Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде
Чтение книги онлайн.

Читать онлайн книгу Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде страница 8

Название: Azərbaycan şairi Nizami

Автор: Мамед Эмин Расулзаде

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8452-1-4

isbn:

СКАЧАТЬ daha qolay gələn farscanı da tuturlar, buna rəsmi və ədəbi həyatda önəmli bir payə (yer, rütbə) verirlərdi. Bilxassə, bu türklər islamiyyəti və islam kültürünü daha ziyadə Xorasandakı müsəlmanlaşmış fars ünsürünün və Mavəraünnəhrdə yerləşmiş İran mədəniyyətinin etkisi və klavuzluğu ilə qəbul etmiş bulunurdular.46

Bağdad xəlifəsinin siyasi iqtidarı öz əlində tutduğu dövrlərdə İran təsiri farscanı dinin və Quranın dili olan ərəbcənin yerinə keçirdəcək qədər irəliləmək imkanını bulmamışdı. Siyasətcə ərəb mərkəziyyətçiliyilə mücadilə və rəqabət halında bulunan türk sultanları isə çox təbii olaraq güvəndikləri yerli əyan zümrəsinin yaşadığı və yaşatdığı şəhərli «Əcəm» adətlərilə bərabər qullandıqları ədəbi dili [farscanı] dəxi, həm özləri qəbul edir, həm də onun yayılmasında amil olurlar.

Bu surətlə, türk hakimiyyəti altında yeni farsca doğulur, fars kültür və ədəbiyyatı canlanır, türk sarayları da yeni doğulan bu «cocuğun» dadılığını (uşağabaxan) yapırlar.

Yüzillər keçdikdən, türk köçəriləri yerləşdikdən və əsgəri ocaq həyatından çıxaraq şəhərliləşdikdən sonradır ki, türk çadırı ilə obalarında yaşayan milli kültür kimi, türk dilinin dəxi, saraylarla divanlarda yaşadılması düşünülür.

İslamiyyətin amansız bir düşməni kimi saldıran moğollar ilk dövrlərində ərəbcə ilə bərabər farscanı dəxi, mən edərək (yasaqlayaraq) onun yerinə moğolca ilə uyğur türkcəsini qoyurlar. İlxanlılardan Qazan xanın dövründə moğollar islamiyyəti qəbul edincə, hər nə qədər farsca təkrar əhliyət haqqı qazanırsa da onunla bərabər türkcə dəxi, irəliləyir və durumunu sağlamlaşdırır.

Teymur fütuhatından sonra və Teymurluların təşəbbüsü ilə saraylar türkləşməyə başlayır. Nəticədə türk münəvvərlərilə idarə edən sinifdə farsların klassik ədəbiyyatına bənzər klassik türk ədəbiyyatını özləyən bir ehtiyac doğur.

Üsarəsini (şirəsini) kökləri türk xalqları içində yaşayan milli müəssisələrdən alan ictimai digər amillərlə də qüvvətlənən bu ehtiyacın getdikcə əhəmiyyət bulan təkamülü nəticəsində nəhayət doğuda, Hüseyn Bayqaranın sarayı ilə vəziri Əlişir Nəvainin məclislərində, batıda da Azərbaycanda hökm sürən Ağqoyunlu Sultan Yaqubun, sonra da Səfəvi şahlarının [ilk dövrlərində]47 saraylarında klassik türk ədəbiyyatı yüksəlmiş olur.

Cığatay türkcəsilə Azərbaycan türkcəsinin gəlişimi XVI yüzildən sonra siyasi bir takım devrimlər üzündən nisbətən duraqlamış ikən, Anadoluda qurulmuş bulunan böyük imperatorluqda Osmanlı türkcəsi təbii yürüşündə irəliləmiş və bütün qüvvətilə gəlişərək qoca bir ədəbiyyat meydana gəlmişdir.

İslami yeni İran ədəbiyyatının türk hökmdarları və dövlət adamlarının himayəsi altında vücuda gəlmiş olduğu bizi ilgiləndirən dövrlərə aid ədəbi vəsiqə və anıtların gəlişigözəl bir incələməsilə həmən gözə çarpar. Klassik İran ədəbiyyatının ana kitabları o və ya bu türk xaqan və sultanlarına ithaf edilmişdir. Bundan başqa türkə məxsus dəyər və başarılar fars ədəbiyyatının məcazi təbirlərində çox mühüm bir yer tutmaqdadır. Hətta türk hökmdarlarına aid şəxs və ya soy adları belə şairlərin dilində məcazi birər təbir olaraq qullanılmaqdadır.48

Öz aralarında davam edən bitməz-tükənməz rəqabətlər üzündən eninə-boyuna çarpışma halında bulunan köçəri sülalələrin bir-birini dəyişdirən hakimiyyətləri nəticəsində müsəlman Doğusunun həyatı müəyyən tarixi dövrlərdə qanlı olaylar və siyasi böyük devrimlər içərisində keçmişdir. Bu üzdən bizi ilgiləndirən coğrafi bölgə üzərində təsir yapan kültür mərkəzləri də zaman-zaman dəyişmişdir. Bu dəyişmə ilə ilgili olaraq Doğu İslam Mədəniyyəti hər dəfə müəyyən bir mərkəzdən himayə olunmuşdur. Bu rol XII yüzildə Azərbaycana keçmişdir.

5. XII YÜZİLDƏ AZƏRBAYCAN

XII yüzil böyük Səlcuq İmperatorluğunun çöküş dövrünə rastlar. Məlikşahdan sonrakı vərəsəlik qovğaları üzündən çökən böyük səltənət yerli əmirliklərlə atabəyliklərə parçalanmışdır. Bu sıralardadır ki, İslam Doğusu batıdan xaçlıların, doğudan da bütpərəst moğolların saldırqanlıqlarına uğramış, əsrlik mədəniyyət yıxılmağa üz tutmuşdur.

Bu qarışıqlıq və düzənsizlik dövründə Anadoludakı Konya Sultanlığı kimi, Şirvan Şahlığı ilə Azərbaycan nisbi bir əmniyyət və asayiş içində bulunmuş, Doğu İslam Mədəniyyətinin bilxassə, klassik İran ədəbiyyatının önəmli sığınaqlarından biri olmuşdur.

Gəncə ilə Şamaxı bu dövrdə Yaxın Doğunun birər kültür mərkəzi idilər. Bilxassə, şeirin ən parlaq müməssilləri və İran ədəbiyyatında önəmli birər yer tutan ustadlar burada vücuda gələn okuldan yetişmişlər.

Məmləkətin ozamankı ədəbi çöhrəsi haqqında genəl bir fikir verə bilmək için Nizami ilə çağdaş Şirvan Şahlığı və Azərbaycan Atabəyliyi saraylarına bağlı seçkin şairlərin bir listəsini gözdən keçirək:

1. Əbül Üla Gəncəvi – Şirvanşahlardan Məhəmməd Mənuçehr ilə oğlu Axsitanın saraylarına mənsub böyük bir şairdir. Eyni sarayın parlaq şairlərindən Xaqanilə Fələki onun şagirdləridir. Xaqanidəki böyük şairlik vergisini kəşf edərək onu Şirvan şahına təqdim ilə ona «Xaqani» təxəllüsünü verən odur. Şeirdən anlayanlar Əbül Ülanın böyük bir əhatə və sənətlə yazılan əsərlərini Xaqaninin əsərlərinə eş tutarlar. Çağdaşları ona «şairlər ustası» demişlər. Fəxriyyələrindən birində «Gəncəlilər mənimlə öyünürlərsə yeridir» deyir.49

2. Xaqani Şirvani – Dığdığalı və coşqun bir həyat sahibi olan bu şair, klassik İran ədəbiyyatının məşhur simalarındandır. Onun Şirvan şahı Axsitanın rus axınçılarına qarşı qazanmış olduğu zəfəri təsvir edən parlaq qəsidəsi məşhurdur. Şirvanşahlardan başqa Xaqaninin Azərbaycan Atabəylərindən Qızıl Arslana yazdığı qəsidə dəxi, bəllidir. Doğu tənqidçiləri arasında Xaqanini qəsidədə Ünsürilə Ənvəridən yüksək tutanlar vardır. Batı tənqidçiləri yanında da Xaqaninin sənəti, üslubu, həssaslıq və yaradıcılıqdakı qüdrəti təqdir olunmaqdadır. 1864-cü ildə nəşr etdiyi fransızca ədəbi bir risaləsində Xanıkov Xaqanini böyük fransız şairi V. Hüqoya bənzətməkdədir.50

3. Fələki Şirvani – Şirvan ilçəsində doğulmuş olan şair qeyd etdiyimiz vəchlə Xaqani kimi, həm Əbül Ülanın şagirdi, həm də yenə onun kimi, Şirvan sarayının şairidir. Fələki, şairlikdən başqa çağının məşhur heyətşünaslarındandır (astronom), təxəllüsünü də, o münasibətlə Fələki deyə almışdır. Şeirlərində ulduzlara və fələkiyyata СКАЧАТЬ

46

Z.V.Toqan. «İslam ensiklopediyası». «Azərbaycan» maddəsi və M.F.Köprülü. «Türk ədəbiyyatında ilk mütəsəvviflər». İstanbul, 1919, s.25.

47

Səfəvi sülaləsinin qurucusu Şah İsmayılın «Xətayi» təxəllüsü ilə şeirlər yazdığı bəllidir. Türkcə ilahilərdən, qəzəllərdən və başqa ədəbi parçalardan ibarət «Divan»ı vardır. Xətayi Azərbaycan türk ədəbiyyatının erkanından sayılır: Şahın sarayı Azərbaycan türk ədəbiyyatının bir növ akademiyası idi. Çevrəsindəki şairlərdən Tüfeyli, şeirlərindən birində ona «Türk-i tacdar» deyə xitab edir. Füzuli «Bəng-ü badə»sini ona ithaf etmişdir. Sultan Səlimlə Şah İsmayıl arasındankı notalaşmalar yazıldıqları dil baxımından diqqətə dəyərdir: Osmanlı notaları farsca ikən, İran notaları türkcə yazılmışdır.

48

Xaqanidən:

Bər qəraxan-e şəb-o-ağsonqor-e ruz əz şərəfDər toğan-şahiəş toğra dadi əhsənət ey məlik.

49
Zəmirəm əbr-o-soxən qouhər-əst-o-del dərya.Zəban monadi-ye in qouhər-o-zəmane bəha.Beçune məni ke əz əqran-e xod səbəq bordəmKe əhl-e Gənce təfaxor konənd həst rəva.(Mənim təbiətim bulud, sözüm gövhər, ürəyim dəryadır.Dilim bu gövhərin carçısı, zamana qiymət (verəndir).Öz yaxınlarından üstün olan mənimkimisiləGəncəlilər öyünürlərsə yeridir. – R.Ə.).

50

Chanikoff. «Memoire sur L’Chagani». Paris. 1864.