Sinifdənxaric oxu. Народное творчество
Чтение книги онлайн.

Читать онлайн книгу Sinifdənxaric oxu - Народное творчество страница 6

Название: Sinifdənxaric oxu

Автор: Народное творчество

Издательство: Hədəf nəşrləri

Жанр:

Серия: Uşaq ədəbiyyatı

isbn:

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      Müəllif hekayə və

      nağılları

      Nizami Gəncəvi

      (1141-1209)

      İskəndərİn dİrİlİk suyu

      axtarması

      (“İskəndərnamə”dən)

      

Çox qədim zamanlar-dan bəri belə rəvayət edir-lər ki, bir gün böyük İs-kəndər tanrısına ibadət et-dikdən sonra bir məclis qurur. Bu məclisdə hərə bir rəvayət danışır. Hərə öz bildiyi rəvayətləri da-nışdıqdan sonra sıra məc-lisdə oturan qocaya çatır. O deyir:

      – Dünyada zülmət ad-lı bir diyar var ki, orada dirilik suyu mövcuddur. Əgər ömrünüzü uzun etmək istəyirsinizsə, o dirilik suyunu əldə etməlisiniz.

      Məclisdəkilər bu sözlərə mat qalır. Şah deyir:

      – Yoxsa bu işdə başqa hikmət var? Elə su varmı ki, zül-mətdə insanı ölümdən qurtarsın?

      Qoca cavab verir:

      – Ey uca tacidar, o qaranlıq yerin adı zülmətdir. O zül-mət içində bir həyat suyu var. Kim o sudan içsə xəstəlikdən, ölümdən uzaq olar. Əgər mənim sözümə şübhəniz varsa, kamil qocalardan soruşun.

      İskəndər bu sözləri eşitdikcə marağı artır və soruşur:

      – O zülmət harada yerləşir?

      Yolu padşaha göstərirlər. Padşah da öz yolunu zülmətə çevirir və dirilik suyunun arxasınca gedir. Padşah çox uzun yollar qət etməli olur. Beləcə öz ordusu ilə irəliləyərkən bir çölə gəlib çatır. Bu çöldə onlar bir mağaraya rast gəlirlər.

      Çölbəyi o mağaraya Bünğar adı vermişdi. Bundan sonra zaman keçdikcə o şəhərin adı Bulğar qalır. Bir qədər get-dikdən sonra İskəndər əmr edir ki, qocalar və xəstələr bur-da qalsınlar, yola davam etməsinlər. Beləliklə az gedirlər, çox gedirlər və birdən elə bir yerə gəlib çatırlar ki, hər yeri zülmət bürüyür. Padşah bunu görüb təəccüblənir və deyir:

      – Bu yolda doğru iz göstərən kimdir?

      Bilənlər söyləyir:

      – Bu, qaranlıq pərdədir, iç üzü görünməz. İrəli getmək mümkündür, geri dönmək çətin olar.

      Amma çox çarə axtarırlar, tapan olmayır. Onların ara-sında bir gənc oğlan var idi. O öz atasına çox bağlıydı. Elə ki, padşah əmr edir ki, qocalar yola davam etməsin, bu oğ-lan çox pis vəziyyətə düşür. O gizlincə atasını da özü ilə bə-rabər götürür.

      Belə bir vəziyyət gəlib yetişir ki, oğlan gəlib atasından məsləhət almalı olur:

      – Ata, hökmdar gəlib zülmət bir yerə çatıb ki, indi bur-dan çıxmaq üçün çarə axtarır.

      Atası deyir:

      – Burada gizli bir sirr var. Burdan çıxmaq üçün padşaha yeni doğacaq olan boğaz bir madyan lazımdır. Körpə day-laq doğulan kimi onun başını bir yerdə kəssinlər. Anası bu-nu görüncə ürəyi yanacaq, içində hiddət oyanacaq. O mad-yan geri dönərkən ordu da onun arxasınca getsin. Beləliklə padşah zülmətdən qurtular.

      Oğlan gəlib bunları padşaha danışır. Padşah soruşur:

      – Sən bunları haradan bilirsən?

      Cavan oğlan deyir:

      – Padşahım, o gün ki siz əmr etdiniz qocalar yola da-vam etməsin, mənim öz atama ürəyim yandı, onu da özüm-lə götürdüm. Bütün bunları ona danışdım, o da bu danış-dıqlarımı məsləhət gördü.

      Padşah əmr edir ki, qocanın dediyi kimi bir madyan gə-tirsinlər.

      Rəvayətə görə, İskəndər zülmətə girərkən atını Xızır peyğəmbərə verir ki, ona yol göstərsin. Xızır Peyğəmbər hə-mən yola düzəlir və hər yanda həyat suyunu axtarmağa başlayır. Nəhayət, bu çeşmə tapılır. Bu elə bir çeşmə idi ki, tərifə gərək yox idi. Xızır həyat suyunu tapınca gözlərinə işıq gəlir. O, həyat suyuna enərək həm orada yuyunur, həm də bu sudan içir. Sonra bir qədəhdə su ayırır ki, gələndə İs-kəndərə versin. Lakin bir az sonra Xızır görür ki, çeşmə yox oldu. Xızır anlayır ki, sudan İskəndər içə bilməyəcək, çox pis olur. Sonra Xızır da gözlərdən itir.

      Lakin bu əhvalatları rumlular başqa cür danışırlar. On-lar belə rəvayət edirlər ki, Xızırla İlyas bir-biriləri ilə getdik-ləri yolda yoldaş idilər. Onlar çeşməyə yetişəndə atdan enib, bulaq başında süfrə açırlar. Süfrədə yemək üçün balıq da var idi. Onlardan biri su içmək üçün bulağa əyilir və əlindəki balıq suya düşür.

      O balığı sudan götürmək istədikdə görür ki, balıq diridir. Onlar anlayırlar ki, bu dirilik suyu imiş. O bu sudan doyunca içir və dostuna da xəbər verir ki, bu əbədi həyat suyundan iç-sin.

      Ərəblər isə bu haqda başqa bir rəvayət danışırlar. Ərəb rə-vayətində belə deyilir ki, qədim zamanlarda yolunu azmış rumlu dəstəsi bu dirilik suyunun yerini tapıbmış. Xızır və İl-yas bu sudan içirlər, amma heç kimə bu haqda heç nə demir-lər. İskəndər də bu çeşməni ələ keçirmək üçün zəhmətlə at ça-pır. O, dirilik suyuna yetişmək dilərkən gəlib sulu bir çəmənə çatır. Çeşməyə çatmaq üçün İskəndər qırx gün, qırx gecə yol gedir və nəhayət yorulub bir kölgəlikdə dincəlir. İskəndər gö-rür ki, get-gedə kölgəlik zülmətə çevrilir. Bundan qorxan şah geri dönməyin yollarını axtarır. Bu zaman onun qarşısına bir mələk çıxır və deyir:

      – Sən bu dünyanı ələ keçirmisən, amma hələ də doyma-mısan?

      Sonra mələk şahın əlinə pul boyda daş qoyaraq deyir:

      – Bu daşı gözün kimi qoru. Çalış bu dünyada bu daş ağır-lığında daşlar ələ keçir. Qəlbində minlərlə dilək olsa da bu daş qədəriylə kifayətlən.

      İskəndər bu daşı əlinə alan kimi mələk yox olur. Bir qədər getdikdən sonra ona hatifdən səs gəlir:

      – İnsanın qismətini yazısıdır verən. İskəndər çeşməni zül-mətdə ararkən bu, Xızıra qismət oldu.

      Bu səsi dinlədikdən sonra İskəndər anlayır ki, artıq dirilik suyunu axtarmaq əbəsdir. O, mənasız bir şeyə maraq göstərdi-yini başa düşür və orduya fərman verir ki, geri dönsünlər. Qis-məti olmayan şeyə həvəs göstərdiyi üçün İskəndər СКАЧАТЬ