Xatirələrim. Abdulla Şaiq
Чтение книги онлайн.

Читать онлайн книгу Xatirələrim - Abdulla Şaiq страница 7

Название: Xatirələrim

Автор: Abdulla Şaiq

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Xatirə ədəbiyyatı

isbn: 978-995-255-779-4

isbn:

СКАЧАТЬ ağzımı açdım. O bir əli ilə boğazımdan yapışıb, o biri əlinin şəhadət barmağını ağzıma soxdu. Boğulurdum. Boğazımdakı vəzi barmağı ilə basanda ağrıdan, elə bil ağlım başımdan çıxdı. Qışqırdım. İstər-istəməz onun barmağını dişlərimin arasında bərk sıxmağa başladım. İndi mən də qışqırırdım, o da; səsimiz otağı başına götürmüşdü. Onun əlindən bərk yapışıb çəkə-çəkə ağzımı açdım. O, barmağını tez çıxardıb havada oynada-oynada ufuldayır, anam da mənə acıqlanır, Gözəldostudan üzr istəyirdi. Boğazımın sol tərəfini basmamışdı, ancaq barmağını bir də ağzıma uzatmağa cəsarət etmədi:

      – Mehri bacı, sol tərəfdə elə bir şey yoxdur, – deməklə canını qurtardı. Sonra anamdan bir yumurta istədi. Yumurtanın sarısını üstdən boğazıma sürtüb, dəsmal ilə bağladı, tez-tez üzüm turşusu içməyi tapşırdı.

      Gözəldostunun "müalicəsi" vəziyyətimi yaxşılaşdırmaq əvəzinə daha da ağırlaşdırdı. Bu xəstəlikdən xeyli əziyyət çəkdim, ancaq o qara kəlağayılı arvadın uzun, yoğun barmaqları yadımdan çıxmadı. Bəzən hətta o barmaqlar yuxuma girir, qaranlıqda ilan kimi boğazıma sarı uzanıb, elə bil məni boğmaq istəyirdi.

      İki qardaş

      Anamdan eşitdiyimə görə, Cəfər babam öldükdən sonra ailəsini Sənəm nənəm idarə edirmiş. Sənəm nənəm qoçaq və kişi təbiətli bir qadın imiş. Ərindən ona bir yaşadıqları ev, bir də Tiflisin yaxınlığındakı Qarayazda bir bostan yeri qalmışdı. Nənəm Qarayazdakı bostan yerinin ixtiyarını böyük oğlu İsmayıla verib, hər il orda bostan əkdirirmiş. Kiçik oğlu Abbas da Qala məhəlləsində evlərinin qabağında olan Vano bəy Orbelianinin hamamını icarəyə götürmüşdü. Bu iki qardaş həm xarici görkəmcə, həm də təbiətcə bir-birinə bənzəmirdi.

      İsmayıl qısaboy, kök, qarayanız, xırda gözlü, Abbas isə ucaboy, qumral gözlü, xoşsifət bir adam idi.

      Nənəm oğlanlarını evləndirmək istəyirdi. Ancaq İsmayıl dayımın hər il mədaxili az gətirməsi onu şübhələndirirdi. O, Qarayaza adam göndərib, oğlu İsmayılın orada nə ilə məşğul olduğunu öyrəndi. İsmayıl dayımın Qarayazda pulları siğə etdiyi dul arvadlara yedirtdiyini bilincə birbaş Qarayaza getdi. Dayıma bərk qulaqburması verib, bu işdə yaxından iştirak edənləri məzəmmətlədi. Bu hadisədən sonra nənəm İsmayıl dayımı gözdən saldı, ondan əvvəl kiçik dayım Abbasa Sarban kəndindən atamın bacısı Mina bibimi alıb içində yaşadığı evi də ona bağışladı. İki il sonra İsmayıl dayımı Gəncədən öz qohumlarından evləndirdi. Dayılarımın hər ikisi məhəllə məktəbində molla yanında oxumuş olduqlarından az savadlı idi.

      O zaman Kərbəlaya, Məşhədə və Məkkəyə at ilə gedirdilər. Qərib ölkələr keçib bu uzun yolları at ilə getmək zəhmətli olduğuna baxmayaraq, dindar və şöhrətpərəst adamlar o zəhmətlərə qatlanırdı. Onlar özlərilə yol bələdçisi götürürdülər. Belə bələdçilərə "çovuş" deyirdilər. Bu çovuşların özünəməxsus səfər paltarı olurdu. Onlar əllərində ələm, at üstündə küçə-küçə gəzib adamları Kərbəlaya və Xorasana getməyə təşviq edirdilər. Haca, Kərbəlaya, Məşhədə getmək cahil adamlar içində böyük hörmət sayılırdı.

      Kərbəlaya getməyə hazırlaşan dostlarından biri Abbas dayıma onunla bərabər getməyi təklif etmişdi. Abbas dayım ona razılıq verib fikrini nənəmə demiş, o isə oğlunun bu tədbirini çox bəyənmişdi. Bundan sonra dayım səfər tədarükü görməyə başlayaraq bir at aldı. Səfər günü çovuş Kərbəlaya gedən atlılarla birgə dayımgilin qapısına gəlib, ucadan oxuya-oxuya İmam Hüseyn qəbrini ziyarət etməyin savabından danışırdı. Məhəllə adamları toplanıb dayımla görüşür, sağsalamat qayıtmasını arzu edirdilər. Abbas dayımın bu dəbdəbə ilə Kərbəlaya getməsi İsmayıl dayımın arvadının izzətinə toxunmuş, böyük qardaşı dura-dura kiçik qardaşa olan bu ehtirama qarşı söylənməyə başlamış, hətta o gün ərini qardaşı ilə görüşməyə qoymamışdı.

      Bu hadisədən sonra iki qardaş ailəsinin arasında gizli bir ədavət əmələ gəldi. Abbas dayımın Kərbəladan qayıdandan sonra məhəllə adamları tərəfindən, "Kəblə Abbas, ziyarətin qəbul olsun!" – deyə hörmətlə qarşılanması, dayımın Kərbəlayı adı alıb hörmətə minməsi iki ailə arasında ədavəti bir qat da artırdı. İki qardaşarvadı bu tüstülü kösöyü püfləyə-püfləyə alovlandırdılar və bir-birinə düşmən oldular.

      Böyük dayımı sadəcə olaraq İsmayıl çağırmalarını arvad həzm edə bilməyib, ona deyirdi:

      – Kiçik qardaşın Kərbəlaya gedib Kəblə Abbas oldu, qeyrətin varsa, sən də Haca gedib Hacı İsmayıl ol!

      Dayımgil ata-babadan Orbeliani hamamının sol tərəfindəki birmərtəbəli köhnə evdə yaşayırdı. Kiçik həyəti vardı.

      Babam ona bitişik uçuq bir ev alaraq, yerində təzə ev tikdirməyə başlamışdı. Ev tamam olmamış o vəfat etdiyindən evi Sənəm nənəm tikdirib başa çatdırdı. Ev dördmərtəbəli idi. Kiçik qardaşın dördmərtəbəli yeni evdə, böyük qardaşın isə köhnə birmərtəbəli evdə yaşaması da İsmayıl dayımın arvadı Səkinəni hövsələdən çıxarırdı. O, hər gün, "Qeyrətimdən çatlayıram. Mənə də dördmərtəbəli ev tut!" – deyə dayımı boğaza yığmışdı. Dayımın bu söz-söhbətə, heç bir şeyə əhəmiyyət vermədiyini görüb, Səkinə özü ev axtarmağa başladı. Nəhayət, Şeytanbazarından Botanik bağına gedən küçədə üçüncü mərtəbədə boşalmış bir mənzil tapdı və zor-güc ora köçdü.

      İsmayıl dayım sadəlövh, dindar bir kişi idi. Molla Həsən ağa adlı bir vaizin ən sadiq müridlərindən idi. O, hər il Qarayazdakı bostanın məhsulunu satdıqdan sonra qazancını götürüb Molla Həsənin yanına gedirdi. Molla Həsən xümsünü seyidlərə və zəkatını yoxsullara vermək üçün qazancın müəyyən qismini ayırıb götürür, xeyir-dua verib, var-dövlətinin artmasını allahdan arzu edirdi. İsmayıl dayım bu fırıldaqçı mollanın hiylələrinə uyan adamların nə birincisi, nə də sonuncusu idi. Molla Həsən onun kimilərinin çoxunu hörümçək kimi tora salıb qanını sorurdu.

      Bir gün dayım arvadı yarı gerçək, yarı zarafat ilə:

      – İsmayıl, bura bax, – dedi, – bu il qazancından o Molla Həsən kişiyə versən, burda oturanların hamısının günahı sənin boynuna.

      İsmayıl dayım acıqlı-acıqlı dedi:

      – Arxayın ol, bu il heç kəsə pul verə bilməyəcəyəm. "Hacı İsmayıl ol!" – deyə-deyə bostanı qurutdun. Gələn il bostan əkdirməyə pulum çatmır, – dedi.

      Ər-arvad bir az sözə gəlib deyişdilər. Arvad deyirdi:

      – Görəsən, pulu yenə hansı köpək qızına yedirtmisən?

      Bu zaman qapıda birdən səs-küy ucaldı. Dayım arvadı qulaqlarını şəkləyib narazı səslə:

      – Yenə rəncbərlərin СКАЧАТЬ