşümüzdən sonra belə özümə etibar eləmirəm. Mən daha qorxunc şeylərə əl ata bilərəm. Al, götür… – Qoca az qala zorla əşyanı cavanın əlinə dürtdü. – Hələlik. Allah özü sənə yar olsun! Əlvida…

      O, gecənin qaranlığında gözdən itdi. Xəfif yel ağacları əsdirirdi. Uzaqdan stansiyaya girdiyi və ya çıxdığı anlaşılmayan qatarın gurultusu СКАЧАТЬ



<p>3</p>

Heres – İspaniyanın Əndəlis vilayətinin Heres şəhərində ağ üzümdən hazırlanan spirtli içki; şərab növü