Sinifdənxaric oxu. Народное творчество
Чтение книги онлайн.

Читать онлайн книгу Sinifdənxaric oxu - Народное творчество страница 4

Название: Sinifdənxaric oxu

Автор: Народное творчество

Издательство: Hədəf nəşrləri

Жанр:

Серия: Uşaq ədəbiyyatı

isbn:

isbn:

СКАЧАТЬ bu ya böyük külfətlidi, ya da çox səxavətli-di.

      Axşam oldu, şam eləyib yatdılar. Səhər açıldı, yerlərin-dən qalxdılar. Yenə kor dedi:

      – Oğul, min tümən pul götür, get bazardan bir at al, gə-tir.

      Məhəmməd min tümən pul götürüb bazara gəldi. Bir yaxşı at aldı gətirdi. Kor əliynən atı yoxlayıb dedi:

      – Yaxşı atdı.

      Kor, atı qırx gün tövlədə bağlatdırdı, at kökəldi, gəmi kimi oldu. Kor dedi:

      – Oğul, Məhəmməd, min bu atı get Şirvan qazısının sir-rini öyrən, sonra gəl mənə nağıl elə.

      Məhəmməd atı minib sürdü düz Şirvana. Az getdi, çox getdi, gəlib Şirvana çatdı. Bir karvansaraya atını bağladı, getdi Şirvan məscidinə. Gördü bir ağsaqqal, ağqurşaq qazı əyləşib. Ayağına bir cüt qumrov bağlayıb ki, yeriyəndə aya-ğının altında milçək, qarışqa qalıb, ölüb günah olmasın. Mə-həmməd gördü qazı uzun gün məsciddə namaz qılır, “Qu-ran” oxuyur, axşam olanda tez evinə gedir. Məhəmməd bir gün qarabaqara qazının dalına düşüb, evlərinə gəldi. Bir yanda gizləndi. Xeyli keçdi, qazı nökərini çağırıb dedi:

      – Get yarağımı gətir.

      Nökər getdi bir qılınc, bir qalxan, bir dəst libas, bir qab çaxır gətirdi. Qazı libası geyindi, qılıncı bağladı belinə, ça-xırdan o qədər içdi ki, gözləri yanmağa başladı. Nökəriynən evdən çıxıb getdilər. Məhəmməd də bunlarnan qarabaqara getdi. Getdilər şəhərdə bir qəlbi imarətə çıxdılar. Qazı ima-rətdən bağlı bir şey düşürtdü, nökərnən gəldilər evlərinə. Məhəmməd də qarabaqara bunların dalınca. Evdə kilimi açdı, içindən bir qəşəng qız çıxartdı. Nökəri Bəşirə dedi:

      – Get çarhovuzdakı qızları da gətir.

      Bəşir gəldi çarhovuzun suyunu boşaltdı; çarhovuzun al-tından bir taxta qalxızıb, tarlı, qavallı yüz qız çıxartdı, qazı-nın yanına gətirdi. Qazı o gecə qızlarnan çaldı, oynadı.

      Səhər nökər gəlib qızları apardı hovuzun yanındakı zir-zəmidə gizlətdi. Qazı ağ əmmaməni başına qoyub, ağ qur-şağı bağlayıb, məscidə gəldi. Məhəmməd də onun qarasıy-nan gəldi şəhərə. Camaat qazının başına tökülüb dedi:

      – Qazı ağa, bu gecə vəzirin qızını oğurlayıblar.

      Qazı dedi:

      – Nə deyirsiniz, belə şey olmaz. İndi əmmaməni yerə vuraram, bu şəhər Nuh şəhəri kimi alt-üst olar.

      Camaat əl-ayağa düşüb dedi:

      – Qazı ağa, bir qızdan ötrü bu şəhəri dağıtma, amandı, bizə yazığın gəlsin!

      Qazı dincəlmədi, birbaş padşahın yanına getdi. Padşah əl-ayağa düşüb dedi:

      – Qazı ağa, nə olub belə pərişansan?

      Qazı dedi:

      – Nə olacaq, şəhəri lotu-potu götürüb. Vəzirin qızını bu axşam oğurlayıblar.

      Padşah dedi:

      – Get ibadətlə məşğul ol, darıxma, taparıq.

      Qazı gəldi məscidə, camaatı şəriətnən qorxutmağa baş-ladı. Gün yavaş-yavaş batmaqda idi. Qazı evlərinə gəldi. Gecədən bir xeyli keçmişdi. Qazı yenə qılınc-qalxan qurşa-yıb, kəmənd götürüb nökəri Bəşirnən gəldilər. Məhəmməd də qarabaqara dallarınca getdi. Qazı bir imarətə kəmənd atıb çıxdı yuxarı. Bir bağlı kilim düşürtdü. Götürüb evə gəl-dilər. Məhəmməd də qarabaqara dallarınca. Bəşir gedib hovuzdan qızları çıxartdı. Genə qazı qızlarnan səhərə kimi çalıb-oynadı. Səhər Bəşir qızları hovuzda gizlətdi. Qazı əbasını örtüb məscidə gəldi. Ona dedilər:

      – Bu gecə də vəkilin qızını oğurlayıblar.

      Qazı yenə özündən çıxdı, şəriətnən asdı, kəsdi, yalan-dan şəhəri dağıtmaq istədi.

      Axşam oldu, yenə evə gəlib, qılıncı bağlayıb, gəldi pad-şahın evinə. Bu gecə də padşahın qızını götürüb gətirdi evi-nə. Bəşir də hovuzdan qızları gətirdi.

      Səhər yenə qızları yerbəyer elədi. Qazı əbasına bürü-nüb, gəldi məscidə. Məhəmməd də qarabaqara gəlib bir tə-rəfdə durdu. Məsciddə dedilər:

      – Bu axşam da padşahın qızını aparıblar.

      Qazı ta bu səfər özündən lap çıxmışdı. Gəldi padşahın hüzuruna, başını yolub dedi:

      – Şəhər əldən gedir. Bu Allahın günahkarlarını tap, daş-qalaq elə. Əgər tapmasan, elə ah çəkəcəyəm ki, göydən şə-hərə od yağsın.

      Padşah hökm elədi şəhərdəki lotular tutuldu. Bo-yunlarını vurmağa fərman verildi. Məhəmməd gördü ki, günahkar dura-dura, başqa adamların qırılmasına hökm vermişlər. O səbir eləməyib irəli yeridi. Padşaha baş endirib dedi:

      – Padşah sağ olsun, bunların bir günahı yoxdu, onları öldürmə. İstəyirsən günahkar lotunu tapasan, onda bu ax-şamlığa padşahlığı mənə ver. Əgər tapdım, tapdım, tapma-dım onda mənim də onlarnan birlikdə boynumu vurdur.

      Padşah razı oldu, onları öldürməyib dama saldırdı.

      Axşam oldu. Məhəmməd padşahı, vəziri, vəkili də gö-türüb gəldi qazının evinə. Bunlar bir yanda gizləndilər. Ge-cədən bir xeyli keçmişdi, qazı dedi:

      – Bəşir, get qızları gətir.

      Bəşir getdi qızların hamısını gətirdi. O dəqiqə də Mə-həmməd, şah, vəzir, vəkil birdən içəri girdilər. Gördülər ki, bütün şəhərdə indiyə kimi itən qızların hamısı burdadı. Bunlar qazını tutub, əl-ayağını bağladılar. Səhər açıldı, qa-zını gətirdilər camaatın içinə, gördüyü işlərin hamısını ca-maata danışdılar. Sonra şah hökm elədi qazını həbsə atdılar. Məhəmməd padşahın padşahlığını özünə verdi, lotuları da azad elədi. Həmin gün atı minib yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəldi kahaya çatdı. Korun yanına gedib dedi:

      – Sən Şirvan qazısının sirrini məndən istəmişdin, gətir-dim.

      Korun şadlığından gözləri yaşarıb dedi:

      – Yaxşı qisasımı aldın. Get, hər səhər başının altında bir kisə pul, bir dəst paltar olar. Ölüncə keyf elərsən.

      Məhəmməd onunla halallaşıb, gəldi öz evlərinə. Cama-atdan özünə tərəfdar СКАЧАТЬ