Axı, ola bilər ki, heteroziqot bitkilər göstərilmiş for-mulun bütün canlı varlıqlar üçün ümumi dəyərliliyi haq-qında fikrin tam təsdiqidir. Darvin işarə etmiş, bundan sonra əksər tədqiqatçılar elə oxşar tərzdə təsdiq etmişlər ki, heteroziqot bitkilərdə mayalanma yalnız o zaman baş tut-ma ehtimallı, bəzən isə ümumiyyətlə, mümkündür ki, makroziqot, yəni alçaq tozluqlu çiçəyin mayalandıran toz-cuqları uzun erkəkcik telli digər fərdin mikroziqot lüləyi-nin üzərinə köçürülmüş olsun və ya mikroziqot çiçəyin uca tozluqlarından çıxan tozcuqlar digər bitkinin qısa erkəkcik telləri olan mikroziqot lüləyinin üzərinə düşmüş olsun. Beləliklə, çiçəyin dişiciyi nə qədər uzundursa, yəni onun qadın orqanı nə qədər yaxşı inkişaf etmişsə, mayalanma-nın baş tutmalı olduğu digər çiçəkdəki kişi orqanı, yəni erkəkcik bir o qədər də uzun və dişicik bir o qədər qısa ol-malıdır, onun uzunluğu qadınlıq dərəcəsini göstərir. Dişi-ciklər üçqat ölçülüdürsə, orada mayalanma elə həmin qay-da ilə o halda ən yaxşı gedə bilər ki, çiçək tozcuqları hün-dürlüyü digər çiçəyin tozluğuna uyğun gələn lüləyin üzə-rinə köçürülmüş olsun. Əgər bu qaydaya riayət etməyib uyğun gəlməyən tozcuqla süni mayalanma aparsaq, onda belə prosedura, ümumiyyətlə, hər hansı bir nəticə verərsə, demək olar ki, həmişə xəstə, zəif, cırtdan və müxtəlif növ hibridlərə bənzəyən fövqəladə dölsüz törəmələr alınır.
Heteroziqotluq haqqında yazmış müəlliflər, hər yer-də göründüyü kimi, mayalanmadakı rəngarəng müna-sibətlərin adi izahı ilə kifayətlənmirlər. Bu açıqlama gös-tərir ki, bitkiləri dolanan həşəratlar eyni yüksəklikdə da-yanan cinsiyyət orqanlarına bədənlərinin eyni hissələri ilə toxunaraq bu qəribə effekti yaradırlar. Lakin Darvin özü etiraf etmişdir ki, arılar öz üzərlərində bədənin hər bir his-səsinin üzərindəki tozcuqları daşıyırlar. Beləliklə, iki ya-xud üç nəsil tozcuqlarla mayalanma zamanı qadın or-qanlarının təsir üsulu əvvəllər olduğu kimi anlaşılmamış qalır. Buna bənzər izahlar nə qədər cəlbedici, nə qədər se-hirli olsalar da hər halda bir az səthidirlər, çünki onlarla hər şey izah olunursa onda nə üçün uyğun olmayan toz-cuqla süni mayalanma, başqa deyimlə, “qeyri-qanuni ma-yalanma” belə pis nəticələrə gətirib çıxarır? Deməli, yalnız “qanuni” tozcuqla müstəsna təmas lüləkdə yalnız bu toz-cuğu qəbul etmək vərdişi yaratmalı idi, ancaq mən Darvi-nin özünü şahid gətirə bilərəm ki, başqa cinsdən olan toz-cuqla təmas etməmək sırf illüziyadır, belə ki, bu zaman sanki nikah vasitəçisi kimi xidmət göstərən həşəratlar ger-çəkdə fərq qoymadan cütləşməyə yardım edirlər.
Buna görə də bu xüsusi seçici xüsusiyyətin əsasının daha dərində – çiçəklərin özündə olması barədə fərziyyə daha inandırıcı görünür. Burada məsələ, bəlkə də, insan-da olduğunun eynidir, yəni cinsi cazibə o hallarda daha güclüdür ki, bir fərddə olan K, digər fərddə olan Q qədər-dir, bu da yenə də yalnız əvvəlki formulun başqa bir ifa-dəsidir. Belə bir açıqlamanın mümkünlüyü ehtimalı onun-la xüsusilə artır ki, erkəkciyi yüksək, dişicikləri isə qısa kişi çiçəklərdə çiçək tozcuqları uzun dişicikli daha qadın çiçə-yin homoloji hissələrində olduğundan daha iri, lülək əm-zikləri daha kiçik olur.
Buradan görünür ki, burada məsələ kişilik və qadınlı-ğın müxtəlif dərəcələrindən başqa bir şey də deyildir. Bu-rada ortaya qoyulmuş cinsi yaxınlıq qanunu bu fərziyyə ilə daha parlaq şəkildə təsdiq olunur, çünki məhz heyvanlar və bitkilər aləmində mayalanma o halda daha uğurlu olur ki, valideynlər bir-birilə daha böyük cinsi qohumluğa ma-lik olsunlar (buna az sonra bir də qayıdacağıq).
Heyvanlar aləmində bu qanunun çox böyük bir əhə-miyyətə malik olmasının yüksək ehtimalı “əks cinsi mey-lin” tədqiqi zamanı göstəriləcəkdir. Burada mən diqqəti ona cəlb etmək istəyirəm ki, xırda, zülalla zəngin və o qə-dər də tənbəl olmayan yumurtaların daha yavaş hərəkət edən və həcmli zoospermaları cəlb etməsi ilə yanaşı bö-yük, az hərəkətli yumurta hüceyrələrin daha canlı və zərif spermatozoidlərə daha güclü cəlbedici təsir göstərməsi-nin tədqiq olunması nə qədər maraqlı olardı. Cinsiyyəti təyin edən amillər haqqındakı kiçik tədqiqində L.Veyl gü-man edir ki, bəlkə də, burada əslində onyuqasiya edən СКАЧАТЬ