Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде
Чтение книги онлайн.

Читать онлайн книгу Azərbaycan şairi Nizami - Мамед Эмин Расулзаде страница 10

Название: Azərbaycan şairi Nizami

Автор: Мамед Эмин Расулзаде

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8452-1-4

isbn:

СКАЧАТЬ bəlirtiləcəkdir.

Mənəvi ilgisinə gəlincə bunu söyləmək lazımdır: dilinin farsca olmasına rəğmən, şairin daşıdığı hissiyyat ilə işlədiyi konular onun Azərbaycan duyuşlarından doğmuş bir zövqə sahib olduğunu göstərməkdədir.

Burada biz, yaşadığımız günlər için bilxassə, aktual bir məsələyə toxunmuş oluruq:

– Ədəbi bir əsərin milli olması için sadə, şəkilcə milli olması yetişir və ya gərəkirmi? Yoxsa bir əsəri milli yapan ruh ilə mənamıdır?

– Bizə görə, sadə, şəkil yetməz və bu şəkil önəmli olmaqla bərabər zəruri də deyildir. Bir əsəri milli yapan şəkillə bərabər özün də milli oluşudur. Bu iki amil arasında ahəng olmadığı təqdirdə bizə görə, əsəri milliləşdirən şey şəkildən ziyadə öz, başqa təbirlə dildən ziyadə mənadır. Yabançı dildə yazılmış bir əsər daşıdığı məna və ruha görə müəyyən şərtlər içində bir millət için milli ola bilir.

Əsrimizin ədəbi olayları arasında bu davanın misallarını istədiyimiz qədər bula bilirik. Hər hankı bir əsəri yazıldığı dilə görə milli deyə almaq lazım gəlsə, iyirmi bu qədər ildən bəri Azərbaycan türkcəsi ilə yazılan kommunist abur-cuburlarını (1920-ci il aprelin 28-dən kitab yazılana kimi olan sovet ədəbiyyatını) milli Azərbaycan ədəbiyyatı deyə qəbul etməmiz lazım gəlir və ya Osmanlı klassiklərindən bir çoxu kimi, Nəfinin:

Türkə haq çeşmey-yi irfanı haram etmişdir,

Eyləsə hər nə qədər sözlərini sehr-i həlal.

və ya:

Necə söz söylənür ol yerdə kim şair sanur kəndin,

Qələtpərdaz-i məna bir müzəvvir türk-i layəfhəm65

beytlərinə bənzər və bunlardan daha kötü bir türk düşmənliyi ilə tanınmış, «türk» sözünü bayağılığın, qəddarlığın, idraksızlığın, kötülüyün qarşılığı olaraq qullanmaq çirkinlik və küstahlığını göstərən bir çox türkcəyazar şairlərin divan ədəbiyyatına keçmiş bulunan misra və mənzumələrini «milli ədəbiyyat» deyə hesaba qatmaq gərəkdir.

Finlərin məşhur vətənsevər şairlərini bilirik ki, əsərlərini isveçcə yazmışlar və bunlara qəhrəman Finlandiyanın baş kəndində milli şair deyə anıtlar tikilmişdir.

Bunun kimi, ingilis hakimiyyətinə qarşı milli istiqlal davasını güdən irlandiyalı ədəbiyyat müəyyən bir zamanda ingiliscə yazılmışdır.66 Bu misala Hindistan şərtləri içində dəxi, rastlamaqdayıq.

Rabindranat Taqorun hind özəllik və mədəniyyətini müdafiə edən ingiliscə yazılan şübhəsiz, millidir.

Bu şəkildə düşünürkən şəklin önəmini kiçimsəmək niyyətində deyilik. Dilin çox kərə, məna üzərində dəxi, millilik baxımından etkisi olduğunu bilirik. Fəqət, sənəti «sənət için» deyil, «qayə için» qullanmaq okulunu tutanlar səfində olduğumuzdan, ədəbi bir əsərin milliliyini dartdıqda şəkildən, yəni dildən ziyadə özə, yəni mənaya önəm verməyi üstün tuturuq. Bilxassə, Nizaminin dövründə şəklin çağımızda olduğu qədər milli bir önəmi yoxdu. Farsca, sadə, farsların deyil, müəyyən coğrafi bir bölgədə yaşayan bütün millətlərin oxumuşlarına məxsus bir dildi. Eyni zamanda o dövrdəki «milli ruh»lar da bugünkü qədər kəskin fərqlərə ayrılmış və billurlanmış deyildi. Xüsusi diqqət və araşdırmalarla yalnız ayırd oluna bilən milli özəlliklərin sivri tərəfləri ortaq din və mədəniyyətin təsirilə yumşaldılmış bulunurdu. Buna rəğmən, qəbul etmək gərəkdir ki, şüurda olmasa da, şüur altında milli varlıq və özəlliklər o zamanlarda da öz təsirini yapmaqdan geri qalmamış və bu, ortaq şəklə rəğmən, əsərlərin ruh və mənaları üzərində dərin izlər buraxmışdır.

7. NİZAMİ – AZƏRBAYCAN ŞAİRİ

Nizaminin yaradıcılığı şəkil baxımından Azərbaycana nisbətlə milli deyilsə də, seziş və duyuş nöqtəsindən şair içindən çıxdığı mühitə dərindən bağlıdır və bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa bir Azərbaycan şairi dəxi, yapmaqdadır.

İran ədəbiyyatının bir baxımdan bəlkə də ən böyük simasını təşkil edən Nizaminin əsərlərini ən gözəl bir farsca ilə yazması bizi bu tələqqimizdən alı qoymaz və Nizamini xüsusi görüş nöqtəsindən incələmək həvəsindən ayıramazdı. Çünki onun zamanında farscanın Yaxın Doğu ilə Orta Asiya için millətlərarası bir ədəbiyyat dili olduğunu bilirdik və İran ədəbiyyatının tanınmış ustadları arasında farslar qədər türklərin dəxi, mühüm bir yer tutduqlarına vaqifdik.

Konuları araşdırılınca Nizaminin fars nasionalizmindən uzaq, türk sevgisilə dolğun, Qafqaz mühit və şərtlərinə bağlı, yurdunun tarixi müqəddərat və geopolitikindən doğan daimi qayğılarla ilgili olduğu görülür ki, bu surətlə o, əlbəttə, bir Azərbaycan şairidir.

Nizami mühitinin onu anlamadığından bəhs etdiyi bir yerdə «türkcəsinin» [torkiyəmpa – mənim türklüyümü] anlaşılmadığından şikayət edir. «Türkcəni» burada məcaz olaraq yüksək söz mənasına qullanan həkimin (bilgin, bilici, filosof) danışma dilinin həqiqətdə türkcə olmadığını kimsə isbat edəməz. Şairin o zaman Azərbaycanda artıq böyük kütlələr halında bulunan türklər arasından yetişmiş olduğunu bilirik. Bunun izlərini əsərlərində gördüyümüz «türklük»dən də sezməkdəyik.67 68 69Təkrar edirik: əsərlərini farsca yazmış olmasına rəğmən, Nizaminin qeyd etdiyimiz kimi, konu və duyğu baxımından azərbaycanlı bir türk zehniyyəti daşıdığını oxucularımız bu səhifələri çevirdikcə bizzat görəcəklər.

8. NİZAMİNİN YARADICILIĞI

Nizami sadə, klassik İran ədəbiyyatında deyil, bütün cahan ədəbiyyatında müstəsna yer tutan parlaq bir şairdir. Onun şeiri həm özü yaratdığı yeni şəkil – eşq əfsanəsi, həm bu şəkil ilə tam bir ahəngdə bulunan məna – ruhi təhlil, həm özünəməxsus kəskin bir ifadə rəmzlərin dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş – qüdrətli təsvir, həm yüksəklərdə uçan geniş fantaziya – parlaq təşbeh, həm də təsadüfə yer vermədən hər şeyi incələyərək anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə – vəhdaniyyətçi görüşlə, eni-boyu ölçüləməyən üstün bir əsərdir.

Bu əsərdə bizi özünə çəkən şey şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə yürüyən həkim Nizamidir. Şairə böyük Götenin də təqdir etmiş olduğu dərinlik, hüzur və sakitliyini təmin edən onun bu həkim eşi, öz təbirilə, «ekdeşi»dir.

Nizaməddin СКАЧАТЬ

65

Bax: Agah Sirri Ləvənd. «Divan ədəbiyyatı». İstanbul, 1943. 2-ci basım, s. 591-603.

Türklər haqqında bu düşməncə hökmü verən «türk şairi» haqqında onun çağdaşlarından Tiflinin aşağıdakı beytini də qeyd edək:

Nəfiyi ru siyəhin nidügünü həp bildik,Kəndi çingənədir, amma babası kürd-i pəlid.

Bax: Eyni əsər, səh. 511.

66

«Qayəlik» deyilən ana dillərilə katolik dinləri vaxtı ilə ingilislər tərəfindən mən olunan irlandiyalılar uzun illər rəsmən ingiliscə danışmış və rəsmən protestant məzhəbində bulunmuşlar. Fəqət, bu rəsmiyyətə qarşı İrlandiya milliyyətçiləri feilən mücadilə etmişlər. Bu mücadilənin ədəbiyyatı uzun zaman ingiliscə olmuşdur. 1911-ci ildə bütün İrlandiyada qayəlikcəni oxuyub-yazan yalnız 17.000 adam varmış. İndi isə əhalinin 50%-i bu milli dili öyrənmişdir [Johannes Stoye. «L’Angleterre dans le monde». Paris, 1935. s.338].

67

Ozamankı Azərbaycanda türkcənin müəyyən bir hökmü olduğunu sadə, Nizaminin deyil, çağdaşları digər şairlərin dəxi, farsca əsərlərində qullandıqları türkcə sözlərindən anlayırıq. Məsələn, Xaqaninin bu beytləri:

68
Əvvəle-şəb Aytəkin vuşaq amədim leykAlparslan şodim be payane – sobhqab.

69
Ku şəh – Toğane cud ke mən bəhre – ətməgiPişəş zəban beqoftən – ecən-sən dəravərəm.