Sinifdənxaric oxu. Народное творчество
Чтение книги онлайн.

Читать онлайн книгу Sinifdənxaric oxu - Народное творчество страница 3

Название: Sinifdənxaric oxu

Автор: Народное творчество

Издательство: Hədəf nəşrləri

Жанр:

Серия: Uşaq ədəbiyyatı

isbn:

isbn:

СКАЧАТЬ onlara ovuc dolusu pul verə-cək. Onun üçün də ağanın tərəfini saxlayırlar. Vəd eləyirlər ki, kəndlini tovlayıb yola gətirəcəklər.

      Hakimlər kəndlini məhkəməyə çağırırlar. Ondan tarla-sını satıb-satmayacağını soruşurlar. Ancaq kəndli bu dəfə də “yox” deyir. Onda hakimlər deyirlər ki, ağa məhkəməyə şikayət eləyəcək. Kəndli isə iki ayağını bir başmağa dirəyir ki, “yox, tarlamı satmayacağam”…

      Ağaya vəkillik eləyən adam çoxbilmişin, hiyləgərin bi-riymiş. Kəndlini verirlər məhkəməyə. Məhkəmə olur. Yazıq kəndliyə elə bir cəza kəsirlər ki, axırda məcbur qalıb tar-lasını satır. Məhkəməyə olan borclarını ödəyəndən sonra əlində ancaq yüz qızılı qalır. Zavallı kəndli hakimlərə yal-varıb-yaxarandan sonar ona:

      – Ədalət çoxdan ölüb. Sənə heç kimsə kömək eləməz, – deyirlər.

      Aldadılan kəndli gözləri yaş dolu məhkəmədən ayrılır. Şəhərdə yaxından tanıdığı bir keşiş vardı. Gedir onun yanı-na. Başına gələnləri bir-bir nəql eləyir və deyir:

      – İndi əlimdə qalan cəmi-cümlətanı yüz qızıldı. Hamı-sını verirəm sənə. Ədalət öldüyü üçün kilsənin bütün zəng-lərini çal… Səndən bircə xahişim budur.

      Keşiş pulları alır. Qulluqçusu ilə kilsənin qülləsinə çıxır, bütün kilsə zənglərini daha əvvəlki kimi deyil, uzun-uzadı çalmağa başlayır.

      Elə o anda da şəhərə çaxnaşma düşür. Hamı bir-birin-dən soruşur:

      – Görən kim ölübdü ki, bütün zənglər birdən çalınır? Hər halda kimdisə böyük adamdı…

      Ölənin kim olduğunu tanıyan, bilən olmur. Hamını ma-raq götürür, küçələrə tökülüşürlər. Paytaxt şəhər olduğun-dan ölkənin hökmdarı da ordaymış. O da bu məsələ ilə ma-raqlanır… Ancaq heç kim işin əslini öyrənə bilmir. Axırda gedirlər keşişin yanına.

      Keşiş, –“Ədalət öldü. Bu kilsə zəngləri də onun dəfn olunması üçün çalınır”, – deyir. Keşişin verdiyi bu cavab hökmdarın qulağına çatanda o, az qalır cin atına minsin.

      "Mənim ölkəmdə ədalət ölməz. Bəzən mürgüləyər, yu-xuya dalar. Ancaq mən onu təzədən oyandıraram", – deyir.

      Hökmdar tez keşişi çağırtdırıb ölən ədalət üçün bütün zəngləri kimin çaldırdığını soruşur.

      Keşiş deyir:

      – Bunu edən sizin ölkənin sadiq vətəndaşıdır. Hans adında birisi… Bir vaxtlar başını aşağı salıb sakitcə əkib-becərdiyi bir tarlası vardı… Əlindən aldılar.

      Hökmdar tez adamlarını göndərib Hansı tapdırır. Hans saraya gələndən sonra başlayır tarlasının əlindən necə alın-dığını danışmağa. Bütün başına gələnləri nəql eləyir və axır-da onun üçün ədalətin öldüyünü söyləyir.

      Hökmdar bundan yaman pərt olur. Kəndlinin bütün malını-mülkünü geri aldırıb özünə qaytarır. Sonra acgöz ağanın, hiyləgər vəkilin və rüşvət yeyən hakimlərin cəza-landırılmasına fərman verir… Ədalət o zamandan bəri hələ ki yaşayır… Əgər bir gün ölərsə, ölüm zəngləri yenə çalına-caq.

      UZUNÇULUQ XƏSTƏLİYİ

      (Ərəb xalq nağılı)

      İki nəfər həmyerli yad ölkələrə səfərə çıxmışdı. Onlar-dan biri yolda bərk xəstələndi, yoldaşı da evinə qayıtmalı idi. Xəstə ona bir məktub verdi ki, evinə çatdırsın və dilca-vabı da xahiş etdi:

      – Mənim ailəmə deyərsən: “Atanızın ağrıdan başı çat-layır. Dişi bərk sancır. Nəfəsi kəsilir. Qolları tutulub. Ayaq-ları şişib. Gözləri görmür. Dizləri əsir. Kürəyi ovulur. Sinəsi çatlayır. Dalağına soyuq dəyib. Beli sınır. Gözündən bir cür su axır. Ayaqları qıc olur. Dili tutulub. Ürəyi dayanıb”.

      Onun yoldaşı bütün bunlara qulaq asıb dedi:

      – Mənim çox danışmaqla aram yoxdur. Elə bircə kəlmə deyərəm ki, ölüb, vəssalam.

      

      ŞİRVAN QAZİSİ

      (Azərbaycan xalq nağılı)

      Biri varıdı, biri yoxudu, Allahdan başqa heç kəs yoxu-du. Bir padşah varıdı. Bu padşahın Məhəmməd adlı bir oğ-lu varıdı. Padşah bir gün oğluna deyir:

      – Oğul, Məhəmməd, mən ölsəm, yerimdə səndən savayı qohum-əqrəbam yoxdu ki, qalsın. Padşahlığı əlində bərk saxlarsan.

      Az keçdi, çox keçdi, padşah öldü. Məhəmməd atasının yerində şah oldu, camaatı dolandırmağa başladı. Bir gün bu şəhərin lotuları dedilər:

      – Bu padşah çox səfehdi, gərək tovlayıb, dövləti əlindən çıxaraq.

      Lotular gəldilər Məhəmmədin yanına. Biri dedi:

      – Mən padşahın xalası oğluyam.

      Biri dedi:

      – Mən dayısı oğluyam.

      Bunlar onu bir dilnən tovlayıb hərəsi bir qızıl alıb getdi-lər. Məhəmməd anasının yanına gəlib dedi:

      – Atam deyirdi bizim qohumumuz yoxdu. Bu gün qırxı mənim yanıma gəlmişdi. Dedilər ki, sənin atanın qohum-larıyıq.

      Anası dedi:

      – Oğul, onlar lotudular, səni aldadırlar. Get padşahlığı əlində yaxşı saxla.

      Məhəmməd qulaq asmadı. Lotular gündə bunun yanına gəlib, onnan dostluq qatdılar, qumar oynadılar, bütöv xəzi-nəni uddular. Axırda padşahlığı da apardılar, özünü də padşahlıqdan çıxardıb çölə atdılar.

      Məhəmməd gəlib anasından bir əşrəfi alıb, getdi bir şəhərə çıxdı. Şəhərdə bir kora rast gəldi. Məhəmməd əşrəfi-ni kora verdi. Kor dedi:

      – Oğlan, hər kimsən get, axşam bura gəl.

      Məhəmməd axşamacan gəzdi, axşam gəldi korun yanı-na. Kor dedi:

      – Gəl, gedək.

      Kor bir şam da alıb, onnan getdi, şəhərdən çıxdılar. Bir kahaya yetişdilər. Girdilər içəri. Məhəmməd şamı yandırdı, oturdular söhbət elədilər, çörək yeyib yatdılar. Səhər açı-landa Məhəmməd gördü, başının altında bir boğça var, bir də min tümənlik dolu kisə, dedi:

СКАЧАТЬ