Sinifdənxaric oxu. Народное творчество
Чтение книги онлайн.

Читать онлайн книгу Sinifdənxaric oxu - Народное творчество страница 5

Название: Sinifdənxaric oxu

Автор: Народное творчество

Издательство: Hədəf nəşrləri

Жанр:

Серия: Uşaq ədəbiyyatı

isbn:

isbn:

СКАЧАТЬ qardaş acıqlı sözlərlə onu təhqir edib qovdu. Dağ cığırında onun qabağına saçları qar kimi ağ, nurani bir qoca çıxdı və soruşmağa başladı:

      – Haralardan gəlirsən?

      – Təzə ilin astanasında bir ovuc düyüyə möhtac oldu-ğuma görə böyük qardaşımın evinə getdim. Bilə-bilə ki, o məndən hər şeyi əsirgəyəcək, borc almaq istədim, lakin o məni qovdu, heç bir ovuc düyü də vermədi. İndi isə əliboş evimə qayıdıram.

      – Eybi yoxdur, qəm yemə, əgər doğrudan da belədirsə, mən sənə kömək edərəm. Bu kökəni götür, sənə verirəm. Onu götür meşədəki məbədgaha get. Onun arxasında bir mağara var. Burada çoxlu balacaboy adamlar yaşayır. Onlar sənə kökənin əvəzinə çoxlu qızıl dağı vəd edəcək. Razı ol-mayasan ha! Kökəni heç bir şeylə dəyişmə. Təkcə daşdan olan əl dəyirmanından başqa. Yadından çıxartma.

      O bu sözlərdən sonra kökəni alıb nişan verilən yerə get-di.

      Doğrudan da meşədə dağın tən ortasında bir mağara göründü, ətrafında isə cırtdan boylu adamlar dolaşırdılar.

      Kasıb qardaş seyr edərək fikirləşdi:

      – Görəsən, onların orada nə işi var?

      Onlar yıxılıb-duraraq, büdrəyə-büdrəyə nazik qamış gövdəsini dartıb qaldırır, çətinliklə mağaraya aparmağa cəhd edirdilər.

      Onları görcək kasıb qardaş fikirləşdi ki, köməklik etsin:

      – Dayanın, mən sizə kömək edim.

      Və qamış gövdəsini götürüb mağaraya tərəf qoydu.

      Birdən ayağı altında nə isə, elə bil, mığmığa səsiylə ci-yildədi:

      – Kömək edin, soyğunçular! Adamımızı öldürdülər!

      Yoxsul qardaş ayaqqabısının altlığının arasında qalan və az qalsın ki, əzilən cırtdanboyu xilas etdi. İki barmağı ilə ehtiyatla çıxarıb kənara qoydu.

      Birdən onun gözü kasıb qardaşın əlindəki kökəyə sa-taşdı. Ondan kökəni dəyişməyi istədi və əvəzində nə istəsə ona verəcəyini söylədi.

      – Gəl, bu kökəni bizə ver, əvəzində nə istəsən sənin ol-sun.

      Cırtdan boylu adamlar o dəqiqə qızılı xırda-xırda, zər-rə-zərrə, ağız dolusu mağaranın yanına yığdılar.

      – Mənə qızıl lazım deyil, sizdə əl dəyirmanı var, onu mənə verin.

      Cırtdanboy gördü ki, nə desə onu fikrindən döndərə bilməyəcək. Kasıb qardaşı mağaraya çağırıb küncdəki də-yirmanı göstərdi.

      – Bu dəyirman bizim ən qiymətli sərvətimizdir. Ondan ayrılmaq bizim üçün çətindir. Amma sənin kökəndən çox xoşumuz gəldi, ona görə də heç bir şey demirik, sənin olsun. Götür dəyirmanı, get.

      Dəyirmanın daşı da çox möhkəm idi. Cırtdanboy söy-lədi ki, onun qulpunu sağa fırlatsan nə istəsən üyüdüb ve-rəcək, lakin qulpu sola fırlatsan, dayanacaq. Bunu etməsən, sonsuza qədər onu dayandıra bilməzsən. Kasıb qardaş də-yirmanı evə gətirdi.

      Arvadı onun yolunu gözləyirdi. Kişini qapının astana-sında gördükdə soruşdu:

      – Düyü tapa bildinmi? Gətirdinmi?

      – Heç bir şey söyləmə, tez bir palaz gətir, yerə sal. Arvad yeri döşədi, əri dəyirmanı palazın üstünə qoyub fırlatdı.

      – Bizə duzlu balıq hazır et, balıq ver.

      Birdən palazın üstü əvvəlcə iri ağ düyülərlə doldu, sonra isə bir neçə balıq düşdü.

      Bir neçə dəfə dəyirman fırlandı, dayandı. Çoxlu müxtə-lif ləzzətli yeməklər peyda oldu.

      Səhər açıldı, kişi arvadına dedi:

      – Artıq bəsdir, ay arvad, bu qədər sərgərdan gəzdik, do-landıq. Ey dəyirman, bizə yeni, yaxşı ev, bir dənə anbar, at saxlamaq üçün tövlə, tövlədə yan-yana bağlanmış yetmiş dörd at ver. Mənə də çoxlu kökələr ver, düyü kökəsi ver, bir də içki ver.

      O kəndin bütün kasıblarını, qohum əqrəbalarını qonaq çağırdı. Böyük qardaşını da yaddan çıxartmadı.

      Hamı təəccübləndi ki, kəndin ən kasıb adamının qonaq-lığına gedir.

      Qardaşı oraya gələndə gözlərinə inanmadı. Süfrədə hər cür naz-nemət var idi.

      “Bu necə oldu? Elə bil dünən məndən borc düyü istə-yən heç o deyilmiş. Necə birdən-birə belə varlanmaq olar? Kəndin ən varlı adamına çevrilib, qonaqlıq verir. Burda nə isə sirr var. Bu sərvət ona hardandır? Ölsəm də, bunu öy-rənməliyəm, bu sirri hökmən almalıyam”, – düşündü.

      Böyük qardaş yemək-içməklə məşğul olsa da, diqqətini ətrafdan çəkmirdi.

      Qonaqları evə yola salanda kiçik qardaş onlara sovqat vermək istədi.

      Yavaşca digər otağa keçib dəyirmanı fırlatdı. Ondan qo-naqları üçün şirniyyat istədi.

      Ancaq böyük qardaş qapının arasından hər şeyi gör-müşdü. Nəhayət ki, o arzusuna çatdı. Sirri öyrəndi:

      – Ha-ha-ha, mən belə də bilirdim. Yoxsa lüt adamda pul nə gəzir ki, var-dövlət sahibi olsun?!

      Ev sahibləri qonaqları gülərüzlülüklə yola salıb yatdı-lar. Ev sakitləşən kimi böyük qardaş evə girib dəyirmanı oğurladı, böyük bir torbaya salıb apardı. Hələ acgöz olduğu üçün qalan şirniyyatı da özü ilə götürdü. Böyük qardaş də-niz sahilinə gəldi, xoşbəxtlikdən orada bir qayıq dirəyə bağlanmışdı. Torbanı da qayığa qoyub oradan uzaqlaşdı, açıq dənizə çıxdı.

      Öz-özünə, – “Uzaq bir adaya üzüb gedim, dəyirman da yalnız mənə xidmət eləsin, məni varlı etsin”, – dedi.

      Qayıq xeyli üzmüşdü ki, böyük qardaş acdığını hiss et-di. Lakin torbada olan şirniyyatdan yox, duzlu nə isə yemək istədi. Torbada yalnız bir kökə və şirniyyat qalmışdı.

      “Kökəni duzlayaram, yeyərəm. Gəlsənə dəyirmandan bunun üçün duz istəyim”.

      O, dəyirmanın qulpunu fırlatdı və bağıraraq duz istədi:

      – Ey dəyirman, mənə duz ver.

      Dəyirmandan duz tökülməyə başladı, nə başladı, lap ağ su kimi aramsız axdı.

      Bir СКАЧАТЬ