Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде
Чтение книги онлайн.

Читать онлайн книгу Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде страница 9

Название: Azərbaycan şairi Nizami

Автор: Мамед Эмин Расулзаде

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8452-1-4

isbn:

СКАЧАТЬ bu şair Azərbaycan Atabəyləri zamanında saraya mənsub olub, Məhəmməd Pəhləvanla Qızıl Arslana qəsidə və mədhiyyələr yazmışdır. Zəhirin qəsidə və qəzəllərdən ibarət olan divanı Divan-i Zəhir-i Faryabi Dər Kəbə bedozd əgər beyabi.51

beytindən anlaşıldığı kimi, əskilərcə çox bəyənilmiş və məşhur olmuşdur. Qızıl Arslana yazdığı qəsidədən bir beytini haşiyəyə alırıq. Bu beytdəki buluş və bənzədiş şeirdəki yüksək dəyərinin bir örnəyidir.52

7. Əsirəddin Əxsikəti – Bu da Türküstandan gələrək Atabəylər zamanında Azərbaycanda yaşamış və o zamanın məruf şairlərindən olub himayələrini gördüyü Azərbaycan Atabəylərinə mədhiyyələr yazmışdır.53

8. Seyid Zülfüqar Şirvani – Eldənizlərə mənsub şairlərdəndir. 9. Yusif Füzuli. 10. Şafur ibni Məhəmməd. 11. Cövhəri. 12. Fərrux Şirvani. 13. «Nizam ət-təvarix»in sahibi Qazi Beyzavi. 14. Kəmaləddin Naxçıvani. 15. Seyid İzzəddin Ələvi və başqaları ozamankı ədəbiyyat səmasında parlayan şeir mənzuməsinə daxil ulduzlardandırlar.

O dövrlərin parlaq şairlərindən Məhsəti xanımı da bu işıldaqlar arasında mütaliə edə bilərik. Gəncə xətibinin oğlu, şair Əmir Əhmədi ilə evli bulunan bu qadın Gəncənin yoxsul bir ailəsindən yetişmiş ikən, zəka və istedadı sayəsində zamanının ən yüksək təbəqəsinə qalxmış, saraylara yol bulmuşdur, musiqidəki məharəti və danışmadakı hazırcavablığı ilə Sultan Səncərin məclislərində bulunmuşdur. Məhsəti Gəncəvi xəyyamvari rübailəri və yüksək lirizmilə məşhurdur.

Məmləkətin genəl bayındırlığı və mədəni durumu bu fəaliyyətlə ahəngdə idi. Mənuçehr Axsitan zamanındakı Şirvan kiçik ölçüdə, Sultan Mahmud dövründəki Qəznəni andırırdı.54 Önəmli bir ticarət mərkəzi olan Şirvan [Şamaxı] memari anıtları, bağ və bağçaları ilə mərufdu.

Gəncəyə gəlincə, Arranın əski paytaxtı Bərdənin55 dastanlar konusu olan sərvət və bayındırlığına varis olan bu şəhər zamanının ən məruf yerlərindən biri idi. İstəxrinin məlumatına görə, 1139-cu ildə çıxan bir zəlzələdə 300.000-ə qədər tələfat verdiyinə baxılırsa, əski Gəncənin nə böyük mərkəz olduğu anlaşılır. Həmdullah Qəzvininin yazdığına görə, Gəncə Orta Asiyanın ən gözəl şəhərlərindən biri sayılırdı. İbni əl-Əsir isə [XI yüzil müəllifi] buraya «Arran şəhərlərinin anası» demişdir. O sıradakı Gəncənin sadə, böyüklüyü və bayındırlığı deyil, etnik durumu haqqında dəxi, məlumatımız vardır. 1070 sənələrində Gəncənin bir türkmən şəhəri adlandırıldığını İbni Əzrəq adındakı müəllif öz əsərində qeyd etmişdir.56 Nəsəvi dəxi, bu tarixdə Arran ilə Muğanda «türklərin qarışqa kimi çox olduqlarını» yazmaqdadır.

Azərbaycanın daha XI yüzildə türkləşmiş olması ozamankı ədəbi anıtlarla da sabitdir. Məşhur Dədə Qorqud qəhrəmanlarının gəzib-dolaşdıqları başlıca sahə Azərbaycandır. Bu dastanlardakı şərtlər Azərbaycan şərtləri, qullanılan ləhcə də Azərbaycan türkcəsidir. Oğuz boylarının X və XI yüzillərdə Azərbaycana gəlmələri ilə ilgili bulunan bu dastanların XII yüzildə Azərbaycan xalqınca bilindiyinə inanıla bilir. Nizami mənzumələrində Dədə Qorqud dastanlarındakı motivlərdən bəzilərinə rastlandığı iddiası da bu təxminə uyğundur.57

Nizaminin farscasına girmiş türkcə sözlərdən təfsilatla bəhs edəcəyik. Fəqət, yalnız Nizami deyil, Xaqani kimi çağdaşlarının mənzumələrində də türkcə sözlər çoxdur.58 Sadə, şairlər deyil, nəsillərini «Kəyanilər»ə bağlayan Şirvanşahların saray və ailələrinə belə türkcənin girdiyini görürük. Xaqani bir mərsiyəsində Alçiçək adındakı Şirvan prinsesinə ağlamışdır. Qızına türkcə ad taxan bir hökmdarın sarayında türkcə danışılmadığı düşünüləməz!

Gəncə böyüklüyü ilə mütənasib bir sərvətə də malik imiş. 1221-ci ildə gəncəlilər verdikləri altınlar bahasına şəhəri moğol talanından qurtarmışlar.59

Gəncə gözəl sənət əsərləri ilə də tanılırmış. İndiki halda Gürcüstanın Kutais vilayəti Gelati monastırında bulunan, yüksək bir sənət əsəri olan Dəmir qapı XII yüzilin ilk yarısında gürcü kralı Dimitri tərəfindən zəlzələdən xarab olan Gəncədən çalınmış, buraya götürülmüşdür.60

Bu qısa qeydlərdən Şirvanşahlarla Pəhləvanlılar dövründəki XII yüzildə Azərbaycanın önəmli bir ədəbiyyat mərkəzi olduğu anlaşılır. Bu, yıxıcı zəlzələlər ilə yaxıcı müharibələrdən az da olsa Təbrizdə, Bakıda, Naxçıvan və sairə kimi yerlərdə hələ baqi qalan memarlıq anıtların yalanlanmayan şahidliklərilə də təsdiq olunmaqdadır.

XII yüzildə sadə, Azərbaycan deyil, bütün Qafqaz nisbi rifah içində bulunmuşdur. Bu sıralarda Gürcüstan krallığı da tarixinin parlaq bir çağını, kraliça Tamar ilə şair Rustavelinin dövrünü yaşayırdı. Bu dövrdə Gürcüstan ilə Azərbaycan arasında genəl surətdə bir dostluq və səmimiyyət vardı. Bu eyi münasibət bilxassə, Şirvanşahlar ilə gürcü kralları arasındakı əqrabalıq bağı ilə qüvvətlənmişdi. Şirvanşah Axsitanın anası bir gürcü prinsesi idi. Onun ruslara qarşı qazandığı zəfərində gürcü salnaməçilərinə görə, bir müttəfiq sifətilə gürcülərin də ortaqlıq hissələri varmış. İki məmləkət arasında kültür baxımından dəxi, çox böyük ilgilər vardı. Yaxın Doğu kültürünün təsirində bulunan Gürcüstan sarayında şairlərə yapılan himayə Şirvan sarayı ilə Azərbaycan gələnəyini təqliddən irəli gəlirdi.61 Tiflisdə kral David tərəfindən müsəlman şair və sufilərə xas bir mədrəsə bina edilmişdi. Bizzat Tamar ozamankı Azərbaycanda bilxassə, himayə və inşad olunan ədəbiyyatın təsirində idi.62 Gürcüstanın böyük şairi Şota Rustaveli Yaxın Doğu Kültürü ilə sıx bağlarla bağlı olub azərbaycanlı çağdaşlarından və bizzat Nizamidən ilham almışdır.63

Qafqaz Batı mədəniyyəti ilə Doğu mədəniyyətinin qarşılaşdığı bir keçiddir. XII yüzildə bu keçid özündə bulunan iki mədəniyyətin qarşılıqlı təsirini bilxassə duymuşdur. Əsərini gürcücə yazmış Şota Rustaveli konu və ideyalarını demək olar ki, tamamilə Doğudan almış, xristian ikən müsəlmanlaşmışdır. Hətta onun müsəlman olduğu belə rəvayət edilməkdədir. Mütəəssib keşişlər Şotanın əsərlərini xristianlığa müxalifdir deyə aforoz (qovmaq) etmişlər.64 Halbuki Şirvanlı Xaqani müsəlman və farsca yazmış bir şair ikən əsərlərində xristianlığın bir çox ideyaları ilə terminlərinə bolca yer vermişdir. СКАЧАТЬ

51

(Zəhir Faryabinin divanını Kəbədə tapsan, oğurla! – R.Ə,).

52
An tork-e sorxcame səvar-e səmənd şadYaran həzər konid ke atəş bolənd şad.

53

Bu beytlər onundur:

Anəm ke bər emruz bərəd rəşk diyəmCanəm xordəm tənəm nədanəm ke kiyəm.Çun porsidi ba to bequyəm ke kiyəmOstade-soxən Əsire-Axsikətiyəm.

54

Bu bənzətmənin dəyərini haqqı ilə ölçə bilmək için bunu qeyd etmək gərəkdir ki, M.İ.Darmsteter tərəfindən fransız kralı XIV Lüdoviqə bənzədilən Sultan Mahmudun sarayında zamanımızın belə bilmədiyi bir müəssisə vardı: şeir bakanlığı. Məlik-üş şüəra ləqəbini daşıyan baş şairin xüsusi nəzarəti altında sarayda 400-dən çox, adları dəftərə yazılı şair vardı. Baş şairin imtahanından keçərək diplom almadıqca heç bir şair, özü də ən böyük şairlərdən sayılan sultanın hüzuruna çıxamazdı. İran ədəbiyyatının məşhur simalarından Ünsüri Sultan Mahmudun məlik-əş-şüərası, yəni şeir bakanı idi.

55

X yüzil tarixçisi Məsudi Bərdədən bəhs edərkən ona «Arranın Bağdadı» demişdir. Eyni çağın müəllifi İbni Höuqəl də «Rey ilə İsfahandan sonra Bərdədən daha böyük, verimli və gözəl bir məmləkət yoxdur» deyə yazmaqdadır.

56

Bu əsərin Xəlil Mükrimin xüsusi kitabxanasında olduğunu Z.V.Toqan «İslam ensiklopediyası»ndakı «Azərbaycan» məqaləsində qeyd etmişdir.

57

«Azərbaycan ədəbiyyatı tarixi». Bakı. 1943. e. I, s. 39.

58
Ku şəh-toğane-cud ke mən bəhre-ətməgiPişəş zəban be qoftən-e «sən sən» dər avarəm.

59

Gəncənin zənginliyi Azərbaycanın ümumi zənginliyilə ilgili idi. Z.V.Toqanın islam qaynaqları üzərinə yapdığı tədqiqə görə, ərəblər dövründə 20.000 kq gümüş vergi verən Azərbaycanın Səlcuqluların hakimiyyəti ərəfəsindəki vergisi 27.000 kq, İlxanlılarda isə 59.000 kq gümüş olmuşdur.

60

Frahn. «Men de I’Academie, Vl-e serie, Sciences politiques».t.III, s.531-532.

61

«Шота Руставели и его время». Moskva, 1937. K.S.Kokelidzenin məqaləsi. s.134.

62

Eyni əsər, Pavel İnkorokvanın məqaləsi.

63

Eyni əsər.

64

Eyni əsər.