СКАЧАТЬ
həm də öz cinsinə meyil nəzəriyyəsi daxildir. Bir fərqi (ondan aşağıda bəhs olunacaq) kənara qoyaraq cəsarətlə söylə-mək olar ki, əks cinsi təmayülə malik olan hər kəsdə digər cinsin şəksiz anatomik əlamətləri özünü göstərir. Xalis “psixi-cinsi” hermafroditlər olur. Öz cinsinə cinsi meyil hiss edən kişilər öz xarici strukturuna görə qadındır. Ey-nilə həssaslığı digər qadınlara yönəlmiş qadınlar da kişiyə xas fiziki əlamətlərə malikdir. Psixi və fiziki hallar arasın-dakı paralellik nöqteyi-nəzərindən bu fikir öz-özlüyündə aydındır, amma onun tətbiqi 2-ci fəsildə xatırlanmış fakt-lara diqqət yetirilməsini tələb edir, yəni bir orqanizmin hissələrinin heç də hamısı K və Q arasında bərabər vəziy-yətdə deyil. Müxtəlif orqanlar eyni dərəcədə kişixislət, ya-xud qadınxislət ola bilər. Bir sözlə, əks cinsi həvəsli fərd-də həmişə digər cinslə bilinən anatomik yaxınlıq vardır. Əks cinsi təmayülə məlum fərd tərəfindən həyatı boyu qazanılan və normal cinsi duyğunu üstələyən xüsusiyyət kimi baxılması fikrini təkzib etmək üçün deyilənlər yetər-lidir. Bununla yanaşı, hətta Şrenk-Notsinq, Krepelin, Fere kimi bəzi belə tanınmış araşdırmaçılar inanırlar ki, o, fər-di həyatın xarici təkanları vasitəsilə qazanılır. Xarici tə-kanlar dedikdə isə, “normal” cinsi ünsiyyətdən və xüsusilə “yol azma”dan imtina nəzərdə tutulur. Onda ilk azğın ne-cə olsun? Yoxsa onu öyrədən Hermafrodit ilhamı olmuş-dur? Belə bir fikir ona oxşayır ki, kimsə tipik kişinin tipik qadına “normal” cinsi təmayülünün süni yolla qazanılmış, cinsi əlaqələrin füsunkarlığını təsadüfən kəşf etmiş yaşca böyük yoldaşların söylədiklərinin bəhrəsi olduğunu sübut etməyə çalışsın. Deyilən halda öz cinsindən olan fərdlər-dən istifadə edən “əks” cinsi təmayüllü şəxslərdə o onların fərdi yaşamı boyu dəyişmədən təsir göstərməkdə davam edən ontogenetik proseslər sayəsində öz-özünə təzahür edir. ”Normal” insanlarda “qadın nədir” şüuru necə tə-zahür edirsə belə, “eybəcər” təmayül də elə o cür təzahür edir. Öz-özlüyündə aydındır ki, həyatda həmişə homosek-sual akta qarşı öz ehtirasını təzahür etdirməyə imkan ve-rən bir hadisə olmalıdır, lakin bu hadisə yalnız o cinsi tə-mayüllərə təsir göstərə bilər ki, onlar az və ya çox dərəcədə fərddə gizlədilib və yalnız izn gözləyir.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.